DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

 
69 
qüvvələri  maliyyələşdirsin.  Bu  açıq  modern  istismar 
növüdür. Bu  ona bənzəyir  ki,  müsabiqədə  rəqibi  bir  yolla 
yerə oturdurlar. Məsələn, onu narkotikaya aludə edirlər. O 
narkotikaya aludə olandan sonra artıq hərəkət etməyə gücü 
qalmır. O artıq özü də bilmədən düşmənə işləyir. Hərəkət 
edə  bilmirsə  demək  rəqibi  qalib  olacaq.  Modern  istismar 
belədir. Gənclər ayıq olmalıdır. Qızlarımız ayıq olmalıdır. 
Müəllim və müəllimələr, ata-analar çox diqqətli olmalıdır. 
İctimai  fikri  formalaşdıran  insanlar  diqqətli  olmalıdır. 
Natiqlər, yazıçılar, sənəd adamları ayıq olmalıdır.
1
 
Düşmə
n m
ə
nafel
ə
rinin 
genişlə
ndirilm
ə
si 
düşmə
n nüfuzunun m
ə
qs
ə
dl
ə
rind
ə
ndir 
Super  güclərin,  dünya  quldurlarının  bütün  təlaşları  öz 
nüfuzunu  genişləndirmək,  mənafelərini  təmin  etməkdir. 
Onlardan  soruşulanda  ki,  siz  Fars  Körfəzində  nə  üçün 
olmalısınız,  deyirlər    bizim  mənafeyimiz  bunu  tələb  edir. 
Demək,  mənafeləri  qoşun  yeritmək  tələb  etsə  bu  işi 
görəcəklər.  Onlara  üz  tuturam.  Sizin  mənafeləriniz 
xalqların  mənafelərindən  üstündür?!  İmperialist  güclərin 
bütün  fəaliyyətləri  mənafe  üzərində  qurulub.  Əgər 
islahatçılıq şüarlarını səsləndirirlərsə məqsəd mənafelərini 
təmin  etməkdir,  islahatçılıq  bir  yalandır.  Onlar  həqiqi 
islahata  səs  verməzlər.  Onlar  ölkəmizdə  həqiqi  islahatlara 
müxalifdirlər.  İnqilab  prinsiplərinə  də  müxalifdirlər. 
Çalışırlar  ki,  müstəqillik  ruhiyyəsini  xalqdan  alsınlar. 
Onlar  bəzi  fitnəkar  şüarlar  səsləndirirlər,  daxildə  də  bir 
qrup  həmin  şüarları  təkrarlayır.  Bu  çox  üzücü  bir  haldır, 
bu  barədə  çox  danışmaq  istəmirəm.  Bəziləri  düşmənə 
                                                           
1
 Kerman, şəhid ailələri ilə görüş, 2006 


 
70 
dostdan,  biganəyə  doğmadan  çox  etibar  edir.  Düşmənin 
sözünü  təkrarlayırlar.  Bu  çox  acı  haldır.  Hər  halda  bu 
barədə  xalq  məlumatlanmalıdır.  Bir  gün  dilə  gətirməli 
olacağam  ki,  ölkədə  kimlər  bu  xalqın  əleyhinə, 
təcavüzkarların  mənafeyinə  xidmət  edir.  Hələ  ki,  bu 
mövzudan ötüb keçirəm.  
Ey  İran  xalqı!  Ey  əziz  gənclər!  Ey  ziyalılar!  Ey 
siyasilər!  Quran  əmrinə  itaət  edin,  Allahdan  qorxun, 
təqvalı  olun.  Cümə  namazının  ən  böyük  mesajı  təqvadır. 
İlahi  təqva  budur  ki,  düşmənin  yalanına  uyub  onun 
qarşısında  təslim  olmayaq.  Düşmən  araya  ixtilaf  salmaq 
istəyir. 
Düşmən  arzulayır  ki,  məsullar  arasında 
düşmənçilik  olsun.  Düşmən  ölkəmizdə  daxili  müharibə 
olmasını  istəyir.  Ölkəmizdəki  sabitliyi,  təhlükəsizliyi 
görən  gözləri  yoxdur.  Harada  insanlarımız  bilərəkdən  və 
ya  bilmədən  aranı  qatsalar,  sabitlik  pozulsa  düşmən 
bundan xoşhal olur.
1
 
Nüfuz etm
ə
kl
ə
 
imanı
 z
ə
ifl
ə
tm
ə

Bu  gün  düşmən  növbəti  dəfə  gənc  nəsli,  xüsusi  ilə 
tələbələri öz viranedici fitnəkarlıqlarına hədəf seçib.  
Düşmən  siyasətçilərin  20  illik  təcrübəsinin  məhsulu 
olan dərin bir təhlil İslam Respublikasının düşmənlərini bu 
qənaətə  gətirib  ki,  İslam  Respublikasına  nəzarətin,  bu 
ölkəni  əsarətə  almağın  yolu  gənc  nəslin  dini  etiqadını 
zəiflətmək,  onların  dövlətə  düşüncə  və  qəlb  bağlılığını 
aradan  qaldırmaqdır.  İslam  Respublikasını  hökm  altına 
almaq üçün gənclərin təlim-tərbiyə həvəsini sönükdürmək 
lazımdır.  Bu  gün  dünya  imperializmi  və  beynəlxalq 
sionizmin  bütün  təbliğatçılarının  və  nəzəriyyəçilərinin 
                                                           
1
 Tehranın cümə namazı xütbələri, 2001 


 
71 
gəldiyi  qənaət  budur.  Bunun  əlamətlərini,  bu  çirkin 
təlaşların  nişanələrini  düşmənin  ideoloji,  informasiya, 
təbliğat faəliyyətlərində müşahidə etmək mümkündür.  
Belə  bir  şəraitdə  xətiblərimizin  vəzifəsi  ağır  və 
həssasdır.  Universitetin  İslam  cəmiyyətləri  öz  işlərini 
nizama  salsınlar.  İnqilabın  prinsipləri  əsasında  fəaliyyət 
xətti  seçsinlər.  Düşmən  və  düşmənin  üsullarını  tanımaq 
üçün bütün tələbələr üçün şərait yaradılmalıdır. Xüsusi ilə 
tələbə  mühitində  fitnəkarlar  və  onların  fitnəkarlıqları  üzə 
çıxarılıb  zərərsizləşdirilməlidir.  Təşkilat  daxilində  və 
xaricdə  ixtilafları  minimuma  endirin.  Bütün  hallarda 
Allahın hüzurunu hiss edin, bilin ki, Allah sizin niyyət və 
əməllərinizdən  xəbərdardır  və  insan  üçün  Allahın 
razılığından layiqli və uca bir məqsəd yoxdur.
1
  
Ə
sas etiqadlarda t
əxribatçılıq
 
düşmə
nin 
h
ə
d
ə
fl
ə
rind
ə
ndir 
Prezidentlik  dövründə  BMT-yə  getmişdim.  BMT-nin 
ümumi  iclasında  çıxışım  oldu.  Avropanın  bir  çox 
şəbəkələri bu çıxışı birbaşa yayımlayırdı. Çünki bu çıxışın 
böyük  təsiri  ola  bilərdi.  Çıxışın  səhərisi  gün  Fars 
Körfəzində İranəcr gəmisini saxladılar. Nyu-Yorkda idim. 
Televizoru  işə  saldım.  İranəcr  gəmisinin  Fars  Körfəzini 
minalaması 
barədə 
təxribatçı 
təbliğat 
dünyaya 
yayımlanırdı.  Məqsəd    BMT-dəki  çıxışı  təsirsizləşdirmək 
idi.  Neft  estakadalarına  hücumlar  və  bu  sıradan 
təxribatçılıqlar  Amerikanın  reaksiyalarından  oldu.  Uzun 
illər  əməli  şəkildə  reaksiya  göstərdilər.  Həm  siyasi,  həm 
iqtisadi, həm tam və ya qismən hərbi addımlar atıldı.  
                                                           
1
 İslam Tələbə Cəmiyyətinin ikinci konqresi, 1999 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə