DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

 
41 
adamı  görənlər  İslama  hansı  münasibətdə  olmalıdır?! 
İslam  düşmənləri  proqram  cızıb.  Bütün  bu  hadisələr 
birdən-birə  səhnəyə  gəlməyib.  Baş  verən  hadisələr  uzun 
illər  boyu  planlaşdırılıb,  bu  hadisələr  arxasında  çirkin 
siyasət  dayanır.  Müsəlmanlar  vəhdətə  qarşı  çıxanların, 
parçalanma  yaradanların  cavabını  verməlidir.  Bu  bizim 
hamımızın  böyük  vəzifəmizdir.  Bunu  həm  şiə,  həm  də 
sünnü qəbul etməlidir. Şiələr və sünnülər arasında bu fikir 
gücləndirilməlidir.  Vəhdət  məzhəblər  arasında  müştərək 
etiqadlara  önəm  verməkdir.  Bizim  aramızda  müştərək 
nöqtələr  çoxdur.  Müştərək  nöqtələrlə  müqayisədə  ixtilaflı 
nöqtələr çox azdır.  
Müştərək  xüsusiyyətlərə  istinad  etməliyik.  Bu  işdə  də 
əsas  məsuliyyət  öncüllərin  üzərinə  düşür.  İstər  siyasətdə, 
istər  elmdə,  istər  dində  öndə  gedən  istedadlar  bu  işi 
görməlidir. Din alimləri xalqı məzhəb, firqə ixtilaflarından 
çəkinməyə 
təşviq 
etməlidir. 
Alimlər 
tələbələrə 
anlatmalıdır  ki,  bu  gün  İslam  dünyasında  ən  əhəmiyyətli 
məsələ vəhdətdir.
1
 
Bu  qədər  ayələri  oxuyuruq,  bir-birimizə  xatırladırıq. 
Amma  qəlbimizi  təsirləndirməliyik.  Ali-İmran  surəsinin 
103-cü  ayəsində  buyurulur  ki,  hamılıqla  Allahın  qırılmaz 
ipinə  sarılın.  Bu  bir  Quran  təlimidir.  Dəfələrlə 
təkrarlamışıq  və  bir-birimizə  xatırlatmışıq.  Amma  bu  ayə 
qəlbə oturmalı, həzm olmalıdır.  O zaman vəhdət məsələsi 
bizim  üçün  əsas  məsələ  olar.  O  zaman  şəxsi  mənafelərə 
görə  əzəmətli  milli  vəhdəti  pozmarıq.  Əgər  Quran  ayəsi 
insanın  qəlbinə  cəzb  olsa,  kafirlərlə  sərt,  öz  aramızda 
mehribançılıq  çətin  gəlməz.  Düşmənlə  sərt  olmaq  o 
                                                           
1
 Dövlət məsulları və İslam vəhdəti konfransının qonaqları ilə görüş, 
2014
 


 
42 
mənada deyil ki, düşməni məhv etmək lazımdır. Şərait bir 
zaman  düşmənin  məhvini  tələb  edir,  bir  zaman  yox. 
Amma  düşmənlə  həmişə  sərt  olmaq  lazımdır.  Düşmən 
qarşısında  sədd  kövrək  olmamalıdır.  Düşmən  səddi  aşa 
bilməməlidir.  Düşmən  üçün  sədd  keçilməz  olmalıdır.  Bu 
düşmənə  aid  idi.  Bəs  öz  aramızda  necə?  Öz  aramızda 
mehriban olmalıyıq. Bu Quranın ikinci bir göstərişidir. Nə 
üçün  əməl  etmirik?  Problem  nədədir?  Problem  elə  əvvəl 
qeyd  etdiyim  problemdir.  Əgər  qəlbimiz  ilahi  rəhmət 
yağışına  açıq  olsa,  qəlbimizi  Qurana  tapşırsaq  deyiləni 
qəbul  etmək  asan  olar.  Bu  zaman  şəxsi  məqsədlər, 
qərəzlər, maddi mənafelər, rəyasət istəyi, dostbazlıq Quran 
tövsiyəsini unutdurmaz.
1
 
İslam
 
İnqilabı
 
düşmə
n nüfuzu üz
ə
rind
ə

x
ə
tt ç
ə
kib 
İslam  İnqilabı  düşmənin  bütün  planları  üzərindən  xətt 
çəkdi.  İslam  Respublikası  bu  mövqeyi  ilə  30  ili  keçib  ki, 
bütün  dünyanı  özününkü  sayan  imperializm  qarşısında 
dayanıb.  Regionda  Amerika  hakimlik  edirdi,  Yaxın  Şərq 
amerikalıların ayağı  altında tapdanırdı.  İran Yaxın Şərqin 
üzük  qaşı,  bu  coğrafiyanın  mərkəzidir.  İran  Amerikanın 
təsiri  altında  idi.  İslam  İnqilabı  Amerikanın  imtiyazları 
üzərindən  xətt  çəkdi.  İslam  Respublikası  fədakarlıqla 
səhnəyə  gəlib  şəraiti  tam  dəyişdi.  Bu  gün  Yaxın  Şərq 
Amerikanın  uğursuzluqlarına  bir  səhnədir.  Ötən  illərdə 
İslam  Respublikasının  inkişafını  əngəlləmək  üçün 
əllərindən  gələni  etdilər.  Əgər  düşünsəniz  ki,  İrana  zərbə 
vura  bilərdilər,  amma  vurmayıblar,  yanılırsınız.  Onlar 
                                                           
1
 Quran qariləri ilə görüş, 2010 


 
43 
bacardıqlarını  ediblər.  Əgər  bir  iş  görməyiblərsə,  demək 
əllərindən  gəlməyib.  Səkkiz  illik  müharibəni  yada  salın. 
Oğurluq, təcavüz, iqtisadi sanksiyalar, psixoloji müharibə, 
əks təbliğat, siyasi oyunbazlıq, təxribatlardan heç zaman əl 
çəkməyiblər.  Amma  İslam  Respublikası  bütün  bu 
fitnəkarlıqlar 
qarşısında  mətanətlə  dayanıb.  İslam 
Respublikası  bu  ötən  müddət  ərzində  nəinki  özünü 
qoruyub, hətta inkişaf edib, iqtidar sahibi olub.
1
 
İslam  Respublikası  hakimiyyəti  dövründə  iqtidardan 
başı  gicəllənən  təcavüzkar  qonşumuz  dünya  güclərinin 
təşviqi  ilə  əziz  İranı  əsarət  altına  almaq  istədi.  Ölkəmizə 
hücum etdi və xalqımız fədakarlıqla mübarizəyə qalxdı.  
Uzun  bir  dövrdən  sonra  millətimiz  ilk  dəfə  biganə 
təcavüzkar  qarşısında  misilsiz  müqavimət  göstərib  döyüş 
meydanından qələbə ilə çıxdı. İnqilaba qədər, əvvəlki 200 
ildə  bu  ölkəyə  nə  qədər  hücum  olmuşdusa  məğlub 
olmuşduq. Düşmən evlərimizə soxulmuşdu. İlk dəfə idi ki, 
İslam  və  İslam  İnqilabının  bərəkəti  sayəsində  silahlı 
qüvvələrimiz  düşməni  dizə  çökürürdü.  Elə bir  düşmən ki, 
təkcə  öz  gücü  ilə  meydana  girməmişdi,  dünyanın 
supergücləri  onu  himayə  edirdi.  Xalqımız,  silahlı 
qüvvələrimiz  belə  bir  düşmən  üzərində  qələbə  qazandı. 
Əlbəttə ki, böyük təlaşlar göstərildi, şəhidlər verildi.
2
 
Düşmə
n nüfuzunun 
qarşısını
 almaq 
İslam
 
İnqilabının
 d
əyişmə
z prinsipl
ə
rind
ə
ndir 
İslam  quruluşunda  demokratiya  dini  demokratiyadır. 
Yəni  İslam  baxışlarına  əsaslanır.  İslamda  demokratiya 
dünyadakı  kimi  sadəcə  ictimai  bir  müqavilə  deyil.  O 
                                                           
1
 İmam Riza (ə) hərəminin ziyarətçiləri və civarındakılarla görüş, 2000 
2
 Kerman ustanının asayiş keşikçiləri ilə görüş, 2006 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə