DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   2   3   4   5   6   7   8   9   ...   50

 
10 
İslamın  zühuru,  səhnəyə  gəlişi  ilə  Əbu  Amir 
Mədinədəki  mövqeyini  itirdi.  İslamın  səhnəyə  gəlişi  onu 
narahat  edirdi.  O,  Peyğəmbərə  (s)  iman  gətirmədi, 
mövqelərini 
itirilmiş 
görəndə 
Peyğəmbərlə 
(s) 
düşmənçiliyə başladı,  İslama  müxalif mövqe tutdu.  İslam 
Mədinədə möhkəmləndiyi zaman Əbu Amir Mədinəni tərk 
etdi,  Məkkəyə  getdi.  O,  Məkkə  müşrikləri  ilə  əl-ələ  verib 
Peyğəmbərə  (s)  qarşı  həmkarlığa  başladı.  Ous  və  Xəzrəc 
münafiqləri  ilə  yaxın  münasibət  qurdu.  Nəhayət,  Uhud 
savaşının  təşəbbüskarlarından  oldu.  Müşriklərə  təklif  etdi 
ki, İslam Peyğəmbərinə (s) hücum etsinlər.  
Əbu Amir Mədinə münafiqlərinə bir məktub yazdı. Bu 
məktubu  Rumdan  Mədinəyə  gizli  şəkildə  yola  saldı. 
Məktubda  yazdırdı  ki,  əgər  siz  münasib  şərait  yaratsanız, 
Rum  qoşunu  Mədinədə  İslamı  aradan  götürmək  üçün 
şəhərə  hücum  edər.  O  yazırdı  ki,  bu  addım  atılsa  əvvəlki 
mövqeləri  bərpa  olar.  Amma  bundan  öncə  Mədinədə  bir 
qərargah  yaradılmasını  zəruri  sayırdı.  Təklif  edirdi  ki, 
Qoba  kəndində  müsəlmanların  məscidi  ilə  üzbəüz  məscid 
tikilsin.  Bu  məscid  vasitəsi  ilə  İslama  qarşı  fitnəkar 
planları həyata keçirməyi təklif edirdi. 
İslam  Peyğəmbəri  (s)  Təbuka  doğru  hərəkət  etməzdən 
öncə münafiqlər ondan məscid tikmək üçün icazə istədilər. 
Həzrət  Peyğəmbər  (s)  bu  barədə  səfərdən  qayıdandan 
sonra  qərar  çıxaracağını  bildirdi.  Amma  münafiqlər 
Peyğəmbər  (s)  hərəkət  edəndən  sonra  məscid  tikintisinə 
başladılar.  Peyğəmbər  (s)  Təbukdan  Mədinəyə  qayıdanda 
ona  təklif  etdilər  ki,  bu  məsciddə  açılış  ünvanında  namaz 
qılsın.  
Həzrət Peyğəmbər (s) ilahi vəhy əsasında münafiqlərin 
planından  xəbər  tutmuşdu  və  bilirdi  ki,  Zirar  məscidi 
düşmənin  nüfuzu,  müsəlmanlar  arasında  təfriqə  salmaq 


 
11 
üçün  tikilib.  Peyğəmbər  (s)  bu  məscidin  müsəlmanlara 
zərərli olduğuna  əmin  idi.  Buna  görə  də göstəriş  verdi  ki, 
məscidi dağıtsınlar. Məscidin ağac sütunlarına od vuruldu, 
beləcə  Zirar  məscidi  məhv  edildi.  Düşmənə  özünə 
qərargah  yaratmaq  imkanı  verilmədi.  Göründüyü  kimi, 
Həzrət  Peyğəmbər  (s)  İslamın  başlanğıc  dövründən 
düşmən  nüfuzu  qarşısında  dayanmış,  bu  cərəyana  yol 
verməmişdir.  
Diqqətli  olmalıyıq  ki,  zaman  şeytanı  dəyişmir.  Şeytan 
nüfuzunu  dayandırmayıb.  Şeytan  həmin  şeytandır,  amma 
zaman  ötdükcə  iki  şey  dəyişib.  Şeytanın  üsulları, 
texnikaları inkişaf edib. Bundan əlavə, şeytanın imkanları 
genişlənib.  Şeytan  irəli  getdikcə  onun  vasitələri  də 
güclənir.  Təsəvvür  edin  ki,  şeytan  Peyğəmbər  (s) 
dövründə  bir  şayiə  yaymaq  istəyəndə  bu  iş  çətin  olurdu. 
Hazırda  media  vasitələri  o  qədər  genişlənib  ki,  şayiə 
yaymaq  çox  asan  olub.  Şeytanın  informasiya  yaymaq 
imkanları  keçmişlə  müqayisədə  çox  genişlənib.  Bunu 
nəzərə almasaq şeytan elə əvvəlki şeytandır və məqsədləri 
də dəyişməyib.  
Bu  gün  İslam  İnqilabının  qələbəsi  və  zalım  rejimin 
devrilməsi  ilə  şeytan  öz  düşmənçiliyini  imperializm 
formatında davam etdirir. Biz düşmən deyəndə imperialist 
qüvvələri  nəzərdə  tuturuq.  Onların  həyatı  başqalarını 
əsarət  altında  saxlamaqla  şərtlənib.  Başqalarının  daxili 
işinə  qarışmaq,  onların  sərvətlərini  nəzarətə  götürmək 
imperialistlərin 
həyat 
mənbəyidir. 
İmperialistlər, 
supergüclər belədir.  
Siyasi ədəbiyyatımızda istismarçı quruluş adlı bir ifadə 
var.  Dünya  iki  hissəyə  bölünüb:  İstismar  edənlər  və 
istismar  olunanlar.  İmperializm  sistemi  bundan  ibarətdir. 
İmperializm  dünyasının  başçıları  düşmənlərdir.  Nümunə 


 
12 
göstərmək  istəsək  Amerika  Birləşmiş  Ştatlarının  adını 
çəkə  bilərik.  ABŞ  imperializmin  kamil  nümunəsidir. 
Başqaları  da  var.  Amma  hamısından  bariz  nümunə 
Amerikadır.  Amerikada  əxlaqi  dəyərlərdən  soraq  yoxdur. 
Heç  bir  cinayətdən  çəkinmirlər.  Həm  də  cinayətlərini 
dodaqlarında  təbəssüm  həyata  keçirirlər.  Öz  cinayətlərini 
gözəl sözlər altında pərdələyirlər.
1
  
İnqilabın  başlanğıcında  imperialist  qüvvələrin,  onların 
arasında ən pisi olan Amerikanın ölkəmizdə əsarət bağları 
qırıldı.  Onlar  daim  ölkəmizə  nüfuz  etmək  üçün 
təlaşdadırlar.  Öz  düşüncələrini,  sözlərini,  planlarını 
reallaşdırmağa çalışırlar. 
2
 
Bu  məqsədlə  ölkəmizə  və  xalqımıza  qarşı  heç  bir 
addımdan çəkinmirlər.  
Hərbi  meydanda  savaş,  bomba  atmaq,  atəş  açmaq, 
terrorçu göndərmək bir növ düşmənçilikdir.  
Başqa  bir  düşmənçilik  və  ya  müharibə  qeyri-fiziki, 
ideoloji düşmənçilik və ya müharibədir.
3
  
Düşünməyin  ki,  düşmən  təkcə  döyüş  meydanında 
hücuma keçir. İslam Respublikası kimi bir güclə üzləşəndə 
və cəbhədə döyüş aparmaq gücü olmayanda döyüş növünü 
dəyişir,  xalq  arasında  təfriqə  yaratmaq,  ölkə  daxilində 
problemlər ortaya çıxarmaq istəyir.
4
 
Düşmən  bu  yolla  ölkənin  inkişafının  qarşısını  almaq 
istəyir.  Hər  bir  millətin  inkişafı  və  uğuru  biganə  və 
                                                           
1
 Beynəlxalq Əhli-Beyt (ə) Assambleyasının və İslam Teleradio 
Şəbəkələri İttifaqının üzvləri ilə görüş, şəmsi 1394 
2
 İslam keşikçiləri, müharibə əlilləri, tələbə və məktəblilərlə görüş, 
şəmsi 1379 
3
 Bəsic - könüllülərin komandirləri ilə görüş, şəmsi 1394 
4
 İmam Həsən Müctəba hərbi hissəsində bəsic günü, şəmsi 1369 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə