E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə17/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   13   14   15   16   17   18   19   20   ...   106

ABŞ-da  isə  bu  məktəbin  görkəmli  nümayəndəsi  Qans 
Morqentau  (1904-1980)  hesab  edilir.  O,  Almaniyada  anadan 
olmuşdu. Morqentau l^eynəlxalq aləmdə ABŞ-m maraqlarının ən 
fəal müdafiəçisi kimi çıxış edirdi. O, iddia edirdi ki, bütün başqa 
sahələrdə olduğu kimi beynəlxalq münasibətdə də əsas məqsəd 
hakimiyyət uğmnda gedən mübarizədən ibarətdir. 
Morqentaunun fikrincə, ancaq hakimiyyət vasitəsilə öz 
əqli və insanların hərəkəti üzərində nəzarət etmək imkanı yaranır. 
Siyasi  hakimiyyət  vasitəsi  ilə  isə  qarşılıqlı  olaraq  hakimiyyət 
başçısı  ilə  bütünlükdə  xalq  arasındakı  münasibətə  olan  nəzarət 
həyata keçirilir. O, belə hesab edirdi ki, beynəlxalq münasibətlər 
sahəsində gedən hakimiyyət uğrunda mübarizə dünyada öz təsir 
dairəsinin üstünlüyünü təsdiqləmiş olur. 
Siyasi  realizm  mövqeyi  baxımından  beynəlxalq 
münasibətlər hər şeydən əvvəl dövlətlərarası münasibətlərdən 
ibarətdir. Dövlət isə öz güc imkanlarından istifadə etməklə öz 
maraqlarını  təmin  etməyə  çalışır.  Beləliklə  müharibə  və 
münaqişələr  beynəlxalq  münasibətlərin  öz  təbiətindən  irəli 
gəlir. Hüquq və əxlaq normaları əsasında sülhə nail olmaq isə 
fərziyyədən başqa bir şey deyildir. 
Qans  Morqentau  siyasi realizmdə xarici  siyasətin  əsas 
məqsədini  «MiUi  maraqda»  və  “Milli  gücdə”  görürdü. 
Morqentau  kimi  Amerikada  siyasi  realizm  məktəbinin  iştiralc- 
çıları da bu mövqedə idilər. 
Onu  da  qeyd  etməliyik  ki,  ingilis  dilində  olan 
ədəbiyyatlarda  “millət”  anlayışı  “dövlət”  anlayışı  ilə 
eyniləşdirilmişdir.  Deməli,  Qərb  ənənəsinə  və  reallığına  görə 
milli dövlət və vətəndaşlıq cəmiyyəti artıq formalaşmışdır. Ona 
görə də dövlət mənafeyi dedikdə milli-dövlət mənafeyi nəzərdə 
tutulur. Siyasi realizm məktəbinin nümayəndələri bu mənafeləri 
iki yerə ayırırlar: daimi (yəni ən əsas) və keçici (ara) mənafelər. 
Əsas - daimi mənafelərə aşağıdakılar aid edilir: .. 
55 


1.
 
“Milli təhlükəsizlik maraqlan”. Burada ərazinin, əhalinin 
və  dövlət  müəssisələrinin  xarici  təhlükədən  qorunması  nəzərdə 
tutulur; 
2.
 
“Milli-iqtisadi maraqlar”. Burada xarici ticarətin inkişafı, 
investisiyaların  artımı.  Xaricdə  olan  xüsusi  kapitalın 
mənafelərinin qorunması və s. nəzərdə tutulur
3.
 
“Dünya  nizamının  dəstəklənməsi  marağı”.  Burada 
müttəfiqlərlə  olan  qarşılıqlı  münasibətlər,  xarici  siyasi  kursun 
seçimi və s. nəzərdə tutulur. 
İkinci dərəcəli və yaxud ara maraqlarda isə aşağıdakıları 
nəzərdə tutmaq olar: 
1.
 
«Yaşama  marağı».  Dövlətin  özünün  mövcudluğu 
qorxusunun aradan qaldırılması; 
2.
 
«Həyat  marağı».  İnsanlar  üçün  təhlükə  yaradan  hər 
hansı bir amilin aradan qaldırılması. İnsanlar üçün firavan həyat 
şəraiti yaradılması; 
3.
 
«Nisbətən  daha  zəruri  maraqlar».  Dövlət  üçün  ciddi 
ziyan  vura  biləcək  hər  hansı  bir  potensial  inkişafının  aradan 
qaldırılması; 
4.
 
«Kənar  -  ucqar  və  yaxud  kiçik  maraqlar».  Bu  kimi 
maraqlar lokal xarakterli problemlərlə bağlıdır. 
Xarici siyasətin əsas məqsədinin, digər tərəfi olan “milli 
güc”  dedikdə  “dövlətin  qüdrəti”,  “dövlətin  xarici  iqtisadi 
potensialı”  nəzərdə  tutulur.  Məhz  bu  potensialın  köməkliyi  ilə 
dövlət özünün xarici siyasətinə nail ola bilər. 
“Milli güc” anlayışına daxil olan müəyyən elementlərin 
araşdırılmasında  müharibədən  sonrakı  illərdə  ABŞ-ın  realistləri 
geosiyasi  fikirlərin  təsiri  altına  düşürlər.  Bu  təsir  altında  olan 
Morqentau  “Milli  güc”  anlayışına  aşağıdakı  elementləri  daxil 
edirdi: 
1.
 
Coğrafiya; 2. Təbii ehtiyatlar; 3. İstehsal gücü; 4. Hərbi 
potensial;  5.  Əhalinin  sayı;  6.  Milli  xüsusiyyətlər;  7.  Millətin 
mənəvi ruhu; 8. Diplomatiyanın keyfiyyəti. Morqentau siyasətdə 
hüquq və əxlaqın rolunu heç də azaltmırdı. Əksinə o. 
56 


təsdiqləyirdi  ki,  siyasi  realizin  siyasi  cəhətdən  hərəkət  etməyin 
əxlaqi əhəmiyyətini heç də azaltmır. 
3.
 
Qərbi Avropada siyasi realizm 
İkinci  dünya  müharibəsindən  sonrakı  illərdə  Qərbi 
Avropa  dövlətlərində  siyasi  elmin  inkişafında  Amerika  siya- 
sətşünaslığının böyük rolu olmuşdur. Siyasi elmlərdə və eləcə də 
beynəlxalq münasibətlər sahəsində olan araşdırmalarda Amerika 
siyasətşünaslarmın  nəzəri  və  metodiki  yanaşmaları  Avropa 
tədqiqatçıları arasında da davam etdirilirdi. 
Siyasi  realizm  məktəbi  ilk  əvvəl  ABŞ-da,  sonra  isə 
Qərbi Avropada yaydınışdır. 
Qərbi Avropa siyasətşünasları beynəlxalq siyasətdə bu və 
ya  digər  hadisəni  araşdırmaqda  əsasən  T.Morqentaunun  və 
Amerikamn digər realistlərinin fikirlərini bölüşürdülər. 
Ancaq  dünya  siyasətini  öyrənən  Fransa  məktəbinin 
nümayəndəsi  sosioloq,  siyasətşünas  və  filosof  Raymon  Aro- 
nun  özünəməxsus  yanaşması  vardı.  Arona  görə  xarici  siyasət 
üçün dövlət iki rəmzi fiqura şəklində çıxış edir  - diplomat və 
əsgər. 
Çünki  dövlətlərarası  münasibətlər  müharibələrlə 
sülhün  növbələşməsindən  ibarətdir.  Hər  bir  dövlət 
münasibətlərdə  ancaq  öz  gücünə  ümid  etməlidir.  Odur  ki, 
həmişə öz qüdrətini artırmağa çalışmalıdır. 
Aron dünya siyasətinin araşdırılmasında bəzi məsələlərə 
sosioloji 
baxımdan  yanaşırdı.  O,  ənənəvi  və  sənaye 
cəmiyyətlərində  beynəlxalq  münasibətləri  fərqləndirirdi.  O, 
göstərirdi  ki,  ənənəvi  cəmiyyətdə  iqtisadiyyatın  əsasını  geridə 
qalmış kənd təsərrüfatı təşkil edir. 
Burada  əsas  sərvət  torpaq  və  qızıl  hesab  edilirdi.  Bu 
sərvəti  əldə  etmək  üçün  hərbi  qüvvədən  istifadə  edilməsi  əsas 
götürülürdü. Sənaye cəmiyyətinə keçidlə əlaqədar olaraq elm və 
texnikadan istifadə etməklə ümumi sərvəti artırmaq imkam 
57 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə