www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
69
təsəvvür olmaqla, necə deyərlər, həcmə və ya sferaya malikdir -
hətta ona uyğun gələn yeganə real obyekt mövcud olsa da. Biz
həmişə görürük ki, hər bir anlayışın sferası digər sferalarla nəsə
ümumi bir şeyə malikdir, onlarda isə, yenə də qismən onun
özündə olan düşünülür; bu belədir, baxmayaraq ki, onlar
həqiqətən müxtəlif anlayış olsalar da, hər birində və ya heç
olmasa ikisindən birində elə şey var ki, digərində bu yoxdur; hər
bir subyekt öz predikatına münasibətdə bu vəziyyətdədir. Bu
münasibəti dərk etmək- fikir söyləmək deməkdir. Göstərilən
sferaları məkan fiqurları ilə təsvir etmək uğurlu fikir olmuşdur.
İlk dəfə bu fikir Qotfrid Plukenin ağlına gəlmişdir və o, bu
məqsədlə damalardan istifadə etmişdir; Lambert, doğrudur
ondan çox-çox sonralar, daha sadə üsuldan- xətlərdən istifadə
edərək birini digərinin altından çəkmişdir; Eyler birinci olaraq
uğurla dairələri tətbiq etmişdir. Son nəticədə anlayışların
münasibətləri və məkan fiqurlarının münasibətləri arasında bu
dərəcədə dəqiq analogiyanın nəyə əsaslandığını deyə bilmərəm.
Hər halda məntiq üçün əlverişlidir ki, anlayışların bütün
münasibətləri, hətta onların imkanları da a priori olaraq belə
fiqurlarla təmsil olunur. Bunu aşağıdakı şəkildə göstərmək olar:
1) İki anlayışın sferası tamamilə üst-üstə düşür: məsələn,
zərurət anlayışı və verilən əsasdan nəticə anlayışı; Ruminantia
və Bisulca anlayışları (gövşəyən və cütdırnaqlı heyvanlar) bu
qəbildəndir; sonra, onurğalı və qırmızı qanlı heyvanlar gəlir
(hərçənd burada halqalı qurdlarla əlaqədar nəsə etiraz etmək
mümkündür); bütün bunlar eyni mənalı anlayışlardır. Onları
həm birinci, həm də ikinci anlayışı göstərən bir dairə təsvir edir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
70
2) Bir anlayışın sferasında bütünlüklə başqasının sferası
vardır.
3) Bir sferada biri-digərini istisna edən və eyni zamanda
bu sferanı tamamlayan iki və daha çox sfera var.
Heyvan
At
Bucaq
Küt
Düz
İti
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
71
4) İki sferadan hər birində digərinin hissəsi vardır:
5) İki sfera üçüncünün tərkibindədir, lakin onu
tamamlamırlar:
Çiçək
Qırmızı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
72
Sonuncu hal, sferaları öz aralarında bilavasitə ümumiliyə
malik olmayan bütün anlayışlara aiddir, belə ki, həmişə üçüncü
anlayış və çox vaxt həm də daha geniş olan mövcud olur ki, hər
ikisini öz tərkibinə qatır.
Bu hallara anlayışların bütün əlaqələri müncər edilə bilər
və onlardan fikirlər və onların dönərliliyi, kontrapozisiya,
dövretmə, dizyunksiya (sonuncu- üçüncü fiqur üzrə) haqqında
bütün təlimləri çıxarmaq mümkündür. Buradan isə Kantın
idrakın yalançı kateqoriyaları
20
qurduğu fikirlərin xüsusiyyətləri
də çıxarıla bilər, lakin hipotetik formalar istisna təşkil edir, çünki
o, adi anlayışların yox, mühakimələrin birləşməsidir; daha
sonra, modallıq da istisna olunur, onun barəsində və eləcə də
kateqoriyaların əsasında duran fikirlərin bütün xüsusiyyətləri
haqqında təfsilatı ilə əlavədə danışılacaqdır. Anlayışların adı
Su
су
Torpaq
Materiya