E L E K T R O N B İ Z N E S
_________________________38___________________________
Həll qəbul edilərkən müəyyənedici amillər kimi
sahibolmanın icmal dəyəri (SİD - TCO -Total cost of Ownership
– совокупная стоимость владения (ССВ)) və
investisiyaların
qaytarılması göstəricisi (ROI - Return on Investment –
показатель возврата инвестиций (ПВИ)
) ön plana
çəkilməlidir. Yəni seçilən sistemin xərci ağlabatan, xərçinin
çıxarılması təminatlı olmalıdır. Proqram-aparat platformalarının
seçilməsinə həlledici təsir göstərən amillərdən: təşkilatın
sərəncamında olan hesablayıcı vasitələr, hesablayıcı texnikanı
müşayiət
edən
və
avtomatlaşdırılmış
sistemlərin
layihələşdirilməsi ilə məşğul olan işçi heyətin təcrübəsi və
ixtisas səviyyəsi və informasiya infrastrukturunun inkişafı
sahəsinə rəhbərlik edənlərin strateji qərarları misal göstərilə
bilər.
E L E K T R O N B İ Z N E S
_________________________39___________________________
ELEKTRON BİZNESİN İNTEQRASİYA
SƏVİYYƏLƏRİ
Elekrton biznesin aparılması platforması kimi İnternetin
mənimsənilməsi həmişə subyektin özünün kiberfəzada
mövcudluğunun qeyd edilməsi mərhələsindən başlanır. Birinci
mərhələdə təşkilat öz fəaliyyətinin istiqamətini xarakterizə
edən məlumatların, yəni, məhsullar və xidmətlər barədə
xəbərlərin, əlaqə ünvanları və telefonlarının və s. qeyd edildiyi
informasiya səhifələri toplusu yaradır. Bəzən bu səhifələr
təşkilatın bəzi, məsələn, məhsulların qiymətlərini saxlayan
daxili verilənlər bazası ilə əlaqələndirilir ki, bu bazadakı
dəyişikliklər avtomatik şəkildə səhifədə öz əksini tapır. Bu
mərhələdə İnternet əlavə reklam kanalı kimi istifadə edilir və
bütün
informasiya
axınları
təşkilatdan
kənara
istiqamətləndirilir.
Nisbətən mürəkkəb mərhələ informasiya axınlarının
xaricdən təşkilata yönəldilməsini tələb edir. Bu axınlar
istifadəçilər arasında sorğu aparılması yolu ilə əldə edilmiş
bazarın vəziyyəti haqqında və ya qarşılıqlı iqtisadi fəaliyyətin
forması, məsələn, məhsul üçün sifariş formasının doldurulması
barədə lazımi məlumatları daşıya bilər. Bu mərhələyə çıxış
daha böyük iqtisadi səmərə vəd edir. Lakin təşkilatın bu
mərhələyə keçməsi üçün təhlükəsizlik maneəsi aşılmalıdır
(aradan qaldırılmalıdır). Xarici istifadəçilərin təşkilatın daxili
strukturları ilə (həm verilənlər bazaları, həm də işçi heyəti ilə)
qarşılıqlı fəaliyyətinə icazə verən qərarlar səviyyəsinə çıxmaq
lazımdır.
E L E K T R O N B İ Z N E S
_________________________40___________________________
“Küçə” (daha doğrusu, virtual küçə) istifadəçilərinə xidmət
göstərmək səviyyəsinə çıxarkən həmin istifadəçilərin təşkilatın
resurslarına pozuçu təsiri imkanlarını hesaba almaq lazımdır.
İşçi heyətinə kiberfəza strukturları ilə qarşılıqlı fəaliyyət
göstərmək imkanının verilməsi təşkilatın maliyyə resurslarının
qeyri-məqsədli istifadə edilməsinə (məsələn, elektron poçtun
və iş vaxtının xidməti vəzifəyə dəxli olmayan yazışmalar üçün
istifadə edilməsi) şərait yaradır.
Növbəti mərhələdə təşkilatın ayrı-ayrı iqtisadi fəaliyyət
əməliyyatlarının (sifarişlərin rəsmiləşdirilməsi, müqavilələrin
bağlanması, malgöndərənlər və malalanlarla hesablaşmalar və
s.) İnternet vasitəsilə həyata keçirilməsini təmin edən həllər
işlənib hazırlanır və tətbiq edilir. Hər bir proqram əlavəsi ayrıca
(əlahiddə) struktur kimi işləyir və təşkilatın informasiya
resursları ilə özünəməxsus interfeysə malik olur. Səviyyədən-
səviyyəyə keçdikcə hər bir həllin (qərarın) iqtisadi cəhətdən
məqsədəuyğunluğu daha əyani olur, kiberfəzada aparılan
biznesin təhlükəsizliyinin təminatına cavabdeh olan işçi
heyətinin topladığı təcrübə və ixtisas hazırlığı rəhbərliyə daha
çox optimizm aşılayır.
Real inteqrasiya mərhələsinə keçid bütün biznes-
proseslərin iki tərəfli koordinasiyassına gətirib çıxarır.
İnteqrasiya təşkilatın əvvəl mövcud olmuş verilənlər
bazalarındakı məlumatları özündə birləşdirən vahid informasiya
serveri əsasında həyata keçirilir və dəyər əlavə edilməsi
zəncirlərinin formalaşdırılması zamanı xərclərin azaldılması üzrə
işlərin koordinasiya edilməsinə və daxili və xarici əməliyyatların
icrasının səmərəliliyinin yüksəldilməsinə imkan verir.
Növbəti mərhələdə bazarın müəyyən sektoru üçün
məhsul və xidmət istehsalında iştirak edən bütün firmalar
E L E K T R O N B İ Z N E S
_________________________41___________________________
inteqrasiya edilir. İnteqrasiya istehsal prosesinin, müqavilələr
və qarşılıqlı hesablaşmalar sisteminin idarə edilməsi üçün vahid
informasiya mühitinin yradılması əsasında mümkün olur.
Beləliklə, elektron bazarının vahid kiberfəzası yaradılır.
Elektron biznesin inteqrasiya səviyyələrinin şərh edilən
inkişafı sxemində hər bir növbəti inkişaf mərhələsi özündən
əvvəlki mərhələnin məntiqi davamı kimi formalaşdırılır.
Biznes-əlavələrin təkamülü elektron biznesin inteqrasiyası
proseslərinin gedişində aşağıdakı mərhələlərdən keçir:
•
Server inteqrasiyası instrumentləri, məhsuldarlığın təhlili
üçün proqram instrumentləri, işçi qruplar üçün tətbiqi
proqramlar, İnternet texnologiyaları əsasında təşkil
edilmiş
firmadaxili
proqram
əlavələri,
kompüterləşdirilmiş öyrətmə;
•
Maraq qrupları üçün müştəri proqram əlavələri, sahəvi
şaquli və sahəvi üfqi əlavələr;
•
Elektron ticarət sistemləri, elektron biznesin tətbiqi
proqramları, virtual şirkətin fəaliyyətini təmin edən
proqram vasitələri;
•
Təşkilat üçün müqavilə bağlanması proseslərinin idarə
edilməsi, məhsul və xidmətlərin qlobal axtarışı, milli və
qlobal informasiya infrastrukturları.
İnformasiyanın idarə edilməsi texnologiyalarının təkamülü
elektron biznesin inteqrasiyası proseslərinin gedişində
aşağıdakı mərhələlərdən keçir:
•
Faylların göndərilməsi, daxili elektron poçt, təşkilatdaxili
elektron məlumat mübadiləsi;
•
Xəbər mübadiləsinin universal interfeysi, iqtisadi
birliklərin verilənlər bazaları, birliklərin işçi qrupları
arasında məlumat mübadiləsi texnologiyası;
Dostları ilə paylaş: |