E L E K T R O N B İ Z N E S
_________________________46___________________________
münasıbətlərin və məhsulun inkişafı ilə bağlı strateji
məsələlərlə məşğul olan virtual şirkət modelinə keçid baş verir.
Əgər ənənəvi şirkətlər üçün inteqrasiyanın bu üç
mərhələsini ardıcıl keçmək təbii sayılırsa, yeni yaradılan
şirkətlər
əzəl-başdan
elektron
biznesdən
istifadəyə
yönəldildiyindən, birbaşa 3-cü mərhələyə düşürlər.
Nəhayət,
dördüncü mərhələdə ənənəvi şirkət ləğv edilir,
həqiqətən virtual şirkət yaradılır. Çünki yeni iqtisadiyyatda
bazara giriş maneələri kəskin şəkildə zəifləyir, hamı yeni
istiqamətli biznesə qoşulmağa səy göstərir. Hər şey dəyərin
əlavə edilməsi zəncirinə bağlanır. Məhsulun konfiqurasiyasını
istehsalçı deyil, sifarişçi-müştəri müəyyən edir. Sifarişin icrası
avtomatik olaraq lazımı konfiqurasiyalı məhsulun buraxılışına
keçilməsini təmin edir.
ELEKTRON BİZNESİN ƏSAS MODELLƏRİ
İnternet şəbəkəsinin inkişafı biznesin aparılması üsullarını
köklü surətdə dəyişdirmişdir. İnternet indi nəinki təkcə məhsul
və xidmətlərin yeni reklam kanalı kimi istifadə edilir, o həm də
şirkətin müştərilərlə qarşılıqlı əlaqələri kanalı olub, tələbin
öyrənilməsini, sifarişlərin təşkilini, məhsul və xidmətlərin
satışını və satışsonrası qulluq edilməsini təmin edir. Bazar
haqqında gerçək və daim təzələnən və dəqiqləşdirilən
informasiyanın mövcudluğu təşkilat rəhbərliyinə imkan verir ki,
həm biznes partnyorlara, həm də məhsul və xidmətlərin son
istehlakçılarına nəzərən dəyişikliyə uğrayan situasiyalarda
operativ reaksiya versin.
Sərt bazar rəqabəti şəraitində təşkilatın uğur qazanması
mövcud və potensial müştərilərlə qarşılıdlı fəaliyyət göstərmək
E L E K T R O N B İ Z N E S
_________________________47___________________________
bacarığından çox asılıdır. Müştərilərin tələbi və bəyəndikləri
barədə zəruri informasiyanın alınması və bacarıqla istifadə
edilməsi müştərilərlə uzunmüddətli və qarşılıqlı faydalı
münasibətlər yaradılmasına imkan verir. Müştərilərlə qarşılıqlı
münasibətlərin təkmilləşdirilməsi müştəri qruplarını anlamaq və
hər bir qrupla ayrıca səmərəli qarşılıqlı fəaliyyət qurmağa
kömək edən təşkilati intizamdır.
İqtisadi
fəaliyyətin
informasiya
təminatının
təkmilləşdirilməsi həm bazarda təmsil olunmuş informasiya
xidməti satıcılarının, yaxud informasiya vasitəçilərinin fəaliyyəti
hesabına,
həm
də
yuxarı
idarəetmə
səviyyəsinin
menecerlərinin təşəbbüsü ilə təşkilatdaxili biznes-proseslərin
mahiyyətcə dəyişilməsi hesabına həyata keçirilə bilər.
Forrester Research-ın məlumatına görə 2004-cü ildə
dünyada elektron ticarətin ümumi həcmi 6,8 trillion dollar artıq
olmuşdur. Həmin dövrdə ABŞ və Kanada iqtisadiyyatın bu
sektorunda kiçik xüsusi çəkiyə malik olsalar da, burada
vəziyyət sürətlə dəyişməkdədir. Asiya-Sakit Okean regionu
ölkələrində və Qərbi Avropada elektron biznes sürətlə artır.
Mütəxəssislər B2C (əmtəə və xidmətlərin son istifadəçilərinə
yönəlik elektron biznes modeli) sferasında daha sürətli artım
gözləyirlər.
İdarəedici qərarların keyfiyyətinin yüksəldilməsinin yaxşı
tanınmış üsulu qərar qəbulu üçün lazım olan informasiyanın
gerçəkliyinin yüksəldilməsi ilə yanaşı onun alınması vaxtının
qısaldılmasından ibarətdir.
İnternet texnologiyaları üzərində qurulan informasiya
mübadiləsindən geniş istifadə edilməsi zəruri məlumatların
yüksək keyfiyyətlə operativ əlçatanlığını təmin edir. Elektron
biznesə obyektiv surətdə müəyyən informasion disproporsiyalı-
E L E K T R O N B İ Z N E S
_________________________48___________________________
lıq xasdır. İnformasiya disproporsiyalılığının mövcudluğu, yəni
qarşlıqlı iqtisadi fəaliyyət iştirakçılarının qərar qəbulu üçün
müxtəlif keyfiyyətli informasiyadan istifadə etməsi halı qərar
qəbulu zamanı müəyyən risklərə yol açır. İnternet-texnolo-
giyadan istifadə edilməsi həm tələb olunan məlumat
mənbələrinə müraciəti sadələşdirir və iqtisadi cəhətdən
məqsədəuyğun edir, həm də qəbul edilən qərarın optimal
olması ehtimalını artırır.
Biznes-fəliyyətin həyata keçirilməsi üçün lazım olan
informasiyanın alınmasının dəyərinin aşağı salınması dəyər
əlavə edilməsi zəncirinin optimallaşdırılması məqsədi ilə biznes-
proseslərin yenidən təşkil edilməsinə imkan verir. O cümlədən,
istehsalın zəruri materiallarla və komplektləşdirici məmulatlarla
təchiz edilməsi sistemi, konkret təşkilatın məhsul və
xidmətlərinin satışı və alıcıya çatdırılması təkmilləşdirilə və
birbaşa xərclər azaldıla bilər. İqtisadi əhəmiyyətli gerçək infor-
masiyaya yüksək keyfiyyətli əlçatanlığın iqtisadi cəhətdən
səmərəli təmin edilməsi təşkilatın və onun məhsulunun
elektron biznes bazarında rəqabət qabiliyyətini artırır.
IDC (
www.idc.com
) şirkətinin məlumatına görə, 2001-ci
ildə bütün onlayn satışların 83%-i
B2B (biznes-partnyorlara
yönəlik elektron biznes modeli) sektorunun payına
düşmüşdür. 2006-cı ildə bu rəqəm 88% təşkil etmişdir.
İnternetdə istehlakçıların sayı müəssisələrin sayından xeyli çox
olmasına baxmayaraq, bines-partnyorlar arasında baş tutmuş
alqı-satqı sövdələşmələri pərakəndə satışı dəfələrlə üstələyir.
Biznes-partnyora yönəlik elektron biznes sahəsində (B2B)
aşağıdakı biznes-modellər kifayət qədər dəqiq təyin edilmişdir:
•
Satınalmaların (o cümlədən, elektron kataloqlardan
istifadə edilməklə) elektron idarə edilməsi;
Dostları ilə paylaş: |