125
edir. Enerjili üzvləri soyudur. İstilik
itirən
üzvləri isə qızdırır.
6.
Qan hemostazın bəzi konstantını – PH, osmos
təzyiqi (izoosmiya), izononlar (izoioniya) və s.
stabilliyini təmin edir.
7.
Qan toxumalar arasında su-duz mübadiləsini
təmin edir. Kapilyarların arterial hissəsindən
mayelər və duzlar toxumalara daxil olur.
Kapilyarların vena hissəsindən isə qana qayıdır.
8.
Müdafiə funksiyası. Qandakı immun cisimlər
(latınca immunib – bir şeydən azad) immunitetin
(bəzi xəstəliklərə tutulmamalıq) əsas hissəsi
olmaqla müdafiə vəzifəsini yerinə yetirir. Başqa
sözlə, canlı yad cisimlər və kinetik cəhətdən yad
maddələrdən orqanizmi müdafiə edir. Bu
leykositlərin faqasitoz (yunanca phagos – udan,
cytos – hüceyrə) fəaliyyəti (hüceyrə immuniteti)
və qanda olan antitellər, hansı ki, mikrobları
məhv etmək və onların zəhərlərini
zərərsizləşdirmək (humoral immunitet)
vasitəsilə orqanizmi müdafiə edirlər. Bu
vəzifəni, həmçinin
bakteriosid properdin
sistemidə yerinə yetirir.
9.
Humoral requlyasiya. Qan nəqliyyat vəzifəsi
sayəsində orqanizmin bütün hissələri arasında
kimyəvi
əlaqə, başqa sözlə humoral
requlyasiyanı təmin edir. Qan hormonları və
digər fizioloji fəal maddələri əmələ gəldiyi
üzvlərdən digər hüceyrələrə aparır.
10.
Kreator əlaqəni təmin edir. Qanın plazması və
formalı elementləri ilə daşınan
makromolekulyar (PHT, nukleotidlər)
126
hüceyrələrarası
məlumatların verilməsini,
zülalların, hüceyrədaxili sintezi proseslərinin
tənzimini, toxumaların bərpası və struktur
quruluşunun saxlanılmasını təmin edir.
Qan plazmadan və formalı elementlərdən ibarətdir.
Formalı elementlər eritrositlər,
leykositlər və trombositlər
olmaq üzrə üç növ hüceyrədən ibarətdir.
Qanın plazması azacıq sarımtıl şəffaf maye olub 90
– 92%-i su və 10 – 8%-i bərk maddədən ibarətdir. Qanın
plazmasının tərkibinə zülallar, azotlu birləşmələr, yağ və
digər lipoidlər, şəkər, südturşusu və digər azotsuz
birləşmələr daxildir. Normada qlükozanın qanda miqdarı
85 – 120 mq% olur ki, buna da «Şəkər güzgüsü» deyilir.
Plazmadakı qeyri-üzvü maddələr kationlardan (Na+, K+,
Ca++, Mg++) və anionlardan (Cl,
-
HPO
4
,
2-
HCO
-
3
)
ibarətdir. Qanın qeyri-üzvi maddələri orqanizmdə bir sıra
vacib funksiyaların icrasında iştirak edir. Qan plazmasında
duzlar 0,9 – 1%-ə qədər olur, bunların çox hissəsi suda
həll olmuş haldadır, bir hissəsi isə zülallarla
kompleks
birləşmələr əmələ gətirir. Qanın xüsusi çəkisi 1,050 –
1,060, plazmanın xüsusi çəkisi 1,025 – 1,034, formalı
elementlərin xüsusi çəkisi 1,090 olur. Qanın xüsusi çəkisi
areometr vasitəsilə müəyyən edilir.
Qandakı duzların mütləq miqdarı nisbətən sabit
qalır. Bunlar qan plazmasının osmos təzyiqini müəyyən
edir.
Qanın osmos təzyiqi təkamül prosesində nisbi
müvazinət kəsb edir və təxminən bütün ali onurğalı hey-
vanlar üçün bərabər səviyyədə qalır.
Qan və yaxud toxuma mayesində olan maddələrin
molekulyar konsentrasiyası osmos təzyiqini əmələ gətirir.
Qandakı sərbəst hidrogen ionlarının qatılığının son
127
dərəcə böyük fizioloji əhəmiyyəti vardır. Bu ionlar
məhlulun PH-nı «fəal reaksiya»sını müəyyən edirlər. Qan
zəif qələvi reaksiyaya malikdir. Qanın fəal reaksiyasının
qiyməti çox böyük bioloji əhəmiyyətə malikdir. Çünki
hüceyrə prosesləri yalnız müəyyən PH-da normal surətdə
cərəyan edə bilər.
Qanın fəal reaksiyası PH=7,35 – 7,4
osmotik
təzyiqi 7,6-8,1 atmosfer, onkotik təzyiqi isə 0,03 – 0,04
atmosferə bərabərdir.
Qanın özlülüyü (suvaşqanlığı) şərti olaraq vahid
qəbul olunan suyun suvaşqanlığından 5 dəfə, plazmanın
suvaşqanlığından isə 1,7 – 2,2 dəfə çox olur. Qana su-
vaşqanlıq verən əsasən formalı elementlər, qismən isə
plazma zülallarıdır. Qanın özlülüyü Ostvald və ya Deter-
man viskozimetri (latınca viscosus-özlü, yapışqan, su-
vaşqan) vasitəsilə müəyyən olunur.
Qanın əsas fizioloji xüsusiyyətləri onun formalı
elementlərinin və plazmasının
tərkib hissəsi ilə
əlaqədardır.
Qan plazmasında laxtalanmada iştirak edən
fermentlərdən başqa qlikogeni parçalayan – amilaza,
yağları parçalayan – lipaza, oksidləşdirici fermentlər – ok-
sidazalar və peroksidazalar vardır. Fermentlər qana ya
qanın formalı elementlərindən və yaxud müxtəlif toxuma
və üzvlərdən daxil olur. Məlumata görə fermentlər qana
həzm aparatından sorulurlar.
Qırmızı qan hüceyrələri müxtəlif heyvanlarda müxtəlif
forma və böyüklüklərinə görə bir-birindən fərqlənirlər.
İnsan və
məməlilərin eritrositləri nüvəsiz
hüceyrələrdir. Balıqlar, amfibilər,
suda-quruda yaşayanlar,
sürünənlər və quşların eritrositlərində nüvə vardır, özləri
də oval və yaxud mərciyə bənzər formaya malikdirlər.
128
Eritrositlərin əmələ gəlməsi prosesi, pozulduğu və qanda
bunların miqdarı azaldığı zaman insanda nüvəli eritrositlər
meydana gəlir.
Kişilərdə bir kubmillimetr qanda 5 milyon, qad-
ınlarda 4,5 milyona yaxın eritrosit olur. Ömürləri 120 –
130 günə qədər olur. Eritrositlərin səthi onların malik
olduqları boy və həcmlə əlaqədardır.
İ.M.Seçenov (1835) ilk dəfə müəyyən etmişdir ki,
eritrositlər və onlarda olan hemoqlobin nəinki oksigen,
hətta karbon qazı da daşıyırlar.
Eritrositlərə nisbətən qandakı leykositlər və yaxud
ağ qan hüceyrələri azdırlar, bu hüceyrələr arasında olan
nisbət təxminən 1:600-ə olan nisbətinə bərabərdir.
İnsan qanının bir kubmillimetrində 6 – 8 min
leykosit vardır. Leykositlərin
ömrü bir neçə gündən on
illərlə davam edir.
Ümumi qanın miqdarı insanda və müxtəlif hey-
vanlarda müxtəlifdir. İnsanda qanın miqdarı bədən
ağırlığının 5 – 7%-ni təşkil edir.
Orqanizmin toxumalarını təşkil edən hüceyrələr
müəyyən müddət yaşadıqdan sonra qocalır, degenerasi-
yaya uğrayır və nəhayət, ölürlər. Ölmüş hüceyrələrin
yerini yeniləri əvəz edir.
Embrion doğulana qədər qan sümük iliyi, qaraciyər
və dalağın iştirakı ilə yaranır.
Bundan sonra qan yaranma-
sının postembrional dövrü başlayır.
Bu dövrdə hər qrup qan hüceyrəsinin yarandığı yer
qəti müəyyən edilir. Belə ki, eritrositlər, qranulositlər və
trombositlər sümük iliyində, limfositlər dalaq və limfa
düyünlərində, monositlər isə retikulo-endotelial sistemdə
yaranırlar.