E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə26/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   22   23   24   25   26   27   28   29   ...   106

ümumdünya miqyasında təhlükəsizliyin təmin edilməsi problemi 
öz aktuallığım saxlayır. 
Bütün qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olur ki: 
Birincisi  -  son  dövrlərdə  münaqişələrin  səbəbləri  və 
mənbələri dəyişmişdir: 
-
 
Belə ki, münaqişələr daha çox etnik və dini zəmində baş 
verir. Hər şeydən əw/əl iqtisadi və maliyyə sahəsində ziddiyyətlər, 
bazar və ehtiyatlar üstündə ziddiyyətlər özünü göstərir
-
 
Qeyri-sabitlik,  zəif  inkişaf,  aclıq  münaqişələrin  və 
böhranların əsas mənbəyinə çevrilmişdir
-
 
Son  dövrlərdəki  sosial-iqtisadi  və  sosial-demoqrafik 
dəyişikliklər,  ayrı-ayrı  dövlətlər  arasında,  ayrı-ayrı  regionlarda 
gəlirlər  arasındakı  fərqlər,  şəhərləşmənin  artması  və  bu  kimi 
problemlər  yeni  nəslin  münaqişələrinin  əsas  mənbəyinə 
çevrilmişdir; 
-
 
Müasir 
qloballaşma 
prosesinin 
artmasım 
da 
münaqişələrin səbəbi hesab edirlər. 
İkincisi  -  münaqişələrin  iştirakçıları  da  dəyişilir.  Döv- 
lətlərarası  münaqişələrdə  qeyri-dövlət  qurumlan-ekstremist  dini 
cərəyanlar,  cinayətkar  qruplaşmalar,  terrorçu  birləşmələr  və  s. 
qurumlar da münaqişələrin iştirakçılarına çevrilmişlər. 
Üçüncüsü  -  deməli,  münaqişələrin  xarakteri,  məzmunu 
da dəyişir. Bu münaqişələr daha az dövlətlərarası olmaqdan, daha 
çox  dövlətlər  daxili  olmaq  xarakteri  kəsb  edirlər.  Münaqişələr 
daha uzunmüddətli olurlar. 
Dördüncü  -  münaqişələrin  həll  edilməsində  beynəlxalq 
təşkilatlann, xüsusilə BMT-nin fəaliyyətində müəyyən irəliləyişlər 
artmışdır. 
83 


3.
 
Beynəlxalq münaqişələrin 
tənzimlənməsi yollan 
Əvvəlcədən 
qeyd 
etməliyik 
ki, 
münaqişələrin 
tənzimlənməsi  barədə  vahid  metodologiya  və  yaxud  nəzəriyyə 
işlənməmişdir.  Etiraf  etməliyik  ki,  cəmiyyətin  inkişafının  bütün 
mərhələlərində ziddiyyətlər, münaqişələr mövcud olmuşdur. Odur 
ki, 
onların 
nisbətən 
azaldılması, 
mülayimləşdirilməsi, 
tənzimlənməsi yolları da araşdırılır. Nəzəri və praktiki baxımdan 
münaqişəli  vəziyyətdən  çıxılmasmda  müxtəlif  yollardan,  metod 
və vasitələrdən istifadə edilir. 
Beynəlxalq  münaqişənin  «Silahlı  mübarizə»  fazasında 
tərəflər artıq qalib  gəlməyə  can  atırlar. Qalib tərəf öz tələblərini 
irəli sürür. 
Məsələn birinci dünya müharibəsində Almaniya məğlub 
olmuşdur.  1919-cu  ildə  məlum  Versal  sülh  müqaviləsinin 
qərarlarına əsasən Almaniya üçün ağır şərtlər qoyulmuşdur. Bunu 
almanlar özləri üçün alçaldılmış yanaşma hesab edirdilər. Odur ki, 
Almanlar qisasçılıq psixologiyası ilə yaşayırdılar. Onlar Hitlerin 
hakimiyyətə gəlməsi ilə yeni dünya müharibəsinin başlanmasına 
zəmin  hazırlamış  olmuşlar.  Beləliklə  ikinci  dünya  müharibəsi 
başlanmışdır. 
Ümumiyyətlə  beynəlxalq  münaqişələrin  beynəlxalq 
hüquq normaları  ilə tənzimlənməsi  obyektiv səbəblərə  görə çox 
çətindir.  Burada  siyasi  metodlara  daha  çox  üstünlük  verilir.  Bu 
metodlar şərti olaraq ənənəvi və institusional metodlar adlamr. 
Münaqişələrin  tənzimlənməsində  ənənəvi  metodda  üç 
əsas proses və yaxud yanaşma üsulu nəzərdə tutulur; Danışıqlar 
aparılması;  müəyyən  razılıq  əldə  edilməsi  üçün  üçüncü 
tərəfin  köməkliyi;  vasitəçilik  edilməsi.  Aydındır  ki,  üçüncü 
tərəfin köməkliyi və vasitəçilik məsələlərində qərəzli və hərtərəfli 
mövqelər barışığa o qədər də zəmin yarada bilmirlər. 
84 


İnstitusional metodlarda əsasən beynəlxalq təşkilatların 
rolu nəzərdə tutulur. Münaqişənin aradan qaldırılmasında tərəflər 
BMT-nin təhlükəsizlik şurasına müraciət edə bilərlər. Təkcə XX 
əsrdə BMT-nin işə qarışması nəticəsində 14 münaqişənin nisbətən 
yeri dəyişdirilib. 76 münaqişə də demək olar ki, heç bir nəticə əldə 
edilməyib.  18  münaqişədə  dolayı  yolla  müəyyən  razılıq  əldə 
edilib, 21 münaqişədə onun müəyyən qədər rolu olub. Cəmisi 4 
münaqişədə  gözə  çarpacaq  dərəcədə  rola  malik  olubdur.  Bütün 
bunlardan  aydın  görünür  ki,  münaqişələrin  tənzimlənməsi  çox 
mürəkkəb  və  çətinliklərlə  müşahidə  olunur.  Münaqişələrin 
tənzimlənməsindəki 
institusional 
yanaşmada 
humanitar 
əməliyyatların  rolunun,  sülhməramlı  qurumların  rolunun 
artmasını, informasiya elementlərinin rolunun artmasını da qeyd 
etmək olar. 
Bütün  qeyd  etdiklərimizdən  aydın  görünür  ki, 
münaqişələrin  sülh  yolu  ilə  tənzimlənməsi  münaqişəyə  cəlb 
olunan tərəflərdən daha çox iradə tələb edir. Burada vəziyyətdən 
çıxmağın  mümkün  istiqamətləri  müəyyən  edilir  və  müəyyən 
şərtlər təsdiqlənir. 
Beynəlxalq 
münaqişələrin 
araşdırılmasının 
əsas 
istiqamətləri işində «Sülhün tədqiq edilməsi» probleminin şərhi 
diqqəti  daha  çox  cəlb  edir.  Burada  da  əsasən  tənzimlənmə  və 
sülhə nail olmaq imkanlan əks etdirilmişdir. Bu problemdə əsasən 
üç  yanaşma  forması  araşdırılmışdı.  Bu  yanaşma  formasının  biri 
«anqlosakson»  məktəbinin  «münaqişələrin  tən-  zimlənməsi» 
ənənələri  ilə  bağlıdır.  «Sülhün  tədqiq  edil-  məsi»ndə  ikinci 
yanaşma Avropa cərəyanına xas olan görüntüləri əsas götürür. 
Üçüncü  yanaşmada  isə  yenə  də  beynəlxalq  danışıqlar 
prosesi  nəzərdə  tutulur.  «Anqlosakson»  məktəbinin  ənənəsi 
dedikdə 1955-ci ildə ABŞ-da Miciğan universitetində yaradılmış 
«münaqişələrin tənzimlənməsi)) mərkəzinin mülahizələrini qeyd 
etmək olar. (5. s.410) Bu yanaşmaların tərəfdarlan münaqişələrin 
baş verməsi və həlli sahəsində olan bir çox 
85 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə