DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

 
133 
İslam
 
şə
ri
ə
tin
ə
 
bağlılıq
 
düşmə
n nüfuzuna 
mane olur 
Səkkiz il uzanan müqəddəs müdafiə illərində yeniyetmə 
və gənclərimiz  təpədən-dırnağa silahlanmış  İraq  ordusuna 
sarsıdıcı  zərbə  endirdi.  İraq  ordusunu  Amerika,  Sovetlər 
Birliyi,  Avropa  ölkələri,  məntəqə  ölkələri  himayə  edirdi. 
Həm hərbi təchizat, həm informasiya dəstəyi vardı. Bizim 
25  yaşlı  gənc  komandirlərimiz  İraq  ordusunun  təcrübəli 
generallarını  diz  çökürdü.  Mənim  prezidentliyimin  ilk 
illərində gənclərimiz Xürrəmşəhri geri aldı. O zaman İrana 
bir beynəlxalq heyət  gəldi. Bu heyətin rəisi mənə dedi ki, 
sizin  indiki  vəziyyətiniz  bir  ilki  vəziyyətinizlə  çox 
fərqlənir. O doğru deyirdi. Dünya inana bilmirdi ki, bizim 
gənclərimiz,  bəsic  -  könüllülər,  gənc  inqilab  keşikçiləri, 
ordu  Xürrəmşəhri  geri  ala  bilər.  Düşmən  və  onun 
himayədarlarının 
istehkamları 
darmadağın 
edildi. 
Gənclərimiz  Xürrəmşəhri,  sərhədlərimizi  geri  aldılar. 
Müştərək su xətti də nəzarətə götürüldü. Bizim qüvvələrin 
FAV-a  çatması  düşmən  üçün  çox  təhqiramiz  idi.  Biz 
FAV-ı  əlimizdə  saxlamaq  istəmirdik.  Bu  sadəcə  Səddam 
rejiminin  təhqiri  idi.  FAV-ın  alınması  BƏƏS  ordusunun 
alçaldılması  idi.  Bizim  gənclərimiz  bu  işi  gördülər.  Nə 
hərbi  təchizatları  qənaətbəxş  idi,  nə  də  informasiya 
dəstəyi.  Yalnız  iman  və  düşüncə  gücü  ilə  bu  işi  gördülər. 
Komadanlarımızın  25  yaşı  olardı.  Bu  yaşda  çox  böyük 
qəhrəmanlıqlara imza atdılar. 
Bu  gənclər  Əfləq  BƏƏS  ordusunu  məğlub  etdilər. 
Əfləq  İraqın  BƏƏS  partiyasının  mənəvi  rəhbəri  sayılan 
Mişel  adlı  suriyalının  familiyasıdır.  Səddam  İraqda 
hakimiyyətə  gələndə  bu  şəxs  onun  haqqında  mədhiyyələr 
söylədi,  Səddamı  ərşin  ərəb  ümmətinə  hədiyyəsi 
adlandırdı. Olsun ki, elə bu təriflərinə görə İraqda yüksək 


 
134 
məqam  qazandı.  Bu  Əfləq  BƏƏS  ordusu  bizim 
gənclərimiz qarşısında diz çökdü.  
Bu  böyük  istedad,  zəngin  torpaq,  misilsiz  coğrafi 
mövqe,  iftixarlı  tarix,  bizə  qürur  gətirir.  Ən  dəyərlisi  isə 
gənclərimizin  qəlbindəki  imandır.  Bu  iman  dünyanın 
diqqətini  cəlb  edib.  Çalışmalısınız  ki,  gələcəyi  ən  gözəl 
şəkildə  qurasınız.  Buna  ümid  verən  gəncliyimiz  var. 
İnqilabdan  əvvəl  də  zəngin  tariximiz,  qiymətli  coğrafi 
mövqeyimiz, dəyərli gənclərimiz var idi. Amma bu inkişaf 
yox  idi.  Nə  üçün?  Çünki  o  zaman  bu  məmləkətin 
hakimiyyəti  ilk  öncə  imandan  məhrum  idi.  Daxilində  heç 
bir  müqəddəs  hiss  olmayan  fərdlər  məmləkətə  başçılıq 
edirdi.  İkincisi,  etiqadları  olmadığından  düşməndən  asılı 
vəziyyətdə idilər. Əziz  İran quldurların qarət etdiyi behişt 
idi. Nə üçün qarət edə bilirdilər? Çünki kəndxudanı görüb, 
razı salıb kəndə girmişdilər. Hakimiyyətdəki məsulları da 
öz 
quldurluqlarına  şərik  etmişdilər.  Xalqı  çapıb 
talayırdılar.  İnqilab  gəldi,  düşmən  nüfuzu  qarşısında 
böyük maneə yaratdı. Bu maneə nə idi? Şəksiz, İslam idi! 
Nə  qədər  ki  İslam  səhnədədir  imperializmin  təbliğatçıları 
qorxu  içində  olacaq.  Təbii  ki,  İslam  ictimai-siyasi  həyata 
qarışmayıb, 
məscidlərdə 
məhdudlaşsaydı 
ondan 
qorxmazdılar.  Əgər  iman  əhli  sakit  bir  guşəyə  çəkilib 
ibadətlə  məşğul  olsaydı  cəmiyyətin  idarəçiliyinə  əl 
aparmasaydı  düşmən  İslamla  müxalif  olmazdı.  Belə  bir 
İslama  əhəmiyyət  verməzdilər.  Amma  İslam  Allahın 
istədiyi, Quranda göstərildiyi kimi səhnəyə gəldi. Belə bir 
İslamdan qorxmaqlarının yeri vardı. Belə bir İslamda onlar 
üçün  təhlükəli  tələblər  var.  Bunun  biri  insan  şəxsiyyətinə 
verilən  dəyərdir.  İkincisi,  qarətçilərin  qarşısını  almaqdır. 
Tövhid kəlməsində bunlar əks olunub. La ilahə illəllah! La 
ilahə  illəllahın  tələbi  budur  ki,  zalımlarla,  istismarçılarla, 


 
135 
dünyanı  çapıb  talayanlarla,  millətlərin  başına  min  oyun 
açanlarla  saziş  olmaz.  Tövhid  icazə  vermir  ki,  müsəlman 
azğın  güclə  sazişə  getsin.  Görün  Fələstində,  İraqda, 
Əfqanıstanda  nə  faciələr  yaradırlar.  Əvvəllər  Bosniyada, 
Livanda,  başqa  İslam  ölkələrində  cinayətlər  törədiblər. 
Bəzi  millətlərin  zəiflik  göstərib  zalım  güclər  qarşısında 
boyun  əyməsi  o  gücləri  bugünkü  iqtidara  çatdırıb.  Əgər 
xalqlar öz haqlarını tanıyıb tələb etsələr, dünya zorlularına 
baş  əyməsələr,  onların  saxta  şüarlarına  aldanmasalar 
zalımlar bu qədər güclənə bilməz.  
İslam icazə vermir ki, müsəlman xalqlar imperializmin 
hakimiyyəti altında olsun.  
Müsəlman 
insanın  şəxsiyyəti  bütün  şəraitlərdə 
qorunmalıdır. Bu İslamın batinində olan bir tələbdir. İslam 
bir  həyat  proqramı  kimi  təqdim  olunanda  bu  nöqtələr  də 
əsas yer almışdı.
1
  
İslam  şəriətinə  riayət  etmək  İslam  nizamının 
mahiyyətini  təşkil  edir.  Buna  diqqətli  olaq.  Əgər  İslam 
şəriət qanunlarına cəmiyyətdə tam əməl olunsa həm fərdi, 
həm  də  ictimai  azadlıqlar  təmin  edilmiş  olar.  Bunun  adı 
istiqlaldır. İstiqlal bir millət miqyasında azadlıq deməkdir. 
İslamda bir müsəlman fərdin və bir müsəlman cəmiyyətin 
bir başqası qarşısında asılılığı yol verilməzdir. Azad xalq o 
xalqdır  ki,  başqa  birinin  hakimiyyəti  altında  olmasın. 
İslam  cəmiyyətdə  həm  ədalət,  həm  mənəviyyatın  təmin 
olunması ardıncadır. Azadlıq, istiqlal, ədalət, mənəviyyat, 
İslam  cümhuriyyətində  dörd  əsas  elementdir.  Əgər 
cəmiyyətə İslam şəriəti hakim olsa bu elementlər də özünü 
göstərər.  İmam  Xomeyni  (r)  cəmiyyətin  ruhu  olan  İslam 
şəriətinə  istinad  edirdi.  Dini  demokratiya  da  İslam 
                                                           
1
 Tələbə və məktəblilərlə görüş, 2004 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə