E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə11/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________38___________________________ 
 
Həll  qəbul  edilərkən  müəyyənedici  amillər  kimi 
sahibolmanın icmal dəyəri (SİD - TCO -Total cost of Ownership 
–  совокупная  стоимость  владения  (ССВ))  və 
investisiyaların 
qaytarılması  göstəricisi  (ROI  -  Return on Investment  – 
показатель  возврата  инвестиций  (ПВИ)
)  ön plana 
çəkilməlidir.  Yəni  seçilən  sistemin  xərci  ağlabatan,  xərçinin 
çıxarılması təminatlı olmalıdır. Proqram-aparat platformalarının 
seçilməsinə  həlledici  təsir  göstərən  amillərdən:  təşkilatın 
sərəncamında  olan  hesablayıcı  vasitələr,  hesablayıcı  texnikanı 
müşayiət 
edən 
və 
avtomatlaşdırılmış 
sistemlərin 
layihələşdirilməsi  ilə  məşğul  olan  işçi  heyətin  təcrübəsi  və 
ixtisas  səviyyəsi  və  informasiya  infrastrukturunun  inkişafı 
sahəsinə  rəhbərlik  edənlərin  strateji  qərarları  misal  göstərilə 
bilər.  
 
   
  
 
 
 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________39___________________________ 
 
ELEKTRON BİZNESİN İNTEQRASİYA 
SƏVİYYƏLƏRİ 
 
Elekrton  biznesin  aparılması  platforması  kimi  İnternetin 
mənimsənilməsi  həmişə  subyektin  özünün  kiberfəzada 
mövcudluğunun  qeyd  edilməsi  mərhələsindən  başlanır.  Birinci 
mərhələdə  təşkilat  öz  fəaliyyətinin  istiqamətini  xarakterizə 
edən  məlumatların,  yəni,  məhsullar  və  xidmətlər  barədə 
xəbərlərin, əlaqə ünvanları və telefonlarının və s. qeyd edildiyi 
informasiya  səhifələri  toplusu  yaradır.  Bəzən  bu  səhifələr 
təşkilatın  bəzi,  məsələn,  məhsulların  qiymətlərini  saxlayan 
daxili verilənlər  bazası  ilə  əlaqələndirilir  ki,  bu  bazadakı 
dəyişikliklər  avtomatik  şəkildə  səhifədə  öz  əksini  tapır. Bu 
mərhələdə  İnternet  əlavə  reklam  kanalı  kimi  istifadə  edilir  və 
bütün 
informasiya 
axınları 
təşkilatdan 
kənara 
istiqamətləndirilir. 
Nisbətən  mürəkkəb  mərhələ  informasiya  axınlarının 
xaricdən  təşkilata  yönəldilməsini  tələb  edir.  Bu  axınlar 
istifadəçilər  arasında  sorğu  aparılması  yolu  ilə  əldə  edilmiş 
bazarın  vəziyyəti  haqqında  və  ya  qarşılıqlı  iqtisadi  fəaliyyətin 
forması, məsələn, məhsul üçün sifariş formasının doldurulması 
barədə  lazımi  məlumatları  daşıya  bilər.  Bu  mərhələyə  çıxış 
daha böyük iqtisadi səmərə  vəd  edir.  Lakin  təşkilatın  bu 
mərhələyə  keçməsi  üçün  təhlükəsizlik  maneəsi  aşılmalıdır 
(aradan  qaldırılmalıdır).  Xarici  istifadəçilərin  təşkilatın  daxili 
strukturları ilə (həm verilənlər bazaları, həm də işçi heyəti ilə) 
qarşılıqlı  fəaliyyətinə  icazə  verən  qərarlar  səviyyəsinə  çıxmaq 
lazımdır. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________40___________________________ 
 
“Küçə”  (daha  doğrusu,  virtual  küçə)  istifadəçilərinə  xidmət 
göstərmək  səviyyəsinə  çıxarkən  həmin  istifadəçilərin  təşkilatın 
resurslarına  pozuçu  təsiri  imkanlarını  hesaba  almaq  lazımdır. 
İşçi  heyətinə  kiberfəza  strukturları  ilə  qarşılıqlı  fəaliyyət 
göstərmək  imkanının  verilməsi  təşkilatın  maliyyə  resurslarının 
qeyri-məqsədli  istifadə  edilməsinə  (məsələn,  elektron  poçtun 
və  iş  vaxtının  xidməti  vəzifəyə  dəxli  olmayan  yazışmalar  üçün 
istifadə edilməsi) şərait yaradır. 
Növbəti  mərhələdə  təşkilatın  ayrı-ayrı  iqtisadi  fəaliyyət 
əməliyyatlarının  (sifarişlərin  rəsmiləşdirilməsi,  müqavilələrin 
bağlanması,  malgöndərənlər  və  malalanlarla  hesablaşmalar  və 
s.)  İnternet  vasitəsilə  həyata  keçirilməsini  təmin  edən  həllər 
işlənib hazırlanır və tətbiq edilir. Hər bir proqram əlavəsi ayrıca 
(əlahiddə)  struktur  kimi  işləyir  və  təşkilatın  informasiya 
resursları  ilə  özünəməxsus  interfeysə  malik  olur.  Səviyyədən-
səviyyəyə  keçdikcə  hər  bir  həllin  (qərarın)  iqtisadi  cəhətdən 
məqsədəuyğunluğu  daha  əyani  olur,  kiberfəzada  aparılan 
biznesin  təhlükəsizliyinin  təminatına  cavabdeh  olan  işçi 
heyətinin  topladığı  təcrübə  və  ixtisas  hazırlığı  rəhbərliyə  daha 
çox optimizm aşılayır. 
Real  inteqrasiya  mərhələsinə  keçid  bütün  biznes-
proseslərin  iki  tərəfli  koordinasiyassına  gətirib  çıxarır. 
İnteqrasiya  təşkilatın  əvvəl  mövcud  olmuş  verilənlər 
bazalarındakı məlumatları özündə birləşdirən vahid informasiya 
serveri  əsasında  həyata  keçirilir  və  dəyər  əlavə  edilməsi 
zəncirlərinin formalaşdırılması zamanı xərclərin azaldılması üzrə 
işlərin koordinasiya edilməsinə və daxili və xarici əməliyyatların 
icrasının səmərəliliyinin yüksəldilməsinə imkan verir.  
Növbəti  mərhələdə  bazarın  müəyyən  sektoru  üçün 
məhsul  və  xidmət  istehsalında  iştirak  edən  bütün  firmalar 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________41___________________________ 
 
inteqrasiya  edilir.  İnteqrasiya  istehsal  prosesinin,  müqavilələr 
və qarşılıqlı hesablaşmalar sisteminin idarə edilməsi üçün vahid 
informasiya  mühitinin  yradılması  əsasında  mümkün  olur. 
Beləliklə, elektron bazarının vahid kiberfəzası yaradılır.  
Elektron  biznesin  inteqrasiya  səviyyələrinin  şərh  edilən 
inkişafı  sxemində  hər  bir  növbəti  inkişaf  mərhələsi  özündən 
əvvəlki mərhələnin məntiqi davamı kimi formalaşdırılır.  
Biznes-əlavələrin təkamülü elektron biznesin inteqrasiyası 
proseslərinin gedişində aşağıdakı mərhələlərdən keçir: 

 
Server inteqrasiyası instrumentləri, məhsuldarlığın təhlili 
üçün proqram instrumentləri,  işçi  qruplar  üçün  tətbiqi 
proqramlar,  İnternet  texnologiyaları  əsasında  təşkil 
edilmiş 
firmadaxili 
proqram 
əlavələri, 
kompüterləşdirilmiş öyrətmə; 

 
Maraq  qrupları  üçün  müştəri  proqram  əlavələri,  sahəvi 
şaquli və sahəvi üfqi əlavələr; 

 
Elektron  ticarət  sistemləri,  elektron  biznesin  tətbiqi 
proqramları,  virtual  şirkətin  fəaliyyətini  təmin  edən 
proqram vasitələri; 

 
Təşkilat  üçün  müqavilə  bağlanması  proseslərinin  idarə 
edilməsi,  məhsul və  xidmətlərin  qlobal  axtarışı,  milli  və 
qlobal informasiya infrastrukturları. 
İnformasiyanın idarə edilməsi texnologiyalarının təkamülü 
elektron  biznesin  inteqrasiyası  proseslərinin  gedişində 
aşağıdakı mərhələlərdən keçir: 

 
Faylların göndərilməsi, daxili elektron poçt, təşkilatdaxili 
elektron məlumat mübadiləsi; 

 
Xəbər  mübadiləsinin  universal  interfeysi,  iqtisadi 
birliklərin  verilənlər  bazaları,  birliklərin  işçi  qrupları 
arasında məlumat mübadiləsi texnologiyası; 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə