DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

 
65 
Təhlükəsizlik 
sahəsində 
düşmən  nüfuzu  ciddi 
məsələdir.  Amma  ideoloji,  siyasi  sahə  ilə  müqayisədə  bu 
kiçik məsələdir.
1
  
Xalqa müraciətlə deyirəm ki, siz böyük və şücaətli xalq 
inqilabın ölkədən vurub çıxardığı düşməni 10 illərdir qapı 
arxasında  saxlamısınız, onun  nüfuzuna  yol  verməmisiniz. 
Dəfələrlə  xalqa,  məsullara  müraciətlə  təkrarlamışam  ki, 
düşmən nüfuz etmək istəyir. Harada nüfuz üçün yol görsə 
dayanmayacaq.  Diqqətinizi  gücləndirin.  Düşmən  milli 
təhlükəsizliyinizi  hədəfə  alıb.  Bir  xalq  üçün  milli 
təhlükəsizlik  hər  şeydən  əhəmiyyətlidir.  Ölkədə  sabitlik 
yoxsa dövlət bir iş görə bilməz. Bütün quruculuq işlərinin 
həyata  keçməsi  üçün  ölkədə  sabitliyə  ehtiyac  var.  Hərc-
mərclik,  qeyri-sabitlik  olanda  dövlət  iş  görə  bilmir. 
İqtisadiyyat  da,  mədəniyyət  də,  sosial  məsələlər  də 
sabitliklə  şərtlənib.  Buna  görə  də  düşmən  təhlükəsizliyi 
hədəfə  alıb.  Xalqımız  bunu  anlayır.  Şükür  ki,  xalqımız 
oyaqdır.
2
  
Yol  vermək  olmaz  ki,  düşmən  nəzarət  adı  altında 
təhlükəsizlik  və  müdafiə  sahələrinə  nüfuz  etsin.  Dövlət 
məsullarının  belə  bir  icazəsi  yoxdur.  Təftiş,  nəzarət  adı 
altında  biganələri  təhlükəsizlik  və  müdafiə  sahəsinə 
buraxmaq 
olmaz. 
Ölkənin 
müdafiə 
qabiliyyəti 
gücləndirilməlidir. Müdafiə sənayesi xalqın vuran əlidir və 

inkişaf 
etməlidir. 
Dünyaboyu 
müqavimətçi 
qardaşlarımızın  dəstəklənməsi  də  müzakirə  mövzusu  ola 
bilməz. Biz onları himayə etmişik və edəcəyik.
3
 
                                                           
1
 İnqilab Keşikçiləri komandanları ilə görüş, 2016 
2
 Universitet hadisələri, 2000 
3
 Əhli-Beyt (ə) məddahları ilə görüş, 2016 


 
66 
Təhlükəsizlik sahəsində  düşmən nüfuzunun öz amilləri 
var. 
Məsullar, 
inqilab 
keşikçiləri  diqqətli  olsun. 
Təhlükəsizliyə  düşmən  nüfuzunun  qarşısını  tam  şəkildə 
əngəlləmək lazımdır.
1
  
                                                           
1
 İnqilab Keşikçiləri komandanları ilə görüş, 2016 


 
67 
Düşmən_nüfuzunun_hədəfləri_və_vasitələri__M__ə__ml__ə__k__ə'>İkinci fəsil: Düşmən nüfuzunun hədəfləri 
və vasitələri  
M
ə
ml
ə
k
ə
t
ə
 hakim olmaq 
düşmə

nüfuzunun h
ə
d
ə
fl
ə
rind
ə
ndir 
Düşmən  müxtəlif  qiyafələrdə,  müxtəlif  çöhrələrdə, 
bəzən qaşqabaqlı, bəzən təbəssümlə, bəzən vədə verməklə, 
bəzən hədə-qorxu gəlməklə irəli gəlir. Hamı bilməlidir ki, 
bütün bunlarda düşmənin məqsədi məmləkətə nəzarəti ələ 
almaqdır.  Düşmən  müstəmləkə  dövrünə  qayıtmaq  istəyir. 
Onun  istəyi  qeyd-şərtsiz  ölkəmizə  hakim  olmaqdır.  İslam 
belə  bir  qayıdışa  tam  müxalif  olduğundan,  bu  plana  qarşı 
müqavimət  göstərdiyindən  onlar  da  İslama  müxalifdirlər. 
İslam  düşmənlə  ona  görə  müxalifdir  ki,  İslam  maarifi, 
İslam  hökmləri  onun  istəkləri  qarşısında  möhkəm  səddir. 
Xalqımıza  müxalifdirlər.  Çünki  xalq  onların  qarşısında 
dağ  kimi  dayanıb.  Düşmənə  müqavimət  göstərən  bütün 
qüvvələrə  qarşıdırlar.  Möminlərlə  düşmənçilikləri  daha 
güclüdür. 
İnqilabi  təşkilatlarla  qatı  düşməndirlər. 
Hizbullah  fərdlərlə  sərt  müxalifdirlər.  Çünki  onların 
möhkəm  sədd  olduğunu  görürlər.  Hizbullah  düşmən 
nüfuzu  qarşısında  dayanıb.  Düşmən  çalışır  ki,  İslam 
Respublikasının  inkişafını  əngəlləsin,  onun  tərəqqisinin 
qarşısını  alsın.  Qədim  Amerika  siyasətçilərindən  biri 
deyirdi  ki,  təkfirçi,  terrorçu  qruplaşmaların  bizim  üçün 
əhəmiyyəti  yoxdur,  qoy  olsunlar.  Deyirdi  bizim  üçün 
əhəmiyyətli  olan  İran  İslam Respublikasıdır. Çünki  İslam 
Respublikası  böyük  mədəniyyət  yaratmaq  fikrindədir. 


 
68 
Əlbəttə  o  mədəniyyət  yox,  imperiya  sözünü  işlədir. 
Deyirdi bu əsasla İranı əsas düşmən saymalıyıq.
1
  
Düşmə
n nüfuz etm
ə
kl
ə
 modern istismar 
yaradır
 
Şəhid ailələri bizim üçün bir yaddaş və iftixardır. Bu da 
var  ki,  şəhid  ailələri  düşmənin  xalqımıza  qarşı 
cinayətlərini  heç  zaman  unutmur.  Düşmənin  cinayətlərini 
yaddan  çıxarmaq  olmaz.  Əmirəlmöminin  (ə)  buyurur  ki, 
əgər səngərdə yatsanız, bu o demək deyil ki, qarşınızdakı 
səngərdə  də  əsgər  yatıb.
2
  Kim  düşməndən  arxayın  yatsa, 
düşmən  ona  qarşı  yatmayacaq.  Düşmən  oyaqdır.  O  sizin 
yatmağınızı  gözləyir.  Müharibə  həmişə  silah-sursatla, 
hərbi  olmur.  Bəzən  siyasi  müharibə  də  gedir.  Bəzən 
mədəniyyət sahəsində savaş açırlar. Düşmən çalışır ki, hər 
vasitə  ilə  təxribat  yaratsın.  Gözlərimiz  açıq  olmalıdır. 
Təxribat  nöqtəsini  görməliyik.  İmkan  verməməliyik  ki, 
fitnəkarlıq  genişlənsin.  Mədəniyyət və  siyasət  sahələrində 
fitnəkarlıqların qarşısını almalıyıq.  
Bu  gün  imperializmin  siyasəti  modern  siyasətdir.  Bu 
neçə  əsrlər  davam  etmiş  qədim  siyasətdən  fərqlənir. 
Modern  siyasət  nədir?  Müasir  istismar  siyasəti  budur  ki, 
bu  siyasət  sayəsində  düşmənin  nəzərdə  tutduğu  adamlar 
özləri  də  bilmədən  ona  kömək  etsinlər.  Düşmən  sizin 
imanınızı öz istəkləri qarşısında maneə görür. Bu maneəni 
aradan qaldırmaq istəyir. Öz aramızdan adamlar tapılır ki, 
bu  divardan  dəliklər  açsınlar.  Onlar  bizdən  olsa  da 
düşmənə işləyir. Düşmən onlara sərmayə yatırır. Amerika 
hətta  Konqresdə  büdcə  ayırıb  ki,  ölkəmizin  daxilindəki 
                                                           
1
 İmam Rahilin 26-cı vəfat ildönümü mərasimi, 2016 
2
 Nəhcül-bəlağə, məktub 62 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə