DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

 
47 
Bəli,  onlar  qəddardırlar.  Amma  bu  qəddarlıq  onları 
məqsədlərinə  çatdıra  bilməz.  Heç  şübhəsiz  dünya 
xalqlarının silləsini dadacaqlar.
1
 
Düşmə
nin 
İslam
 
Respublikası
 
ideallarına
 
nüfuzu 
qarşısında
 dayanmaq 
İslam  Respublikasının  hüquqi  və  rəsmi  bir  nizam 
olması 
mühüm 
məsələdir. 
Bu 
Respublikanın 
konstitusiyası,  parlamenti,  dövləti,  seçkiləri  var.  Bütün 
bunları qorumaq lazımdır, amma bu bəs etmir.  
Hər  zaman  hüquqi  bir  qurumun  daxilində  həqiqi  bir 
qurum  var.  Bu  gerçək  bir  şəxsiyyətdir.  Həmin  şəxsiyyəti 
qorumaq lazımdır. Hüquqilik bir cisim kimidir. Hüquqilik 
bir  qəlib,  formadır.  Amma  həqiqilik,  mahiyyət  ruh 
kimidir. O hüquqi sistemin mənasını təşkil edir.  
Əgər  hüquqi  sistemin  mənası  dəyişsə,  forması  qalsa 
belə  mənasızdır.  Onun  davamı  yoxdur.  O  çürümüş  diş 
kimidir,  yalnız  görünüşü  var.  Möhkəm  bir  zərbə  ilə 
üzləşən  kimi  dağılacaq.  Əsas  hüquqi  sistemin  daxilindəki 
həqiqətdir.  Ruha  bənzətdiyimiz  bu  həqiqət  nədir?  Bu 
İslam Respublikasının ideallarıdır. Ədalət, insanlıq dəyəri, 
dini  dəyərlər,  qardaşlıq  və  bərabərlik  üçün  təlaş,  əxlaq, 
düşmən nüfuzu qarşısında dayanmaq və bu sıradan başqa 
dəyərlər  hüquqi  sistemin  mahiyyətini  təşkil  edir.  Əgər 
İslam əxlaqından, ədalətdən uzaq olsaq, görünüşün faydası 
yoxdur. Əgər ədalətə diqqətsiz qalsaq, dövlət məsullarının 
insanlığı  ikinci  plana  keçsə,  İslam  Respublikasının 
məsulları  da  başqa  ölkələrin  məsulları  kimi  vəzifəyə 
qazanc  mənbəyi  kimi  baxsa,  xalqa  xidmət  və  vətən 
                                                           
1
 İmam Xomeyninin (r) vəfat ildönümü mərasimi,  2003 


 
48 
yolunda fədakarlıq əhəmiyyətini itirsə, xəlqilik, sadə həyat 
tərzi  məsullar  üçün  yad  olsa,  düşmən  təcavüzü  qarşısında 
dayanmaq 
unudulsa, 
beynəlxalq 
siyasətdə, 
siyasi 
əlaqələrdə  şəxsiyyət  zəifliyi  özünü  göstərsə  İslam 
Respublikasının  adının  nə  əhəmiyyəti  var?!  Parlament, 
dövlət  sözlərinə  İslam  sözünü  artırmaqla  nəyəsə  nail 
olmaq  mümkün  deyil.  Əhəmiyyət  kəsb  edən  bu 
qurumlarda  İslam  ruhunun  olmasıdır.  Zahiri  şüarlarla 
kifayətlənməyək, mahiyyətə diqqətli olaq.  
Unutmayaq  ki,  xarakter,  mahiyyətin  dəyişməsi  tədrici 
prosesdir. Çoxları bunu hiss etmir. Əlbəttə ki, bəzən hamı 
bunu  hiss  edir.  Amma  artıq  gec  olur.  Mahiyyət 
dəyişikliyini  vaxtında  görmək  lazımdır.  Universitet, 
müəllim və tələbələr daim bu məsuliyyəti öz üzərində hiss 
etməlidir.  
İslam  Respublikası  həm  zahir,  həm  də  batində  İslam 
olmalıdır.  Sadəcə  konstitusiyada,  qanunlarda  İslama  yer 
verilməsi  bəs  etmir.  Əsas  qanunda  prezident,  parlament 
sədri,  məhkəmə  sistemi  üçün  meyarlar  nəzərdə  tutulması 
kifayət  deyil.  Bütün  bunlar  lazımdır,  amma  bəs  etmir. 
Əsas  məqsədlərdən  yayınmalara  diqqətli  olmaq  lazımdır. 
Bu  nöqtə  xüsusi  ilə  İmam  Xomeyni  (r)  dünyasını 
dəyişəndən, 8 illik müharibədən sonra daha çox əhəmiyyət 
kəsb  edir.  Ötən  iki  onillikdə  əsas  iki  problemdən  biri  bu 
olub.  İslam  Respublikasını  əsas  ruhiyyəsindən  məhrum 
etmək üçün çox çalışıblar.  
Müxtəlif formalarda, istər siyasətdə, istər mədəniyyətdə 
çox  təlaşlarla  rastlaşmışıq.  Hətta  mətbuatımızda  rəsmi  və 
açıq şəkildə dinin siyasətdən ayrı olması ilə bağlı iddialar 
səslənir. İslam Respublikasının əsası olan bir qayda, din və 
siyasətin  bir  olması  qaydası  sual  altına  alınıb.  Bundan  da 
yuxarı 
düşmən 
nüfuzu?! 
İslam 
Respublikasının 


 
49 
mətbuatında  zalım  və  sərsəm  Pəhləvi  rejimi  müdafiə 
olunur.  Belə  bir  halın  qarşıya  çıxmaması  üçün  etiqad, 
düşüncə,  sərhədlərini  möhkəmləndirmək  lazımdır.  Siyasi 
sədd möhkəm olmalıdır. İslam kimliyinin meyarları aydın 
ortaya  qoyulmalıdır.  Ədalət,  məsulların  sadə  həyat  tərzi, 
fədakarlıqla  iş,  fasiləsiz  elmi  fəaliyyət,  biganələrin 
müdaxiləsi  qarşısında  dayanmaq,  milli  haqların  müdafiəsi 
meyarları  aydın  olmalıdır.  Milli  haqların  şücaətlə 
müdafiəsi bir meyardır. Nüvə enerjisi bu sıradandır. Bizim 
onlarla  ehtiyacımızdan  biri  nüvə  enerjisidir.  Düşmən  bu 
nöqtə  üzərində  inad  göstərirsə,  millətimiz  də  müqavimət 
ortaya  qoyur.  Əgər  düşmən  irəli  gəldiyi  zaman  xalq, 
məsullar  geri  çəkilsə,  güzəştə  getsə,  bu  zaman  düşmən 
üçün milli haqlara əl uzatmaq yolları açılacaq.
1
 
İslam
 
İnqilabı
 il
ə
 
düşmə
nçiliyin bir s
ə
b
ə
bi 
düşmə
n nüfuzu 
qarşısında
 
dayanmaqdır
  
Dünya  imperializminin,  başda  Amerika  və  sionist 
rejimin İslam, İslam Respublikası ilə düşmənçiliyinin əsas 
səbəbi  dilə  gətirilənlər  deyil.  Əsas  səbəb  İslam 
Respublikasının kimliyi, iradəsi, təsbit və inkarıdır.  
İmperializm, əsarət, millətin təhqiri rədd olunur. Siyasi 
asılılığa, müdaxilələrə, sekulyar əxlaqa  yox deyilir.  İslam 
Respublikası  belə  hallar  qabağa  gələndə  inkar  mövqeyi 
tutub.  
Başqa  bir  məqam  təsbitdir.  İslam  Respublikası  milli 
kimliyi, 
İslam  dəyərlərini,  dünya  məzlumlarının 
müdafiəsini,  elm  zirvələrinin  fəthini  təsbit  edir,  bu  yolda 
möhkəm  dayanıb.  Amerika  və  sionist  şəbəkəsinin  İranla 
                                                           
1
 Elm və Texnologiya Universitetində müəllim və tələbələrlə görüş, 
2009
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə