DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   2   3   4   5   6   7   8   9   ...   50

 

Etiqadların dəyişdirilməsinə mane olmaq düşmən nüfuzu ilə 
mübarizədə ruhanilərin işidir ........................................................... 129 
İmanı gücləndirmək, agahlıq, düşmənin tərpənişinə iti baxış düşmən 
nüfuzu ilə mübarizə yoludur ............................................................ 132 
İslam şəriətinə bağlılıq düşmən nüfuzuna mane olur ....................... 133 
İslamda düşmən nüfuzu ilə mübarizə yollarından biri Həccdir ........ 137 
İzzət düşmən nüfuzuna mane olur .................................................... 138 
İstiqlal düşmən nüfuzu qarşısında səddir ......................................... 140 
Cihad və şəhadət dəyərlərinin qorunması düşmən nüfuzu ilə mübarizə 
yollarındandır ................................................................................... 143 
İslam vəhdəti düşmən nüfuzu ilə mübarizədə bir yoldur ................. 143 
İmamın rəhbərliyi altında xalqın meydanda birliyi düşmən nüfuzuna 
mane oldu ......................................................................................... 146 
Düşmən nüfuzu ilə mübarizə yollarından biri qanundur .................. 148 
Hərtərəfli iqtidar düşmən nüfuzu ilə mübarizə yoludur ................... 150 
Düşmən nüfuzuna qarşı ən yaxşı yol hazırlığı bəyan etməkdir ........ 152 
Nüfuza qarşı elm və araşdırma yolu ................................................. 154 
Tələbə cəmiyyətləri düşmən nüfuzuna diqqətli olsun ...................... 155 
Gənclərin ayıqlığı düşmən nüfuzu qarşısında səddir ........................ 159 
Düşmən nüfuzu ilə mübarizədə bəsic - könüllülər mühüm amildir . 161 
 


 

Müqəddimə  
Rəhbər  Ayətullah  Xameneinin  buyuruqları  əsasında 
hazırlanmış  “Düşmən  nüfuzu”  kitabı  gözəl  tərtib 
olunmuşdur.  Kitabda  imkan  həddində  araşdırma  və 
tərtibatla,  bəyanatlar  arasında  əlaqələrin  tapılması  ilə 
düşmən  nüfuzu  və  onun  məqsədləri  xəbərdarlıqedici  və 
bəsirətverici səviyyədə qələmə alınıb.  
Şübhəsiz  ki,  düşmən  fəaliyyətlərindən  yaranan 
təhlükələrin aradan qaldırılmasında bəsirət, düşməndən və 
onun məqsədlərindən xəbərdarlıq əsas işlərdəndir. Qurani-
Kərimin  iki  ayəsi  diqqətimizi  lazımi  həddə  düşmən 
nüfuzuna  yönəldir.  Nisa  surəsinin  102-ci  ayəsində 
buyurulur  ki,  küfrə  uğrayanlar  sizin  silahlarınızdan  və 
olanlarınızdan  qəflətdə  qalmağınızı  istərlər;  bununla  da 
sizə  birdəfəyə  hücum  etsinlər.  Ənfal  surəsinin  60-cı 
ayəsində  deyilir  ki,  düşmənə  qarşı  bacardığınız  tədarükü 
görün;  bu  hazırlığınızla  düşməni  qorxudacaqsınız... 
Buyurulur  ki,  qəflətdə  qalsanız,  gözünüzü  açanda 
görəcəksiniz  ki,  düşüncənizin  dərinliyinədək  nüfuz 
ediblər, inanclarınızı, düşüncə əsaslarınızı dəyişməklə sizi 
özlərinə əsirə çeviriblər... 
Cənab  Rəhbərin  ardıcıl  və  zamanında  göstərişlərinə 
şükür  edib,  bu  göstərişlərdən  İmamın  zühuruna  qədər 
faydalanmaq ümidi ilə!  
Dua istəyi ilə Mehdi Taib 


 

Ön söz 
Mühüm  nüfuz
1
  layihəsi  insanın  yaranışına,  onun  ilkin 
tarixinə  gedib  çıxır.  Allah-Taala  insanı  yaradanda  onun 
üçün  müəyyən  etiqadlar,  dəyərlər  müəyyənləşdirdi. 
Buyurdu ki, insanın kamillik və qurtuluş yolu bu etiqadlar 
və  dəyərlərdən  keçir.  Əgər  insan  bu  mühüm  vəzifələrə 
əməl  etməsə  onun  aqibəti  cəhənnəmdir.  Bu  səbəbdən 
insanın qurtuluşuna düşmən olan şeytan işsiz dayanmır. O, 
insanı  azdırmaq  üçün  bütün  imkanlarından  istifadə  edir. 
Sad  surəsinin  42-ci  ayəsində  oxuduğumuz  kimi,  şeytan 
Allahın izzətinə and içir ki, insanları yoldan azdıracaq.  
Şeytan insanı  cəhənnəmlik etmək istəyirsə  bunun  yolu 
nədir?  Bunun  yolu  insanın  etiqadlarını  gizli  şəkildə 
dəyişməkdir. Şeytan elə bir iş görməlidir ki, insanı Allahın 
təyin etdiyi vəzifələrin icrasından saxlasın. Demək, şeytan 
ya  insanın  etiqadlarını  dəyişməli,  ya  da  bunu  bacarmasa 
onu etiqadlarına münasibətdə süstləşdirməlidir.  
İnsanın  etiqadları  onun  zehnində,  düşüncəsindədir. 
Şeytan  öz  məqsədlərinə  çatmaq  üçün  insanın  zehninə 
nüfuz  etməlidir.  Yalnız  bu  yolla  insanın  etiqadını  dəyişə 
bilər.  Qurani-Kərimin  təbirincə,  şeytan  insana  nüfuz, 
sirayət etmək üçün heç nədən çəkinmir.
2
 Sonra qarşısından 
və arxadan, sağdan və soldan onun sorağına gəlir. Bu yolla 
onu  azdırmaq,  doğru  yoldan  uzaqlaşdırmağa  çalışır. 
Əmirəlmöminin  Əli  (ə)  buyurur:  “Mən  sizi  ilahi  təqvaya 
çağırıram.  Allah  sizi  bu  yolla  qorxutdu,  sonra  üzrə  və 
bəhanəyə  yer  qalmadı,  xəbərdarlığı,  (höccəti)  qarşınızda 
açdığı yolla tamamladı. Sizi əsl düşməndən həzər qılmağa 
                                                           
1
 Sirayət, gizli müdaxilə, sıralarımıza soxulma 
2
 bax: Əraf surəsi, ayə 17 


 

çağırdı,  o  düşmən  gizlicə  sinələrinizə  nüfuz  edər,  gizlicə 
qulağınıza  söz  deyər,  insanı  yoldan  azdırar,  vədlər  verər, 
onu arzuların qoynuna atar.”
1
 
Demək, nüfuz şeytanın gizli şəkildə insanın zehninə daxil 
olub  müqavimət  layını  yarması,  həqiqəti  batillə  əvəz 
etməsi, zehn və əməllərdə iş görməsidir. 
Şeytanın  nüfuzuna  bir  düşmənçilik  və  onunla 
mübarizəyə  bir  zərurət  kimi  inanmaq  istəsək,  əvvəlcə 
şeytanın  düşmən  olduğuna  inanmalıyıq.  Sonra  onun 
düşmənçilik yollarını öyrənməliyik.  
Əgər Qurana müraciət etsək, Quranda 88 dəfə şeytanın 
adı  təkrarlanıb.  25  dəfə  vurğulanıb  ki,  şeytan  sizin 
düşməninizdir. 
Ümumi 
şəkildə 
insana 
nüfuzun 
komandanlığı  onun  əlindədir.  Bu  səbəbdən  şeytanla 
qarşılaşarkən  və  onunla  mübarizə  apararkən  yüksək 
səviyyədə ayıq olmaq lazımdır. Tarixə nəzər salsaq, aydın 
şəkildə  görərik  ki,  səmavi  dinlər  və  ilahi  peyğəmbərlər 
daim  öz  ümmətlərini  nüfuz  və  sirayət  cərəyanı  yaradan 
düşmənlə  mübarizəyə  qaldırıb.  Xüsusi  ilə  İslam  dini  son 
ilahi  din,  İslam  Peyğəmbəri  (s)  son  peyğəmbər  olaraq 
besətin  əvvəlindən  düşmən  nüfuzuna  qarşı  mübarizə 
aparıb.  Misal  olaraq,  Zirar  məscidinin  dağıdılması 
hadisəsini  yada  sala  bilərik.  Bu  hadisə  düşmən  nüfuzuna 
bir nümunə ola bilər.  
İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən öncə bu 
şəhərdə  Əbu  Amir  adlı  zahid  bir  şəxs  yaşayırdı.  O 
mənəviyyat  məsələsində  xalq  arasında  öncüllərdən  idi. 
Cahiliyyət  dövründə  məsihiliyə  marağı  ilə  seçilirdi. 
Nəhayət,  rahiblərə  qoşuldu,  bir  ocaq  yaratdı  və  ətrafına 
müridlər topladı. 
                                                           
1
 Nəhcül-bəlağə, Cənab Ənsariyanın tərcüməsi, səh. 58 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə