DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   42   43   44   45   46   47   48   49   50

 
148 
sahəsində təzyiqləri bu inqilabları məhv etdi. Bu gün şərqi 
Avropada sosializm və solçuluğun əsas mərkəzi olmuş bir 
məkanda  vəziyyətə  baxın.  Sabiq  solçu,  sosialist  ölkələrdə 
Amerikanın  hərbi  bazaları  qurulur,  raketləri  yerləşdirilir. 
Aydın  olur  ki,  İslam  Respublikasından  başqa  bir  quruluş 
Amerika  nüfuz  və  müdaxiləsi  qarşısında  müqavimət 
göstərmək gücündə deyil.
1
  
Düşmə
n nüfuzu il
ə
 mübariz
ə
 
yollarından
 
biri qanundur 
Əziz  qardaşlar  və  bacılar!  İstiqlal  mövzusunda 
danışmışıq.  Konstitusiyada  aydın  şəkildə  bildirilir  ki,  nə 
istiqlal azadlığa mane ola bilər, nə də azadlıq istiqlala. Bu 
çox  ciddi  bir  məsələdir.  Əgər  kimlərsə  azadlıq  şüarı 
altında qapıları düşmənin üzünə açsa bu azadlıq deyil. Bu 
düşmənin  istəyidir.  Düşmən  bu  gün  bu  tələni  qurur.  Çox 
həssas günlərdə yaşayırıq. Həssas bir dövrdür.
2
 
Düşmənin  təbliğat  maşını,  Amerikanın,  Mərkəzi 
Kəşfiyyat  İdarəsinin  təbliğat  aparatı,  İngiltərənin  təbliğat 
maşını,  sionizmə  bağlı  təbliğat  şəbəkələri  psixoloji 
müharibə  aparır.  Məsələn,  çalışırlar  ki,  İslam  Şura 
Məclisində  bir  layihə  həyata  keçirsinlər.  Özlərini  anadan 
mehriban  dayə  kimi  göstərirlər.  Bir  məhbusun  adını  şüar 
edir,  ona  azadlıq  istəyirlər.  Şəkkə  düşməyin  yeri  var. 
Onların səmimiyyətinə inanmaq mümkün deyil.  
Düşmən  bu  gün  mövcud  olan  zəif  nöqtələrdən 
bəhrələnmək istəyir. Sadəlövh insanlardan istifadə edirlər. 
Ölkənin siyasi qurumlarına, mədəniyyət qurumlarına ayaq 
                                                           
1
 Elm və Texnologiya Universitetinin müəllim və tələbələri ilə görüş, 
2000
 
2
 Qum əhalisi ilə görüş, 2001 


 
149 
açmaq  istəyirlər.  Xatırladıram  ki,  bu  xalq  ayıqdır. 
Məsullar  ayıqdırlar.  Düşmənin  ölçü  tanımayan  istəklərinə 
layiqincə  cavab  verilir.  Bizim  konstitusiyamız  mütərəqqi 
bir  qanundur.  Çox  əsaslı  və  məntiqi  hazırlanıb.  Bu 
qanunda  hər  şey  öz  yerindədir.  Mən  bütün  məsulları, 
qanunverici sistemdə çalışanları, bütün xalqı qanuna əməl 
etməyə  çağırıram.  Əgər  qanuna  riayət  etsək  düşmənin 
ümidi  qırılar.  Qanuna  əməl  olunmalıdır.  Qanun  düşmən 
nüfuzunun  qarşısını  kəsir.  Düşmənin  təbliğat  maşını 
iğtişaş yaradanları dəstəkləyəndə ən  yaxşı cavab qanunun 
icrasıdır.
1
 
Nəzərinizə  çatdırıram  ki,  bəzən  siyasi  ixtilaflar,  fərqli 
cinahlarda mövqe tutulması şişirdilir. Əslində bu ixtilaflar 
təbliğ olunduğu qədər böyük deyil. Xalq öz  yolunu gedir. 
Xalqın  yolu  İslam, inqilab, Allah  yoludur, böyük imamın 
yoludur.  Bu  süni  istiqamətləndirmələrin  xalqa  heç  bir 
aidiyyəti  yoxdur.  Düşmən  çox  çalışır  ki,  siyasi  qanadları 
bir-birinə  qarşı  qoysun.  Ən  müqəddəs  məkanlardan  olan 
cümə  namazından  siyasi  cinahları  müzakirələrə  dəvət 
edirəm.  Əyləşin,  müzakirə  aparın.  Müştərək  baxışlarınızı 
əsas götürün, fərqli baxışlarınızı həll edin. Əgər prinsiplər 
üzərində  möhkəm  dayansanız  haşiyə  məsələlərdən  dolayı 
ixtilaflar  həllini  tapar.  Bəziləri  qəbul  edir,  bəziləri 
inadkarlıq  göstərir.  Nə  üçün  bəziləri  milli  vəhdəti,  milli 
təhlükəsizliyi,  milli  mənafeləri  siyasi  cinah  maraqlarına 
qurban  verir?  Əgər  bu  işi  düşmən  nüfuzu  olmadan 
görürlərsə  çox  pisdir.  Əgər  düşmən  nüfuzunun  onlara 
təsiri varsa bu qat-qat pisdir.  
Mən  hamını  İslam  Respublikasının  əsas  prinsipi  olan 
vəhdətə 
dəvət 
edirəm. 
Bu 
konstitusiyanın  aydın 
                                                           
1
 Qum əhalisi ilə görüş, 2001 


 
150 
prinsiplərindəndir.  Bu  prinsip  İslamın,  imamın  yolunun 
milli  mənafelərin  prinsipidir.  Millətin  düşmənlərinə  qarşı 
mübarizə  prinsipidir.  Bu  xətt  bütün  xeyirxahların,  canı 
yananların, sədaqətli insanların birləşəcəyi aydın xətdir.
1
 
Bu  gün  İslam  Respublikasının  dünyada  hörməti  var. 
Dövlət  məsulları  xalqa  bağlı  olduğundan  hörmətlidir. 
Bunu  ölkə  başçıları,  məsullar  bilirlər  və  Allahın  lütfü  ilə 
bu prinsipə sadiqdirlər. Bəzilərinin isə şəxsiyyəti kiçikdir. 
Maddi bağlılıqlar, yanlış üsullar onları başqa yola aparır.  
H
ə
rt
ə
r
ə
fli iqtidar 
düşmə
n nüfuzu il
ə
 
mübariz
ə
 yoludur 
Quran 
buyurur 
ki, 
düşmənlə  mübarizə  üçün 
bacardığınız qədər güc toplayın, döyüş atları hazırlayın, bu 
vasitə  ilə  Allahın  düşmənlərini  və  öz  düşmənlərinizi 
qorxudun.
2
  Siz  öz  iqtidarınız  və  durumunuzla  düşməni 
qorxuya salmalısınız. İstismarçıların, işğalçıların xarakteri 
təcavüzkar  xarakterdir.  Onların  işi  hücum  etmək, 
yağmalamaqdır.  Xarakterləri  belədir.  Əgər  sizin  səddiniz 
zəif  olsa  bu  səddi  aşacaqlar.  Elə  etməlisiniz  ki,  düşmən 
nüfuz  edə  bilməyəcəyini  görsün.  Ölkənin  cənubunda 
inqilabi 
cəbhənin 
təşkili, 
Qara 
Dənizdə 
hərbi 
qüvvələrimizin 
hüzuru, 
sahil 
bölgəsinin 
fədakar 
gənclərinin  meydanda  olması  bizi  Quran  məqsədinə 
çatdırır.  Biz  bu  vasitələrlə  düşməni  qorxuda  bilirik.  Bu 
davamlı  olmalıdır.  Dəfələrlə  demişik  ki,  biz  müharibəyə 
başlamayacağıq.  Buna  görə  öz  dəlillərimiz  var.  Amma 
                                                           
1
 Qum əhalisi ilə görüş, 2001 
2
 Ənfal surəsi, ayə 60 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə