DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

 
78 
altında  olanlar  demokratik  respublika  yox,  İslam 
Cümhuriyyəti ardınca idilər.  
Bəzən 
bütün 
oğullarını, 
kürəkənlərini, 
həyat 
yoldaşlarını  qurban  verən  imanlı  xanımlarımız  nəinki 
bədbinləşməyib,  bununla  qürur  duyub.  Onlar  Qərb 
demokratiyası  istəyində  deyildilər.  Xalqın  istəyi 
konstitusiyada  öz  əksini  tapıb.  Xalq  mənəvi  və  maddi 
inkişafı İslam sayəsində əldə etmək istəyir. Dünyada İran 
xalqı kimi ilahi dəyərlər yolunda yüz minlərlə şəhid verən 
ikinci  xalq  yoxdur.  Elə  xalqımızın  tarixində  də  bu  hadisə 
əvvəllər qeydə alınmayıb. Bu İslam İnqilabının uğurudur. 
Onlar  Qərb  demokratiyasını  təcrübədən  keçirdilər.  Hansı 
fəlakətlər  baş  verdiyini  gördük.  Demokratiya  adı  altında 
Qərb  ölkələrinin,  xüsusi  ilə  Amerikanın  sərvətlərimizə 
sahib  olduğuna  şübhəmiz  qalmadı.  Xalqımız  belə 
demokratiya  istəmir.  Bu  gün  də  xalqın  məqsədi  inqilab 
ideallarının  gerçəkləşməsidir.  İlk  növbədə  ədalət, 
mənəviyyat,  azadlıq,  müstəqillik  ardıncayıq.  Biganə  və 
xarici  güclərin  əli  olmayan  bir  müstəqillik  istəyirik. 
Xalqımız  bu  yolda  fədakarlıq  edir,  bundan  sonra  da  bu 
yolu davam etdirəcək. Xalq ehtiyatlı olmalıdır ki, düşmən 
müxtəlif  üsullarla  sıralarımıza  nüfuz  edə  bilməsin. 
Təhlükəsizlik,  siyasət,  mədəniyyət  sahəsində  diqqətli 
olmaq lazımdır.
1
 
                                                           
1
 Cümə namazıama xütbələri, 2003 


 
79 
Düşmə__n_nüfuzunun_h__ə__d__ə__fl__ə__rind__ə'>Düşmə
n nüfuzunun h
ə
d
ə
fl
ə
rind
ə
n biri 
g
ə
nc n
ə
sil 
arasında
 f
ə
sad, 
əxlaqsızlıq
 
toxumu s
ə
pm
ə
kdir 
Düşmənin  fitnəkarlıqlarından  biri  də  fəsad,  əxlaqsızlıq 
yaymaqdır.  İslamın  əsl  əsgəri  olan  gəncləri  əxlaqsızlığa 
sövq  etmək  istəyirlər.  Gənclər  bilsin  ki,  bütün  bunlar 
təxribatdır.  Nəzərinizə  çatdırıram  ki,  bu  gün  ölkə 
səviyyəsində  biganələrin  rəhbərliyi  altında  fitnəkar 
fəaliyyətlər  var.  Gəncləri  azğınlığa  sürükləyirlər.  Bir 
xalqın  gəncləri  günah  işlərə  məşğul  olsa  heç  bir  nəticə 
əldə  edə  bilməz.  Bəsic,  mömin,  saf  gəncləri  dünya 
ləzzətlərinə  əsir  etmək  istəyirlər.  Bu  həmin  gənclərdir  ki, 
Allah yolunda gözünü qırpmadan cihad meydanına gedib. 
Məsullar  da,  gənclər  də  diqqətli  olsun.  Ümid  edirik  ki, 
məsullar fəsad və günahın kökünü qaza biləcək.
1
 
Düşmə
n nüfuzunun 
başqa
 bir h
ə
d
ə
fi: 
Yoxsulluq v
ə
 
ayrıseçkilik
 yaratmaq  
Bu  gün  millət  üçün  əhəmiyyətlidir  ki,  məsullar  bütün 
güclərini  işə  salıb  ölkədə  işləri  sahmana  salmaq  üçün 
meyarlar  nəzərdə  tutsunlar.  Üç  meyar  qeyd  etdik: 
Yoxsulluqla  mübarizə,  fəsadla  mübarizə,  ayrıseçkiliklə 
mübarizə. Əgər məsullar yoxsulluğa,  fəsada, ayrıseçkiliyə 
münasibətdə  barışmaq  mövqeyi  tutsalar  Allahın  tövfiq  və 
hidayətindən  bütün  cəmiyyət  bəhrələnər.  Bu  zaman 
düyünlər  açılar.  Xalq  meydandadır.  Bu  xalq  çox 
sədaqətlidir.  Bu  xalq  Qurana  könül  verib.  Əgər  bu  işlərin 
görülməsini  istəyiriksə,  düşmən  nüfuzunun  qarşısını 
almalıyıq.  İmam  Xomeynini  (r)  in  bu  sahədə  öz  qaydası 
                                                           
1
 Xürrəmabad əhalisi ilə görüş, 1992 


 
80 
vardı,  dəfələrlə  bunu  dilə  gətirmişdi.  Harada  görsəniz  ki, 
bu  xalqın  andlı  düşmənləri  bir  nöqtəyə  diqqət  və  qayğı 
göstərir,  o  zaman  onların  işlərinə  şəkk  edin.  Əlbəttə  ki, 
bəzən bir şəxsiyyəti hörmətdən salmaq üçün onun tərəfini 
saxlayırlar. Bəzən öz əlaltılarını böyük göstərmək xatirinə 
onu  himayə  edirlər.  Xoşbəxtlikdən  xalqımız  siyasidir. 
Xalqımız ayıqdır belə hiylələrə aldanmır.
1
 
Nüfuz etm
ə
kl
ə
 m
ə
ml
ə
k
ə
tin h
ə
yati 
sah
ə
l
ə
rind
ə
 
inkişafın
 
qarşısını
 almaq  
Nə  üçün  zalımların  qarşısında  dayanıb  müqavimət 
göstəririk? Nə üçün onlara təslim olmuruq? Cavab sadədir. 
Əgər  imperialistlər,  dünya  zorluları  ölkəmizə  hakim  olsa 
artıq bu millətin mənafeləri kölgədə qalacaq. İqtisadiyyat, 
mənəviyyat,  mədəniyyət  sahəsində  xalqın  mənafelərinə 
əhəmiyyət  verilməyəcək.  Necə  ki,  inqilabdan  öncə  belə 
idi.  Əlaltı  bir  hökumət  vardı  və  öz  ağasının  mənafelərinə 
xidmət  edirdi.  Bütün  bunları  nəzərə  alan  xalq  düşmənə 
müqavimət  göstərməyə  məcburdur.  Onun  kamillik  və 
xoşbəxtlik yolu budur.
2
 
Biz  məmləkətimiz  üçün  nəzərdə  tutduğumuz  rütbəyə 
çatmalıyıq.  Başqaları  gözləməyəcək  ki,  biz  onlardan  önə 
keçək.  Başqa  ölkələr  də  təlaşdadır.  Bəzi  ölkələrin  ciddi 
iqtisadi  təlaşlarına  şahidik.  Təbii  ki,  biz  onların  əl  atdığı 
hər  yoldan  istifadə  edə  bilmərik.  İslam  Respublikasının 
getdiyi  yol  şərafətli  və  nəcib  bir  yoldur.  Bununla  belə, 
nəzərdə  tutduğumuz  rütbəyə  çata  bilərik.  Bir  qədər  sürəti 
artırıb  sürətli  olsaq  uğur  qazanarıq.  Bunun  üçün  cihada 
ehtiyac var. Həm sürətli, həm tədbirli olmalıyıq. Bu  yolla 
                                                           
1
 Qum əhalisi ilə görüş, 2001 
2
 Ərak əhalisi ilə görüş, 2001 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə