DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   2   3   4   5   6   7   8   9   ...   50

 
13 
düşmənlərin  nüfuz  etməsi  ilə  müşayiət  olunur.  Zahirən 
düşmən  kimi  tanınmayan  xarici  güc  bir  xalqa  nüfuz  etsə, 
siyasətdə,  iqtisadiyyatda,  digər  sahələrdə  öz  fikirlərini 
qəbul  etdirsə,  həmin  xalqın  xoşbəxt  gələcəklə  arada  olan 
məsafəsi artır. 
1
 
Biz  düşmən  nüfuzunun  yönləri  ilə  tanış  olmalıyıq.  Bu 
bizim vəzifəmizdir.
2
  
Artıq    hamı  başa  düşüb  ki,  imperializmin  İslam 
Respublikası  ilə  mübarizəsi  inqilabın  əvvəllərindəki 
formada  getmir.  Əvvəlki  formada  mübarizədə  məğlub 
oldular, geri  çəkildilər.  Əvvəlki mübarizə hərbi mübarizə, 
çevrilişlər  yolu  idi.  İnqilabın  başlanğıcında  çevrilişə  əl 
atdılar  və  məğlub  oldular.  Milli  münasibətləri 
qızışdırmağa çalışdılar, uğur qazanmadılar. Səkkiz il İslam 
Respublikasını  müharibəyə  cəlb  etdilər,  məqsədlərinə 
çatmadılar. Demək, artıq həmin yollara üz tutmayacaqlar. 
Məğlub olduqları yola dönmələri ehtimalı çox azdır. Təbii 
ki,  biz  bütün  formalarda  müdafiəyə  hazır  olmalıyıq.  Hər 
halda  dünya  imperializmi  artıq  hərbi  yolu  prioritet  yol 
saymır.  
Bu  gün  prioritet  ideoloji  müharibə,  qeyri-fiziki 
savaşdır.
3
 
İdeoloji müharibənin silahlı müharibədən təhlükəsi çox 
deyilsə,  az  da  deyil.  İdeoloji  müharibə  zamanı  da  silahlı 
müharibədəkindən  az  ehtiyat  lazım  gəlmir.  Silahlı 
müharibədə  düşmən  ölkənin  sərhədlərinə üz tutur. Sərhəd 
qərargahlarını  aradan  götürməklə  ölkə  ərazisinə  nüfuz 
                                                           
1
 İnqilab keşikçiləri, müharibə əlilləri, tələbə və məktəblilərlə görüş, 
2000
 
2
 Xibrə məclisinin üzvləri ilə görüş, 2010 
3
 Bəsic - könüllülərlə görüş, 2010 


 
14 
etmək  istəyirlər.  İdeoloji  müharibədə  isə  düşmən  mənəvi 
səngərlərə üz tutur, mənəvi qərargahları dağıdır. Bir ölkə, 
bir  xalqın  etiqadları,  əzm  və  iradəsi,  prinsipləri  hədəfə 
alınır.  Düşmən,  etiqadları  hədəfə  alır  ki,  təbliğatda  güclü 
nöqtələri  zəiflətsin.  Bu  yolla  bir  ölkənin  fürsətlərini 
təhlükəyə çevirməyə çalışırlar.
1
 
İdeoloji  müharibə  mədəniyyətlə,  əxlaqla  bağlı 
vasitələrlə  aparılır,  yalan  və  şayiələr  genişləndirilir. 
Bugünkü  ideoloji  müharibə  vasitələri  10,  15,  30  il  qabaq 
yox  idi.  Bu  gün  texnologiyalar  genişlənib.  İdeoloji 
müharibə  insanların  qəlbində  və  düşüncəsində  tərəddüd 
yaratmaqdır.
2
 
Bunu bacarsalar artıq silahlı müharibəyə, qan axıtmağa 
ehtiyac  qalmır.  Könüllərə  və  düşüncələrə  nüfuz  edir,  öz 
düşüncələrini yerləşdirir, bu yolla məmləkəti işğal edirlər. 
Əvvəlcədən  təyin  olunmuş  məqsədlərinə  daha  rahatlıqla 
çatırlar.  
Bu 
gün 
düşmən 
nüfuzu 
böyük 
təhlükədir. 
İqtisadiyyatda,  təhlükəsizlik  sahəsində  nüfuz  düşüncə 
sahəsində nüfuzla müqayisədə kiçik görünür.  
İslam  cəmiyyətində  bəsirətli  ümmət  və  vilayət 
nemətinin  mövcudluğu düşmən  fitnəkarlıqlarının  qarşısını 
alır. Bununla belə, düşmən nüfuzu layihələrindən qəflətdə 
qalmaq  olmaz.  Düşmən  nüfuzunun  qarşısını  almaq  üçün 
bu nüfuzun mahiyyət və növlərini tanımağa məcburuq. Bu 
nüfuz  arxasında  hansı  amillər  dayanır,  düşmən  nüfuzuna 
qarşı  hansı  yolla  mübarizə  aparmalıyıq?  Bu  zəruri  işlərin 
həyata keçməsi üçün Cənab Rəhbər Ayətullah Xameneinin 
hikmətli  və  aydınladan  göstərişlərinə  diqqət  yetirməliyik. 
                                                           
1
 Xibrə məclisinin üzvləri ilə görüş, 2010 
2
 Bəsic - könüllülərlə görüş, 2010 


 
15 
Cənab  Rəhbər  ardıcıl  şəkildə  İslam  ümmətini  düşmən 
nüfuzunun  təhlükələrindən  xəbərdar  edir.  Bu  sahədə 
rəhbərin  göstərişləri  var.  Düşmən  fitnələrindən  amanda 
qalmaq  üçün  yeganə  yol  vilayət  yoluna  sığınmaqdır. 
Vilayət nemətinə görə Allah-Taalaya şükür edirik.  
Əlinizdəki  kitabdan  daha  yaxşı  bəhrələnmək  üçün 
aşağıdakı nöqtələrə nəzər salın: 
1.  Bütün  kitab  Cənab  Rəhbərin  buyuruqlarından 
seçmələrdir. Rəhbərin buyuruqları olduğu kimi verilib, heç 
bir dəyişiklik aparılmayıb. Seçmələr 1990-cı ildən 2016-cı 
ilə qədər bir dövrü əhatə edir. 
2.  Düşmən  nüfuzu  mövzusunun  əhəmiyyətini  nəzərə 
alaraq  kitab  4  fəslə  bölünüb:  Düşmən  nüfuzunun 
mahiyyəti 
və 
növləri, 
nüfuz 
etməkdə 
düşmənin 
məqsədləri,  nüfuz  yaradan  amillər,  düşmən  nüfuzu  ilə 
mübarizə yolları. 
3. Kitabdakı mövzular arasında əlaqələri qorumaq üçün 
Cənab  Rəhbərin  buyuruqları  ardıcıl  şəkildə  diqqətlə 
araşdırılıb.  Bəyanatların  mövzusu  dəyişməsin  deyə 
mövzular 
qruplaşdırılıb. 
Bu 
kitabın 
mütaliəsini 
asanlaşdırır. 
4.  Qruplaşdırılmış  bəyanatları  bir-birindən  ayırmaq 
üçün hər bəyanatın sonunda tarix və məkan göstərilib. 
5.  Oxucular  ayə  və  rəvayətlərlə  daha  yaxından  tanış 
olsun deyə onların dəqiq ünvanı verilib.  
Sonda  bəşəriyyətin  xilaskarının  zühuru  üçün,  onun 
həqiqi naibinin ömrünün uzunluğu və sağlamlığı üçün dua 
edirik.  Kitabın  ərsəyə  gəlməsində  zəhməti  olan    bütün 
hövzə  ustadlarına,  xüsusi  ilə  höccətül-İslam  vəlmüslimin  
Şeyx Mehdi Taibə təşəkkürümüzü bildiririk. 
Məhəmməd Tacik Rüstəmi 
Qum Elm Hövzəsi, 2016, qış 


 
16 
 
Birinci fəsil: Düşmən nüfuzunun 
mahiyyəti  
Düşmə
n nüfuzu ölk
ə
 üçün 
ə
n böyük 
t
ə
hlük
ə
dir  
Biz  düşmən  deyəndə  fantastik,  təxəyyüli  bir  mövcud 
nəzərdə  tutmuruq.  Məqsədimiz  dünya  imperializmidir. 
İmperialist  qüvvələr  bu  sıradandır.  Onların  həyatı 
başqalarını istismar üzərində qurulub. Müdaxilə edir, təbii 
sərvətləri  ələ  keçirir,  insanları  əsarətə  alırlar.  Bunlar 
hegemonçu  qüvvələr,  imperialistlərdir.  Başqa  sözlə, 
imperialist qüvvə başçılarıdır. 
Bizim 
siyasi 
ədəbiyyatda  imperialist  quruluş, 
imperializm  adlı  termin  var.  Dünyanın  istismarçı  və 
istismar  olunan  iki  hissəyə  bölünməsi  imperializmin 
mahiyyətini  təşkil  edir.  İmperializm  sisteminin  başçıları 
düşmənlərdir. Nümunə göstərə bilərik. Amerika Birləşmiş 
Ştatları  bir  imperialist  gücdür.  İmperializmin  aydın 
nümunələrindən  biri  Amerikadır.  İmperialist  güclər 
sırasında  başqaları  da  var.  Amma  ən  aydın  nümunə 
Amerika 
Birləşmiş 
Ştatlarıdır.  Amerikanın  insani 
dəyərlərə  sayğısı  yoxdur.  Heç  bir  cinayətdən  çəkinmirlər. 
İstənilən  bir  cinayəti  dodaqlarında  təbəssüm,  çox 
rahatlıqla  həyata  keçirirlər.  Öz  çirkin  əməllərini  gözəl 
sözlərlə  pərdələməyə  çalışırlar.  Düşmən  deyəndə  bunları 
nəzərdə tuturuq.
1
 
                                                           
1
 Beynəlxalq Əhli-Beyt (ə) Assambleyası və İslam-Teleradio Şəbəkəsi 
İttifaqının üzvləri ilə görüş, 2016 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə