DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   2   3   4   5   6   7   8   9   ...   50

 
20 
zəif  ehtimal  olunur.  Amma  biz  bütün  sahələrdə 
hazırlığımızı qorumalıyıq.  
Bu  gün  imperializmin  İslam  Respublikasına  qarşı 
variantlarında  hərbi  variant  prioritet  deyil.  Artıq  ideoloji 
müharibə, informasiya müharibəsi yolunu seçiblər.
1
 
İdeoloji müharibə silahlı müharibədən təhlükəsiz deyil. 
Silahlı  müharibədə  torpaqlar,  ideoloji  müharibədə 
mənəviyyat  hədəfə  alınır.  İdeoloji  müharibənin  hədəfi 
cəmiyyətin imanı, inancı, əzm və iradəsi, prinsipləridir. Bu 
müharibədə  düşmən  etiqadları  alt-üst etmək istəyir. Onlar 
bir cəmiyyətin sütunu olan etiqadları dağıtmaqla cəmiyyəti 
əsarətə almağa çalışırlar.
2
 
İdeoloji  müharibədə  artıq  müharibə  vasitələri  də 
dəyişir. Silah-sursatı mədəniyyət vasitələri ilə əvəz edirlər. 
Yalan, 
şayiə  səhnəyə  gəlir.  Müasir  informasiya 
texnologiyalarından  bəhrələnirlər.  30  il  öncə  bugünkü 
texnologiyalar  yox  idi.  Bu  gün  ideoloji  müharibə 
imkanları  genişlənib.  İdeoloji  müharibədə  insanların 
qəlbində  və  düşüncəsində  ideallara  bədbinlik  yaratmaq, 
onları  etiqadlarından  ayırmaq  əsas  məqsəddir.  İdeoloji 
müharibə  cəmiyyətdə  etimadsızlıq  yaradır,  insanların  bir-
birilərinə  qarşı  etimadı  aradan  qalxır.  İxtilaflar  güclənir. 
Bir  bəhanə  ilə  cəmiyyətdə  qarşıdurma  yaradırlar.  Bizdə 
seçkilərdə  bu  işi  görüblər.  Məlum  hadisələr  zamanı  bir 
bəhanə  ilə  xalq  arasında  ixtilaf  yaratdılar.  Xoşbəxtlikdən 
insanlarımız  bəsirətlidir.  Əgər  həmin  hadisələr  başqa 
ölkədə  baş  versəydi  ölkəyə  nəzarət  itirilərdi.  Beləcə 
etimadsızlıq yaradır, insanları bədbinləşdirir və cəmiyyəti 
etimad 
sütunundan 
məhrum 
edirlər. 
Cəmiyyətdə 
                                                           
1
 Bəsic - könüllülərlə görüş, 1999 
2
 Xibrə Məclisi üzvləri ilə görüş, 1999 


 
21 
əlaltılarını işə salırlar, aranı qarışdırırlar ki, ölkə məsulları 
yaranmış  vəziyyətdən  baş  aça  bilməsin.  Bu  onların 
planlarının  bir  hissəsidir.  Belə  bir  vəziyyətdə  insan  üçün 
ən  mühüm  olan  nədir?  Bəsirət!  Dəfələrlə  bəsirət  barədə 
danışmışam.  Baş  verən  hadisələrdən  baş  açmaq  üçün 
bəsirət lazımdır. Aranı qarışdıran əli görmək üçün bəsirətli 
olmalıyıq.  Bir  xain,  bir əlaltı,  bir  təxribatçı  aranı  qatanda 
onu  cəmiyyət  içində  görə  bilməliyik.  Düşmən  çalışır  ki, 
onun cəmiyyətdəki çirkin əlini görən olmasın.
1
 
Bu  sahədə  onların  təcrübələri  var.  Çox  fəaliyyət 
göstərirlər.  Əllərinin  altında  yüksək  texnologiyalar 
mövcuddur. 
Biz 
düşmənin,  düşmənçilik  yönlərini 
ölçülərini  görməliyik.  Qələbə  qazanmaq  üçün  bu  çox 
zəruridir.
2
 
Nüfuz etm
ə
k  modern is
tismardır
 
Baxın, bu gün dünya imperializmin qanlı caynağında nə 
vəziyyətdədir.  Bu  elə  qədimki  istismardır.  Üsul  dəyişib, 
yenilənib.  Bir  vaxtkı  istismarın  adını  bu  gün  köhnə 
istismar  qoyublar.  Köhnə,  qədim  istismar  dövründə 
məsələn  Hindistan,  Əl-Cəzair  və  başqa  ölkələri  əsarət 
altına alırdılar. Millətlər oyandığından artıq qədim istismar 
üsulunu  davam  etdirə  bilmirlər.  Qədim  istismar  dövründə 
millətləri  sıxır,  onların  son  gücünü  alırdılar.  İndi  qədim 
istismar  dövrü  başa  çatıb,  yeni  istismar  dövrü  başlayıb. 
Yeni  istismarda  biganələr  başqa  ölkədə  hakimiyyətə 
gəlmir.  Məsələn,  ingilislər  gedib  Hindistanda  hökmranlıq 
etmir. Bir  zaman istismarçılar,  məsələn,  Rza  Xan və  oğlu 
kimilərini  hakimiyyətə  gətirib  İran  kimi  ölkələrə  nəzarət 
                                                           
1
 Bəsic - könüllülərlə görüş, 1999 
2
 Bəsic - könüllülərlə görüş, 1999 


 
22 
edirdilər. Üçüncü dünya ölkələri deyilən bir çox müsəlman 
ölkələrində bu hadisə baş verib. Uzun illər xalqları sıxıntı 
altında  saxlayıblar.  Müstəbidləri  hakimiyyətə  gətiriblər. 
Hərbi çevrilişlə hərbiçilər hakim olub. Hər yolla xalqların 
hakimiyyəti  ələ  almasına  mane  olublar.  Artıq  görürlər  ki, 
bu üsul da fayda vermir. Buna görə də ölkələrə hakimiyyət 
üçün  başqa  yollar  seçirlər.  Bu  xalqlara  nüfuz  etməkdir. 
Bunun  adını  yeni,  modern  istismar  qoya  bilərik.  Yeni 
istismardan  da  yuxarı  bir  istismar  var.  Öz  adamlarını, 
məmurlarını  müxtəlif  ölkələrə  göndərir,  insan  haqları 
şüarları  altında  zalım  hakimlərə  qarşı  çıxışlar  edirlər.  Bu 
yolla  bəzi  xalqları  aldadırlar.  Şübhəsiz,  bunun  da  sonu 
yoxdur. Onlar bu yolla öz zalımlıqlarını gizləyə bilməzlər. 
Bir  nümunəsi  İraqdır.  Görün  İraqda  nə  etdilər.  Bu  gün 
insan  haqları  bayrağı  Amerika  və  İngiltərə  kimi  ölkələrin 
əlindədir.  Çox  gülüncdür.  Hansı  ki,  Əbu  Qureyb, 
Quantanamo  həbsxanalarındakı  vəhşiliklər  bütün dünyaya 
aşkardır. Bütün bu cinayətləri insan haqları şüarları altında 
həyata  keçirirlər.  Olsun  ki,  xalqlar  bu  gün  buna  reaksiya 
vermir.  Amma  həqiqəti  görürlər  və  bundan  təsirlənirlər. 
Bir  gün  hökmən  etiraz  bildiriləcək.  Bu  gün  müsəlman 
xalqların qəlbi Amerika və imperializmə nifrətlə doludur.  
Hakimlərini ələ aldıqları ölkələrdə də xalqlar onlara nifrət 
edir.  Onlar  bu  nifrətlərini  büruzə  vermək  üçün  fürsət 
gözləyirlər.  
Xalqların  həyatına,  sərvətinə,  namusuna  təcavüzlə 
müşayiət olunan imperializm dövrü başa çatıb. Millətlərin 
ağır  periodlar  təcrübədən  keçirməsi  mümkündür.  Amma 
fiziki  baxımdan  quldurluq  dövrü  başa  çatıb.  Bundan  artıq 
davam  etdirə  bilməzlər.  Bu  arada  o  xalq  taleyini 
müəyyənləşdirə  bilir  ki,  bəsirətli,  iradəli,  imanlı  olsun. 
Belə  bir  xalq  qələbə  qazanacaq.  Bu  arada  ən  böyük 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə