E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə14/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   10   11   12   13   14   15   16   17   ...   106

7.
 
Çox vaxt ilk genişlənmə həvəsi xaricdən gəlir. 
Aşağı  sivilizasiyada  olan  xalqların  ərazisi  hesabına 
ərazilərini artırırlar. 
F.Ratsel Almaniyada “həyat məkanı” deyilən bir anlayış 
da işlətmişdir. Bununla da sübut etmək istəyirdi ki, Almaniyada 
əsas  iqtisadi  və  siyasi  problem  sərhədlərin  ədalətsiz  müəyyən 
edilməsidir. F.Ratsel “dəniz məkanı” amilinin də siyasətə təsirini 
təhlil etmişdir. 
F.Ratselin  fikirlərini  İsveçdə  dövlət  xadimi  Rudolf 
Çellen  (1846-1922)  davam  etdirmişdir.  O,  Skandinaviya 
xalqlannm Almaniya ilə yaxın ittifaqda olmasının tərəfdarı idi. O, 
da F.Ratsel kimi  dövlətə canlı bir orqanizm  kimi baxırdı.  Lakin 
F.Ratsel  dövlətin  inkişafına  fiziki-coğrafi  baxımdan  yanaşdığı 
halda, R.Çellen mədəniyyət, iqtisadiyyat, xalq, idarəçilik forması 
kimi amilləri də tədqiq edirdi. 
Almaniyada  geosiyasi  ideyamn  yarandığı  vaxtdan 
mürtəce  xarici  siyasət  yeridilməsini  əsaslandırmağa  çalışmışlar. 
XX  əsrin  əvvəllərində  F.List,  K.Bruka,  K.Frans,  F.Nauman  və 
digərləri  “Orta  Avropa”  ideyasım  irəli  sürmüşlər.  Burada  əsas 
məqsəd ondan ibarət idi ki, Almaniyanın nəzarəti altında Mərkəzi 
və  Şərqi  Avropa  dövlətlərinin  ittifaqı  yaradılsın.  Belə  bir  ittifaq 
Almaniyanın  “həyat  məkanı”  problemini  həll  etməyə  zəmin 
yaradardı. 
Birinci  Dünya  Müharibəsindən  sonra  Almaniyada 
geosiyasət ideyasım davam etdirənlərdən biri də Kari Xausxofer 
(1869-1946) olmuşdur. O, belə hesab edirdi ki, hər bir dövlət öz 
həyat  məkanını  genişləndirməyə  səy  göstərməlidir.  Ancaq  bu 
cəhət  onun  hərəkətverici  qüvvəsi  ola  bilər.  O,  böyük  dövlətlər 
tərəfindən kiçik dövlətlərin ələ keçirilməsini qanunauyğun sayırdı. 
Beləliklə  də,  böyük  dövlətlər  dalıa  dinamik  inkişaf  edər  və  öz 
müstəqilliyini  saxlamaq  qabiliyyəti  artar.  Qonşulardan  asılı 
olmaz. Beləliklə o avtorkiya siyasətinə müsbət hal kimi baxırdı. 
46 


K.Xausxofer 
Münhen 
(Almaniyada) 
Geosiyasət 
İnstitutuna  və  “Geosiyasət  jurnalı”na  rəhbərlik  edirdi. 
Almaniyanın  ərazisinin  genişləndirilməsini  nəzəri  cəhətdən 
əsaslandırmağa  çalışırdı.  On  illərlə  Almaniyanın  xəritəsini 
düzəldib  nümayiş  etdirirdi.  İnsanların  beynində  yeni  sərhəd 
hissi oyadırdı. 
O, bir çox digər geosiyasətçilər kimi kontinental və okean 
ölkələri arasında daimi münaqişə olması ideyasım müdafiə edirdi. 
Belə  hesab  edirdi  ki,  okean  ölkələrinin  sonu  çatıbdır, 
gələcək-quruyollu ölkələrə və xüsusilə Almaniyaya məxsusdur. 
O, belə  geosiyasi  tədqiqatları  ilə  panideya*  fikri 
yaratmışdı. 
Bununla  da  gələcəkdə  əsasən  bir  neçə  regionun 
hökmranlığını  saxlayırdı.  Əvvəlcə  o,  panamerika;  panasiya; 
parı- rusiya; pansakitokean, panislam və panavropa ideyası ilə 
çıxış edirdi. Gördü ki, necə deyərlər hökmranlığın iştirakçısı çox 
almır,  başqa  bir  təklif  hazırladı.  Burada  üç  böyük  regionu 
saxlayırdı:  başda  ABŞ  olmaqla  Pan-Amerika;  başda  Yaponiya 
olmaqla  Böyük  Şərqi  Asiya;  və  başda  Almaniya  olmaqla 
Pan-Avropa. Etiraf etməliyik ki, bu kimi ideyalar istər birinci və 
istərsə də İkinci Dünya Müharibələrinə səbəb oldu. İkinci Dünya 
Müharibələrindən  sonra  Almaniyanın  məğlub  olması  ilə  Kari 
Xausxofer özünü öldürmüşdür. 
Pan - yunan sözü. Qədim yunan mif. Meşə allahı. Buynuzlu Adam 
— Pan qorxusu. 
Pan yunanca
 - 
hamısı. Hamını əhatə edən. Deməli bütün digər xalqları 
birləşdirməyə çağıran millətçi cərəyan. 
47 


3. Böyük Britaniya geosiyasi məktəbi 
2

3. 
Geosiyasət ideyası Böyük Britaniyada da özünə yer 
tapmışdır. Bu məktəbin nümayəndələrindən biri Xalford 
Makinder (1861-1947) olmuşdur. Makinder coğrafiya elmi ilə 
məşğul olmuşdur. O Böyük Britaniyanın siyasi həyatında fəal 
iştirak edirdi. Odur ki, coğrafiya ilə siyasətin qarşılıqlı əlaqəsi 
ilə də maraqlanırdı. 
1904-
 
cü ildə “Tarixin coğrafi məhvəri” mövzusunda 
krallığın coğrafiya cəmiyyətində məruzə ilə çıxış etmişdir. 
Sonra bu məruzənin mətni həmin adla məqalə kimi nəşr 
edilmişdir. 
Makinderin geosiyasət ideyasının əsas müddəaları 
aşağıdakılardan ibarətdir: 
1.
 
Fiziki coğrafiya birbaşa siyasi proseslərə təsir edir; 
Hər bir dövlətin siyasi qüdrəti onun coğrafi vəziy- 
yətindən asılıdır; 
Texnologiyanın inkişafı siyasi cəhətdən qüvvələrin 
yerləşdirilməsini dəyişir. Texnologiya fiziki aləmi 
dəyişdirir; 
4.
 
Dünya XX əsrdə qapalı bir sistemə çevrilmişdir. 
Dünya okeanı tərəfindən əhatə olunmuş bütün quru 
sahələri (Asiya, Afrika və Avropa da daxil olmaqla) Makinder 
“Dünya adası” adlandırırdı. 
İngilis geosiyasətçisi Feyrqriv Xartlend isə Avrasiyamn 
daxili hissəsini 1915-ci ildə “yer üzünün məğzi” adlandırırdı. 
Makinder isə bu “dünya adasını” - “tarixin məhvəri 
regionu” hesab edirdi. Makinder göstərirdi ki, elə buna görə də 
qədimlərdə bu ərazilərə işğalçılıq orduları yeridilməsi ara ver- 
mirdi. Bütün bunlar dünya siyasətinə hərtərəfli təsir etmişlər. 
O, öz fikirlərini əsaslandırmaq üçün Tatar-Monqol- 
ların bu ərazilərdəki hökmranlığını və imperiya yaratmalarım 
misal çəkir. XX əsrin əvvəllərində Monqol imperiyasını 
Rusiya dövləti əvəz etmişdir. 
48 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə