DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

 
136 
şəriətindən götürülüb. İmam Xomeynini (r) in məktəbində 
zora  söykənən  heç  bir  iqtidar  məqbul  deyil.  İslamda 
zorakılıq yol verilməzdir. Zor üzərində iqtidar mənasızdır. 
Amma xalqın seçimi ilə, iradəsi ilə səhnəyə gəlmiş iqtidar 
İslamda  məna  kəsb  edir.  Xalqın  seçimi  ilə  səhnəyə  gələn 
iqtidar  möhtərəmdir.  Belə  bir  iqtidarın  qarşısında  kimsə 
sədd 
çəkməməlidir. 
Belə 
bir 
iqtidara 
zor 
göstərilməməlidir.  Əgər  kimsə  belə  bir  addım  atsa  onun 
addımı  fitnədir.  İmam  bu  modeli  dünyaya  təqdim  etdi. 
Dünyanın  siyasi  ədəbiyyatında  yeni  bir  fəsil  açıldı.  Bu 
yeni nüsxədə əsas elementlərdən biri məzlumun köməyinə 
getməkdir.  Məzlumun  köməyinə  gedən  zalımla  baş-başa 
gəlir.  Bizim  dövrümüzdə  zülmə  düçar  olmağın  ən  bariz 
nümunəsi  Fələstin  xalqının  simasında  özünü  göstərir. 
İmam  ömrünün  sonuna  qədər  Fələstin  problemindən 
danışdı. Fələstinə dəstək verdi. Hətta dünyasını dəyişəndə 
vəsiyyət  etdi  ki,  dövlət  məsulları  Fələstini  yaddan 
çıxarmasın.  Məzluma  kömək,  zalımın  qarşısında 
dayanmaq,  zalımın  müdaxilələrini  əngəlləmək,  zalımdan 
qorxunu  boğmaq  imamın  ortaya  qoyduğu  nüsxənin 
müddəalarıdır.  İmamın  yaratdığı  siyasi  nizamın  qısa 
təsviri  budur.    Xalq  bunu  qəbul  etdi,  həyata  keçirdi. 
İmamın  siyasi  modeli  bir  çox  layihələr  kimi  kitablarda 
qalmadı. İmamın nüsxəsi gerçəkləşdi. İran xalqı bu yolda 
sədaqət  göstərdi,  fədakarlıq  etdi,  uğur  qazandı  və  öz 
uğurunu  qorudu.  İslam  Respublikası  hər  gün  güclənərək 
bugünkü səviyyəsinə çatdı.
1
 
                                                           
1
 İmam Xomeyninin (r) vəfat ildönümündə bəyanat, 2015 


 
137 
İslamda
 
düşmə
n nüfuzu il
ə
 mübariz
ə
 
yollarında
n biri H
ə
ccdir 
Həcc  müqəddəs  İslam  şəriətində  ən  mühüm  yerlərdən 
birini  tutur.  Bu  gün  belə  nəzərə  çarpır  ki,  Həcc 
həmişəkindən  də  çox  əhəmiyyət  kəsb  edir.  Həcc  həm 
fərdi,  həm  ictimai  baxımdan  əhəmiyyətlidir.  Bunun  həm 
fərdə,  həm  ümmətə  faydaları  var.  Əsrlər  boyu  İslam 
ümmətini  passiv  vəziyyətdə  saxlayırdılar.  Bu  ümmətdən 
təlaşı,  təkamülü  alıblar.  Onun  ümidlərini  qırıblar. 
Əllərində  olan  yeni  texnologiyalarla  mənəviyyata  zərbə 
endiriblər.  Həcc  bütün  bu  problemlərə  mərhəm  qoyur. 
Həcc  İslam  ümmətinə  izzət  gətirir.  Həcc  mərasimində 
ümmət  özündə  bir  iqtidar  hiss  edir.  Düzgün  Həccdə  bu 
xüsusiyyətlər  var.  Həccin  ilkin  təsiri  İslam  ümmətinin 
daxilindədir. Bizim qəlblərimizə təsir qoyur. Bizim Həccə 
ehtiyacımız var. Öz ruhiyyəmizi gücləndirmək üçün buna 
ehtiyaclıyıq.  Düzgün  Həcc  bizə  Allaha  təvəkkül  hissi 
verir.  Digər  tərəfdən bunun  beynəlxalq  təsirləri var.  Həcc 
düşməni  zəiflədir,  onun  ruhiyyəsini  qırır.  Həcc  mərasimi 
İslamın  əzəmətini  nümayişə  qoyur,  İslam  ümmətinin 
vəhdətini düşmənin gözünə çəkir. Bizim buna ehtiyacımız 
var.  
Bu  gün  İslam  qarşısında  böyük  bir  cəbhə  yaranıb.  Nə 
üçün  bəziləri  bu  cəbhəni  görmür?  Əhzab  savaşındakı 
vəziyyətdir.  İslama zidd qüvvələr, mənəviyyat düşmənləri 
İslam qarşısında əl-ələ verib dayanıb. Araşdırma aparırlar 
ki, zəif  nöqtələri  üzə  çıxarsınlar.  Zəif  nöqtələrdən istifadə 
edib  nüfuz  nöqtələrini  müəyyənləşdirməyə  çalışırlar. 


 
138 
Zərbələr  də  nüfuz  nöqtələrindən  vurulur.  Həcc  bütün 
bunların qarşısını ala bilər.
1
 
İzzə

düşmə
n nüfuzuna mane olur 
Quran 
məntiqində 
həqiqi, 
kamil 
izzət 
Allaha 
məxsusdur.  Allah  cəbhəsində  dayanan  hər  bir  insan  da 
bundan  pay  alır.  Haqla-batil,  Allahla  şeytan  cəbhələri 
arasında  izzət  Allah  cəbhəsində  dayananlara  aiddir.  Bu 
Quranın  məntiqidir.  Quran  buyurur  ki,  izzət  istəyən 
Allahdan istəsin, izzət bütünlüklə Allaha məxsusdur.
2
 
Qurani-Kərimdə  buyurulub  ki,  izzət  Allaha,  Onun 
peyğəmbərinə 
və 
möminlərə 
məxsusdur; 
amma 
münafiqlər  və  kafirlər  bunu  dərk  etmir.
3
  Həqiqi  izzət  və 
ucalıq mərkəzi haradadır? Bunu onlar dərk etmir. Qurani-
Kərimdə  özünü  şeytani  mərkəzlərə  bağlayanlar,  bu  yolla 
ad  qazanmaq  istəyənlər  haqqında  buyurulur:  İzzət  və  adı 
onların  kənarında  axtarırsınız?!  Hansı  ki,  bütün  izzət 
Allaha  məxsusdur!
4
  Şuəra  surəsində  böyük  peyğəmbərin 
təlaşlarından danışılır. Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), 
Həzrət  Hud  (ə),  Həzrət  Saleh  (ə),  Həzrət  Şüeyb,  Həzrət 
Musa  (ə),  haqqında  söz  açılır.  Onlar  Allah  vəhyini 
insanlara  çatdırırdı.  Quran  peyğəmbər  cəbhəsinin  küfr 
cəbhəsi üzərində qələbəsi haqqında buyurur: Bunda aydın 
nişanə  var;  amma  çoxları  heç  vaxt  iman  gətirməz;  sənin 
Rəbbin  əziz  və  rəhimdir!
5
  Düşmən  cəbhəsi  çoxluq  təşkil 
etsə  də,  zahirən  güc  onlar  tərəfdə  olsa  da,  böyük  sərvətə 
                                                           
1
 Zəvvarlarla görüşdə bəyanat, 2011 
2
 Fatir surəsi, ayə 10 
3
 bax: Munafiqun surəsi, ayə 80 
4
 Nisa surəsi, ayə 139 
5
 Şuəra surəsi, ayə 8, 9 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə