DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   2   3   4   5   6   7   8   9   10   ...   50

 
23 
müvəffəqiyyət  İran  xalqının  oldu.  Bu  xalq  istedadlı,  ayıq 
və  imanlıdır.  Təcrübəsi  də  var.  Başqa  xalqlarda  bizim 
xalqın təcrübəsi yoxdur. Xalqımız qlobal bir hərəkat üçün 
mühərrik 
ola 
bilər. 
Dünyanın  zülm-sitəmə  qarşı 
mübarizəsinə  kömək  edə  bilərik.  Gənclər  bu  məsələyə 
diqqətli  olsunlar.  Hazırlığınızı,  düşüncənizin  dərinliyini, 
siyasi  və  iqtisadi  səhnədə  iştirakınızı  gücləndirin.  Gənc 
ruhanilər,  gənc  tələbələr,  gənc  fəhlələr,  cəmiyyətin 
müxtəlif 
zümrələrindən 
olan 
gənclər 
cinsi 
mənsubiyyətindən asılı  olmayaraq  bilməlidir  ki,  dünyanın 
gələcəyində 
rol 
ifa 
etməlidir. 
Dünyanın  siyasi 
coğrafiyasını  insanların  iradə  və  imanı  təyin  edəcək.  Bu 
sizin  öhdənizədir. Təbii ki,  mədəniyyət, siyasət,  gənclərin 
problemləri üzrə dövlət məsullarının vəzifəsi ağırdır.
1
 
Düşmə
n nüfuzu ölk
ə
nin 
inkişafına
 
qarşıdır
 
Hər  bir  xalqın  inkişaf  yolunda  müvəffəqiyyəti 
düşmənlərin  bu  ölkəyə  nüfuzunun  qarşısının  alınması  ilə 
şərtlənib.  Bunlar  bir-birinə  zidd  hadisələrdir.  Hətta  açıq 
düşmənçiliyini  bildirməyən  xarici  bir  güc  bir  xalqın 
müxtəlif zümrələri arasında siyasi atmosferə nüfuz edərsə, 
bu xalq öz izzətli və iftixarlı gələcəyindən uzaq düşər. Bu 
o  demək  deyil  ki,  xariclə  bağlı  hər  bir  hadisəyə  düşmən 
olmaq lazımdır. Xeyr, bəzən məmləkətin faydalarına xatir 
biganələrlə  dostluq  etmək  lazımdır.  Amma  o  dosta  da 
icazə  vermək  olmaz  ki,  evin,  ailənin,  məmləkətin, 
cəmiyyətin 
işlərinə 
müdiriyyət 
etsin. 
İnqilabın 
əvvəllərindən  İrana  nüfuz  dalğasında  Amerika  və  başqa 
ölkələr  vardı.  Artıq  həmin  bağ  qırılıb.  Onlar  çalışırlar  ki, 
münasib 
yolla 
cəmiyyətimizə 
nüfuz 
etsinlər, 
öz 
                                                           
1
 Qum əhalisi ilə görüş, 2005 


 
24 
düşüncələrini,  sözlərini,  siyasətlərini  səhnəyə  gətirsinlər. 
Bu məqsədlə bütün yollardan istifadə edirlər.  
Ötən  illərdə  İrana  münasibətdə  bu  siyasət  davam 
etdirilib.  Bu  gün  daha  çox  siyasi  manevrlə  məşğuldurlar. 
Siyasi  manevrlər  özünü  müxtəlif  formalarda  göstərir.  Bir 
siyasətçi  öz  məqsədini  həyata  keçirmək  istəyəndə  bəzən 
qaşqabaq  tökür,  bəzən  gülümsəyir,  bəzən  qəzəblənir, 
bəzən hədələyir, bəzən irəli gəlir, bəzən geri çəkilir. Bütün 
bunlar  siyasi  manevrdir.  Bir  də  görürsən  deyirlər  ki,  biz 
İran  xalqına  çox  pislik  etmişik,  təəssüf  edirik!  Bir  gün 
senatda  İran  xalqına  qarşı  qanun  qəbul  edirlər.  Başqa  bir 
gün  ən  xəbis,  cinayətkar  qüvvələri  təltif  edirlər.  Bir  gün 
İran  Fələstinə  təcavüzdən  dolayı  sionist  rejimə 
qəzəblənəndə 
İranı  hədəfə  alırlar.  Bəzən  İslam 
Respublikasını  devirmək  üçün  böyük  büdcə  ayırırlar. 
Bütün bunlar siyasi manevrdir. İnformasiya şəbəkələrində, 
mediada  həmin  siyasi  manevrləri  davam  etdirirlər.  Ölkə 
daxilində  bəzi  insanları  aldadır,  onlarla  rabitə  qururlar. 
Böyük  məmləkətin  hansı  fəzasında  boşluq  görürlərsə 
həmin nöqtədən nüfuz etməyə çalışırlar. Bu zəif nöqtə bir 
siyasətçi,  bir  partiya  və  ya  bir  dövlət  məsulu  ola  bilər. 
Buna  görə də Allah-Taala başdan-başa fədakarlığa çağırış 
olan  Fəth  surəsində  Peyğəmbərin  (s)  səhabələri  haqqında 
buyurur: “Onlar kafirlər qarşısında möhkəm sədd çəkiblər, 
öz 
aralarında  mehribandırlar.”
1
 
Kafirlər 
deyəndə 
Mədinədə 
Peyğəmbərin  (s)  himayəsində  yaşayan 
yəhudilər  və  məsihilər  nəzərdə  tutulmurdu.  Mədinə 
daxilində yaşayan məsihilər və yəhudilərin Peyğəmbər (s) 
və səhabələri ilə münasibətləri  yaxşı  idi.  Ayədə  o  kafirlər 
nəzərdə  tutulur  ki,  daim  İslama  qarşı  təcavüz  fikrində 
                                                           
1
 Fəth surəsi, ayə 29 


 
25 
olublar.  Qüreyş  kafirləri  misal  göstərilə  bilər.  Bəni 
Qüreyzə, Xeybər  yəhudiləri də misal ola bilər. Onların işi 
fitnəkarlıq,  müxtəlif  qrupları  İslam  əleyhinə  ayağa 
qaldırmaq  idi.  Hərbi  təcavüzə  çalışır,  insanları  qızışdırır, 
şayiə  yayırdılar.  Bəziləri  də  zahirdə  müsəlman  idi, 
qəlbində  kafirlərə  rəğbət  göstərirdi.  Onların  birinci  və 
ikinci  qrupdan  olan  kafirlərlə  əlaqələri  vardı.  Ayədə 
kafirlər deyiləndə bu üç qrup nəzərdə tutulur. Amma bu da 
qeyd 
edilir 
ki, 
onlar 
(möminlər) 
öz 
aralarında 
mehribandırlar.  Bu  İslamın  yoludur.  Düşmən  belə  bir 
səddə heç vaxt nüfuz edə bilməz. Onların möhkəm, polad 
səddi  var.  Burada  möhkəm  sədd  deyəndə  zorakılıq,  qan 
axıtmaq  nəzərdə  tutulmur.  Bu  müdafiə  məqsədli  səddir. 
Bu  sədd  kövrək  olmamalı,  istənilən  bir  nüfuz  qarşısında 
müqavimət göstərə bilməlidir.  
Ardıcıl  şəkildə  siyasi  qanadlara,  siyasi  şəxsiyyətlərə 
tövsiyələrim  olur.  Düşmən  qarşısında  elə  bir  vəziyyətdə 
dayanmayın  ki,  o  aranıza  nüfuz  etmək  fikrinə  düşsün. 
Əgər  ölkəmizdə  bir  şəxs  və  ya  bir  mətbuat  orqanından 
gileylənmişəmsə  səbəbi  bu  olub.  Düşmənə  nüfuz  etmək 
ümidi  verməyin.  Sizi  özü  üçün  nüfuz  nöqtəsi  görməsin. 
Düşmənin  nüfuzu  nə  qədər  çox  olsa  milli  ləyaqət,  milli 
iqtidar,  ölkənin  tərəqqisi  zəif  olacaq.  Düşmən  nüfuzu  ilə 
ölkənin  tərəqqisi  bir-birinə  tərs  mütənasibdir.  Biri 
güclənirsə  o  birisi  zəifləyir.  Əgər  bir  şəxs  düşmənə 
meydan  versə,  məsələn,  Amerikaya  nifrət  günü  olan  13 
aban  gününü  Amerika  qarşısında  baş  əysə,  bir  şəxs  milli 
vəhdətə  qarşı  parçalanmaya  aparsa,  əmin  olun  ki,  bu 
adamlar düşmən nüfuzuna zəmin hazırlayır. Belə bir insan 
milli  vəhdət,  millət  sevgisi  iddiasında  ola  bilməz.  Bu  çox 
pisdir  ki,  İslam  Respublikasında  kimlərsə  düşmənə  ürək 
qızdırsın.  Hətta  bununla  kifayətlənməyib,  düşmənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə