E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə13/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   9   10   11   12   13   14   15   16   ...   106

3.
 
BM-in  məqsədinə  baş  verən  proseslərin  mahiyyətinə 
görə və s. 
BM  nəzəriyyəsində  Marksizm  ideyalarının  əsasını  sinfi 
yanaşma  təşkil  edir.  Lakin  XX  əsrin  90  -cı  illərində  dünya 
kommunist sisteminin dağılması Marksizmin bu sinfi yanaşmaya 
əsaslanan konsepsiyasım alt-üst etdi. 
42 


IV
 
Fəsil. 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
VƏ GEOSİYASİ NƏZƏRİYYƏ 
1.
 
Geosiyasi nəzəriyyənin yaranması. 
2.
 
Almaniyada geosiyasət ideyasının yayılması. 
3.
 
Böyük Britaniya geosiyasi məktəbi. 
4.
 
Şimali Amerika geosiyasi məktəbi. 
1.
 
Geosiyasi nəzəriyyənin yaranması 
Oxucuya  aydın  olmaq  üçün  əvvəlcə  ümumiyyətlə  geo- 
politika  (geosiyasi)  anlayışının  açıqlanmasını  vermək  daha 
məqsədəuyğundur. 
Əslində  bu  anlayış  əvvəlcə  “siyasi  coğrafiya”  anlayışı 
kimi yaranıbdır. 
XIX əsrin sonu XX əsrin əvvəllərində bu sahədə bir çox 
əsərlər, kitablar yazılmışdır. Alman coğrafiyaşünası, et- noqraf və 
sosioloqu  Fridrix  Ratsel  “Siyasi  coğrafiya”  adlı  kitab,  İngilis 
coğrafiyaşünası,  Xalford  Makkinder  «Britaniya  və  Britaniya 
dənizi»,  İsveç  siyasətşünası  Rudolf  Çellen  “Dövlət  bir 
orqanizmdir”  və  bu  kimi  əsərlər  yazmışlaır.  Yığcam  şəkildə 
burada  ayrı-ayrı  məkanların,  ərazilərin  tədqiqi  sinfi  və  siyasi 
qüvvələr baxımından əsas götürülür. Yəni hər hansı bir məkanın 
inkişafı siyasi-iqtisadi, tarixi, siyasi, etnomədəni və təbii cəhətləri 
baxımından  araşdırılır.  Siyasi  hadisə  və  proseslər  ərazi 
baxımından differensiyalaşdırıhr. 
Geosiyasət  (coğrafi  siyasət)  isə  siyasi  coğrafiyanın  əsas 
istiqamətlərindən  biridir.  Geosiyasət  hər  bir  dövlətə  coğrafi 
məkan kimi baxır. Aydındır ki, hər bir coğrafi məkan da öz xüsusi 
təbii cəhətləri ilə fərqlənir. 
Geosiyasət  anlayışı  aşağıdakı  amillərin  məcmusunu 
özündə əks etdirir: 
43 



 
Siyasi  cəhət:  burada  dövlət  quruluşunun  tipi, 
cəmiyyətin  sosial  quruluşu,  başqa  dövlətlərlə  qarşılıqlı  əlaqələr, 
siyasi ittifaqlarda və bloklarda iştirak etməsi, dövlət sərhədlərinin 
xarakteri,  münaqişəli  nöqtələrin  mövcudluğu  və  s.  nəzərdə 
tutulur; 

 
İqtisadi 
amillər: 
əhalinin 
həyat 
səviyyəsi, 
iqtisadiyyatın apancı sahələrinin inkişaf səviyyəsi, xarici iqtisadi 
əlaqələrdə iştirakı məsələləri və s.; 

 
Hərbi  sahədə:  hərbi  inkişaf  səviyyəsi,  silahlı 
qüvvələrin  hərbi  qabiliyyəti  və  hərbi  hazırlığı,  hərbi  infrastruk- 
turanm inkişaf səviyyəsi, hərbi kadrların hazırlıq dərəcəsi, hərbi 
xərclər və s.; 

 
Ekologiya  baxımından;  Təbiətin  deqradasiyası 
(pisləşməsi) və onun mühafizəsi tədbirləri

 
Demoqrafiya  vəziyyəti:  burada  əhalinin  təkrar 
istehsalının  xarakteri,  əhalinin  tərkibi,  yerləşməsi  xüsusiyyətləri 
əks olunur; 

 
Mədəni-tarixi cəhətlər: burada elmin inkişafı səviyyəsi 
əsas götürülür. 
Beləliklə, hər bir dövlətin siyasi vəziyyəti yuxarıda qeyd 
etdiyimiz bütün amillərin məcmusu ilə müəyyən olunur. Aydındır 
ki,  burada  coğrafi  və  siyasi  amillər  daha  çox  üstünlük  təşkil 
edirlər. Daha doğrusu coğrafi cəhətlər daha çox siyasiləşdirilir. 
Onu  da  qeyd  etməliyik  ki,  dövlətin  xarici  və  daxili 
siyasətində  coğrafi  şəraitin  rolu  məsələsi  qədim  yunan 
mütəfəkkirləri Platon, Aristotel və Polibiyin ideyalarında da öz 
əksini tapmışdır. Bu kimi fikirlər Romada Sisiron, Strabon kimi 
mütəfəkkirlərin də diqqətini cəlb etmişdir. 
Sonralar coğrafiya ilə siyasətin əlaqəsi məsələsi Fransız 
siyasi  mütəfəkkiri  Jan  Bodeni  (1530-1596)  daha  tez 
maraqlandırmışdır.  O,  göstərirdi  ki,  hər  bir  dövlətin  inkişafı  və 
qüdrəti birbaşa təbii şəraitlə bağlıdır. Bu kimi fikirlərin davamçısı 
Şari Monteskye (1689-1755) özünün “Qanunların ruhu 
44 


haqqında”  əsərində  iqlim  şəraitini  yerin,  yer  səthinin 
(topoqrafiyanın)  dövlət  quruculuğuna,  siyasətə  təsirini  geniş 
tədqiq etmişdir. Əsərin böyük bir fəslini Avropanın və Asiyanın 
bəzi dövlətlərinə həsr etmişdir. O, hətta belə bir qənaətə gəlirdi ki, 
hər  bir  dövlətin  qanunları  onun  fiziki  coğrafi  şəraitinə  uyğun 
olmalıdır. 
Siyasi  fikir  tarixində  coğrafi  qanunauyğunluq  ideyası 
yalnız Fransada deyil, başqa ölkələrdə də yayılmışdır. 
2.
 
Almaniyada geosiyasət ideyasının 
yayılması 
Almaniyada  geosiyasi  ideyanın  yayılması  bu  elmi 
istiqamətin formalaşmasında böyük rol oynamışdır. Alman siyasi 
coğrafiyaşünası  Fridrix  Ratsel  (1844-1904)  ilk  dəfə  olaraq 
göstərir ki, məkan - sadəcə olaraq dövlətin əhatə etdiyi ərazi deyil, 
onun siyasi gücüdür. O, dövləti canlı orqanizm hesab edirdi. Hər 
bir  dövlətin  inkişafını  onun  məkanca  genişləndirilməsi  ilə 
eyniləşdirirdi. 
0.
 
dövlətin  siyasi  mövqeyinin  genişləndirilməsində  7 
müddəanın (və yaxud qanunun) müəllifidir: 
1.
 
Dövlətin ölçüsü onun mədəni inkişafı ilə artır; 
2.
 
Hər bir dövlətin məkanca artması - ideologiya sahəsi, 
istehsal,  kommersiya  fəaliyyəti  və  digər  sahələrin  inkişafı  ilə 
şərtlənməlidir; 
3.
 
Dövlət az əhəmiyyətli siyasi vahidləri mənimsəməklə, 
udmaqla genişlənir; 
4.
 
Sərhəd dövlətin ucqarlarda yerləşən orqanı hesab 
edilir; 
5.
 
Dövlət  öz  məkanını  genişləndirmək  siyasəti  həyata 
keçirməklə öz inkişafı üçün əlverişli sahələri ələ keçirir
6.
 
Nisbətən  zəif  xalqların,  başqa  xalqların  dilinin 
mənimsəməsi  meylinin  artması  da  dövlətin  ərazisinin  artmasına 
zəmin yaradır; 
45 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə