DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

 
38 
Yox,  şeytan  Allahın  xalis  bəndələrindən  də  əl  çəkmir. 
Çünki  Allahın  xalis  bəndələri  şeytanın  ağzından  vurur. 
Quranda  buyurulur  ki,  Allahın  təqvalı  bəndələri  şeytan 
vəsvəsəsinə  düçar  olduqda  Allahı  zikr  etməklə  gözləri 
açılır.
1
  
Böyük  şeytan,  imperializm  də  belədir.  Ağzından 
vurulsa  da  çəkilib  getmir.  Düşünməyin  ki,  inqilabın 
əvvəlindən  dünya  imperializminə  dərs  verdiyimiz  üçün 
daha  bizimlə  işi  olmayacaq.  Xeyr,  böyük  şeytan,  yəni 
Amerika  və  onun  əlaltıları,  mürtəce  dövlətlər  öz  çirkin 
siyasətlərindən,  fitnəkarlıqlarından  əl  çəkən  deyillər. 
Doğma qardaşlar arasında da ixtilaf yaratmaq istəyirlər.  
Din  qardaşları,  həmvətənlər,  millətlər  hədəfə  alınanda 
vəziyyət  daha  da  çətinləşir.  Təəssüf  ki,  hal-hazırda  İslam 
ölkələrində  neft  pulları  hesabına  İslam  əleyhinə  qələmlər 
və  dillər  işləyir.  Müsəlmanlar  arasında  təfriqə  yaradır, 
müsəlmanların  böyük  bir  hissəsini  İslam  coğrafiyasından 
çıxarırlar.  Bu  böyük  məharətdir.  İmperializmin  istehsalı 
olan  bəzi  məzhəblər  müxtəlif  bəhanələrlə  müsəlman 
aləminin  böyük  bir  hissəsini  İslam  çevrəsindən  çıxarırlar. 
Bunu da din, tövhid şüarı altında həyata keçirirlər. Bu gün 
Amerika və müttəfiqlərinin regionda əsas əli dinini satmış 
din  xadimləridir.  Bir  çox  təfriqələrdə  onların  çirkin  izini 
görə  bilərsiniz.  Hər  vəchlə  müsəlmanları  parçalamağa 
çalışırlar.  İran  İslam  İnqilabı  vəhdət  bayrağını  qaldırdığı 
zamandan  bu  cərəyan  daha  da  güclənib.  Bizim  ölkəmizin 
batinində  də  təlaşlar  var.  Sünni  və  şiələrin  yaşadığı 
məntəqələrdə  buna  cəhd  olunur.  Bir  qrupu  ixtilaf  toxumu 
səpməyə  vadar  edirlər.  Bu  gün  millətçilik,  tayfaçılıq 
şüarları ilə kürd xalqının haqları uğrunda ayağa qalxanlar 
                                                           
1
 Əraf surəsi, ayə 201 


 
39 
başqa bir şəkildə böyük şeytana muzdurluq edirlər. Onlar 
da Amerikanın əlində alət olublar. Həmd olsun Allaha ki, 
sizin  ayıqlığınız  sayəsində  düşmənin  planları  pozulur. 
Xalq ayıq olsa bu çox dəyərlidir. İmam Sadiq (ə) buyurur 
ki,  zamanını  tanıyan  insana  şübhələr  hücum  etmir.
1
 
Zamanı  tanımaq,  düşmən  fitnəkarlıqlarından  xəbərdar 
olmaq belə təsirlidir.
2
 
İslam
 göst
əriş
 verir ki, 
düşmə
n nüfuzunun 
qarşısı
 
alınsın
 
İmperialist  dünya  65  ildir  çalışır  ki,  sionist  rejimin 
mövcudluğunu  müsəlman  xalqlara  qəbul  etdirsin. 
Müsəlmanlar  rəsmi  olaraq  işğalçı  sionist  rejimi  tanımağa 
vadar  edilirlər.  Bəzi  ölkələr,  dövlətlər  biganə  dostlarının 
mənafeyini  milli  mənafedən  üstün  tutaraq  bu  işi  görməyə 
hazırdırlar. 
Amma 
xalqlar 
sionistlərin 
hüzuruna 
müxalifdir.  65  ildir  Fələstin  adını  unutdurmağa  çalışırlar, 
amma bacarmırlar.  Livanla  33  günlük müharibədə, Qəzzə 
ilə 22 günlük müharibədə, növbəti dəfə Qəzzə ilə 8 günlük 
müharibədə müsəlman ümmət göstərdi ki, sağdır, Amerika 
və digər Qərb  güclərinin kapitalları təsirsiz olub, onlar öz 
kimliklərini qoruyub saxlayırlar.  
Onların  təlaşlarına  baxmayaraq  müsəlman  ümmət 
sionist  rejimin  üzünə  sillə  vurdu,  uzun  müddət  sionist 
rejimin  təsbiti  üçün  çalışanların  arzusu  ürəyində  qaldı. 
İslam ümməti sübut etdi ki, Fələstin yaddan çıxmayıb. Bu 
çox  mühüm  məsələdir.  Belə  bir  şəraitdə  düşmən  İslam 
ümmətinə  Fələstini  unutdurmaq  üzərində  işləyir.  Hansı 
yolla? 
İxtilaf 
yaratmaqla, 
daxili 
müharibələri 
                                                           
1
 Əl-Kafi, c. 1, səh. 26 
2
 Cəmiyyətin müxtəlif zümrələrinin beyət mərasimi, 2000 


 
40 
qızışdırmaqla,  İslam  adı  altında  ifratçılığı  işə  salmaqla. 
Nəticədə  onların  yaratdığı  saxta  bir  qrup  ümmətin 
əksəriyyətini  kafir  sayır,  təkfir  edir.  Təkfirçilik  cərəyanı 
İslam  düşmənləri  üçün  güclü  silahdır.  Təkfirçilər  diqqəti 
sionist  rejimdən  yayındırır.  İslam  müsəlmanlardan  istəyir 
ki,  kafirlərə  qarşı  sərt,  öz  aralarında  mehriban  olsunlar. 
Müsəlmanlar 
düşmən 
qarşısında 
möhkəm 
sədd 
olmalıdırlar.  Bu  Quranın  qəti  ayələrindəndir.  Quran 
möminlərə tapşırır ki, öz aranızda mehriban olun, bir olun, 
əl-ələ  verin,  Allahın  qırılmaz  ipindən  yapışın.  İslamın 
göstərişi  budur.  Bu  zaman  bir  cərəyan  yaradırlar, 
müsəlmanların  özünü  müsəlman  və  kafir  olmaqla  iki 
qrupa ayırırlar. Bir qrup müsəlman o biri qrup müsəlmanı 
kafir  adlandıraraq  hədəfə  alır.  Beləcə  müsəlmanları  bir-
birinin  canına  salırlar.  Kim  şübhə  edir  ki,  bu  cərəyanları 
yaradan,  onlara  dayaq  olan,  onları  silahlandıran  dünya 
imperializmidir?!  Bu  iş  üzərində  plan  cızırlar.  İslam 
dünyası  bu  məsələyə  diqqətli  olmalıdır,  bu  böyük 
təhlükədir.  Təəssüf  ki,  bəzi  müsəlman  dövlətləri  əsas 
problemdən  diqqəti  yayındırıb,  ixtilafa  gedirlər.  Bilmirlər 
ki,  ixtilaflar  elə  bir  od  şölələndirəcək  ki,  bu  od  hamını 
ağuşuna  alacaq.  İmperializmin  istəyi  budur  ki,  bir  qrup 
müsəlman  başqa  bir  qrup  müsəlmanla  vuruşsun.  Bu 
müharibə  o  insanlar  tərəfindən  aparılır  ki,  imperialistlərin 
əlaltılarının  pulundan  istifadə  edirlər.  Onlara  silah,  pul 
verirlər.  Bu  yolla  müxtəlif  ölkələrdə  xalqı  parçalayır,  bir-
birinin  canına  salırlar.  Son  illərdə  bəzi  müsəlman  və  ərəb 
ölkələrində 
yaranan 
İslam 
oyanışından 
sonra 
imperializmin  təkfirçilik  planı  güclənib.  Bu  yolla  İslam 
oyanışını  əngəlləməyə  çalışırlar.  Həm  müsəlmanları 
vuruşdurur,  həm  İslamı  gözdən  salırlar.  Ekranda  İslam 
şüarı  altında  bir  insanın  ciyərini  çıxarıb  dişinə  çəkən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə