DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   42   43   44   45   46   47   48   49   50

 
145 
ayırmasın,  bir-birinizə  düşmən  etməsin.  Bu  Peyğəmbərin 
(s)  dərslərindəndir.  Peyğəmbərin  (s)  mövlud  günlərində  o 
böyük  şəxsiyyəti  tərif  etmək  bəs  deyil.  Onun  həyatından 
ibrət götürmək lazımdır. Çalışmalıyıq ki, Peyğəmbərin (s) 
besət  missiyasını  gerçəkləşdirək.  Qeyd  etdim  ki,  bu  gün 
dünyada prioritet ittifaq, birlikdir.
1
 
Ölkə  daxilində  müxtəlif  tayfalardan,  dinlərdən  olan 
qardaşlar  və  bacılar  yumruq  kimi  birləşsinlər,  düşmən 
nüfuzuna yol verməsinlər. Həmd olsun Allaha ki, bu günə 
qədər  belə  olub.  Dünya  miqyasında  da  sünnü  və  şiə 
qardaşlar  bilsinlər  ki,  İslam  dinini  məhv  etmək  istəyən 
düşmən var.
2
 
Əvvəlkindən  də  artıq  ölkənin  inkişafı,  məmləkətdə 
quruculuq  üçün  vəhdəti  gözləyək.  Ehtiyatlı  olaq  ki, 
düşmən  təfriqə  bayrağı  qaldırıb  aramıza  nüfuz  edə 
bilməsin.  Harada  təfriqə  bayrağı  qaldırılsa  bilin  ki,  orada 
düşmən  nüfuzu  var,  buna  qarşı  dayanın.  Bəzən  bu  işə 
vasitə  olanlar  nə  etdiyini  bilmir.  Qurani-Kərimdə 
buyurulur:  Sizə  xəbər  verək  ki,  işdə  ən  zərərli  kimlərdir? 
O  şəxslər  ki,  dünya  həyatında  təlaşları  puç  olub, 
düşünürlər  ki,  yaxşı  iş  görüblər.  Hansı  ki,  fəsad 
törədirlər...
3
  Təəssüf  ki,  mənasız  sözləri  ilə  cəmiyyətdə 
fəsad  törədənlər  var.  Kim  ixtilaf  yaradırsa,  ümidsiz 
danışırsa,  bu  şəxs  bilərəkdən  və  ya  bilməyərəkdən 
düşmənin təsiri altındadır. Ona qarşı çıxın, ona mane olun, 
inşaallah Allah-Taala  yardımçınız olacaq.
4
 
                                                           
1
 İslam Vəhdəti Beynəlxalq Konfransının məsulları və qonaqları ilə 
görüş, 2015 
2
 İmam Xomeyninin (r) 26-cı vəfat ildönümü mərasimi, 2016 
3
 Kəhf surəsi, ayə 103-104 
4
 Cəmiyyətin müxtəlif zümrələrinin beyət mərasimi, 1990 


 
146 
İmamın
 r
ə
hb
ə
rliyi 
altında
 
xalqın
 meydanda 
birliyi 
düşmə
n nüfuzuna mane oldu 
İnqilabımızın  macəra  dolu  tarixçəsini  vərəqləyəndə 
görürük  ki,  məmləkətimiz  uzun  illər  səltənət  istibdadının 
sıxıntısını  yaşadıqdan  sonra  Məşrutə  kimi  bir  fürsətlə 
üzləşib.  Məşrutə  bir  tənəffüs  idi.  Gözlənilirdi  ki,  Məşrutə 
inqilabı  xalqımız  üçün  yeni  nəfəs  olsun.  Amma  belə 
olmadı. Məşrutə elə əvvəldən biganələr, imperialist güclər 
tərəfindən nəzarətə götürüldü. İngiltərə bu işdə aparıcı rol 
oynadı.  
Məşrutənin  əvvəllərində  hərc-mərcliklərdən  sonra 
xarici imperialist güc,  yəni  İngiltərə  çox zalım  və  əvvəlki 
padişahlardan  da  təhlükəli  bir  diktatoru  iş  başına  gətirdi. 
Hakimiyyətə  gətirilən  Rza  Xan  Müzəffərəddin  Şah  və 
Nasirəddin  Şahdan  da  qəddar  idi.  Biz  bir  istibdaddan 
qurtulub,  o  biri  istibdadın  pəncəsi  altına  düşdük.  Xalq 
azadlığın  ləzzətini  dada  bilmədi.  İmam  elan  etdi  ki, 
istibdad  hakimiyyəti  və  biganələrin  nüfuzuna  son 
qoyulmalıdır.  Keçmiş  inqilabçılar,  mübarizə  yolunda 
təcrübəsi olanlar buna inana bilmirdi. Necə ola bilər ki, bu 
ölkədə şahlıq olmasın?! İmam inqilabi hərəkatda şahı xain 
adlandıranda,  onun  ölkədən  getməli  olduğunu  dilə 
gətirəndə  hətta  mübarizə  meydanında  olanlar  bunu 
mümkünsüz  saydı.  Təəccüb  edirdilər  ki,  imam  şahlığın 
ləğv  olunmasından  danışır.  Belə  bir  şey  ola  bilərdimi?! 
Buna inana bilmirdilər.  Çünki uzun illər boyu biganələrin 
nüfuzu  ilə  yanaşı  şahlıq  rejimi  hakimiyyətdə  olmuşdu. 
Amma imamın istəyi həyata keçdi.  
Doğrudan da, imam misilsiz şəxsiyyətə malik idi. İslam 
hərəkatı  imamın  misilsiz  şəxsiyyətinin  rəhbərliyi  altında 
öz  işini  gördü.  Səbr  və  bəsirət!  Mən  Əmirəlmöminindən 
(ə) dəfələrlə nəql etmişəm ki, bu bayrağı yalnız bəsirət və 


 
147 
istiqamət  əhli  çiyninə  ala  bilər.
1
  Bəsirət  agahlıq  və  səbr. 
Yəni  ardıcıllıq,  davamlılıq,  yorulmamaq.  Səbr  və  bəsirət 
İran  xalqında  özünü  göstərən  iki  xüsusiyyətdir.  İnqilab 
zamanı  bu  xüsusiyyətlər  öz  işini  gördü.  İslam 
Respublikasının  təşkili  İran  xalqının  çoxdankı  ehtiyacına 
cavab  idi.  İran  xalqı  öz  tarixi  arzularının  qəlbindən  İslam 
Respublikası  bayrağını  qaldırdı.  Bir  üsul-idarənin  xalqın 
tarixi arzularında kökü varsa bu üsul-idarə davamlı olacaq. 
Belə bir dövlət möhkəmdir, inkişaf qabiliyyətinə malikdir, 
kök  atır,  düşmən  onunla  keçinməkdə  çətinlik  çəkir.  Bu 
hadisə  baş  verdi.  Heç  şübhəsiz  İslam  İnqilabından  başqa 
bir  inqilab,  başqa  bir  mübarizə  yolu  şahlıq  rejimini 
səhnədən  çıxara  bilməzdi.  Əziz  gənclər!  Bunu  bilin  və 
əmin  olun  ki,  İslamdan  başqa  heç  bir  cərəyan  istibdadla, 
Amerikaya  bağlı  bir  rejimlə  bacara  bilməz.  Tarixə  nəzər 
salsaq  görərsiniz  ki,  bu  məmləkətdə  bütün  mübarizə 
yolları  sınaqdan  çıxarılıb.  Sollar,  sağlar,  silahlı 
qruplaşmalar  istibdad  rejimi  tərəfindən  darmadağın 
olunub. O batil rejimi səhnədən çıxara biləcək yeganə güc 
əzəmətli  milli  dalğa  idi.  Xalq  yekdil  olaraq,  həm  də  dini 
istəklə,  ruhanilərin  rəhbərliyi  altında,  imamın  ardınca 
addım  atdı.  Başqa  yol  yox  idi,  başqa  yolla  məqsədə 
çatmaq  mümkün  deyildi.  Zalım  rejim  devriləndən  sonra 
İslam  Respublikasından  başqa  heç  bir  üsul-idarə  düşmən 
nüfuzunun 
qarşısını  ala  bilməzdi.  Yalnız  İslam 
Respublikası  bu  müdaxilələr  qarşısında  müqavimət 
göstərmək gücündə idi.  
İstər  sollar,  istər  sağlar,  istər  mötədillərin  mübarizə 
səhnəsində uğurlarını görmüşük. Amerikanın müdaxilə və 
nüfuzu,  hərb  və  siyasət  meydanında,  iqtisadiyyat 
                                                           
1
 Nəhcül-bəlağə, xütbə 173 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə