DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

 
130 
axirətə,  şəhadətə,  imamın  göstərişlərinə  etiqadını  dilə 
gətirir.  Bir  millətin  öz  torpaqlarını  müdafiə  etməsinə 
etiqadlıdır. Bir-biri ilə çülğaşmış etiqadlar onun sözlərində 
özünü göstərir. Siz görürsünüz, onun düşüncəsi səbəb olub 
ki, evini,  ailəsini,  həyatını,  təhsilini,  rahatlığını  bir  kənara 
qoyub  cəbhəyə  gəlsin,  həyatını  təhlükəyə  atsın.  Bu  yolda 
canından  keçənlər  görmüşük,  bu  yolda  əlil  olan  fədakar 
insanlar aramızdadır.  
İndi  bir  nəfər  tapılır,  döyüş  meydanına  daxil  olur  və 
məqsədi  bu  gənclərin  etiqadını  sarsıtmaqdır.  Deyir  ki, 
rəqib  yox,  biz  ona  hücum  etmişik.  Beləcə  gənclərin 
düşüncəsini  bulaşdırmağa  cəhd  göstərir.  Çalışır  ki, 
şəhadəti  gözdən  salsın,  etiqadlara  zərbə  vursun.  İmamın 
göstərişlərinə münasibətdə şübhələr yaradır. Bir insanın öz 
məmləkətini  qorumalı  olmasına  qarşı  şübhə  yaradır.  Bu 
zaman düşmənin sinəsinə güllə kimi sancılmağa hazır olan 
gənc  peşman,  tərəddüdlü,  döyüş  əzmini  itirmiş  insana 
çevrilir.  Yəni  əvvəlki  amilə,  istedad  və  imkanlara  malik 
olan  insan  düşüncəsi  pozulduğundan,  yəni  ikinci  amili 
itirdiyindən  qeyri-fəal  şəxsə  çevrilir.  Alimin  qələmi 
şəhidin qanından üstündür sözləri burada özünü göstərir.
1
 
Alimin qələmi şəhidin qanından necə üstün ola bilər? Bu o 
zaman  olur  ki,  həmin  qələm  fəaliyyətsiz  bir  insanı 
fəaliyyətə  gətirir.  Bir  alim  buna  qadirdir.  Bizim  ruhani 
tələbələrimiz  döyüş  meydanında  bu  işi  görüblər.  Onların 
təbliğatı  ilə  süst  insanlar  böyük  fədakarlıqla  meydana 
daxil  olub.  Alimin  qələmi,  sözü  tərəddüdlü  insanlardan 
güclü müqavimətçi yaradır.  
Mədəniyyətin  rolu  budur.  Siz  bunu  bütün  məmləkətin 
simasında nəzərdən keçirin. Bu gün bizim məmləkətimizin 
                                                           
1
 Minhacus-Sadiqin, c. 9, səh. 211 


 
131 
xalqın  müqavimətinə,  düşüncə  gücünə,  əzm  və  iradəsinə 
ehtiyacı var. Düşmən qarşısında müqavimətə ehtiyaclıyıq. 
Bu  məsuliyyəti  kim  yerinə  yetirməlidir.  Düşmənin 
kimliyini,  düşmənçiliyin  necəliyini,  günün  ehtiyaclarını 
xalqa  kim  anlatmalıdır.  Xalqa,  gənc  nəsilə,  tələbələrə 
müqavimət  və  fədakarlıq  sərmayəsi  olan  dini  kim 
çatdırmalıdır? Bu işi elm hövzələri və ruhanilərin öhdəsinə 
atmaq  bəs  edir?  Biz  İslam  dövlətiyik.  Üzərimizə 
məsuliyyət  götürmüşük.  Dini  məsuliyyətlərimiz  var. 
Ruhani  libasında  olanlar  da,  olmayanlar  da  məsuliyyət 
qəbul  edib.  Öhdəmizə  götürmüşük  ki,  İslam  nizamını 
möhkəmləndirək,  təkmilləşdirək.  Xalqı  fədakar  və 
müqavimətli  qüvvəyə  çevirmək  bizim  işimiz  deyilmi? 
Əgər  onların  etiqadlarında,  düşüncələrində  durğunluq  və 
çaşqınlıq  yaransa  düşmən  qarşısında,  şübhəyə  düşsələr  o 
meydanda müqavimət göstərə bilərmi? Xalqı belə bir əzm 
və iradədə kim saxlamalıdır? Biz məsullar buna cavabdeh 
deyilikmi?  Xüsusi  ilə  ideologiya  və  mədəniyyət  sahəsinə 
cavabdeh  insanlar,  Mədəniyyət  İnqilabı  Ali  Şurası  buna 
vəzifəli 
deyilmi? 
Bu 
şura 
həmin 
məqsədlə 
yaradılmayıbmı? 
Əgər  bu  xalqı  etiqadlı  və  müqavimətli  tərbiyə  etsək 
xalq  və  məmləkətin  gələcəyini  təzmin  etmiş  oluruq. 
Müqavimət səddində nə qədər süstlük və zəiflik yaranarsa 
xalqın  etiqadlarına  zərbə  dəyərsə,  şəhadət  və  cihad  kimi 
müqəddəsliklər  arxa  plana  keçərsə,  xalqın  və  məmləkətin 
gələcəyi  bir  o  qədər  təhlükəyə  düşər.  Bu  xalq  gələcək  bir 
səadət üçün qiyam edib. Bəs xalqın gələcək üçün təzminat 
olan  etiqadını  necə  qoruya  bilərik?  Yalnız  ideoloji  işi 
gücləndirməklə!  Mədəniyyət  sahəsinə  cavabdeh  insanlar 
məsuliyyət  hiss  etməli,  meydana  çıxmalıdırlar.  İstər 


 
132 
Mədəniyyət  İnqilabı  Ali  Şurası  olsun,  istər  təbliğat 
təşkilatları olsun, hamı bu işdə özünü məsul saymalıdır.
1
 
İmanı
 gücl
ə
ndirm
ə
k, 
agahlıq

düşmə
nin 
t
ə
rp
ənişinə
 iti 
baxış
 
düşmə
n nüfuzu il
ə
 
mübariz
ə
 yoludur 
Əziz gənclər və tələbələr! Sizi və təlaş gücünü imandan 
alıb  gənclik  enerjisini  məmləkətin  inkişafına  sərf  edən 
bütün  gəncləri  salamlayıram.  Sizin  üçün  Allah-Taaladan 
daimi yardım istəyirəm. Bu gün siz gənclərin vəzifəsi ağır 
və  təhlükəlidir.  Bu  yolda  mübarizə  dəqiq  və  zərifdir. 
İmperialist  düşmənlər  İslam  Respublikasını  mühasirəyə 
almağı  planlaşdırır.  Onların  inqilabdan  sonrakı  dövrdə 
İran xalqını dizə çökürmək təlaşları xalqın iman və bəsirəti 
ilə  boşa  çıxıb.  Artıq  öz  məqsədlərini  açıq  nümayiş 
etdirmək  zorundadırlar.  Təkəbbürlü  düşmən  mədəniyyət, 
siyasət, iqtisadiyyat sahəsində bütün nüfuz yollarını tələsik 
nəzərdən keçirir. Ümid edir ki, bu yolla İran xalqını, İslam 
Respublikasını  mühasirəyə  ala  biləcək.  İnqilabdan  əvvəl 
caynaqları  bu  məmləkətin  üzərində  necə  dayanmışdısa, 
ümid  edir  ki,  bir  də  həmin  günlərə  qayıtsın.  Hamıya, 
xüsusi  ilə  gənclərə  zəruridir  ki,  böyük  iradə  və  ayıqlıqla 
düşmənin  planlarını  ifşa  etsinlər.  Güclü  iman,  agahlıq  və 
iti  baxış  müvəffəqiyyətin  əsas  şərtidir.  Universitetlərdə 
imanlı  və  qeyrətli  gənclərin  əl-ələ  verməsi  qaçılmaz  bir 
ehtiyacdır. Allahdan hamınız üçün yardım diləyirəm.
2
 
                                                           
1
 Mədəniyyət İnqilabı Ali Şurasının üzvləri ilə görüş, 2000 
2
 İslam tələbə cəmiyyətlərinin konfransına müraciət, 2003 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə