29
edirlər. Sünni-şiə münasibətlərinin qızışdırılması da bu
qəbildəndir. Təkfirçiliyi də bu sıradan saymaq olar.
Bacardıqları şəkildə ixtilaf yaratmaq istəyirlər. Bu
istiqamətlərdə çox ciddi çalışırlar.
İxtilaf salmağın mütəxəssisi ingilislər olub. Onların dini
ixtilaf
yaratmaqda
təcrübələri
var.
Amerikalılar
ingilislərdən öyrənib. Bu gün bütün vücudları ilə çalışırlar.
Gördüyünüz təkfirçi qruplaşmalar onların əl işidir. Biz
illərlə öncə bu barədə danışmışıq. Bəziləri tərəddüdlə
qarşılayırdı. Amma bu gün Amerika etiraf edir ki, İŞİD
onun yaratdığı cərəyandır. Etiraf edirlər ki, Ən-Nüsrə
cəbhəsini, təkfirçiliyi onlar yaradıblar. Bir qisim sadəlövh
müsəlman da onlara aldanıb. Problem budur!
İbrətamiz olan bir nöqtə var. Bəzən saf niyyətli insan
bəsirəti olmadığından düşmən əlində vasitəyə çevrilir. Bu
hadisə baş verdi. Suriya yaxşı bir misal olar. Tunisdə,
Misirdə İslam şüarları altında zalım rejimlər devrildi.
Amma
amerikalılar, sionistlər dərhal müqavimət
cəbhəsində olan dövlətlərə qarşı bu düsturdan faydalandı.
Suriyada həmin ssenari üzərində işlədilər. Bir qrup sadə,
bəsirətsiz müsəlman bu plana uydu. Suriyada vəziyyət bir
həddə çatdı ki, 4-5 ildir bir ölkədə misilsiz böhran
başlayıb, sonu da görünmür. Bu düşmənin planı idi.
Sadəlövh müsəlmanlar bu plana aldandılar, düşmənin
əlində vasitəyə çevrildilər. Belə hadisələr çox olub.
Təkfirçi qrupları onlar
yaratdılar. Qəddar, zalım
qruplaşmalar onların əl işidir. Belə qruplar yaradıb İslam
ümmətinin canına saldılar. Üstəlik bunu dini savaş kimi
təqdim etdilər. Nəzərinizə çatdırıram ki, bu gün İraq,
Suriya və başqa nöqtələrdə dini qarşıdurma adı verilən
qarşıdurmaların heç biri dini deyil, siyasidir. Yəməndə
müharibə dini yox, siyasi müharibədir. İftiradır ki, bu
30
ölkədə şiə-sünni müharibəsi gedir. Səudiyyə Ərəbistanının
mərmiləri altında Yəməndə həlak olan qadın və uşaqların
bir çoxu şafei məzhəbindəndir. Bəziləri də zeydidirlər.
Söhbət
şiə və sünni qarşıdurması deyil, siyasi
qarşıdurmadır.
Bu gün regionda ixtilaf üzərində gərgin vəziyyət
yaradırlar. Bu ixtilafları aradan qaldırmağa çalışmaq
lazımdır. Açıq və ümumi şəkildə bildiririk ki, biz
məntəqənin bütün müsəlman dövlətlərinə dostluq üçün əl
uzadırıq. Müsəlman dövlətlərlə heç bir problemimiz
yoxdur. Əksər qonşularla dost-qardaş münasibətindəyik.
Şimalda, cənubda, qərbdə, şərqdə olan ölkələrlə normal
münasibətlərimiz var. Əlbəttə ki, müəyyən ixtilaflar da
mövcuddur. Bəziləri inadkarlıq edir. Bizim tərəfimizdən
dostluq əli uzadılıb. Xüsusi ilə millətlərlə dostluq
münasibəti qurmaq əzmindəyik. Ölkəmizin bütün xalqlarla
münasibəti dostluq münasibətidir. Təbii ki, etiqadımızın
əsasları var. Etiqad əsasları qorunmalıdır. İmam Xomeyni
(r) prinsiplərə bağlılıq gücü ilə inqilabı qələbəyə çatdırdı.
Bu prinsiplərdən biri Fəth surəsinin 29-cu ayəsində
buyurulan prinsipdir: “Kafirlərə qarşı sərt, öz aralarında
mehribandırlar!”
Bizim
düşmənlə,
imperializmlə
dostluğumuz
ola
bilməz.
Əksinə,
müsəlman
qardaşlarımızla düşmənçilik və ədavətdən uzağıq.
Məqsədimiz dostluq və qardaşlıqdır. Çünki kafirlərlə sərt,
öz aralarında mehriban olmaq prinsipinə etiqadlıyıq.
Bu böyük imamın bizə dərsidir. İslam Respublikasının
aydın izlədiyi xətt də budur. Biz məzlumun
dəstəklənməsində onun hansı dində olmasına baxmırıq.
İmamın xətti bu idi. İmam Livanda şiə müqavimətinə necə
münasibət göstərirdisə, Fələstində sünni müqavimətinə
eyni münasibəti nümayiş etdirirdi. Arada heç bir fərq
31
qoyulmurdu.
Biz
Livandakı
qardaşlarımızı
necə
dəstəkləyiriksə, Qəzzədəki qardaşlarımıza da eləcə dəstək
veririk. Livandakılar şiədir, Fələstindəkilər sünnidir.
Amma biz fərq qoymuruq. Biz İslam kimliyinin,
məzlumların, Fələstinin müdafiəsinə qalxmışıq. Bu gün
regiondakı məsələlər arasında Fələstin məsələsi prioritet
təşkil edir. Bu əsas mövzudur. Düşmənçilikdə də beləcə
fərq qoymuruq. Dünya imperializminin əlaltısı olan şah
Məhəmməd Rza Pəhləvi şiə idi. Amma İmam onunla da
sünni Səddam Hüseynlə necə mübarizə aparırdısa eləcə
mübarizə aparırdı. Əslində nə Məhəmməd Rza şiə idi, nə
də Səddam sünni idi. Hər ikisi dinə biganə idi, zahirdə
özlərini şiə və sünni kimi göstərirdilər. İmam onların ikisi
ilə də eyni şəkildə mübarizə aparırdı. Çünki bizim
prinsipimiz İslamdır. Əmirəlmöminin (ə) buyurduğu kimi,
zalımla düşmən, məzlumla dost ol.
1
Bu İslamın
göstərişidir, bu bizim yolumuzdur, bu bizim xəttimizdir.
İslam dünyasında ixtilafları gücləndirmək qadağandır. Biz
bəzi şiə qrupların ixtilafı gücləndirməsinə müxalifik. Açıq
şəkildə bildirmişik ki, sünnə əhlinin müqəddəsliklərini
təhqir etmək olmaz. Bir qrup şiələr tərəfindən, digər qrup
sünnilər tərəfindən məzhəb ixtilafı yaradır, ixtilafı
qızışdırır. Çoxlarının da niyyəti dinə xidmətdir. Amma
bəsirətləri yoxdur. Bəsirət lazımdır ki, düşmənin planını
görəsən. Düşmənin birinci planı ixtilaf yaratmaqdır.
İkinci plan nüfuz etməkdir. On illər təsiri davam edəcək
bir nüfuz ardıncadırlar. İslam ölkələrinə, region ölkələrinə
nüfuz etməyə çalışırlar. Amerikanın bir zamankı
iqtidarından əsər-əlamət qalmayıb. Onlar keçmiş
iqtidarlqrını qaytarmaq istəyir. Bizim ölkədə də belə bir
1
Nəhcül-bəlağə, namə 47
Dostları ilə paylaş: |