E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə10/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   6   7   8   9   10   11   12   13   ...   106

özünün  “Pelepon'  müharibəsinin  tarixi”  adlı  kitabında  göstərirdi 
ki,  dövlətin  siyasətinin  əsasında  ancaq  ayrı-ayrı  konkret 
şəxsiyyətlərin hərəkəti deyil, insanların iradəsindən asıh olmayan 
obyektiv  mənafelər  də  dayanır.  Ayrı-ayrı  dövlətlər  arasındakı 
münasibətlər öz təbiəti baxımından mübahisəlidir- münaqişəlidir. 
Çünki, hər bir dövlət öz mənafeyi baxımından çıxış edir. 
Müharibələr 
də 
beynəlxalq 
münasibətlərdəki 
münaqişələrlə şərtlənir və labüd bir hadisədir. Odur ki, hər bir 
dövlət öz təhlükəsizliyini təmin etmək üçün hərbi qüdrətini artırır. 
Deməli  belə  çıxır  ki,  xarici  siyasətdə  əsas  cəhət  və 
qanunauyğunluq  mənafe  və  gücdür.  Nəticə  etibarı  ilə  bu  fikir 
realizm  adı  almışdır.  Beləliklə  Fukudid  siyasi  realizm 
məktəbinin sələfi hesab edilir. 
2.
 
Beynəlxalq münasibətlərdə realist 
təsəvvürlərin formalaşması və inkişafı 
Əslində  xalqlar  arasında  xarici  ticarət  əlaqələri  daha 
qədimlərdə də mövcud olmuşdu. Lakin xarici siyasət və eləcə də 
beynəlxalq  münasibətlər  barədə  daha  sistem  halında  olan 
təsəvvürlərin  formalaşması  intibah^-  oyanış  dövrlərinə  təsadüf 
edir.  Həmin  dövrlərdə  beynəlxalq  münasibətlərin  tədqiqinə  səy 
göstərən ilk mütəfəkkirlərdən biri də İtaliya tarixşünası, 
Pelepon müharibəsi (431-404 b.e.ə.) qədim Yunanıstanda. 
^ İntibah dövrü. Qərbi Avropada və Mərkəzi Avropada Mədəni və ideoloji inkişaf 
dövrü  nəzərdə  tutulur.  İtaliyada  14-16-cı  əsrləri,  digər  dövlətlərdə  isə  15-17-ci 
əsrləri əhatə edir. Bu oyanışın əsas xarakterik cəhəti ondan ibarətdir ki, feodal 
əsasların  əksinə,  dünyəvi,  kübar,  aristokrat  fikirlər,  humanist  fikirlər  üstünlük 
təşkil  edir.  İntibah  -  İtaliyada  özünü  daha  parlaq  göstərmişdir.  Hələ  13-14-cü 
əsrlərdə İtaliyada şairlərin (Dante), heykəltəraş Nikola Pizanonun, rəssam Pyotro 
Kavalinin  və  Cottonun  (və  digər)  sənət  əsərlərinin  yaradıcılığında  intibahın 
incəlikləri  üçün  zəmin  hazırlanırdı.  Onlar  insanların  hədsiz  iradəsinə, 
imkanlarına inamı artırmağa çalışırdı. 
33 


siyasi  mütəfəkkiri  Nikola  Makiavelli^  (1469-1527)  olmuşdur. 
Beynəlxalq  siyasət  problemində  Makiavellini  realist  ənənənin 
davamçısı  hesab  etmək  olar.  O,  da  insanlarda  güc  işlətmək 
meylinin  varlığına  əsaslanaraq  müharibələrin  zəruri  olmasım 
iddia edirdi. 
Makiavelli göstərirdi ki, dünya xalqları arasında  ümumi 
sülh yaradılması qeyri mümkündür. 
Xarici siyasi fəaliyyətdə hər bir dövlətin əsas vəzifəsi öz 
mənafeyini qorumaqdan (gözləməkdən) ibarətdir. 
Beynəlxalq  aləmdə  hər  cür  siyasətin  əsasını  mənafe  və 
sərfəli olmaq motivi təşkil etməlidir. 
Makiavelli  istər  daxili  və  istərsə  də  xarici  (beynəlxalq) 
siyasətdə  əxlaq  normalarını  və  hətta  hüququ  da  bir  kənara 
qoyurdu. 
Makiavelli yazırdı ki, həyat təcrübəsi göstərir ki, daha az 
söz verən knyazlar daha böyük işlər görürlər. 
Makiavelli  varlanmaq  üçün  acıq-aşkar  müharibələrə 
bəraət  qazandırırdı.  O,  göstərirdi  ki,  «ağıllı  rəhbər»  müharibə 
başlanması  barədə  qərar  qəbul  etdikdə  heç  bir  məhdudiyyət 
qoymamalıdır.  Müharibənin  ədalətli  və  yaxud  qeyri  ədalətli 
olması barədə onun nisbi fərqli fikirləri vardır. 
O  yazırdı;  Müharibə kimin üçün zəruridirsə, onun üçün 
ədalətlidir.  Hər  bir  dövlət  müharibədə  iki  əsas  məqsədi  nəzərdə 
tutur;  qazanmaq,  istila  etmək  və  öz  azadlığını  saxlamaq. 
Qazanmaqla  dövlət  varlanır,  düşmən  isə  kasıblaşır.  Bundan 
başqa qalib gəlmək heç nəyə lazım deyil. 
N.Makiavelli  hər  hansı  bir  dövlətlərarası  münaqişəli 
vəziyyətin  tənzimlənməsinə  inanmırdı.  O  belə  hesab  edirdi  ki, 
siyasətin real amili ancaq gücdür. O, göstərirdi ki, hər bir dövlət 
güclənməyə səy göstərməlidir, ancaq beləliklə siyasi məqsədə nail 
olmaq mümkündür. Beləliklə N.Makiavelli ancaq 

Nikola Makiavelli (1469-1527) İtaliya tarixçisi, siyasi xadim, yazıçı, 
"Florensiyanm tarixi" və bir çox əsərlərin müəllifi. 
34 


gücə  əsaslanmaqla  əxlaq  normalarını  və  hüququ  nəzərə  almırdı. 
Ancaq güc və aldatmaq yolu ilə başqa dövlətlərlə münasibətdə 
siyasi  nailiyyət  əldə  etmək  olar.  Bütün  bunlarla  yanaşı 
Makiavelli xalqların birləşmək hüququnu, xarici təsirlərdən azad 
olmağı, öz müqəddəratını təyin etmək hüququnu da bəyan edirdi. 
Beynəlxalq  münasibətlər  nəzəriyyəsinin  inkişafında 
İngilis  filosofu  Tomas  Qobbasm  da  (1588-1679) böyük rolunu 
qeyd  etmək  olar.  Qeyd  etməliyik  ki.  Tomas  Qobbas  mexaniki 
materializmin iqtisadi sisteminin ilk yaradıcısıdır. 
Dövlətlərarası 
münasibətlərin 
mahiyyətinin 
açıqlanmasında  T.  Qobbasm  ümumi  sosial-siyasi  yanaşması 
ondan  ibarət  idi  ki,  insan  eqoist  (xudbin)  şöhrətpərəstdir, 
hakimiyyətə can atır, başqa insanlar üzərində hakim olmağa 
və  varlanmağa,  hərislik  göstərir.  İnsanların  bu  təbii 
vəziyyətlərinin  və  qarşılıqlı  münasibətlərinin  nəticəsində 
müharibələr baş verir. İnsanlar bir-birinə qarşı dayanır. Bu cür 
təbii vəziyyətin qalması insan cəmiyyəti üçün çox təhlükəlidir. 
Bu vəziyyətin  aradan qaldıniması  üçün insanlar arasında ictimai 
razılıq  olmalıdır.  Bu  kimi  razılığın  əsasında  dövlət  yaranır. 
(Leviafan) 
Təhlükəsizlik,  sülh  və  rahatlığın  təminatı  müqabilində 
insanlar  könüllü  olaraq  özlərinin  hüquq  və  azadlıqlarının  bir 
qismini  dövlətə  güzəştə  getməli  olurlar.  Beləliklə  insanlar 
arasındakı  vəziyyət  nizamlanaraq  “vətəndaşlıq  vəziyyəti”  alır. 
Dövlətlər arasındakı münasibət isə özünün  “təbii”  vəziyyətində 
qalır.  Onların  qarşılıqlı  münasibətlərinin  tənzimlənməsində  güc 
əsas olaraq qalır. 
T.Qobbas belə hesab edirdi ki, dövlət-hərbi düşərgədir. 
Bu düşərgədə əsgərlərin və silahların köməkliyi ilə bir- birindən 
müdafiə  olunursan.  Bu  kimi  fikirlərə  baxmayaraq  T.Qobbas 
məktəbi etik baxımdan müharibəni pisləyirdi. 
Dövlətlərarası 
“təbii” 
münasibətlərin 
qalması 
müharibələri də zəruri edirdi. 
35 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə