E L E K T R O N B İ Z N E S
_________________________49___________________________
•
Elektron hərraclar (auksionlar);
•
Elektron birjalar;
•
Portallar.
Qeyd etmək lazımdır ki, adı çəkilən modellərin dəqiq
sərhədləri yoxdur. Belə ki, konkret sahibkarlıq təcrübəsində
konkret həllərdə bu modellərin bir-neçəsi təmsil oluna bilər.
Elektron ticarət meydançaları yaradılarkən satıcılarla
alıcılar arasında qarşılıqlı fəaliyyətin təşkili üçün müxtəlif
texnologiyalardan istifadə edilir. Bu, elektron kataloqlar üzrə
satışa xas olan sabit qiymət texnologiyası və ya hərrac və birja
ticarətinə xas olan dinamik qiymətəmələgəlmə sistemi ola
bilər.
Kataloqlar üzrə ticarət və ya verilənlərin aqreqatorları
texnologiyası satıcıları və alıcıları bir yerə toplayır. Bu
texnologiya, adətən, çox da baha olmayan malların satışında
tez-tez rast gələn və satıcıları və alıcıları güclü
fraqmentləşdirən sahələr üçün xarakterikdir. Bu halda
qiymətləri razılaşdırmağın mənası yoxdur, qiyməti satıcı təyin
edir. Kataloqlar üzrə ticarət texnologiyası satış əsasən tanınmış
malgöndərənlər tərəfindən və müəyyən qaydalar üzrə həyata
keçirilərkən yaxşı işləyir. Bu halda alıcılar çoxsaylı kiçik
malgöndərənlərin təklif etdikləri məhsul və xidmətlərlə daha
yaxşı tanış olmaq və seçim imkanı əldə edir. Nəhayət, bu
texnologiya tələb kifayət qədər dəqiq proqnozlaşdırılan və
qiymət dəyişikliyi nadir hallarda baş verən bazarda daha yaxşı
işləyir.
Hərrac texnologiyası satıcıları və alıcıları qiymətlər fəzası
ilə təmin edir. Bu texnologiya qeyri-standart, özlüyündə
yeganə və ya tez xarab olan mal və xidmətlərin satışında və ya
alışında, əmtəənin dəyəinin təyin edilməsinə müxtəlif yanaş-
E L E K T R O N B İ Z N E S
_________________________50___________________________
maların tətbiqi zamanı yaxşı işləyir. Bu qrupa: nadir əşyalar,
əsas avadanlıqlar, işlənmiş mallar, anbardakı qalıqlar və buna
bənzər məhsullar aid edilir.
Birja texnologiyası tələb və təklifin müvəqqəti
razılaşdırılmasını təmin edir. Bu texnologiya tələb-təklifin real
vaxtda razılaşdırılması, bazar qiymətlərinin müəyyən edilməsi,
həmçinin sövdələşmələrin qeydiyyatı mexanizmlərinin yaradıl-
masını tələb edir. Bu, bir-neçə asan standartlaşdırılan
xarakteristikaya malik standartlaşdırılmış məhsul üçün ən yaxşı
texnologiyadır. Birja texnologiyası tələb və qiymətlərin qeyri-
sabit olduğu bazarlar üçün daha cəlbedicidir. Bu texnologiya
iştirakçılara tələbin piki və artıqlığını idarə etməyə imkan verir.
Bir-neçə il əvvəl Rusiyada barter texnologiyası geniş
tətbiq edilirdi. Barter texnologiyası qarşılıqlı maraq doğuran
resurslara malik iki tərəfi bir-birinə bağlayır. Barter
texnologiyası adətən inflyasiyalı iqtisadiyyatda tətbiq edilir.
Barter texnologiysı maliyyə risklərini minimumlaşdıran iqtisadi
instrument kimi özünü doğruldur.
Rəqabət şəraitində biznesin uğurla aparılmasının mühüm
amili partnyorlarla qarşılıqlı fəaliyyət bacarığıdır. Biznes
partnyorların gerçək imkanları və planlaşdırdıqları əməliyyatlar
barədə lazımi informasiyanın operativ qaydada alınması,
həmçinin yaxşı təşkil edilmiş elektron məlumat mübadiləsi
texnologiyası uzunmüddətli və qarşılıqlı faydalı münasibətlər
yaratmağa imkan verir.
ABŞ-da ümumiqtisadi tənəzzüllə əlaqədar olaraq Şimali
Amerikada əmtəə və xidmətlərin son istifadəçilərinə yönəlik
elektron biznes modeli olan
B2C modelinin inkişafının
zəifləməsi fonunda Asiya-Sakit Okean regionunda pərakəndə
satıcıların onlayn fəallığı günbəgün artmaqdadır. Bu bazar ildə
E L E K T R O N B İ Z N E S
_________________________51___________________________
100%-dən çox artır.
Boston Consulting Group (www.bcg.com)
şirkətinin verdiyi məlumata görə, Yaponiyada, Avstraliyada,
Tayvanda, Koreyada və digər region ölkələrində pərakəndə
elektron mağazaların uğurları, ilk növbədə, iri nüfuzlu bazar
iştirakçılarının səyi ilə mümkün olmuşdur.
Asiya-Sakit Okean regionunda pərakəndə elektron
bazarın sonrakı inkişafı iki əsas amillə bağlı olmuşdur: birinci,
İnternet auditoriyasının genişlənməsi tempidir. Belə ki, 2004-
cü ildə bu regionda sənayecə inkişaf etmiş ölkələrdəki əhalinin
50%-i kompüter şəbəkələrindən istifadə edirdi. İkinci amil son
istehlakçıya yönəlik elektron biznes üzrə əlavə xidmətlərin
(Xidmətlərə görə hesablara ödəmələr, informasiyalı xəbər
mübadiləsi (biletlərin, mehmanxanada yerlərin, turist
qruplarında iştiraketmələrin bronlaşdırılması və s.)) böyük
sürətlə inkişaf etməsidir. Asiya-Sakit Okean regionunda son
istehlakçıya yönəlik elektron biznes bazarının xüsusi çəkisi
Avropa İttifaqını ötərək Şimali Amerikanın xüsusi çəkisinə
yaxınlaşmış və 24% təşkil etmişdir.
ABŞ-da elektron biznesin 25%-i son istehlakçıya yönəlik
biznesdir. Avropada bu göstərici 20%-dir.
Hal-hazırda son istehlakçıya yönəlik biznesin aşağıdakı
modelləri mövcuddur:
•
Elektron reklam;
•
Elektron ticarət;
•
İnformasion xidmətlər;
•
Elektron səhiyyə;
•
Distant təhsil;
•
Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi.
Dostları ilə paylaş: |