DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

 
59 
işlərində də təqvanın mühüm təsirləri var. Fərdə aid edilən 
bu  məsələlər  cəmiyyət  və  məmləkətə  də  aiddir.  Bəs  bir 
ölkənin,  bir  cəmiyyətin  təqvası  nədir?  Yüksək  idealları 
olan  İslam  Respublikası  kimi bir cəmiyyət  zəhərli  oxların 
hücumundan  necə  qorunmalıdır?  İctimai  təqvaya  təriflər 
verə  bilərik.  İqtisadiyyat  sahəsində  təqva  müqavimət 
iqtisadiyyatından 
ibarətdir. 
Əgər 
iqtisadiyyatımızı 
dünyadakı böhranlardan, düşmən siyasətlərindən qorumaq 
istəsək 
müqavimət 
iqtisadiyyatını  işə  salmalıyıq. 
Müqavimət  iqtisadiyyatı  bir  istehkam,  səddir.  Bütün 
iqtisadi  və  siyasi  gücünü,  media  vasitələrini  işə  salıb 
hücuma  keçənlər  qarşısında  müqavimət  iqtisadiyyatı  sədd 
çəkir.  Çünki  düşmənin  nüfuz  yollarından  biri  iqtisadi 
böhran  yaratmaqdır.  Bu  barədə  uzun  illərdir  xəbərdarlıq 
edirik. Məsullar da hərəsi öz gücü həddində çalışır. Amma 
biz  müqavimət  iqtisadiyyatına  bütün  vücudumuzla 
sərmayə  yatırmalı,  potensial  imkanlarımızı  işə  salmalıyıq. 
Müqavimət  iqtisadiyyatını  iqtisadiyyat  sahəsində  təqva 
saya  bilərik.  Bu  təkcə  bizə  aid  deyil.  Bir  çox  ölkələrdə 
müqavimət  iqtisadiyyatının  nümunələrini  görə  bilərsiniz. 
Onlar  müqavimət  iqtisadiyyatından  istifadə  edib  və  bəhrə 
götürüblər.
1
  Bizim  iqtisadi  qərarlarımızda,  iqtisadi 
proqramlarımızda zəif nöqtələr olub. Həmin zəif nöqtələr 
düşməndə  elə  bir  fikir  yaradıb  ki,  sanksiyalar  vasitəsi  ilə 
bir  iş  görə  bilərlər.  Bu  bizim  üçün  də  zəif  nöqtələri 
tanımaqda  kömək  olub.  Biz  bu  nöqtələri  Allahın  köməyi 
ilə  aradan  qaldıracağıq.  Amerika  üçün  sanksiyalar  da 
faydasız oldu. Düşünürəm ki, özləri də bunu başa düşürlər. 
Sanksiyaların  təsirsiz  olduğunu  görmələrinə  dəlil  arabir 
hərbi  təhdidə  üz  tutmalarıdır.  Əgər  iqtisadi  sanksiyalar 
                                                           
1
 Dövlət məsulları ilə görüş, 2016 


 
60 
təsirlidirsə,  nə  üçün  hərbi  müdaxilə  ilə  hədə-qorxu 
gəlirsiniz?!  Aydındır  ki,  iqtisadi  sanksiyalar  təsirli 
olmayıb.  
İqtisadi  sanksiyalar  cavab  verməyəndə  hərbi  müdaxilə 
ilə  hədələməyə  məcburdurlar.  Əlbəttə  ki,  hərbi  təhdidləri 
çox  ikrah  yaradır.  Prezidentlər  bir-birinin  ardınca  hərbi 
müdaxilə ilə qorxudur. Eyni sözü hər prezident təkrarlayır. 
Hərbi  təhdid  əvəzinə  gedin  dağılmış  iqtisadiyyatınızı 
dirçəldin.  Bir  tədbir  görün,  dövlətiniz  15-16  gün  işdən 
düşməsin. Gedin dövlət borclarını ödəyin. İqtisadiyyatınızı 
böhrandan  qurtarmaq  barədə  fikirləşin.  Biz  demişik  ki, 
İran  xalqı  dünyanın  bütün  xalqlarına  ehtiramla  yanaşır. 
Əmirəlmömininin  (ə)  təbirincə  onlar  sizin  ya  din 
qardaşlarınızdır,  ya  da  yaranış  qardaşlarınız.
1
  Amma  İran 
xalqının reaksiyası da sarsıdıcı olur. Həddini aşana elə bir 
sillə ilişdirir ki, bu sillə heç vaxt yadından çıxmır. (Bəsic - 
könüllülərin komandanları ilə görüş, şəmsi 1392) 
İqtisadiyyat  sahəsində  məsulların  gözü  açıq  olmalıdır. 
Düşmən  nüfuzuna  yol  verməməlidirlər.  Düşmən  nüfuzu 
iqtisadiyyatın  sütunlarını  silkələyir.  Hansı  ölkədə 
iqtisadiyyata  nüfuz edə  bildilərsə kabus  yaratdılar,  ölkəyə 
müsibət  yaşatdılar.  Onların  iqtisadi  nüfuzundan  zərbə 
almış  ölkələrdən  birinin  prezidenti  Tehrana  səfərində 
mənə dedi ki, bizi bir gecədə dilənçiyə çevirdilər.  Həm də 
bu  ölkə  inkişaf  etmiş  ölkələrdən  idi.  Tanınmış  bir 
kapitalist  bir  ölkəni  dizə  çökürməyə  qərar  verir,  öz 
sərmayələrini  geri  götürür.  Belə  hallar  çoxdur.  Amma 
mədəniyyət,  siyasət  sahəsində  düşmən  nüfuzu  daha 
təhlükəlidir.  
2. Mədəniyyət sahəsində düşmən nüfuzu və təxribat  
                                                           
1
 Nəhcül-bəlağə, 53-cü məktub 


 
61 
Mədəniyyət sahəsi iqtisadiyyatdan çox əhəmiyyət kəsb 
edir. Çünki mədəniyyət bizim nəfəs aldığımız fəzadır. Siz 
nəfəs almağa borclusunuz. İstəsəniz də, istəməsəniz də bu 
işi  görməlisiniz.  Əgər  hava  təmiz  olsa,  təmiz  hava  ilə 
nəfəs  alırsınız.  Əgər  hava  çirkli  olsa  onun  çirkabı 
orqanizminizə daxil olur. Bir ölkənin mədəniyyəti də hava 
kimidir.  Mədəniyyət  saf  olanda  onun  təsirləri  də 
müsbətdir.  Tez-tez  daxili  istehsaldan  danışırıq.  Əgər 
doğrudan  da  daxili  istehsalı  işə  salmaq  istəyiriksə  xalqda 
yerli  məhsullardan  istifadə  mədəniyyəti  formalaşmalıdır. 
Əgər  xalqı  israfdan  çəkindirmək  istəyiriksə,  xalqda  bu 
etiqadı  yaratmalıyıq.  Bu  mədəniyyətdir.  Mədəniyyət 
xalqın etiqadlarından ibarətdir. Xalqın gündəlik həyatdakı 
adətləri  mədəniyyəti  təşkil  edir.  Demək,  mədəniyyətin 
əhəmiyyəti  böyükdür.  Cəmiyyətin  qanuna  ehtiramla 
yanaşması  bir  mədəniyyətdir.  İctimai  fəaliyyətlər,  ailə 
təşkili, övlad sayı mədəniyyətə aiddir.  
Əgər  mədəniyyət  sahəsində  xalqın  baxışı  düzgün  olsa 
ictimai  həyat  da  müsbət  şəkil  alacaq.  Allah  eləməmiş, 
mədəniyyətdə  büdrəmə  olsa  bu  özünü  ictimai  həyatda  da 
göstərəcək.  Baxın  ailə  institutunun  dağıldığı,  şəhvətin 
hakim olduğu cəmiyyətlərə. Qurani-Kərimdə buyurulur ki, 
şəhvət  ardınca  getdilər  və  tezliklə  öz  azğınlıqlarının 
cəzasını 
görəcəklər.
1
 
Demək, 
düşmən  daha  çox 
mədəniyyət  sahəsinə  nüfuz  etmək  üzərində  diqqətini 
cəmləyib.  Çünki  bunun  təsiri  böyükdür.  Mədəniyyət 
sahəsinə  nüfuzda  düşmənin  hədəfi  xalqın  imanı, 
etiqadlarıdır.  Mədəniyyət  sahəsinin  məsulları  diqqətli 
olmalıdır.  Mədəniyyətdə  böhran  çox  təhlükəlidir.  Həssas, 
ayıq  olmaq  lazımdır.  Demək  istəmirəm  ki,  bütün  ideoloji 
                                                           
1
 Məryəm surəsi, ayə 59 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə