E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   21   22   23   24   25   26   27   28   ...   106

Münaqişələrin  formalaşdmlmasında  ikinci  istiqamət 
onların  tədqiq  və  yaxud  təhlili  hesab  edilir.  Burada  sti’ateji 
tədqiqatlarda  araşdırılmayan  məsələlər  təhlil  edilir.  Məsələn, 
münaqişənin  mənşəyinin  müəyyən  edilməsi,  beynəlxalq 
münaqişələrin müxtəlif təzahüi' formalarımn artırılması və s. 
Münaqişələrin mənşəyi məsələsində iki fikir yayılmışdır. 
Bir  qrup  mütəxəssislər  münaqişələrin  mənşəyini  beynəlxalq 
münasibətlər sisteminin quruluşunun xarakteri ilə əlaqələndirirlər. 
Digər bir qrup alimlər isə münaqişələrin mənşəyini dövlətlərarası 
münasibətlər sisteminin daxili vəziyyəti ilə əlaqələndirirlər. 
«Təcavüzdə  quruluş  nəzəriyyəsi»nin  tərəfdaşları 
göstərirlər ki, hər hansı bir dövlətin beynəlxalq sistemdə tutduğu 
yeri müəyyən edən meyarların tarazlığının pozulması beynəlxalq 
münaqişənin səbəbi ola bilər. Məsələn, Küveyt kimi bir dövlətin 
maliyyə  gücü kifayət  qədər olduğu halda, onun siyasi  mövqeyi, 
siyasi  çəkisi  çox  zəifdir.  Və  yaxud  Almaniya  Federativ 
Respublikası güclü iqtisadiyyata malik olduğu halda, diplomatiya 
baxımmdım  məhdud  imkanları  ilə  xarakterizə  edilir.  Eləcə  də 
məsələn hazırda Rusiyada demoqrafiya, ehtiyatların mövcudluğu, 
elmi-texniki potensial, istehsal potensialı və s. meyarlar, iqtisadi 
vəziyyətlə tam ziddiyyət təşkil edir. (4. s.150) 
Bu sahədə çalışan Amerikalı alim Orqanski siyasi tarazlıq 
nəzəriyyəsinə  əsaslanaraq  göstərirdi  ki,  beynəlxalq  sistemdə 
tarazlığın  pozulması  bəzi  yeni  dövlətlərin  meydana  gəlməsi  ilə 
bağlıdır. Onların gücünün artması ilə mövqeləri də nisbətən artır. 
Bütün  qeyd  etdiklərimizdən  aydın  olur  ki,  münaqişələrin  baş 
vermə  səbəbində  «quruluş  nəzəriyyəsi»  özünəməxsus  inkişaf 
yolu keçmişdir. 
Beynəlxalq  münasibətlərlə  məşğul  olan  alimlərin 
araşdırmalarına görə və praktiki olaraq beynəlxalq münaqişələrin 
müxtəlif növləri məlumdur. 
80 


Münaqişələrin araşdırılmasından aydın olur ki, tam vahid 
xarakterli münaqişə olmasa da, hər halda bir çox cəhətlərinə görə 
oxşar münaqişələr də az deyildir. 
Beynəlxalq münaqişələrin təsnifatında onları simmetrik 
və  asimmetrik  münaqişələrə  ayınrlar.  (4.  s.  150)  Simmetrik 
(uyğun,  mütənasib,  həmahəng)  münaqişə dedikdə münaqişəyə 
cəlb  edilmiş  tərəflər  demək  olar  ki,  eyni  güclü  olurlar.  Güc 
baxımından  bir-birinə  uyğun  olurlar.  Onu  da  qeyd  etməliyik  ki, 
burada yalnız güc amili deyil, başqa xarakterli cəhətlər də vardır 
(münaqişənin  baş  vermə  səbəbi,  obyektiv  və  subyektiv  hallar, 
münaqişəyə  cəlb  edilən  tərəflərin  məqsədi,  münaqişənin  aradan 
qaldırılması yollanndakı uyğunluq və s.). 
Asimmetrik münaqişə dedikdə isə münaqişə tərəfləri 
kəskin  fərqlənirlər.  Kanadalı  alim-siyasətşünas  A.Rappo- 
port beynəlxalq münaqişəli vəziyyətin ilkin yaranması formasını 
əsas amil kimi götürür. Bu mənada münaqişələri üç növə ayırır: 1. 
Vuruşma, döyüşmə forması; 2. Oyun forması; 3. Müzakirə və 
yaxud mübahisə forması. 
Əlbəttə  aydındır  ki,  münaqişənin  “vuruşma”  forması 
daha  təhlükəlidir.  Adından  da  göründüyü  kimi  bu  formada 
münaqişəyə  cəlb  olunan  tərəflər  bir-birinə  hər  cürə  zərər 
vurmaqdan çəkinmirlər. 
Başqa bir qrup siyasətçilər beynəlxalq münaqişələrin üç 
növünü  fərqləndirirlər.  Bu  münaqişələr  öz  təbiəti,  motivi, 
iştirakçıları  və  miqyasına  görə  fərqləndirilir.  Birinci  qrup 
münaqişələrə  dövlətlərarası  klassik  münaqişələr;  inteqrasiya 
meylli dövlətlərarası münaqişələr; milli azadlıq müharibələri və s 
aid edilir. 
ikinci  qrup  münaqişələrə  -  ərazi  üstündə  olan 
münaqişələr daxil edilir. Burada sosial-iqtisadi, ideoloji motivlər 
də əsas götürülə bilər ki, bu da qeyri-ərazi münaqişəsi adlanır. 
Nəhayət üçüncü qrup münaqişələr miqyasına görə daha 
çox dövləti əhatə edir ki, bu nəticə etiban ilə dünyavi münaqişəyə 
çevrilə bilər. 
81 


Bütün bunlarla yanaşı münaqişələrin növləri baxımından 
digər təsnifatlar da vardır. 
2.
 
BeynəIxalq münaqişələrin quruluşu 
və artması prosesi 
Beynəlxalq  münaqişələr  beynəlxalq  münasibətlər 
sistemində  demək  olar  ki,  müstəqil  bir  hadisə  hesab  olunurlar. 
Beynəlxalq  münaqişələrin  subyektləri  dövlətlər,  dövlətlərarası 
birliklər,  beynəlxalq  təşkilatlar,  dövlət  daxilində  mövcud  olan 
ictimai-siyasi  qüvvələr  və  s.  qurumlar  ola  bilərlər.  Hər  bir 
münaqişə  müxtəlif  fazalardan  ibarətdir.  Birinci  faza  prinsipial 
siyasi  münasibətləri  əks  etdirir.  Bu  faza  obyektiv  və  subyektiv 
ziddiyyətlərə əsaslanır. 
ikinci  fazada  münaqişə  tərəfləri  subyektiv  olaraq  öz 
mənafelərini,  məqsədlərini,  strategiyanı  qiymətləndirirlər.  Bu 
fazada qarşılıqlı hərəkətlər də müəyyənləşdirilir. 
Üçüncü  fazada  tərəflər  -  iqtisadi,  siyasi,  ideoloji, 
psixoloji, mənəvi, hüquqi, diplomatik, hərbi və digər vasitələrdən 
istifadəni genişləndirirlər. 
Dördüncü  fazada  -  tərəflər  arasındakı  mübarizə  daha 
yüksək  pilləyə  çatır  və  siyasi  xarakter  alır.  Beynəlxalq  siyasi 
böhrana səbəb olur. 
Beşinci  faza  -  beynəlxalq  silahlı  münaqişə  və  silahlı 
mübarizələrlə xarakterizə olunur. Bu fazada münaqişənin ərazisi 
genişlənir. Münaqişəyə daha çox dövlət cəlb edilir. 
Deməli  beynəlxalq  münaqişələrin  baş  verməsi  qanuna- 
uyğunluqlannm  öyrənilməsi  ilə  onların  aradan  qaldırılması  və 
tənzimlənməsi yollan da araşdırılmış olur. 
“Soyuq  müharibə”  illərində  bir  çox  münaqişələr  baş 
vermişdir.  Onlannda  başında  birbaşa  SSRİ  və  ABŞ  dururdu. 
“Soyuq müharibənin” qurtarması ilə münaqişələrin bir çoxu öz 
həllini tapmışdır. Bütün bunlara baxmayaraq bu gün də 
82 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə