Münaqişələrin formalaşdmlmasında ikinci istiqamət
onların tədqiq və yaxud təhlili hesab edilir. Burada sti’ateji
tədqiqatlarda araşdırılmayan məsələlər təhlil edilir. Məsələn,
münaqişənin mənşəyinin müəyyən edilməsi, beynəlxalq
münaqişələrin müxtəlif təzahüi' formalarımn artırılması və s.
Münaqişələrin mənşəyi məsələsində iki fikir yayılmışdır.
Bir qrup mütəxəssislər münaqişələrin mənşəyini beynəlxalq
münasibətlər sisteminin quruluşunun xarakteri ilə əlaqələndirirlər.
Digər bir qrup alimlər isə münaqişələrin mənşəyini dövlətlərarası
münasibətlər sisteminin daxili vəziyyəti ilə əlaqələndirirlər.
«Təcavüzdə quruluş nəzəriyyəsi»nin tərəfdaşları
göstərirlər ki, hər hansı bir dövlətin beynəlxalq sistemdə tutduğu
yeri müəyyən edən meyarların tarazlığının pozulması beynəlxalq
münaqişənin səbəbi ola bilər. Məsələn, Küveyt kimi bir dövlətin
maliyyə gücü kifayət qədər olduğu halda, onun siyasi mövqeyi,
siyasi çəkisi çox zəifdir. Və yaxud Almaniya Federativ
Respublikası güclü iqtisadiyyata malik olduğu halda, diplomatiya
baxımmdım məhdud imkanları ilə xarakterizə edilir. Eləcə də
məsələn hazırda Rusiyada demoqrafiya, ehtiyatların mövcudluğu,
elmi-texniki potensial, istehsal potensialı və s. meyarlar, iqtisadi
vəziyyətlə tam ziddiyyət təşkil edir. (4. s.150)
Bu sahədə çalışan Amerikalı alim Orqanski siyasi tarazlıq
nəzəriyyəsinə əsaslanaraq göstərirdi ki, beynəlxalq sistemdə
tarazlığın pozulması bəzi yeni dövlətlərin meydana gəlməsi ilə
bağlıdır. Onların gücünün artması ilə mövqeləri də nisbətən artır.
Bütün qeyd etdiklərimizdən aydın olur ki, münaqişələrin baş
vermə səbəbində «quruluş nəzəriyyəsi» özünəməxsus inkişaf
yolu keçmişdir.
Beynəlxalq münasibətlərlə məşğul olan alimlərin
araşdırmalarına görə və praktiki olaraq beynəlxalq münaqişələrin
müxtəlif növləri məlumdur.
80
Münaqişələrin araşdırılmasından aydın olur ki, tam vahid
xarakterli münaqişə olmasa da, hər halda bir çox cəhətlərinə görə
oxşar münaqişələr də az deyildir.
Beynəlxalq münaqişələrin təsnifatında onları simmetrik
və asimmetrik münaqişələrə ayınrlar. (4. s. 150) Simmetrik
(uyğun, mütənasib, həmahəng) münaqişə dedikdə münaqişəyə
cəlb edilmiş tərəflər demək olar ki, eyni güclü olurlar. Güc
baxımından bir-birinə uyğun olurlar. Onu da qeyd etməliyik ki,
burada yalnız güc amili deyil, başqa xarakterli cəhətlər də vardır
(münaqişənin baş vermə səbəbi, obyektiv və subyektiv hallar,
münaqişəyə cəlb edilən tərəflərin məqsədi, münaqişənin aradan
qaldırılması yollanndakı uyğunluq və s.).
Asimmetrik münaqişə dedikdə isə münaqişə tərəfləri
kəskin fərqlənirlər. Kanadalı alim-siyasətşünas A.Rappo-
port beynəlxalq münaqişəli vəziyyətin ilkin yaranması formasını
əsas amil kimi götürür. Bu mənada münaqişələri üç növə ayırır: 1.
Vuruşma, döyüşmə forması; 2. Oyun forması; 3. Müzakirə və
yaxud mübahisə forması.
Əlbəttə aydındır ki, münaqişənin “vuruşma” forması
daha təhlükəlidir. Adından da göründüyü kimi bu formada
münaqişəyə cəlb olunan tərəflər bir-birinə hər cürə zərər
vurmaqdan çəkinmirlər.
Başqa bir qrup siyasətçilər beynəlxalq münaqişələrin üç
növünü fərqləndirirlər. Bu münaqişələr öz təbiəti, motivi,
iştirakçıları və miqyasına görə fərqləndirilir. Birinci qrup
münaqişələrə dövlətlərarası klassik münaqişələr; inteqrasiya
meylli dövlətlərarası münaqişələr; milli azadlıq müharibələri və s
aid edilir.
ikinci qrup münaqişələrə - ərazi üstündə olan
münaqişələr daxil edilir. Burada sosial-iqtisadi, ideoloji motivlər
də əsas götürülə bilər ki, bu da qeyri-ərazi münaqişəsi adlanır.
Nəhayət üçüncü qrup münaqişələr miqyasına görə daha
çox dövləti əhatə edir ki, bu nəticə etiban ilə dünyavi münaqişəyə
çevrilə bilər.
81
Bütün bunlarla yanaşı münaqişələrin növləri baxımından
digər təsnifatlar da vardır.
2.
BeynəIxalq münaqişələrin quruluşu
və artması prosesi
Beynəlxalq münaqişələr beynəlxalq münasibətlər
sistemində demək olar ki, müstəqil bir hadisə hesab olunurlar.
Beynəlxalq münaqişələrin subyektləri dövlətlər, dövlətlərarası
birliklər, beynəlxalq təşkilatlar, dövlət daxilində mövcud olan
ictimai-siyasi qüvvələr və s. qurumlar ola bilərlər. Hər bir
münaqişə müxtəlif fazalardan ibarətdir. Birinci faza prinsipial
siyasi münasibətləri əks etdirir. Bu faza obyektiv və subyektiv
ziddiyyətlərə əsaslanır.
ikinci fazada münaqişə tərəfləri subyektiv olaraq öz
mənafelərini, məqsədlərini, strategiyanı qiymətləndirirlər. Bu
fazada qarşılıqlı hərəkətlər də müəyyənləşdirilir.
Üçüncü fazada tərəflər - iqtisadi, siyasi, ideoloji,
psixoloji, mənəvi, hüquqi, diplomatik, hərbi və digər vasitələrdən
istifadəni genişləndirirlər.
Dördüncü fazada - tərəflər arasındakı mübarizə daha
yüksək pilləyə çatır və siyasi xarakter alır. Beynəlxalq siyasi
böhrana səbəb olur.
Beşinci faza - beynəlxalq silahlı münaqişə və silahlı
mübarizələrlə xarakterizə olunur. Bu fazada münaqişənin ərazisi
genişlənir. Münaqişəyə daha çox dövlət cəlb edilir.
Deməli beynəlxalq münaqişələrin baş verməsi qanuna-
uyğunluqlannm öyrənilməsi ilə onların aradan qaldırılması və
tənzimlənməsi yollan da araşdırılmış olur.
“Soyuq müharibə” illərində bir çox münaqişələr baş
vermişdir. Onlannda başında birbaşa SSRİ və ABŞ dururdu.
“Soyuq müharibənin” qurtarması ilə münaqişələrin bir çoxu öz
həllini tapmışdır. Bütün bunlara baxmayaraq bu gün də
82
Dostları ilə paylaş: |