E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   17   18   19   20   21   22   23   24   ...   106

keçmədən) çəkilişinin tərəfdarı kimi çıxış edərək, Dağlıq Qarabağ 
münaqişəsinin həllində ABŞ-m fəal iştirakına da üstünlük verir. 
1990-cı  illərin  axırlarında  Bjezinskiy  dəfələrlə  iddia  edirdi  ki, 
Şimali  Qafqaz  Rusiyadan  ayrı  olmalıdır.  Bununla  da  Rusiyanın 
ərazi bütövlüyünün pozulmasına çalışmışdır. 
O, eyni  zamanda  Özbəkistanın  rolunun  dəyişməsinə  də 
ümid  bəsləyir.  Qeyd  edir  ki,  Özbəkistan  postsovet  Mərkəzi 
Asiyasında aparıcı rola malik ola bilər. 
Bununla da Rusiya imperiyasının yaranmasına maneçilik 
törədə bilər. 
Özbəkistan o regionda daha çox əhalisi olan ölkədir. Orta 
Asiyanın əsas tarixi - mədəni mərkəzləri oradadır. Daha ənənəvi 
dövlətçiliyə malikdir və s. 
4.
 
LVallerstaynın dünyanın sistem halında təhlili 
Amerika sosioloqu Immanuila Vallerstayn beynəlxalq 
münasibətlərin araşdırılmasında S.Xantiqtondan və Bjezinskidən 
fərqlənir.  Belə  ki,  o  iqtisadi  münasibətlərin  roluna  da  üstünlük 
verir.  Onun  xarici  siyasi  fikirləri  yeni  Marksist  fikirlər  kimi 
səslənir.  Vallerstayn  siyasətin  əsas  qanunauy-  ğımluğunu 
iqtisadiyyatda  görür.  Beynəlxalq  münasibətlərin  əsasını  da 
iqtisadi  münasibətlərdə  görüi'.  Ö  öz  təhlilində  dünyanı  sistem 
halında  götürür.  Müasir  dünya  sistemini  kapitalist  dünya 
iqtisadiyyatı ilə eyniləşdirir. 
O,  bu  vahid  dünya  sistemi  və  yaxud  kapitalist  dünya 
iqtisadiyyatının  (sistem  halında)  tarixini  1500-cü  illərdən 
götürür. Bu sistemdə hər bir dövlət müəyyən mövqeyə malikdir 
və bu mövqeyi dəyişmək olmaz. 
Dünya  kapitalizmi  və  yaxud  kapitalizm  dünyasının 
məntiqi  ondem  ibarətdir  ki,  dünya  əsas  -  mərkəz  və  kənar 
(ucqar)  ölkələrə  bölünür.  Bir  qayda  olaraq  mərkəz  həmişə 
müəyyən  imtiyazlara  (üstünlüyə)  malikdir.  Bu  proses  daimi 
təkrarlanır. Bu mərkəz - özək adlanan dövlətlər kapitalist dün 
68 


ya  sistemi  -  kənar-ucqar  dövlətləri  istismar  etməklə  yaşaya 
bilərlər.  Belə  bir  qayda  heç  zaman  dəyişməyəcək.  Çünki,  bu, 
dünya  və  iqtisadiyyat  anlayışının  öz  mahiyyətindən  irəli  gəlir. 
Mərkəz və kənar adlanan dövlətlərdən başqa yarı kənar dövlətlər 
də vardır. Vallerstayna görə də belə bir yan kənar  dövlətlərdən 
biri Rusiyadır. Pmsiya I Pyotr (1672-1725) və II Ekaterinanın 
(1729-1795)  vaxtından  keçirilən  islahatlara  baxmayaraq  Mərkəz 
dövlətlər  sırasına  daxil  ola  bilməmişdir.  Bununla  yanaşı  Rusiya 
aparıcı dövlətlərin müstəmləkəsi sıralarına da düşməmişdir. 
Dünya  sistemində  Rusiyanın  əsas  rolu  və  yerinin 
müəyyən  edilməsində  onun  geosiyasi  qüdrəti  və  hərbi  gücü 
əsas götürülmüşdür. 
Ancaq  bu  iki  amil  Rusiya  ilə  hesablaşmağa  və  ona 
«qüdrətli dövlət» statusu verilməsinə imkan yaratmışdır. 
Lakin  Vallerstayn  belə  hesab  edirdi  ki,  heç  Sovet 
hakimiyyəti illərində də elə bir vəziyyət  dəyişikliyi  olmamışdır. 
Ayrı-ayrı  dövlətlərdə  və  yaxud  qrup  dövlətlərdə  olan  müəyyən 
dəyişikliklər dünya sisteminin fundamental xüsusiyyətinə elə bir 
təsir  edə  bilmir.  Onun  fikrincə  dünya  iqtisadi  inkişafının  əsas 
məntiqi kapitalizmin bazar qanunları ilə müəyyən edildiyi halda 
dünya sosializm sistemi də elə bir rola malik deyilmiş. 
Soyuq müharibə dövrünə, onun yekununa və beynəlxalq 
münasibətlərin  inkişaf  perspektivlərinə  yanaşma  forması  da 
özündən əvvəlki siyasi baxışlardan fərqlənir. O, göstərir ki, ABŞ 
1945-ci ildə ən qüdrətli inkişaf nöqtəsinə çatmışdı. 
Dünya-mərkəz  sistemində  yeganə  dövlət  idi  ki, 
müharibədən  salamat  çıxmış  dünya  iqtisadi  və  siyasi  liderinə 
çevrilmişdir.  Amerika  iqtisadiyyatının  gələcək  fəaliyyəti  və 
inkişafı üçün dünya mərkəz sisteminin digər hissələrini də bərpa 
etmək  və  saxlamaq  lazım  gəlirdi.  Bu  da  Qərbi  Avropa  və 
Yaponiya  idi.  Odur  ki,  dünyanın  iki  təsir  dairəsinə  bölünməsi 
barədə  Yaltada  SSRİ  ilə  ABŞ  arasında  danışıqlar  olmuşdur. 
Razılaşmalara əsasən mərkəz adlanan dövlətlər ABŞ-ın, kənai' və 
yarı 
69 


kənar dövlətlər isə SSRI-nin payına düşmüşdür. 
ABŞ  əvvəlcə  Qərbi  Avropa  ilə  Yaponiyarun 
iqtisadiyyatının  bərpa  edilməsinə  köməklik  göstəmniş,  sonra  isə 
onlarla  hərbi-siyasi  müqavilələr  bağlamışdı.  ABŞ  öz  bloku 
daxilində  müəyyən  nizam  saxlamaq  üçün  xarici  düşmən  surəti 
yaratmalı olmuşdur. Bu Sovet İttifaqı idi. Beləliklə ABŞ və SSRİ 
«Soyuq müharibə» adı altında fəaliyyət göstərməli olmuşlar. 
Kənar ölkələr «üçüncü dünyaya» çevrilmişlər. SSRİ və 
ABŞ bu ölkələrə qarşı eyni prinsipdən demək olar ki, eyni siyasət 
yeridirdilər.  SSRİ  və  ABŞ  arasında  gedən  «So}aıq  müharibə» 
oyunu hələki davam edirdi. Lakin bir müddətdən sonra bu maraq 
azalmışdı.  ABŞ  -  dünya  mərkəz  sistemindəki  iqtisadi  liderliyi 
itirirdi. Öz müttəfiqləri üzərindəki təsir dairəsini azaldırdı. SSRİ- 
nin də bu oyundakı ehtiyatlan tükənirdi. Beləliklə hər iki dövlətin 
razılığı ilə «Soyuq müharibə» dövrü qurtanrnşdır. 
Lakin «Soyuq müharibə»nin qurtarması heç də «tarixin 
sonu»  deyildir.  Əksinə  köhnə  münaqişələr  şiddətlənmiş  və 
yeniləri  də  meydana  gəlmişdir.  Xantinqtondan  fərqli  olaraq 
Vallerstayna  görə  K.Marksm  «proIetariatın  məqsədi 
kapitalizmi məhv etməkdir» ideyası da müasir vəziyyətə uyğun 
gəlmir. XX əsrin sonu üçün proletariat dedikdə dünya sistemində 
kənar  ölkələrin  əhalisi  nəzərdə  tutulur,  inkişaf  etmiş  ölkələrdə 
liberal və sosial demokrat partiyalann və həmkarlar ittifaqlarmın 
fəaliyyəti  nəticəsində  insanlara  hörmət  və  insan  hüququnun 
gözlənilməsi  prinsipi  bərqərar  olmuşdur.  Muzdlu  işçilər 
cəmiyyətdə özlərinə layiq yer tutmuş və yüksək maddi səviyyəyə 
nail olmuşlar. 
Vallerstayn  Mərkəz  adlanan  dünya  sistemində  də 
münasibətlərin  qeyri-sabit  olacağım  qeyd  edir.  Bu  mərkəzdə 
iqtisadi rəqabətdə üç qüvvə özünü göstərir - ABŞ, Yaponiya  və 
birləşmiş Avropa. 
Gələcəkdə  ABŞ  ilə  Yaponiyamn  bir  blokda  birləşməsi 
gözlənilir.  Çinin  də  bura  cəlb  edilməsi  fərziyyələri  vardır.  Belə 
vəziyyətdə ABŞ, Yaponiya və Çin blokuna qarşı Rusiya-Avropa 
bloku yarana bilər. 
70 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə