DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   42   43   44   45   46   47   48   49   50

 
139 
sahib  olsalar  da,  əllərində  xeyli  silah  toplansa  da  tövhid 
cəbhəsi  qalib  gəldi.  Burada  ilahi  ayələrdən  bir  ayət  var. 
Sənin  Rəbbin  əziz  və  rəhimdir.  Allah-Taala  mübarək 
Şuəra  surəsində  bunu  təkrarlayır.  Surənin  sonunda 
Peyğəmbərə (s) xitabən buyurulur ki, əziz və rəhim Allaha 
təvəkkül et.
1
 O Allaha təvəkkül et ki, haqqın batil üzərində 
qələbəsini  təzmin  edir.  Sonra  buyurulur  ki,  səni  ibadət 
üçün  qalxanda  görən  şəxs  səcdə  edənlər  arasında 
hərəkətini də görür...
2
 O səni görür. Qiyam halında, səcdə 
halında, ibadət halında,  hərəkət halında, təlaş  halında sən 
Onun  hüzurundasan.  O  eşidən  və  bilən  Allahdır.
3
  Quran 
məntiqinə  görə  insan  izzəti,  adı  Allahdan  istəməlidir.  Bir 
insan,  bir  cəmiyyət  izzətə  çatanda  bu  izzət  onun  üçün 
istehkam  olur.  Düşmən  bu  səddi  keçməkdə çətinlik çəkir. 
İzzət insanı düşməndən qoruyur. Fərd və cəmiyyətin izzəti 
nə qədər dərin  olarsa düşmən  nüfuzu da  çətin  olar.  İzzətə 
çatmış  insan  iqtisadiyyat  və  siyasət  sahəsində 
düşmənlərdən  qorunduğu  kimi,  böyük  düşmən  olan 
şeytandan da qoruna bilir. Zahiri izzətə çatan insanlar belə 
bir  səddən  məhrumdur.  İzzət  batində,  mahiyyətdə 
olmalıdır.  Aldadıcı  zahiri  izzət  insanı  şeytandan  qoruya 
bilməz.  
Deyirlər  ki,  Makedoniyalı  İskəndər  yoldan  ötəndə 
insanlar ona baş əyirmiş. Bir dəfə  İskəndər  yoldan ötəndə 
yol kənarında əyləşmiş mömin kişi ona baş əymədi. Onun 
İskəndərə  diqqətsizliyi,  ayağa  qalxmaması  İskəndəri 
təəccübləndirdi. Soruşdu ki, nə üçün mənim qarşımda baş 
əymədin?  Kişi  cavab  verdi  ki,  sən  mənim  qullarımın 
                                                           
1
 Şuəra surəsi, ayə 217 
2
 Şuəra surəsi, 218, 219 
3
 Şuəra surəsi, ayə 220 


 
140 
qulusan,  nə  üçün  sənə  baş  əyim?!  İskəndər  təəccübləndi, 
soruşdu ki, bu necə olur? Kişi dedi ki, sən şəhvət və qəzəb 
qulusan,  hansı  ki,  onlar  mənim  qulumdur;  mən  şəhvət  və 
qəzəb üzərində qalibəm, onlar mənə tabedir...  
Əgər  insanın  batinində  izzəti-nəfs  (gözütoxluq)  olsa 
şeytan  insana  təsir  edə  bilməz.  Bu  zaman  azğın  nəfs 
istəkləri  də  aciz  olar.  Şəhvət  və  qəzəb  belə  bir  insanı  öz 
oyuncağı edə bilməz.
1
 
İstiqlal
 
düşmə
n nüfuzu 
qarşısında
 s
ə
ddir 
İstiqlal mühüm məsələdir. Bütün məmləkət, inqilabımız 
üçün  istiqlal  böyük  əhəmiyyət  kəsb  edir.  İstiqlal  İslam 
İnqilabının,  İslam  Respublikasının  sütunlarındandır. 
Azadlıq şüarı kənarında istiqlal şüarı çox böyük əhəmiyyət 
kəsb edir.  
Bir zaman xarici ölkələr, dünya gücləri başqa ölkələrdə 
birbaşa hakimiyyətə gəlirdi. O zamankı istemarla bugünkü 
istemar  arasında  fərq  var.  Artıq  düşmən  birbaşa 
hakimiyyətə  gəlmir,  öz  əlaltılarını,  onlara  baş  əyənləri 
hakimiyyətə gətirir. Çünki onlar istibdadsız, zorsuz hakim 
ola  bilməzlər.  İstibdad  vasitəsi  ilə  öz  mənafelərini  təmin 
edirlər.  Bu  gün  xalqın  özündən  olan  diktatorun  arxasında 
dayanmış  xarici  qüvvə  ilə  mübarizə  aparmadan  bu 
diktatoru  səhnədən  çıxarmaq  olmaz.  Bir  xalq  öz 
hakimindən  boğaza  yığılıb  qiyam  qaldırsa,  bu  hakimi 
devirsə  xarici  qüvvə  ilə  sazişə  getməməlidir.  Əgər  həmin 
hakimin  arxasında  dayanmış  xarici  qüvvə  ilə  sazişə  getsə 
bütün  müvəffəqiyyətləri  əlindən  çıxacaq.  Belə  inqilablar 
ya  xəyanət  qurbanı  olur,  ya  da  məğlubiyyətə  uğrayır.  Ya 
inqilabın  önündə  gedənlər  düşmən  nüfuzu  sayəsində 
                                                           
1
 İmam Xomeyninin (r) vəfat il dönümü mərasimi, 2013 


 
141 
xəyanət  edir,  xəyanət  etməsə  səhnədən  çıxarılır.  Son 
illərdə  bir  çox  ölkələrdə  baş  verən  inqilablarda  bunu 
müşahidə  etmişik.  Çünki  inqilabçılar  hakimin  arxasında 
dayanan  xarici  qüvvədən  qəflətdə  qalır.  Onlar  bu  hakimi 
taxta çıxarmış xarici qüvvə ilə sazişə gediblər.   
Diktatorla  mübarizə  aparıb  onun  arxasında  dayanan 
güclə  sazişə  getməyin  nəticəsi  yoxdur.  Belə  inqilab 
müvəffəqiyyət  qazana  bilməz.  İnqilab  o  zaman  qələbə 
qazanır  ki,  diktatorun  arxasındakı  gücü  görsün  və  onunla 
rabitəni  kəssin.  Bizim  gənclərimiz  inqilabdan  sonra 
Amerikanın  casus  yuvasına  çevrilmiş  səfirliyi  ələ 
keçirəndə  Amerikanı  alçaltdılar.  İmam  buyurdu  ki,  bu 
inqilab  əvvəlki  inqilabdan  böyük  oldu.  Əvvəlki  inqilabın 
əzəməti  İslam  İnqilabı  idi.  Amma  ikinci  inqilabda  İran 
xalqı göstərdi ki, əsl səbəbkarı tanıyır və onunla mübarizə 
aparır.  Əsl  istiqlalı  bu  zaman  dərk  etmək  olur.  İstiqlal 
müdaxilə  edən  gücü  görməkdir.  Bu  gücü  görməlisən, 
onunla  mübarizə  aparmalısan.  İstiqlal  müdaxilə  edən 
güclərlə  mübarizədir.  İstiqlal  bu  güclərlə  saziş  deyil.  Bir 
millətin  istiqlalının  düşməni  kimdir?  Müdaxiləçi  xarici 
güclər!  Bir  millətin  istiqlalı,  müstəqilliyi,  azadlığı  onları 
qorxuya  salır.  Çalışırlar  ki,  millətdə  müstəqillik  hissi 
olmasın. Bu hissi zəiflətməyə çalışırlar. Təbliğat maşınları 
işləyir,  xalqlarda  müstəqillik  hissini  öldürürlər.  Belə  bir 
təbliğat  aparırlar  ki,  bir  xalqın  müstəqilliyi  onun  siyasi, 
ideoloji,  iqtisadi  sahədə  inkişafına  mane  olur.  Dünyada 
gedən  təbliğatla  ətraflı  tanış  olanlar  bunu  yaxşı  görür. 
Çalışırlar  ki,  bu  fikirlərinə  məntiq,  fəlsəfə  donu 
geyindirsinlər.  Ölkə  daxilində  də  əlaltılarını  işə  salırlar, 
belə  təbliğatlar  aparırlar.  Təbliğ  edirlər  ki,  bir  ölkə 
dünyanın  inkişaf  etmiş  ölkələri  ilə  bir  sırada  dayanmaq 
istəyirsə  öz  müstəqilliyini  kənara  qoymalı,  bu  ölkələrin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə