26
sözlərini təkrarlayanlar var. Bu da bəs etməsin, ölkəmizin
müqəddəsliklərini hədəfə alsınlar! Yenə də bəs deməyib,
eynən
düşmənin yolunu gedərək xalqın imanını
süstləşdirmək istəsinlər! Çalışsınlar ki, gənclərin qəlbində
özünəinam hissini aradan qaldırsınlar. Nizamın səddinə
xəncər çəksinlər, araya təfriqə salsınlar! Sonradan dövlət
qanun
əsasında
onları
cinayətkar
sayır.
İslam
Respublikasında cinayətkarlıq böyük bir ləkədir. Yalnız
tövbə edənlər qurtula bilər: öz pozuculuğunun yerini
doldursun, səhvlərini islah etsin.
1
Yaratdığı şübhələri
aradan qaldırsın, pozucu rəftarlarını islah etsin. Bu zaman
Allah onu bağışlayar, xətalarını yaxşılığa çevirər. Amma
tövbə etməsə cinayətkardır. Bu zaman kiminsə həmin
cinayətkarın himayəsinə, müdafiəsinə qalxması ən çirkin
işlərdəndir.
2
Düşmə
n nüfuz etm
ə
k ist
ə
yir!
Nüvə məsələsi ilə bağlı bir nöqtə məni narahat
etməkdədir.
Biz
İslam
Respublikasının
aşkar
düşmənlərinin məqsədlərinə diqqətli olmalıyıq. Şübhə
yoxdur ki, inqilabın əvvəlindən bu günə qədər onların
düşmənçiliyi azalmayıb. Bəzi sahələrdə düşmənçilikləri
cilovlansa da, bu o mənaya gəlmir ki, düşmənçilik azalıb.
Etiqadımız budur ki, qəsbkar sionist rejimin və Amerika
Birləşmiş Ştatlarının İran İslam Respublikası ilə
düşmənçiliyi bu günə qədər azalmayıb. Hər birinin də öz
dəlili var. Sionist rejim bir əsasla, Amerika başqa bir
əsasla düşmənçilik edir. İnqilabın əvvəlindən tutduqları
1
bax: Bərəqə surəsi, ayə 160
2
İslam keşikçiləri, müharibə əlilləri, tələbə və məktəblilərlə görüş,
2001
27
yolu gedirlər. Amma şərait dəyişib. Düşmənçilik formaları
əvəz olub, bir qədər də inkişaf edib. Keçmişdə bir formada
zərbə vururdular, bu gün başqa vasitələrlə düşmənçilik
edirlər. Bunu nəzərdən qaçırmamalıyıq. Bu məsələ təkcə
Xarici
İşlər Nazirliyinin vəzifəsi deyil. İqtisadi
qurumlarımız,
mədəniyyət
mərkəzlərimiz
diqqətli
olmalıdırlar ki, biz düşmən layihələrinə hədəfik. Siyasət,
iqtisadiyyat, ticarət, mədəniyyət sahəsində çıxardığımız
qərarlar düşmənin layihələrinə yardımçı olmamalıdır.
Onların
məqsədlərini
sözlərindən,
yazılarından,
bəyanatlarından başa düşmək olur. Onların düşmənçiliyi
əfsanə yox, həqiqətdir. Gözümüzün qarşısındadır.
Bəyanatları fərqli ola bilər, mahiyyət isə eynidir. Sual
yaranır ki, düşmən qarşısında nə etməliyik? Bu ayrıca bir
mövzudur. Hələ ki, mövzumuz bu düşmənçiliyə diqqətdir.
Əgər biz unutmasaq ki, qarşımızdakı səngərdən silahlar
bizə tuşlanıb, bu şəraitə uyğun hərəkət edəcəyik. Şəraitə
uyğun olaraq ya səngərdə sakit qalırıq, ya atəş açırıq, ya
səngərdən çıxırıq. Bu sonrakı söhbətdir. Əsas məsələ odur
ki, belə bir cəbhə ilə üzbəüz dayandığımızı unutmayaq.
Sözlərim təkcə dövlət məsullarına aid deyil. Bütün xalq,
xüsusi ilə inqilaba şövqlə xidmət edənlər diqqətli
olmalıdır. Şübhəsiz ki, dövlət məsullarının vəzifəsi daha
ağırdır.
Təcili görüləsi iş budur ki, qətiyyətlə inqilabi mövqe
tutmalıyıq.
Utanıb-çəkinmək
olmaz.
İnqilabi
mövqeyimizi, İmam Xomeyninin (r) prinsiplərini xəcalət
çəkmədən bəyan etməliyik. Qorxmaq lazım deyil. Fəth
surəsinin 7-ci ayəsində buyurulur ki, göylərin və yerin
orduları Allaha məxsusdur, Allah məğlub edilməzdir və
hikmət sahibidir.
28
Ayıq olaq. Onlar nüfuz etmək fikrindədir. Bu nüfuz
müxtəlif istiqamətlərdə ola bilər. Ehtiyatlı olun. Bir də
ayılarıq ki, məsələn xarici bir təşkilat mədəniyyətimizin
bir hissəsini, tutaq ki, uşaq bağçalarını himayəyə götürüb
bu sahəyə nəzarət edir. Bu prosesi yaxından müşahidə
etdikdə təhlükənin miqyasını anlayırsan. Başa düşürsən ki,
söhbət ciddi təxribatdan gedir. Müxtəlif sahələrdə,
iqtisadiyyatda, mədəniyyətdə, siyasətdə bu proseslər baş
verə bilər. Bütün qurumların xariclə rabitələrinə diqqət
yetirilməlidir.
1
Bəziləri sanki düşməndən utanır. Düşməni yox, xalqı
nəzərə almaq lazımdır. Düşməndən yox, xalqdan qorxmaq
lazımdır. Düşmən düşməndir, ona nə qədər güzəştə getsən,
nə qədər geri çəkilsən irəli gələcək. Əgər düşmən
qarşısında səddimiz möhkəm olmasa, o nüfuz edəcək.
Düşmən bu istiqamətdə çalışır. Bütün ölkə ərazisində xalq
bu nöqtəyə diqqətli olsun.
2
Düşmə
nin m
ə
nt
ə
q
ə
d
ə
ki
ə
sas
planlarından
biri nüfuz etm
ə
kdir
Düşmənin məntəqədəki planı iki əsas üzərində qurulub.
Müxtəlif istiqamətlər olsa da, bu iki istiqamət əsasdır.
Bunlardan biri ixtilaf yaratmaq, digəri nüfuz etməkdir.
Əvvəlcə dövlətlər, sonra millət arasında ixtilaf
yaratmaq fikrindədirlər. Dövlət arasında ixtilafdan da
təhlükəlisi millətlər arasında ixtilaf yaradılmasıdır.
Millətləri bir-birinə münasibətdə bədbin etmək, milli
ədavət yaratmaq istəyirlər. Bir gün paniranizm,
panərəbizm, bəzən pantürkizm kimi ixtilaflı söhbətlər
1
Prezident və nazirlərlə görüş, 2016
2
Cəmiyyətin müxtəlif zümrələri ilə görüş, 2008
Dostları ilə paylaş: |