DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

 
44 
zaman  xalqın  istəyi  və  rəyi  əsasdır  ki,  buna  ehtiyac  var. 
İslamın  baxışı  budur.  Beləcə  İslam  öhdəçiliyi  yaranır. 
İslam  demokratiyası  Qərb  demokratiyası  kimi  deyil. 
Qərbdə  demokratik  prinsiplər  sadəliklə  dəyişdirilə  bilər. 
İslam  Cümhuriyyətində  demokratiya  dini  bir  vəzifədir. 
Məsullar  bu  xüsusiyyəti  qorumaq  üçün  dini  baxımdan 
məsuldurlar.  Onlar  Allah  qarşısında  cavabdehdirlər.  Bu 
İmam Xomeynini (r) in prinsiplərindən bir prinsipdir.  
İctimai  ədalətin  əsası  xalqın  böyük  hissəsinin 
hüquqlarına  riayət  etmək,  təbəqələrarası  fərqi  aradan 
qaldırmaqdır.  Bu  İslamın  əsas  prinsiplərindəndir. 
İdarəçilikdə  fəsadla,  korrupsiya  ilə  mübarizə  aparmaq, 
vəzifədən 
sui-istifadənin 
qarşısını  almaq  inqilabın 
prinsiplərindəndir.  Burada  həm  maliyyə,  həm  də  siyasi 
baxımdan  sui-istifadə  nəzərdə  tutulur.  Xalqa  xidmət 
inqilabın  prinsiplərindəndir.  Bütün  sahələrdə  ölkənin 
müstəqilliyini  qorumaq,  düşmən  nüfuzuna  yol  verməmək 
İslam 
prinsipidir. 
İslam 
İnqilabının 
prinsipləri 
dəyişməzdir.  Bütün  bunlar  konstitusiyada  öz  əksini  tapıb. 
Əlbəttə  ki,  dövlətlər  və  məsullar  müxtəlif  dövrlərdə 
prinsiplərin  həyata  keçirilməsi  üçün  taktikaları  dəyişə 
bilər.  İslam  İnqilabı  İslamın  özü  kimidir.  Sabit  hökmlər 
var,  dəyişən  hökmlər  var.  Bəzi  hökmlər  dəyişməzdir. 
Bəziləri  isə  müəyyən  şəraitlərdə  dəyişə  bilər.  İnqilab  da 
belədir.  İctihad  elə  bir  imkandır  ki,  ictihad  sayəsində 
məsul  şəxs  zamanın  tələbi  ilə  taktikanı  dəyişə  bilir. 
Əlbəttə  ki,  işin  icrası  üçün  yeni  yol  tapılması  ictihad 
sahibinin,  müctəhidin  işidir.  İctihad  mahiyyəti  dində  
yenilikçilik  olan  haram  bidət  deyil.  İctihad və  müctəhidin 
işi  prinsiplər  əsasında  yeni  taktikalar  seçməkdir.  İctihad 
həm  də  üsul  bəhanəsi  ilə  bir  nöqtə  ətrafında  fırlanmağa, 
yerində saymağa qarşıdır. Digər  tərəfdən ictihad  bəhanəsi 


 
45 
ilə  prinsiplərdə  dəyişiklik  aparmaq  olmaz.  Bu  dağıdıcı 
fəaliyyətdir.  İmamın  fəaliyyətlərində  bu  aydın  bir  xətdir. 
Beləcə,  üsul,  prinsiplər  sabitdir.  Ədalət,  demokratiya, 
müstəqillik, 
insan 
haqlarının 
müdafiəsi, 
dünya 
müsəlmanlarının  himayəsi,  dünyada  zülmə  düçar  olanlara 
dəstək  verilməsi  İslam  prinsiplərindəndir.  Korrupsiya  ilə 
mübarizə,  zülmə  qarşı  çıxmaq,  zorakılığa  yox  demək 
dəyişməz  prinsiplərdir.  Amma  bu  prinsiplərin  həyata 
keçirilməsi  prosesində  müxtəlif  yollardan  istifadə  oluna 
bilər, taktiki gedişlər aparmaq mümkündür.  
İmam  Xomeyni  (r)  inqilabın  üsullarını,  çərçivələrini  o 
qədər dəqiq və aydın təyin edib ki, düşmən cərəyanlar onu 
mədəniyyət  adı  altında  həzm  edə  bilməsin.  Millət 
dəyişməz  üsullara  diqqətli  olmalıdır.  Bəli,  dövlətlər, 
parlamentlər,  məhkəmələr  haradasa  zəiflik  göstərib 
inqilabın  məqsədlərini  həyata  keçirməyə  bilər.  Amma  bu 
zəiflik  işçilərə,  məmurlara,  icraçılara  aiddir,  İslama  yox. 
Təəssüf 
ki, 
düşmənlərin 
zəif 
nöqtələri 
İslam 
Respublikasına aid etməsinə uyanlar olur.  
İslam  nizamının  möhkəm  sütunları,  aydın  xətləri  var. 
İslam  üsullarının,  prinsiplərinin  arxasında  möhkəm 
arqumentlər  dayanır.  Məsullar,  qanunverici  orqan, 
icraedici aparat, məhkəmə orqanları öz zəifliklərini aradan 
qaldırmalıdır.  Bu  xalqı  səadətə  çatdırmağın  yolu 
prinsiplərə,  imamın  göstərdiyi  xətlərə  riayət  etməkdir. 
Konstitusiyada  bu  xətlər  öz  əksini  tapıb,  millət  bu 
prinsiplərə  sədaqətini  dəfələrlə  nümayiş  etdirib.  Düşmən 
nüfuz yolunu bağlayan bu prinsiplərlə müxalifdir. O nüfuz 
etmək  üçün  yollar  axtarır.  Xalq,  xüsusi  ilə  məsullar  ayıq 
olmalıdır. Şükür ki, əziz xalqımız uzun illər boyu agahlıq 
nümayiş etdirib, bu nöqtələrə diqqətli olub.  


 
46 
Düşmən  bilməlidir  ki,  bu  millətlə  zor  dilində  danışa 
bilməz,  onu  güc vasitəsi ilə  təslim  etmək  mümkün deyil. 
Xalqımıza  aydın  olan  budur  ki,  istənilən  bir  xarici  təsir 
dünya  və  axirət  səadəti  üçün  təhlükədir.  Amerika  bu  gün 
təkcə bizimlə yox, bütün dünya ilə zor dilində danışır. Öz 
nüfuzunu  genişləndirmək  üçün  müharibə  ilə  qorxudur. 
Hansı  millət  və  dövlət  bu  hədələrdən  qorxub  təslim  olsa, 
şübhəsiz öz qəbrini qazıb, öz zərərinə addım atıb.  
Amerika  rejimi  bu  gün  dünya  xalqları  ilə,  dövlətlərlə 
zor dilində danışmağı öz haqqı bilir. Baxın, ərəb dövlətləri 
necə  təhqir  olunur.  Bu  xalqlar  daim  təzyiq  altındadır.  Bu 
yolda  istədiyi  vasitələrdən  istifadə  edir.  Qəsbkar  İsrail 
rejimini İslam və ərəb dünyası qarşısında açıq dəstəkləyir. 
Eyni zamanda öz nüfuzunu genişləndirir. Bu dünyada çox 
mənfur  bir  hadisədir.  Amerikaya  nifrət  hər  gün 
artmaqdadır. Amerika prezidenti Avropaya səfərə gedəndə 
10 minlərlə insan bu səfərə etiraz olaraq aksiya keçirir. Bu 
nə  deməkdir?  Onların  öz  sorğularına  əsasən  Amerika 
dövləti  dünyada  ən  mənfur  dövlətdir.  İndi  aydın  olub  ki, 
Amerikaya  nifrət  edən  təkcə  müsəlman  ölkələri  deyil. 
Rusiyada, Avropa ölkələrində anti-Amerika ruhiyyəsi var. 
Dünyada nifrət qazanmaqla nə etmək istəyirlər? 
İran xalqı şəxsiyyətli bir xalqdır. Bu xalq öz müstəqillik 
və  ləyaqətinə  dəyər  verir.  İran  xalqı  hər  hansı  təhqirə 
dözümsüzdür.  Dünyada  bu  xalqı  təhqir  etməyə  heç  kimin 
haqqı  yoxdur.  Hədə-qorxu  da  faydasızdır.  Bəli,  düşmən 
amansız  və  alçaqdır.  Amerika  Əfqanıstanda  və  dünyanın 
başqa nöqtələrində göstərdi ki, heç bir insani dəyərin onun 
üçün əhəmiyyəti yoxdur. Yoxsul və məzlum Əfqanıstanda 
bir  qrupla  mübarizə  adı  altında  meydana  daxil  oldular. 
Axtardıqları  adamları  tapa  bilmədilər.  Amma  dinc 
insanların  başına  bomba  ələdilər,  onları  qətliam  etdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə