DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   2   3   4   5   6   7   8   9   ...   50

 
17 
Əzəmətli  hərəkat  qarşısında  qəddar,  bacarıqlı,  iti, 
saxtakar,  şeytansifət  düşmən  dayanıb.  Bu  düşmən 
imperializmdir.  
Bu  gün  imperializmin  önündə  Amerika  gedir.  Bir 
zaman  İngiltərə  lider  idi.  Düşmən  işsiz  oturmayıb, 
təlaşdadır, daim çalışır.
1
 
Bu  gün  dünyada  imperializmlə  milli  istiqlal,  insani 
dəyərlər hərəkatı arasında savaş gedir. Həmin hərəkatın bir 
nümunəsi  İran  İslam  İnqilabıdır.  Bu  gün  dünyada  savaş 
buna  görədir.  Başqa  qarşıdurmalar  da  var.  İtlər  də  bir  leş 
üstündə  boğuşurlar.  Bu  da  bir  davadır.  Amma  əsas  savaş 
insani  dəyərlər  hərəkatı  ilədir.  Düşmən  var,  həssas  bir 
düşmən! 
Qeyd  etdik  ki,  imperializmin  aşkar  nümunəsi 
Amerikadır.  Amerika  imperializmin  siyasi  qurumudur. 
Amma  imperializm  təkcə  siyasi  qurumdan  ibarət  deyil. 
Bəzən  maddiyyat,  maliyyə  vəsaitləri  daha  təsirli  olur. 
Dünyanın  böyük  şirkətləri,  kompaniyaları,  böyük 
sərmayədarlar  misal  göstərilə  bilər.  Onların  əksəriyyəti 
sionistlərdir.  İmeprializmin  ümumi  sistemi  bundan 
ibarətdir.  Onlar  daim  təlaşdadır.  Necə  deyərlər,  həm 
zorları,  həm  də  zərləri  var.  Deyirlər  zər,  zor  və  hiylə 
üçbucağı  var.  Doğrudan  da  belədir.  Biz  zər,  zor  və  hiylə 
deyəndə  məqsədimiz  din  libası  geyinməkdir.  Din  libası, 
dini maska zər və zor  ordusuna yol açır. Bu gün isə hiylə 
deyəndə  təkcə  dini  hiylə  nəzərdə  tutmuruq.  Burada  siyasi 
hiylə də  var.  Siyasi  qurumlar,  diplomatik  xətlər çox ciddi 
şəkildə  hiyləgərliklə,  fitnəkarlıqla  məşğuldur.  Gülər  üzlə, 
təbəssümlə  səhnəyə  çıxırlar,  qarşıdakına  qucaq  açırlar, 
bəzi  filmlərdəki  kimi  qarşı  tərəfi  qucaqlayandan  sonra 
                                                           
1
 Bəsic - könüllülər dəstələrinin komandirləri ilə görüş, 2016 


 
18 
arxadan  ürəyinə  xəncər  sancırlar.  Bu  gün  siyasət  və 
diplomatiyada  hiyləyə  diqqətli  olmaq  lazımdır.  Düşmən 
müxtəlif  şəkillərdə  səhnəyə  çıxır.  Özümüzə  bunu  təkrar-
təkrar  deməli,  bir  növ  məşq  etməli,  buna  hazırlaşmalıyıq. 
Bilməliyik  ki,  bu  hiylə  və  fitnəkarlıqlar  qarşısında  nə 
etməliyik. 
Hamımız, 
həm 
siyasətçilərimiz, 
həm 
məsullarımız,  həm  əziz  bəsic  -  könüllülər,  həm  də 
fəaliyyətdə olan, ortaya düşüncə qoyan insanlar daim bunu 
diqqət mərkəzində saxlamalıdır.  
Düşmənçiliyin  bir  növü  hərbi,  fiziki  düşmənçilikdir. 
Onlar bomba atır, atəş açır, terrorçu göndərir. 
Başqa  bir  növ  düşmənçilik  ideoloji,  qeyri-fiziki 
düşmənçilikdir.  Mən  düşmən  nüfuzu  barədə  danışmışam. 
Düşmən  nüfuzu  çox  mühüm  mövzudur.  İndi  bəziləri 
reaksiya verir ki, nüfuz  məsələsi bir cərəyan kimi istifadə 
olunur. Qoy nüfuzdan siyasi məqsədlə istifadə etməsinlər. 
Nüfuzdan  danışarkən  onun  əsl  mahiyyətini  ortaya 
qoysunlar.  
Düşmən  nüfuzundan  danışarkən  bunun  bir  cərəyan 
tərəfindən  digər  cərəyana  qarşı  ittiham  kimi  istifadə 
olunması  barədə  deyilənləri  bir  kənara  qoyaq. 
Söhbətimizin  mövzusu  düşmən  nüfuzunun  mahiyyətidir, 
onun mahiyyətindən xəbərsiz qalmamalıyıq. Bilməliyik ki, 
düşmən  nüfuz  etmək  istəyir.  Nüfuz  nədir  və  necədir? 
Mövzudan yayınmayaq. Ayrı-ayrı siyasi cinahlar, qanadlar 
bir-birilərini  ittiham  etməsinlər. 
Bu  qarşıdurmada, 
mübahisələrdə  düşmən  nüfuzunun  əsl  mahiyyətindən 
diqqət yayınmasın. Düşmən nüfuz etmək üçün plan cızır.
1
  
Bu 
gün 
düşmən  nüfuzu  ölkə  üçün  böyük 
təhlükələrdəndir. Hər  yolla nüfuz etməyə çalışırlar. Nüfuz 
                                                           
1
 Bəsic - könüllü dəstə komandirləri ilə görüş, 2016 


 
19 
nədir?  İqtisadiyyatda,  təhlükəsizlik  sahəsində  buna  cəhd 
etmələri  mümkündür.  İqtisadiyyata  nüfuz,  təhlükəsizlik 
sahəsinə  nüfuz  kiçik  məsələ  deyil.  Amma  bir  daha 
vurğulayıram  ki,  düşüncəyə,  mədəniyyətə,  siyasətə 
nüfuzun əhəmiyyəti daha böyükdür.
1
 
Nüfuz etm
ə
k h
ə
rbi müdaxil
ə
 
ə
v
ə
zin
ə
 
münasib 
variantdır
 
Düşünməyin  ki,  düşmən  yalnız  silahlı  hücumla 
müdaxilə  edir.  Qarşı  tərəf  güclü  olduqda  hazırki  şəraitdə 
İslam  Respublikası  kimi  iqtidara  çatdıqda  silahlı  təcavüz 
imkanları  məhdudlaşır.  Başa  düşürlər  ki,  bu  xalqa  qalib 
gələ  bilməyəcəklər.  Bu  zaman  müdaxilə  üsulunu 
dəyişirlər,  nüfuz  yolu  seçirlər.  Çalışırlar  ki,  milli 
münasibətləri  qızışdırsınlar,  ölkə  daxilində  problem 
yaratsınlar.
2
 
Biz  bu  fitnəkarlığın  müxtəlif  yönlərini  yetərincə 
tanımalı və tanıtdırmalıyıq. Bu bizim vəzifəmizdir.
3
 
Bu  gün  hamı  başa  düşüb  ki,  artıq  imperialist  qüvvələr 
İslam Respublikası ilə keçmişdəki kimi rəftar edə bilməz. 
İnqilabın  əvvəllərində  güclərini  yoxladılar,  məğlub 
oldular.  Əvvəlcə  hərbi  yola  əl  atdılar.  Müdaxilə  etmək 
istədilər, alınmadı. Çevriliş yoluna əl atdılar. Yenə məğlub 
oldular.  Milli  münasibətləri  qızışdırdılar,  bu  sahədə  də 
uğur  qazanmadılar.  İran  İslam  Respublikasını  səkkiz  illik 
müharibəyə  cəlb  etdilər,  bu  müharibədə  də  məğlub 
oldular.  Artıq  bu  yolları  seçəcəklərini  düşünmürəm.  Çox 
                                                           
1
 İnqilab keşikçiləri komandanları ilə görüş, 2016 
2
 İmam Həsən Müctəba (ə) qərargahında bəsic günü, 1991 
3
 Xibrə Məclisi üzvləri ilə görüş, 1999 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə