DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   42   43   44   45   46   47   48   49   50

 
154 
milli  ehtiyac  idi.  Əgər  nüvə  sənayesini  bu  gün  işə 
salmasaydıq, 10-15 il sonra millətimiz və məmləkətimizə 
zərbə  dəyərdi.  Bu  gün  bir  işi  görürük  ki,  zamanı  çatanda 
onun  bəhrəsini  götürək.  Bu  gün  başlamadığımız  işdə  geri 
qalırıq. İkincisi, nüvə məsələsi kimi bir məsələdə düşmən 
qarşısında geri çəkilmək düşməni həyasızlaşdırır. Sən geri 
çəkiləndə  onun  tələbləri  artır.  Sən  geri  çəkiləndə  o  irəli 
gəlir.  Buna  görə  də  İran  xalqı  öz  mövqeyində  möhkəm 
dayandı,  məsullarla  birgə  bəyan  olundu  ki,  nüvə  enerjisi 
bu  xalqın  haqqıdır.  Bizim  haqqımızdır  ki,  bu  elmə  sahib 
olaq, nüvə sənayesini inkişaf etdirək.
1
  
Nüfuza 
qarşı
 elm v
ə
 
araşdırma
 yolu 
Əzizlərim,  bilin  ki,  bu  məmləkəti  istənilən  müdaxilə, 
istənilən  təcavüz,  istənilən  mənfi  təsirdən  qoruya  biləcək 
amil  dövlət  quruluşunun  daxilən  möhkəmləndirilməsidir. 
Xalqın  məsullarla  bağlılığı,  gənclərin  gələcəyə  ümidi,  bu 
nizamı zəiflədəcək amillərin aradan qaldırılması zəruridir. 
Universitetlərdə,  elm  mərkəzlərində,  elmi  araşdırmalar 
gücləndirilməlidir.  Bu  görüşdə  əziz tələbə  gənclərdən  biri 
qeyd  etdi  ki,  araşdırmaların  sürəti  azdır.  Bunu  tələbələrin 
istəyi  kimi  dilə  gətirdi.  Bu  məni  sevindirir.  Universitet 
müəllimlərinin,  alimlərin  məclisində  də  bu  məsələ  yada 
salınıb. Bu çox yaxşıdır ki, gənclərimiz elm və araşdırma 
ardıncadır.  Elmi  araşdırmasız  cəmiyyəti  irəli  aparmaq 
olmaz. Bəşəriyyətin düşmənləri də elmdən faydalanır. Biz 
yüksək  amallar,  insani  dəyərlər  yolunda  elm  və  onun  zati 
şərəfindən  faydalanmağa  məcburuq.  Vəhdət  və  rabitələr 
qorunmalıdır.  Başladığımız  fundamental  işləri  davam 
etməliyik.  
                                                           
1
 Əbərkuh əhalisi ilə görüş, 2009 


 
155 
Bilin  ki,  düşmənin  araşdırmaları  və  hesabatları  İranda 
böhran  yaradılması  ehtimalını  istisna  edir.  Düşmən  öz 
hesabatlarında  əmin  olub  ki,  bu  ölkədə  böhran  yarada 
bilməz.  Problem  silahla,  raketlə,  bomba  ilə  həllini  tapası 
deyil.  Əgər  millət  əl-ələ  verərək  möhkəm  dayanıbsa, 
cəmiyyətin  əksəriyyətini  35  yaşdan  aşağı  nəsil  təşkil 
edirsə,  millət  dini  dəyərlərə  bağlısa,  belə  bir  millətlə  baş-
başa  gəlmək,  müharibə  aparmaq  faydasızdır.  Düşmən  öz 
hesabatlarında  buna  əmin  olub.  Bəli,  hay-küy  salırlar  ki, 
bu  milləti  qorxuda  bilsək,  məqsədə  çatarıq.  Əgər  bu 
millətin arasında kimlərsə xəyanətə  getsə, kimlərsə təslim 
olsa düşmən qalib gələ bilər. Bunlar bir xəyaldır. Nə qədər 
ki,  millət  möhkəm  dayanıb,  gənclər  möhkəm  dayanıb, 
məsullar  möhkəm  dayanıb,  cəmiyyət  təhdidlər  qarşısında 
müqavimət  göstərir,  yaranmış  şəraiti  düzgün  dəyərləndirə 
bilir,  öz  şərəf  və  ləyaqətinə,  müstəqilliyinə  dəyər  verir, 
məmləkətinin müdafiəsi üçün fədakarlığa hazırdır, düşmən 
də öz  işini  başa  düşəcək.  Başa  düşəcək ki,  bu  xalqa  qalib 
gəlmək asan deyil.
1
 
T
ə
l
ə
b
ə
 c
ə
miyy
ə
tl
ə
ri 
düşmə
n nüfuzuna 
diqq
ə
tli olsun 
İslam  bünövrəli  tələbə  cəmiyyətləri  universitet 
daxilində  mömin  birliyi  zəiflədəcək  rəqabətlərə  yol 
verməsin.  Bu  cəmiyyətlər  bir-birinə  dayaq  olsun. 
Demirəm  ki,  hamı  eyni  şəkildə  düşünməlidir.  Bu  nə 
mümkündür,  nə  də  lazımdır.  Amma  ümumi  birliyi 
zəiflədəcək  rəqabətlərdən  çəkinmək  lazımdır.  Bu  məsələ 
sizə  aydındır.  10-15  il  əvvəl  universitet  cəmiyyətində  bu 
                                                           
1
 Şəhid Behişti Universitetinin müəllim və tələbələri ilə görüş, 2004 


 
156 
barədə  xatırlatmalara  ehtiyac  çox  idi,  məsələ  bugünkü 
kimi  aydın  deyildi.  Amma  bu  gün  düşmənin  tələbə 
cərəyanları  üzərinə  sərmayə  yatırdığını  görürsünüz.  Hər 
vasitə  ilə  tələbə  mühitini  qarışdırmağa,  bu  fəzaya  nüfuz 
etməyə çalışırlar. Tələbə cəmiyyəti arasında özlərinə əsgər 
axtarırlar.  Bu  işi  müxtəlif  adlarla  həyata  keçirirlər. 
Amerika  və  İsrail  kəşfiyyat  orqanları  tələbə  təşkilatlarına 
maliyyə  yardımı  göstərməyə  hazırdırlar.  Çünki  bu 
cəmiyyətlər  arasında  onların  istəklərinə  cavab  verəcək 
qruplar  var.  Universitetlərdə  bu  mövcuddur.  Bir  zaman 
televizora  çıxdılar,  tövbə  etdilər,  göz  yaşı  axıtdılar, 
dövlətdən  əfv  istədilər.  Bu  gün  dünyada  marksizm 
düşərgəsi tam dağılandan sonra, bu yolun yanlışlığı sübuta 
yetdiyi  bir  dövrdə  onların  qalıqlarını  saxlamağa  çalışırlar. 
Çünki  buna  ehtiyacları  var.  İslam  etiqadlı  sağlam  tələbə 
hərəkatına  qarşı  hər  yolla  qüvvələr  hazırlamaq  istəyirlər. 
Nə  adla  olur  olsun  İslama  qarşı  qruplar  yaratmağa 
hazırdırlar.  Şahpərəst  adı  da  onlar  üçün  qəbuldur.  Sizin 
məsuliyyətiniz 
ağırdır,  diqqətli  olun.  Həm  dərs 
oxumalısınız, həm siyasi mühitinizi tanımalısınız, həm bu 
mühitə  təsir  göstərməlisiniz,  həm  özünüzü  düşüncə 
baxımından  və  ruhən  hazırlamalısınız.  Bu  respublikanın 
dayağı  mənəviyyatdır.  Qarşıda  elə  bir  gün  var  ki,  İslam 
Respublikasının  beynəlxalq  səhnədə  çəkisi  10  dəfə 
bugünkündən ağır olacaq. Əmin olun ki, belə bir gün var. 
Siz  gənclər  həmin  günü  görəcəksiniz.  Biz  olmasaq  da  siz 
olacaqsınız.  Görəcəksiniz  ki,  istər  siyasi,  istər  elmi 
baxımdan  İslam  Respublikasının  çəkisi  bu  günlə 
müqayisədə  10  qat  artıb.  Özünüzü  həmin  günə 
hazırlamalısınız.
1
 
                                                           
1
 Tələbə cəmiyyəti nümayəndələri ilə görüş, 2007 


 
157 
Tələbələrə  sözüm  budur  ki,  düşmənə  diqqətli  olun, 
düşməni  yaxşı  tanıyın,  məbada  bu  işdə  diqqətsizlik 
göstərəsiniz.  Sizin  zahirinizdə  aranıza  daxil  olan  yadları 
tanıyın.  Gizli  əlləri  görün.  Dünyada  kimisə  qəflətə, 
məlumatsızlığa  görə  tərifləməzlər.  Bir  insan  gözlərini 
yumduğu  üçün  tərif  olunmaz.  Qafil,  gözünü  yummuş 
insan zərbə alırsa müqəssir ilk öncə özüdür. Diqqətli olun. 
Tələbə,  tələbə  zümrəsi  dəyərli  bir  zümrədir.  Düşmən 
tələbələri  hədəfə  alıb.  Neçə  illərdir  çalışırlar  ki,  tələbələri 
dövlətə  qarşı  qoysunlar.  Amma  buna  nail  olmayıblar. 
Bundan  sonra  da  nail  olmayacaqlar.  Əgər  düşmən  təsiri 
altında  olan  bir  qrup  bulanıq  sudan  balıq  tutmaq  istəsə, 
tələbə  cəmiyyətlərinə  daxil  olsa,  şüarlar  səsləndirib  aranı 
qarışdırmaq  istəsə  ümid  etməsin  ki,  biz  səhvə  yol 
verəcəyik.  Xeyr,  biz  səhv  etməyəcəyik.  Biz  düşmənimizi 
yaxşı  tanıyırıq.  Tələbə  bizim  övladımızdır,  bizim  xalqa 
məxsusdur.  Tələbə  bu  məmləkətin  sərmayəsidir.  Tələbə 
cəmiyyətinə nüfuz edib fəsad törətmək istəyən düşməndir. 
Tələbələr 
özləri 
diqqət 
göstərərək 
vəziyyəti 
dəyərləndirməlidir.
1
  
Gənclər,  tələbələr!  İslam  cəmiyyəti  nihalı  böyük 
imamın  uzaqgörənliyi  inqilabın  ən  həssas  dönəmlərində 
universitetlərdə  kök  atdı,  bəhrə  verdi.  İllər  uzunu  imamın 
müdrik  tövsiyələri  ilə  bu  nihal  boy  atdı.  O  zamandan 
iyirmi  ildən  çox  ötüb.  Bu  inqilabi  və  xəlqi  nihalın  dəyəri 
yerində  qalmaqdadır.  Bu  təşkilatların  yarandığı  dövrdə 
olduğu  kimi  bu  gün  də  universitet  mühiti  iman  və  təqva 
məşəli  götürənlərə  ehtiyaclıdır.  İslam  cəmiyyətləri  bu 
böyük missiyanın yerinə yetirilməsində uğur qazana bilər. 
Bu  gün  İslam  Respublikası  dünya  birliyinin  qarşısında 
                                                           
1
 Universitet hadisəsi ilə bağlı bəyanat, 2000 


 
158 
ədalət  və  azadlıq  bayrağı  qaldırıb.  Bu  respublika  kinli 
düşmənlə  üzbəüzdür.  Müsəlman  milləti  bu  dəyərlərdən 
uzaqlaşdırmaq  üçün  minlərlə  plan  cızırlar.  Tələbə  və 
gənclərimiz  bir  an  da  bu  fitnəkarlıqdan  qəflətdə 
qalmamalıdır.  Düşmənin  açıq  və  gizli  əlləri  universitetlər 
üçün təhlükədir və öz təxribatları üçün universitetləri ilkin 
hədəf  sayırlar.  Bu  dəyərlərə  can  yandıranları,  xüsusi  ilə 
əziz  tələbələri  ayıq  olmağa,  diqqətli  olmağa  çağırıram. 
Siyasi  və  ideoloji  fitnəkarlıq  nişanələri  göz  qarşısındadır. 
İmanlı və agah gənclərimiz bu fitnələri bətndə boğa bilər. 
Haradasa  fitnə  yaransa  bunun  qarşısını  almaq  lazımdır. 
Böyük imam  İslam cəmiyyətlərinə düşmən nüfuzu barədə 
dəfələrlə xəbərdarlıq etdi. Onun dəyərli tövsiyələri bu gün 
də  əlimizdədir.  Təşkilat  üzvləri  siyasi  fəaliyyət  kənarında 
öz mənəviyyatını  da  gücləndirməlidir.  Düşmən  qarşısında 
möhkəm 
sədd 
qurulmalıdır.  Bu  zaman  gənclik 
səmimiyyəti və saflığı özü dövrün böyük məsuliyyətlərini 
öhdəyə alacaq.
1
 
İmkan  verməyin  ki,  düşmən  İslam  cəmiyyətlərində 
yuva 
qursun. 
Bu 
nöqtəyə 
çox 
diqqət 
yetirin. 
Universitetlərdə  dini  fəaliyyətlərə  qarşı  olanlar  var. 
Çalışırlar  ki,  tələbələr  İslam  həqiqətləri  ilə  tanış  olmasın, 
inqilabın simasından xəbərsiz qalsın. Çalışırlar ki, Tələbə 
İslam  Cəmiyyətlərinə  nüfuz  etsinlər,  aranı  qarışdırsınlar. 
Mən  bütün  əziz  gənclərdən  ayıqlıq  umuram.  Düşmənin 
xəbis  niyyətlərindən  xəbərdar  olun,  bu  fitnələrlə  ağıl  və 
şücaətlə  mübarizə  aparın.  Aydın  və  xoşbəxt  yolunuzu 
imanla davam etdirin.
2
 
                                                           
1
 İslam azad tələbə cəmiyyətlərinin illik konfransına müraciət, 2003 
2
 Tələbə cəmiyyətləri ilə görüş, 2001 


 
159 
G
ə
ncl
ə
rin 
ayıqlığı
 
düşmə
n nüfuzu 
qarşısında
 s
ə
ddir 
Xoşbəxtlikdən  bu  gün  elm  meydanı  açıqdır,  elm  və 
texnologiya  sayəsində  fəaliyyətlərə  imkan  yaradılıb. 
Dövlət  məsulları  gənclərin  daha  inamla  meydana  daxil 
olması  üçün  iqtisadiyyat  sahəsində  də  onlara  yol 
açmalıdırlar.  Bu  məmləkət  siz  gənclərindir.  Bizim  nəsil 
İslam  və  məmləkət  üçün  bacardığını  edib.  Bu  gün 
məmləkət siz gənclərə məxsusdur. Gənclər özünü müxtəlif 
sahələrdə  fəaliyyətə  hazırlamalıdır.  Düşmən  nüfuzuna 
qarşı,  ideoloji  təxribatlara  qarşı,  bədbinlik  yaradanlara 
qarşı  mübarizə  aparın.  İslamı  maddi  və  mənəvi  qurtuluş 
yolu kimi görün.
1
 
Siz  gənclər  ayıqlığınızı  itirməməlisiniz.  Öz  dini  və 
inqilabi  biliklərinizi  dərinləşdirin.  Bəzi  hədislərdə  və 
dualarda  nüfuza  davamlı  polad  sipərdən  danışılır. 
Düşmənin 
müdaxilələrinə 
və 
hücumlarına 
qarşı 
müqavimətdə  iradəli  olun.  Öz  kimliyinizi,  şərəf  və 
ləyaqətinizi  hifz  edin.  Sizdən  sonrakı  nəsillər  də  bu  yolu 
davam  etdirər,  pak  ağac  (şəcəreyi-təyibbə)  kimi  bu 
müqəddəs  cərəyan  davam  edər.  Maarif  sütunlarını 
qəlbinizdə 
möhkəmlədin. 
Dini 
biliklərinizi 
dərinləşdirərkən 
Şəhid 
Mütəhhərinin 
əsərlərindən 
bəhrələnin.  Bu  əsərlər  çox  dəyərlidir.  İstiqamətinizi, 
şüarlarınızı 
dərinləşdirin. 
Şəhid 
Mütəhhərinin 
kitablarından 
faydalanmağınız 
lazımdır. 
Fədakar 
komandanlardan  qəflətdə  qalmayın.  Bu  haqq  yolun 
şəhidlərini tanıyın. Xüsusi ilə komandanlara diqqət yetirin. 
Amma  diqqət  yetiriləsi  insan  təkcə  onlar  deyil.  Mən  bir 
                                                           
1
 Qərbi Gilan əhalisi ilə görüş, 2012 


 
160 
kitab  oxudum,  o  kitabda  bəsic  -  könüllü  qurupu 
üzvlərindən yazılırdı. Müqəddəs müdafiə illərindən söhbət 
gedirdi. 
İmanlı,  şövqlü,  təsirli  insanların  döyüş 
meydanında hüzuru çox təsirlidir. Onların bəyanatları çox 
dəyərlidir.  Şəhadətə  çatanların  nurani  vəsiyyətnamələri 
var.  Bundan  bəhrələnin.  Mən  özüm  bu  vəsiyyətnamələri 
oxuyanda  çox  faydalanıram.  Bu  bəhrə  yolunu  üzünüzə 
açın.  Bu  məmləkətin  ümidi  sizsiniz.  İmanlı  gənclər  bu 
məmləkət və bu millət üçün ümid yaradırlar. Şübhəsiz ki, 
bütün bəsic - könüllülər bu qəbildəndir.
1
 
İslam  bayrağı  altında  oyanış  inşallah  bütün  regionu 
xilas  edəcək.  Bu  gün  müşahidə  edirik  ki,  İslam  oyanışı 
böyük  Yaxın  Şərq  məntəqəsində  günbəgün  genişlənir. 
Düşmən  məğlubiyyət  yaşayır.  İslam  oyanışına  qarşı 
düşmən  nə  qədər  çalışdısa  da  bu  oyanış  inkişafdadır, 
düşmən geri çəkilir.
2
 
Amma  bu  o  demək  deyil  ki,  düşmən  nüfuz  etməkdən, 
fitnəkarlıqdan,  aranı  qarışdırmaqdan  əl  çəkib.  Onlar 
təlaşdadır  fitnəkarlığını  və  təxribatlarını  davam  etdirir. 
Namərd  üsullara  əl  atır,  zərbə  vururlar.  Buna  qarşı  ayıq 
olmalıyıq.  Mənim  sizə  tövsiyə  etdiyim  hazırlıq  sırf  hərbi 
hazırlıq  deyil.  Mən  mənəvi,  ruhani  hazırlığı  nəzərdə 
tuturam. Düşmənin hərbi yolla bir iş görməsi gözlənilmir. 
Buna  ümid  etməsin.  Amma  ideoloji,  siyasi  baxımdan, 
təhlükəsizlik 
sahəsində 
fəaliyyətləri 
təhlükəlidir. 
İnsanlarımızın, 
cəmiyyətimizin 
etiqadında 
süstlük 
yaratmaq vasitəsi ilə məqsədə çatmaq istəyirlər. Bu bizim 
                                                           
1
 Fars ustanı bəsic - könüllülərlə görüş, 2009 
2
 Qərbi Gilan əhalisi ilə görüş, 2012 


 
161 
təhlükəsizliyimizi  hədələyir.  Ümumi  təhlükəsizlik  bütün 
ölkə boyu inkişafdadır.
1
 
Şəkk  etmirəm  ki,  gələcək  İslama  məxsusdur.  Gələcək 
İslamındır. Siz gənclər inşallah Allahın tövfiqi ilə o günü 
görəcəksiniz  ki,  bütün  bu  məntəqədə  İslam  bayrağı 
dalğalanır. Görəcəksiniz ki, iqtidarlı və izzətli İslam birliyi 
səhnədədir.
2
 
Düşmə
n nüfuzu il
ə
 mübariz
ə
d
ə
 b
ə
sic - 
könüllül
ə
r mühüm amildir 
İnqilab  və  İslamı  eşq  və  fədakarlıqla  müdafiə  edən 
bəsicimiz  var.  Bəsic  bugünkü  müqavimət  qərargahı  gənc 
və  şövqlü  qüvvələrdir.  İslamın  əvvəlindən  bu  günə  qədər 
bu gənclər misilsiz olub, heç bir dövrdə bugünkü kimi fəal 
olmayıblar. Bu gənclər bir çoxları kimi eyş-işrət əyyaşlıqla 
gün  keçirmək  əvəzinə  xalqa  xidməti  özlərinə  vəzifə 
biliblər, İslamın keşiyində dayanıblar. Bu gənclər Quranla 
ünsiyyətdə  olan  gənclərdir.  Bu  gənclər  öz  ibadətləri  ilə 
ata-analarını  heyrətə  gətirən  gənclərdir.  Biz  hansı  şəhidin 
evinə  qədəm  qoyduqsa  ata-anaları  dedilər  ki,  biz  dini  bu 
gənclərdən öyrəndik! 
İnqilabın  hünəri  budur,  imamın  hünəri  budur.  Böyük 
imam  düşmənin  fəsada  çəkmək  üçün  üzərində  50-60  il 
işlədiyi  cəmiyyəti  ayağa  qaldırdı,  onun  gənclərini  pak 
çiçəklər  kimi  tərbiyə  etdi.  Böyük  imam  buyurur:  Bu 
fəthül-fütuhdur!  Bəli,  imamın  fəthül-fütuhu,  qələbələr 
qələbəsi  mömin  gənclərin  tərbiyəsi  idi.  İmam  elə  gənclər 
tərbiyə  etdi  ki,  dünyaya  etinasızlıqla  şəhadətə  qucaq 
                                                           
1
 Kürdüstan tayfa başçıları ilə görüş, 2010 
2
 Qərbi Gilan əhalisi ilə görüş, şəmsi 2012 


 
162 
açdılar.  Tarix  boyu  məmləkətimizdə  və  ya  başqa 
məmləkətlərdə nə zaman belə saleh, pak gənclər olub?!  
Düşmən  onları  görmürmü?!  Düşmən  bu  gəncləri 
inqilabın əlindən almaq istəyir. Gənclər arasında günah və 
fəsadı yaymaqla plan cızır. Bu fəsad dalğasının qarşısında 
kim  dayanmalıdır?  Bu  təxribatların  qarşısında  kim 
dayanmalıdır?  Ölkədəki  əlaltıları  vasitəsi  ilə  düşmənin 
həyata 
keçirdiyi 
fitnəkarlıqların 
qarşısında 
kim 
dayanmalıdır?  Belələri  bir  qrup  sadəlövh  insanı  da  öz 
arxalarınca  aparır.  Bəsic  əzəmətli  bir  nurdur.  Bütün 
bunların qarşısında bəsic dayanacaq!  
Bəsic hər şəhərdə bir neçə min insan deyil. Bəsic bütün 
mömin  və  hizbullah  qüvvələrdir.  İmamın  “20  milyonluq 
bəsic”  ifadəsi  bu  topluma  aiddir.  Düşmən  güman  etməsin 
ki,  bəsic  bir  neçə  milyondur.  Məmləkətimizin  bütün 
mömin və hizbullah qüvvələri bəsic sayılır. Qoy düşmənin 
gözü kor olsun! (İmam Həsən (ə) qərargahında bəsic günü 
bəyanat, şəmsi 1379) 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə