E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə12/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   8   9   10   11   12   13   14   15   ...   106

o, 
təklif edirdi ki, belə təşkilata geniş hüquq verilsin, hər 
bir  dövlət  ümumi,  bəşəri  tələblərə  tabe  edilsin.  Dövlətlər-  arası 
münasibətlərin  tənzimlənməsində  beynəlxalq  hüququn  roluna 
üstünlük verirdi. 
Sen-Pyer  dövlətlərarası  sülhün  saxlanılması  üçün 
aşağıdakı tələbləri irəli sürmüşdür
-
 
Ərazi toxunulmazhğmm təmin edilməsi
-
 
Güc  tətbiq  edilməsi  barədə  olan  keçmiş  “hüquqa” 
yenidən baxılması; 
-
 
Dövlətlərarası  anlaşılmazlığın  tənzim  edilməsi  üçün 
beynəlxalq  orqanlardan  və  “Məhkəmə  tribunası”ndan  istifadə 
edilsin; 
-
 
Bir  dövlətin  digər  dövlətin  işinə  qanşmasını 
məhdudlaşdırmaq; 
-
 
Dövlətlər  birliyinin  mənafeyinə  zidd  olan,  əlahiddə 
ittifaqlar yaradılmasına yol verməmək. 
Beynəlxalq  münasibətlərə  dair  daha  bir  çox  bu  kimi 
liberal  baxışları  qeyd  etmək  olar.  Bu  sahədə  Alman  filosofu 
İmanuila  Kant  və  İngilis  mütəfəkkiri  C.Bentamm  da 
özünəməxsus fikirləri vardır. 
İmanuila  Kant  (1723-1804)  Hegeldən  fərqli  olaraq 
siyasətdə mənəvi və hüquqi amillərə daha çox üstünlük vermişdir. 
Müharibə və sülh məsələlərinin həllinə isə o, insanların hüquq və 
mənafeləri  baxımından  yanaşırdı.  O,  göstərirdi  ki,  müharibə 
insanın  əxlaqi  tərəfdən  olan  cəhətlərinə  ziddir.  Müharibə  etik 
normalara  əməl  edilməməsinin  nəticəsidir.  Odur  ki,  beynəlxalq 
siyasətdən müharibə amilini tamam çıxarmaq üçün hər bir dövlət 
əxlaq normalarına əməl etməlidir. O, göstərirdi ki, siyasət hər bir 
dövlətin fəaliyyətinin xüsusi bir sahəsidir. 
Kant  hüququn  dövlətlərarası  münasibətlərə  müsbət 
təsirinə  inanaraq  xalqlar  arasında  sülh  yaradılmasına  dair 
razılaşma  layihəsi  hazırlamışdır.  Dövlətləri  açıq,  səmimi, 
sülhsevər siyasət yeritməyə çağırırdı. Daimi qoşun saxlamağı ləğv 
39 


etmək,  ölkənin  müdafiəsini  isə  könüllü  hərbi  təlim  keçmiş 
adamlara tapşırmağı təklif edirdi. 
Kant nəinki ancaq sülh ideyasını irəli sürürdü, o həmçinin 
praktiki baxımdan da sülhə nail olmaq yollarını göstərmişdir. 
Beynəlxalq  münasibətlər  nəzəriyyəsinin  inkişafında 
tanınmış  ingilis  filosofu  sosioloq,  hüquqşünas  C.Bentamın 
(1748-1832)  da  böyük  rolu  olmuşdur.  Qeyd  etməliyik  ki, 
C.Bentamın  ən  böyük  xidməti  ondan  ibarətdir  ki,  ilk  dəfə 
“Beynəlxalq  münasibətlər”  anlayışını  o  işlətmiş  və  elmə  daxil 
etmişdir.  İngilis  liberalizmin  görkəmli  nümayəndəsi  C.Bentam 
hər  bir  dövlətin  fəaliyyətində  firavanlıq  və  insanların 
xoşbəxtliyini əsas məqsəd hesab edirdi. O, göstərirdi ki, o dövrdə 
beynəlxalq  münasibətlərin  xarakteri  dövlətlərin  vəzifələrinə  o 
qədər də uyğun gəlmir. Bu uyğunsuzluğun əsas səbəbini o, daimi 
baş  verən  beynəlxalq  münaqişələrdə  və  müharibələrdə  görürdü. 
C.Bentam da başqaları kimi dövlət mənafeyini və xeyrini xarici 
siyasətin  əsası  hesab  edirdi.  O,  siyasi  qərarların  çıxarılması 
qaydasının dəyişilməsini təklif edirdi. 
Cari  siyasət  məsələləri  açıq  müzakirə  etməyin  tərəfdarı 
idi. Müharibə və sülh məsələsində monarxlar üzərində Parlament 
nəzarətinin olmasını təklif edirdi. 
Bentam  əxlaq  normaları  ilə  xarici-siyasi  praktika 
arasında  olan  əlaqəni  görə  bilməyən  alimləri  məzəmmət  edirdi. 
Əslində 
0
  hesab  edirdi  ki.  Əxlaq  normaları  beynəlxalq 
münasibətlərin tənzimlənməsinin əsas amillərindən biridir. Digər 
bir amil isə hüquqdur. O, göstərirdi ki, beynəlxalq hüquq dövlətlər 
arasında  güc  işlətməyin  məhdudlaşdırılması  normalarının 
məcmusudur.  Bentam  bütün  xalqların  və  dövlətlərin  hüquq 
bərabərliyinin  tərəfdarı  kimi  çıxış  edərək  müstəmləkəçilik 
praktikasını tənqid edirdi. 
Sülhün  saxlanılması  yollarını  araşdıraraq,  dövlətlərarası 
əməkdaşlığı  genişləndirməyi  və  onun  xarakterini  dəyişdirməyi 
təklif edirdi. O, 1786-1789-cu illərdə universal beynəlxalq 
40 


təşkilat  yaradılması  planı  ilə  çıxış  edirdi.  Etiraf  etməliyik  ki, 
Bentamm  bir  çox  fikirləri  sonralar  reallaşmışdır.  Beynəlxalq 
münasibətlərdə  öz  əksini  tapan  bu  kimi  istiqamətlər  XX  əsrdə 
siyasi idealizm adı almışdır. 
4.
 
Marksizm və Beynəlxalq münasibətlər 
Beynəlxalq 
münasibətlər 
probleminin 
tədqiqində 
K.Marks  (1818-1883)  və  Fridrix  Engelsin  də  (1820-1895)  az 
əməyi olmamışdır. 
Beynəlxalq  siyasətin  mahiyyətinə  olan  baxışlarına  görə 
onların  görüşlərini  Alman  klassik  fllosoflan  ilə  eyniləşdirmək 
olar. İ.Kant kimi Marksizmin baniləri də daim sülhə nail olmağın 
mümkünlüyünü 
göstərirdilər. 
Lakin 
mənəvi 
(əxlaqi) 
təkmilləşdirmələr  yolu  deyil,  sinfi  mübarizə  və  inqilab  yoluna 
üstünlük  verirdilər.  Hegel  kimi  K.Marks  və  F.Engels  də 
dövlətlərarası  müharibə  və  münaqişənin  zəruri  olduğunu  qeyd 
edirdilər.  Marksizm  klassiklərinə  görə  sinfi  mübarizə  yalnız 
ayrı-ayrı  dövlətlər  çərçivəsində  deyil,  beynəlxalq  münasibətlər 
dairəsində  də  siyasi  proseslərin  hərəkətverici  qüvvəsi  hesab 
edilməlidir. 
Realizm  və  Liberalizmlə  yanaşı  BMN-də  Marksizm 
ideyaları da yayılmışdır. 
BMN-də  Marksizm  ideyaları  Realizm  və  Liberalizmdə 
aşağıdakı cəhətlərə görə fərqlənir:
 
1.
 
Beynəlxalq  münasibətlərin  sektorlarına  görə  (burada 
əsasən  kapitalist  cəmiyyətinin  əsas  sinifləri  olan  burjuaziya  və 
proletariat nəzərdə tutulur); 
2.
 
Beynəlxalq  münasibətlərin  xarakterinə görə. Realizm 
BM-i  anarxiya  şəklində  təsvir  edir.  Liberalizm  BM-də  hüququn, 
dövlətlərarası  etik kodeksin  roluna üstünlük  verir. Marksizm  isə 
BM-i  cəmiyyət  daxilində  burjuaziya  ilə  proletariat  arasında  olan 
ziddiyyətdən  irəli  gələn  imperialist,  istismarçı  münasibət  kimi 
təsvir edir; 
41 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə