DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

 
50 
düşmənçiliyinin  əsas  səbəbi  budur.  Əgər  Amerikanın 
təsirini  qəbul  etsək  düşmənçiliklər  azalacaq.  Əgər 
xalqımızın  təhqirinə  razı  olsaq,  milli  kimliyin  və  milli 
dəyərlərin  müdafiəsindən  əl  çəksək  heç  şübhəsiz, 
düşmənçilikləri  azalacaq.  Deyirlər  İslam  Respublikası 
rəftarlarını  dəyişsin.  Amerika  kimi  imperialist  dövlətlərin 
başçıları  İran  haqqında  danışanda  deyirlər  ki,  biz  İslam 
Respublikasının  ləğvini  yox,  rəftarlarının  dəyişməsini 
istəyirik.  Rəftarı  dəyişmək  nə  deməkdir?  Yəni  inkar 
etdiklərini  inkar  etməsin,  təsbit  etdiklərinin  təsbitindən  əl 
çəksin. İstədikləri budur.  
Bu  inkar  və  təsbit  sayəsində  İslam  Respublikası  çox 
güclü  təchizatlı  cəbhə  qarşısında  dayana  bilib.  8  illik 
müqəddəs  müdafiə  dövründə  Şərq,  Qərb,  Avropa,    Nato, 
bəzi  ərəb  ölkələri  əl-ələ  verdilər  ki,  İslam  Respublikasını 
səhnədən  çıxarsınlar.  Amma  bacarmadılar.  Müharibədən 
sonra  siyasət  meydanında  da  eyni  hadisə  yaşanır.  İslam 
Respublikası  bacardı  ki,  super  güclərin  qarşısında 
müqavimət göstərsin. Nəinki geri çəkilmədik, hətta inkişaf 
etdik, düşmənə zərbə endirdik.  
Bu gün Amerikanın Yaxın Şərqdəki vəziyyətinə baxın. 
Bugünkü vəziyyəti 15 il əvvəlki vəziyyətlə müqayisə edin. 
Görün  Amerika  Yaxın  Şərqdə  hansı  vəziyyətdədir. 
Amerikaya  nifrət  hər  gün  artır.  Fələstin  məsələsində  bir 
şəkildə,  Livan  məsələsində  başqa  bir  şəkildə,  İraq  və 
Əfqanıstan  məsələsində  ayrı  bir  formada  həmin  nifrətin 
artdığına 
şahidik. 
Amerikanın 
Yaxın 
Şərqdəki 
layihələrində  hədəf  İran  olub.  Amma  məqsədinə  çata 
bilməyib,  zərbə  alıb.  İslam  Respublikası  yetərli  həddə 
müqavimət  göstərib.  Əlbəttə  ki,  çox  fitnəkarlıqlar 
törədiblər.  İnqilabın  əvvəllərində  bir  şəkildə,  sonrakı 
onilliklərdə  başqa  şəkildə  fitnəkarlıq  ediblər.  Bu  barədə 


 
51 
ətraflı  danışmaq  imkanımız  yoxdur.  Əziz  müəllim  və 
tələbələrin, 
universitet 
cəmiyyətinin, 
geniş 
xalq 
kütlələrinin,  xüsusi  ilə  istedadlarımızın  diqqət  yetirəcəyi 
məsələ budur ki, İslam Respublikası dünya güclərinin zoru 
qarşısında  müqavimət  göstərə  bilib.  Onların  bir  məqsədi 
olub,  o  da  İslam  Respublikasını  məhv  etmək.  İslam 
Respublikası  isə  nəinki  məhv  olmayıb,  günbəgün 
güclənib. 
İqtidar,  potensial  imkanlar  qorunmalı  və  inkişaf 
etdirilməlidir.  Mövcud  müqavimət  gücünü  biganəliklə, 
məsuliyyətsizliklə,  təlaş  göstərmədən  qorumaq  mümkün 
deyil. İslam Respublikasını sözün əsl mənasında qorumaq 
lazımdır.  Təlaş  göstərməklə  bu  respublikanı  qoruyub 
inkişaf etdirmək olar. Çalışmaqla inkişaf zirvəsinə, qarşıya 
qoyulmuş ideallara çatmaq mümkündür.
1
 
İranın  siyasi  coğrafiyası  dəyişib.  Amma  ölkəmizin 
siyasi  mövqeyi  dəyişməzdir.  İran  dünyanın  çox  həssas 
nöqtəsində  yerləşir.  Dünya  xəritəsini  qarşınıza  qoysanız 
bir  dəfə  nəzər  salmaqla  görəcəksiniz  ki,  Şərq-Qərb 
rabitələri baxımından ölkəmiz necə həssas mövqedədir.  
Təbii  sərvətlər  baxımından  həssas  mövqedəyik.  Bir 
zaman  bir  imperia  ilə  qonşu  olduğumuz  üçün  həssas 
mövqedə 
idik. 
Millətimizin 
istedadı  baxımından 
mövqeyimiz  həssasdır.  Coğrafi,  təbii,  tarixi,  mədəni, 
iqtisadi  baxımdan  kompleks  bir  həssaslıq  var.  Bir  zaman 
Amerikanın  ovucunda  idik.  Yüz  minlərlə  amerikalı 
Tehranda  həssas  mövqe  tuturdu.  Bu  millətin  büdcəsindən 
böyük  maaş  alırdılar.  Süfrəmizdən  yeyib,  bizi  təhqir 
edirdilər.  Hansı  həddə  təhqir  olunduğumuzu  bilmək  üçün 
                                                           
1
 Elm və Texnologiya Universitetinin müəllim və tələbələri ilə görüş, 
2009
 


 
52 
mərhum  imamın  1965-ci  ildə  13  noyabrdakı  çıxışını 
dinləyin.  İmam  həmin  çıxışda  Amerika  dövləti  yox, 
amerikalıların  vasitəsi  ilə  İran  xalqının  təhqirindən  söz 
açır.  Təbii  sərvətləri  aparırdılar,  əlaltılarının  vasitəsi  ilə 
siyasətlərini  məntəqəyə  diktə  edirdilər.  Hər  addımlarında 
bir məqsəd izləyirdilər.  
İslam  İnqilabı  bütün  bunları  onların  əlindən  birdəfəyə 
aldı.  Amerikanın  vücuduna  ağır  zərbə  vuruldu.  Amerika 
itirdiklərini  geri  qaytarmaq  üçün  yollar  axtarışına başladı. 
İstədilər  öz  adamlarını  iş  başına  gətirsinlər,  adı  inqilabçı 
olsun,  batində  onlara  işləsin.  Əslində  öz  hakimiyyətlərini 
daha  da  gücləndirmək  fikrinə  düşdülər.  İmamın  güclü  və 
təyinedici mövqeyi olmasaydı, istəklərinə çatardılar. 1980-
cı il 13 noyabr hadisəsi də ağır zərbə oldu. İmam dağ kimi 
möhkəm 
dayanmışdı. 
Onların 
istədiyi 
alınmadı, 
gözlədiklərinin  əksi  ilə  qarşılaşdılar.  Nəinki  inqilab 
Amerika  rənginə  boyanmadı,  Amerikanın  nəzarəti  altında 
olmamaq  ruhiyyəsi  daha  da  gücləndi.  Nəticə  bu  oldu  ki, 
Amerika rejimi həmişəlik İran xalqına düşmən kəsildi.  
Amerikanın  fitnəkarlıqlarından  biri  İraqın  İrana 
təcavüzə vadar edilməsi oldu. 8 illik müharibədə Amerika 
bütün  vücudu  ilə  Səddama  kömək  etdi.  Hətta  amerikalı 
hərbiçilər  müharibədə  İraqa  dəstək  oldu.  Bütün  bunlar 
tədricən  üzə  çıxıb.  Zaman  ötdükcə  yeni-yeni  sənədlər 
ortaya  çıxır,  xatirələr  yazılır,  sirlər  açılır.  1981-82-ci 
illərdə  iqtisadi  mühasirə  Amerikanın  əsas  cinayətlərindən 
idi. Hansı sahədə inkişaf görürdülərsə həmin sahədə mane 
olmağa daha çox çalışırdılar. Allahın bu haqda böyük lütfü 
oldu. Amerikanın bütün fitnəkarlıqları göz qabağında puça 
çıxdı.
1
 
                                                           
1
 Tələbə və məktəblilərlə görüş, 1998 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə