DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

 
62 
problemlərimizin  günahkarı  biganələrdir.  Xeyr,  özümüz 
də  müqəssirik.  Müxtəlif  sahədə  məsullar  o  cümlədən 
mədəniyyət 
sahəsinin 
məsulları 
lazımi  səviyyədə 
işləməyiblər.  Nöqsanlara  yol  verilir.  Hər  problemi 
düşmənin  boynuna  atmırıq.  Amma  düşmənin  mədəniyyət 
sahəsinə 
nüfuz 
etmək 
planlarını 
da 
yaddan 
çıxarmamalıyıq. 
İnqilabın 
əvvəllərindən 
təbliğat 
qurumlarımız  fəaliyyətdə  olub.  Amma  düşmən  təbliğat 
aparatı  da  xalqı  rahat  buraxmayıb,  onu  inqilabi  ideallara 
biganələşdirməyə  çalışıb.  İnsanların  qəlb  inancını  hədəfə 
alıblar.  Buna  biganə  qalmaq  olmaz.  Sual  oluna  bilər  ki, 
məsullar  hansı  həddə  həssas  olmalıdır?  Bu  həssaslıq 
inqilabın  şüarlarından  olan  azadlıqla  zidd  deyilmi?  Xeyr, 
bunun  azadlıqla  heç  bir  ziddiyyəti  yoxdur.  Azadlıq 
anarxiya  deyil.  Azadlıq  bütün  ənənələri  kənara  qoymaq 
deyil.  Azadlıq  böyük  ilahi  nemətdir,  onun  da  öz  şərtləri 
var.  Qayda-qanunsuz  azadlıq  faydalı  sayıla  bilməz.  Əgər 
bir qrup ölkənin gənclərini hədəfə alıbsa, onların imanının 
kökünü  qazmaq  istəyirsə,  azadlıqdır  deyə  seyirci  mövqe 
tutmaq  olmaz.  Müxtəlif  narkotik  maddələr,  heroinlə  gənc 
nəsli  zəhərləyirlərsə,  ailə  əsaslarını  dağıdırlarsa  buna 
biganə  qala  bilmərik.  İncəsənətdən,  müxtəlif  sənəd 
növlərindən 
sui-istifadə 
edib 
cəmiyyətin 
imanını 
süstləşdirirlərsə  buna  göz  yuma  bilmərik.  Düşmən  nə 
istəyirsə etsin, biz də azadlıq deyə susaq?! Belə bir azadlıq 
dünyanın  heç  yerində  yoxdur.  Azadlıq  şüarları  ilə  çıxış 
edən  bütün  ölkələrdə  qırmızı  xətlər  mövcuddur.  Görün 
Avropada bir nəfər Holokast haqqında danışa bilərmi? Bir 
hadisənin gerçəkdən olub-olmadığı məlum deyil, amma bu 
barədə danışmağa qadağa var. Hətta bu hadisəni şübhə ilə 
qarşılamaq cinayət sayılır. Qanun Holokasta qarşı olanlara 
cəza təyin edir. Amma azadlıq şüarları verir, özlərini azad 


 
63 
ölkə  sayırlar.  Özləri  qırmızı  xətt  çəkdikləri  halda  bizdən 
qeyd-şərtsiz  azadlıq  umurlar.  Necə  ola  bilər  ki, 
dəyərlərimizlə bağlı qırmızı xətlərimiz olmasın.
1
 
Düşmən  təlaş  göstərir  ki,  mədəniyyət  sahəsində 
cəmiyyətin  etiqadlarını  dəyişsin.  O  etiqadlar  ki,  bu 
cəmiyyəti  ayağa  qaldırıb,  həmin  etiqadları  hədəfə  alırlar. 
Milyardlar xərcləyirlər ki, bu ideallara zərbə vursunlar. Bu 
mədəniyyət  sahəsində  düşmən  nüfuzudur.  (İnqilab 
Keşikçiləri komandanları ilə görüş, şəmsi 1394) 
İnsan
 
haqları
 
adı
 
altında
 
düşmə
n nüfuzu  
Dünya xalqları yekdil olaraq bu fikirdədir ki, bir millət 
öz mədəniyyətinə təcavüzə yol versə, məhv olub gedər. O 
millət  qalibdir  ki,  onun  mədəniyyəti  qalibdir.  Elə  bir 
mədəniyyət  ki,  onun  qələbəsi  ilə  iqtisadiyyat,  siyasət, 
təhlükəsizlik və hərb sahəsində də qələbə əldə olunur.  
Dünyanın  super  gücləri  çalışırlar  ki,  onların  dili 
dünyaya  yayılsın.  Çünki  dil  mədəniyyəti  ötürmək  üçün 
əsas  yollardandır.  Din  və  etiqad,  milli  adət-ənənələr  dil 
yolu ilə ötürülür. Bu gün dünyanın böyük gücləri zorla da 
olsa  öz  mədəniyyətini  başqa  xalqlara  qəbul  etdirmək 
istəyir.  Amerikalılar  dünyanın  müxtəlif  ölkələrinə  qoşun 
yeridib  öz  adət-ənənələrini  zorla  qəbul  etdirirlər.  Biganə 
mədəniyyətlər  buralara  da  gəlib  çatır.  Bura  insan  haqları 
adı altında yol axtarırlar. Amerikalılardan soruşan yoxdur 
ki,  dünyanın  harasında  qaradərililərlə  sizin  kimi  vəhşi 
rəftar edirlər? Dünyanın harasında yüzlərlə qadın və uşağı, 
kişini  bir  binaya  yığıb  od  vurublar?!  Əgər  dünyanın  bir 
yerində  belə  hadisələr  baş  veribsə,  onda  insan  haqlarının 
pozulmasından danışın. Bu hadisələr Amerikada baş verib. 
                                                           
1
 İmam Rizanın (ə) hərəmi, 2015 


 
64 
Amerikadan  başqa  haradasa  belə  vəhşiliklər  görməmişik. 
Sionistlər 
də 
dünyanın  ən  qəddar  cəmiyyətidir. 
Amerikanın himayəsi altında hərəkət edirlər.
1
 
3. Siyasət barəsində düşmən nüfuzu və təxribat  
Siyasətə  nüfuz  etmək  odur  ki,  ölkənin  taleyi  ilə  bağlı 
qərarlar  çıxarılan  siyasi  mərkəzlərə  nüfuz  edilsin.  Bir 
ölkənin  siyasi  qurumları  düşmən  təsiri  altında  olarsa,  o 
zaman  bu  ölkədəki  bütün  qərarlar  həmin  xarici  dövlətin 
mənafelərinə  uyğun  olacaq.  Bütün  sahələrdə  nüfuz  etmiş 
dövlətin  iradəsi  yeriyəcək.  Onların  istədiyi  budur. 
İstəmirlər  ki,  özlərindən  bir  nəfəri  gətirib  hakim  etsinlər. 
19-cu  əsrin  sonları,  20-ci  əsrin  əvvəllərində  Hindistanda 
öz  adamlarını  hakimiyyətdə  yerləşdiriblər.  İngiltərəli  bir 
şəxs Hindistana başçılıq edib. Bu gün artıq zaman dəyişib 
bu mümkün deyil. İstəkləri budur ki, bir millətin özündən 
onlar kimi düşünən birini hakimiyyətə gətirsinlər. Onların 
istədiyi  kimi  qərar  çıxarsın,  onların  istədiyi  kimi  addım 
atsın. Taleyüklü qərarlar çıxarılan mərkəzlərə nüfuz etmək 
istəyirlər.  
Əgər  biz  ayıq  olsaq,  onların  ümidi  puça  çıxar.  Onlar 
İran  xalqının,  İslam  Respublikası  quruluşunun  bir  gün 
yatacağını gözləmirlər. Vəd edirlər ki, 10 ildən sonra İran 
başqa  bir  İran  olacaq.  İmkan  verməməliyik  ki,  düşmənin 
qəlbində  belə  bir  şeytani  ümid  möhkəmlənsin.  İnqilabın 
sütunlarını,  inqilabi  düşüncəni  elə  möhkəmləndirməliyik 
ki, aparıcı fiqurların səhnədən çıxması ilə inqilabi hərəkat 
sönükməsin.  İnqilab  Keşikçiləri  və  digər  inqilabi 
qüvvələrin əsas vəzifəsi budur.
2
 
4. Təhlükəsizlik sahəsində düşmən nüfuzu və təxribat  
                                                           
1
 Prezidentin təqdimat mərasimi, 1994 
2
 İnqilab Keşikçiləri komandanları ilə görüş, 2016 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə