məsələləri təhlil etməklə əksdurmadan əməkdaşlığa keçmək
yollanm tədqiq etmişlər. Sosial münaqişələrin öyrənilməsində
«riyazi» və
«oyun» metodlarına üstünlük verilir. Burada ən geniş
yayılmış ideyalardan biri ondan ibarətdir ki, münaqişələr ictimai
həyatın bütün dairələrinə xas olan ən universal fenomenlərdən
biridir. Odur ki, beynəlxalq münasibətlər sahəsində olan
münaqişələri də aradan qaldırmaq olmaz. Onların idarə edilməsi
mexanizminin yaranması daha məqsədəuyğun olardı. Bu mənada
sosial münaqişələrin həllində dörd üsuldan istifadə edilməsinə
üstünlük verilir:
1.
Bütün tərəflərin fikirlərinin üst-üstə düşməsi razılığı;
2.
Qanunçuluq və mənəvi tələblər zəminində razılıq;
3.
Tərəflərdən birinin
məhkum etdiyi münaqişə ilə
razılaşma;
4.
Bəzən vaxtı keçmiş münaqişə öz aktuallığını itirir və
demək olar ki, özlüyündə həll olunur.
Bu mənada beynəlxalq münaqişələrin sülh yolu ilə həll
edilməsində Norveçin paytaxtı
Oslo şəhərində xüsusi jurnal da
nəşr edilir. Burada verilən ideya-nəzəri istiqamətlər ondan
ibarətdir ki, sülh ancaq müharibəni inkar etmir. O, eyni zamanda
dövlətlərarası qanunçuluq və ədalət deməkdir. Sülh ancaq birbaşa
zorakılığın deyil, hər cürə zorakılığın olmamasını nəzərdə tutur.
Bu sahədə qərb mütəxəssisləri sülh işinə yüksək dəyər
verərək onun tərəfdarlarında fəallığın artırılmasım arzulayırlar.
Bu cərəyanın tərəfdarları sülh əldə edilməsi yolunda hətta güc
amilini də istisna etmirlər. Onu da qeyd etməliyik ki, bu iki
cərəyan arasında elə bir köklü fərq yoxdur. Hər iki cərəyan
münaqişələrin tənzimlənməsində danışıq amilinə üstünlük
verirlər.
Beləliklə 1960-cı illərin ortalarından Qərb dünyasında
danışıqlar problemi müstəqil bir cərəyan kimi formalaşmışdır.
Sülh yolu ilə tənzimlənmə bütün hallarda danışıqlar aparıl
86
Nəticə etibarı ilə münaqişələrin tənzimlənməsində
ənənəvi və
institusional (ictimai qurumlar) metodlar əsas
götürülür.
Aydındır ki, ölkədaxili münaqişələr həmin dövlətin
hüquq qaydaları ilə tənzimlənir. Beynəlxalq münaqişələr isə çox
halda beynəlxalq hüquq normaları ilə tənzimlənə bilmir.
Burada
siyasi normalar əsas götürülür.
Məhz bu siyasi normalar
çərçivəsində
ənənəvi və
institusional metodlar əsas götürülür.
Ənənəvi metodlar - beynəlxalq münaqişələrdə hələ
qədimdən də mövcud olubdur. Bu danışıqlar, üçüncü tərəfin
xidmət göstərməsindən vasitəçilikdən ibarətdir. Əlbəttə tərəflər
bu metodao
qədər də üstünlük vermirlər, (daxili iş)
Bu barədə
1899-cu ildə Hanka Konvensiyası
(Beynəlxalq münaqişələr) münaqişələr səbəbləri və s.
Aydınlaşdırmaq üçün komissiya yaradılmasını müəyyən etmişdi.
Bu komissiyaya üçüncü tərəf sədrlik edir və s.
İkinci dünya müharibəsindən sonra münaqişənin həllində
«Banşmaq metodu» yaranmışdı. Burada da münaqişənin
elementləri üçüncü tərəfin vasitəsi ilə aydınlaşdırılır. -
Komissiya faktları ancaq aydınlaşdırır. Qərar da qəbul
edə bilər. Zorakılıq, məcburiyyət ola bilməz, tərəflər razılığa
gəlməlidir.
İnstitusioanal qaydalar metodu - burada ən universal
təşkilat olan Millətlər Birliyinin (1919) və BMT-nin (1945)
qarışması nəzərdə tutulur.
Buna əsasən münaqişələrin tənzimlənməsində iki
istiqamət
nəzərdə tutulur;
1.
Hər hansı bir güc tətbiq edilməsində bu təşkilatlar
məsuliyyət daşıyırlar. (Qanunu müdafiədən başqa). BMT-nin
nizamnaməsi əsasında tərəflər rəftar etməlidir. Sonra onlar
təhlükəsizlik şurasına müraciət edə bilərlər. Təhlükəsizlik şurası
suveren qərar çıxara bilər.
88