23
müvəffəqiyyət İran xalqının oldu. Bu xalq istedadlı, ayıq
və imanlıdır. Təcrübəsi də var. Başqa xalqlarda bizim
xalqın təcrübəsi yoxdur. Xalqımız qlobal bir hərəkat üçün
mühərrik
ola
bilər.
Dünyanın zülm-sitəmə qarşı
mübarizəsinə kömək edə bilərik. Gənclər bu məsələyə
diqqətli olsunlar. Hazırlığınızı, düşüncənizin dərinliyini,
siyasi və iqtisadi səhnədə iştirakınızı gücləndirin. Gənc
ruhanilər, gənc tələbələr, gənc fəhlələr, cəmiyyətin
müxtəlif
zümrələrindən
olan
gənclər
cinsi
mənsubiyyətindən asılı olmayaraq bilməlidir ki, dünyanın
gələcəyində
rol
ifa
etməlidir.
Dünyanın siyasi
coğrafiyasını insanların iradə və imanı təyin edəcək. Bu
sizin öhdənizədir. Təbii ki, mədəniyyət, siyasət, gənclərin
problemləri üzrə dövlət məsullarının vəzifəsi ağırdır.
1
Düşmə
n nüfuzu ölk
ə
nin
inkişafına
qarşıdır
Hər bir xalqın inkişaf yolunda müvəffəqiyyəti
düşmənlərin bu ölkəyə nüfuzunun qarşısının alınması ilə
şərtlənib. Bunlar bir-birinə zidd hadisələrdir. Hətta açıq
düşmənçiliyini bildirməyən xarici bir güc bir xalqın
müxtəlif zümrələri arasında siyasi atmosferə nüfuz edərsə,
bu xalq öz izzətli və iftixarlı gələcəyindən uzaq düşər. Bu
o demək deyil ki, xariclə bağlı hər bir hadisəyə düşmən
olmaq lazımdır. Xeyr, bəzən məmləkətin faydalarına xatir
biganələrlə dostluq etmək lazımdır. Amma o dosta da
icazə vermək olmaz ki, evin, ailənin, məmləkətin,
cəmiyyətin
işlərinə
müdiriyyət
etsin.
İnqilabın
əvvəllərindən İrana nüfuz dalğasında Amerika və başqa
ölkələr vardı. Artıq həmin bağ qırılıb. Onlar çalışırlar ki,
münasib
yolla
cəmiyyətimizə
nüfuz
etsinlər,
öz
1
Qum əhalisi ilə görüş, 2005
24
düşüncələrini, sözlərini, siyasətlərini səhnəyə gətirsinlər.
Bu məqsədlə bütün yollardan istifadə edirlər.
Ötən illərdə İrana münasibətdə bu siyasət davam
etdirilib. Bu gün daha çox siyasi manevrlə məşğuldurlar.
Siyasi manevrlər özünü müxtəlif formalarda göstərir. Bir
siyasətçi öz məqsədini həyata keçirmək istəyəndə bəzən
qaşqabaq tökür, bəzən gülümsəyir, bəzən qəzəblənir,
bəzən hədələyir, bəzən irəli gəlir, bəzən geri çəkilir. Bütün
bunlar siyasi manevrdir. Bir də görürsən deyirlər ki, biz
İran xalqına çox pislik etmişik, təəssüf edirik! Bir gün
senatda İran xalqına qarşı qanun qəbul edirlər. Başqa bir
gün ən xəbis, cinayətkar qüvvələri təltif edirlər. Bir gün
İran Fələstinə təcavüzdən dolayı sionist rejimə
qəzəblənəndə
İranı hədəfə alırlar. Bəzən İslam
Respublikasını devirmək üçün böyük büdcə ayırırlar.
Bütün bunlar siyasi manevrdir. İnformasiya şəbəkələrində,
mediada həmin siyasi manevrləri davam etdirirlər. Ölkə
daxilində bəzi insanları aldadır, onlarla rabitə qururlar.
Böyük məmləkətin hansı fəzasında boşluq görürlərsə
həmin nöqtədən nüfuz etməyə çalışırlar. Bu zəif nöqtə bir
siyasətçi, bir partiya və ya bir dövlət məsulu ola bilər.
Buna görə də Allah-Taala başdan-başa fədakarlığa çağırış
olan Fəth surəsində Peyğəmbərin (s) səhabələri haqqında
buyurur: “Onlar kafirlər qarşısında möhkəm sədd çəkiblər,
öz
aralarında mehribandırlar.”
1
Kafirlər
deyəndə
Mədinədə
Peyğəmbərin (s) himayəsində yaşayan
yəhudilər və məsihilər nəzərdə tutulmurdu. Mədinə
daxilində yaşayan məsihilər və yəhudilərin Peyğəmbər (s)
və səhabələri ilə münasibətləri yaxşı idi. Ayədə o kafirlər
nəzərdə tutulur ki, daim İslama qarşı təcavüz fikrində
1
Fəth surəsi, ayə 29
25
olublar. Qüreyş kafirləri misal göstərilə bilər. Bəni
Qüreyzə, Xeybər yəhudiləri də misal ola bilər. Onların işi
fitnəkarlıq, müxtəlif qrupları İslam əleyhinə ayağa
qaldırmaq idi. Hərbi təcavüzə çalışır, insanları qızışdırır,
şayiə yayırdılar. Bəziləri də zahirdə müsəlman idi,
qəlbində kafirlərə rəğbət göstərirdi. Onların birinci və
ikinci qrupdan olan kafirlərlə əlaqələri vardı. Ayədə
kafirlər deyiləndə bu üç qrup nəzərdə tutulur. Amma bu da
qeyd
edilir
ki,
onlar
(möminlər)
öz
aralarında
mehribandırlar. Bu İslamın yoludur. Düşmən belə bir
səddə heç vaxt nüfuz edə bilməz. Onların möhkəm, polad
səddi var. Burada möhkəm sədd deyəndə zorakılıq, qan
axıtmaq nəzərdə tutulmur. Bu müdafiə məqsədli səddir.
Bu sədd kövrək olmamalı, istənilən bir nüfuz qarşısında
müqavimət göstərə bilməlidir.
Ardıcıl şəkildə siyasi qanadlara, siyasi şəxsiyyətlərə
tövsiyələrim olur. Düşmən qarşısında elə bir vəziyyətdə
dayanmayın ki, o aranıza nüfuz etmək fikrinə düşsün.
Əgər ölkəmizdə bir şəxs və ya bir mətbuat orqanından
gileylənmişəmsə səbəbi bu olub. Düşmənə nüfuz etmək
ümidi verməyin. Sizi özü üçün nüfuz nöqtəsi görməsin.
Düşmənin nüfuzu nə qədər çox olsa milli ləyaqət, milli
iqtidar, ölkənin tərəqqisi zəif olacaq. Düşmən nüfuzu ilə
ölkənin tərəqqisi bir-birinə tərs mütənasibdir. Biri
güclənirsə o birisi zəifləyir. Əgər bir şəxs düşmənə
meydan versə, məsələn, Amerikaya nifrət günü olan 13
aban gününü Amerika qarşısında baş əysə, bir şəxs milli
vəhdətə qarşı parçalanmaya aparsa, əmin olun ki, bu
adamlar düşmən nüfuzuna zəmin hazırlayır. Belə bir insan
milli vəhdət, millət sevgisi iddiasında ola bilməz. Bu çox
pisdir ki, İslam Respublikasında kimlərsə düşmənə ürək
qızdırsın. Hətta bununla kifayətlənməyib, düşmənin
Dostları ilə paylaş: |