E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə52/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   44   45   46   47   48   49   50   51   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________190___________________________ 
 
kəmiyyətin  keyfiyyətə  keçməsində  əvvəli  olmayanları 
materiya adlandırır. Bununla yanaşı alim qeyd edir ki, əsası 
və  atributu  olmayan  (fəlsəfədə  substansiyanın  ayrılmaz 
xüsusiyyəti,  ayrılmaz  cəhəti,  məsələn,  hərəkət  materiyanın 
atributudur),  səbəbsiz,  əsli  olmayan,  vaxtından  qabaq 
dəyişməyən,  bütün  bunları  insan  düşüncəsi  anlaya  bilməz, 
bunlar  tədqiqat  obyekti  ola  bilməz,  deməli  fəlsəfə 
mövzusuda ola bilməz, çünki fəlsəfə ancaq olanların təbiətini 
dərk edə bilir.  
əl-Kindi 
“Hind 
cəbrinin 
tətbiqi”, 
“Ədədlərin 
harmoniyası”, “Rəqəmlər baxımından vahidlik”, “Bərabəryanlı 
çoxbucaqlılar”, “Dairənin iki nöqtəsini birləşdirən düz xəttin – 
xordanın  təxmini  hesablaması”,  “İzoperimetrik  məsələlər 
haqqında”,  “Sonsuz  ədədlərin  və  paralel  xətlərin  bölünməsi 
haqqında”,  “Kriptoqrafik  məlumatların  deşifrələnməsi 
haqqında”,  “Kürə  daxilində  qurulanlar  haqqında”,  “Kürənin 
müstəvi  üzərində  layihələnməsi  haqqında”,  “Günəş 
saatlarının  qurulması”,  “Yerdən  Aya  qədər  olan  məsafənin 
təyin  edilməsi”,  “Səmada  baş  verənlər  haqqında”, 
“Planetlərin  hərəkəti”  və  s.  bu  kimi  sanballı  əsərlərin 
müəllifidir. 
əl-Kindi harmoniya haqqında qədim əlyazmanı tərcümə 
etmiş  və  müsiqi  səsləri  arasında  olan  intervalın  ədədlərlə 
bağlılığını  göstərmişdir.  O,  ilk  dəfə  olaraq  Şərqdə,  ərəb 
hərflərindən  istigfadə  etməklə  müsiqini  nota  almışdır.  Alim 
bu  sahədə  bir  neçə  elmi  əsər  yazmışdır.  Bunlara  “Melodiya 
və  səs  haqqında”,  “Melodiyanın  tərtib  edilmə  təcrübəsi”, 
“Ritm  haqqında”,  “Musiqinin  əsas  bölmələri”,  “Musiqi 
mövzusunun  bir  neçə  səs  tərəfindən  ardıcıl  surətdə  təkrar 
edilməsinin bölünməsi haqqında” və digər əsərləri göstərmək 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________191___________________________ 
 
olar.  
əl-Kindi  Pifaqor  ideyalarına  əsaslanan  musiqi 
nəzəriyyəsindən  istifadə  etməklə  musiqi  sənəti  ilə 
makrokosmosda 
(kainatda, 
dünyada, 
aləmdə) 
və  
mikrokosmosda  (kiçik  kəmiyyətlər  aləmində,  atomlar 
aləmində)  baş  verən  çoxlu  sayda  hadisələr  arasında  olan 
əlaqəni göstərmişdir. 
Alim  musiqi  aləti  udun  simlərinin  sayını  (Ud  musiqi 
alətində  dörd  sim  vardır)  su,  torpaq,  hava  və  od  ilə, 
dünyanın dörd istiqaməti (şimal, cənub, şərq və qərb) ilə, ilin 
dörd  fəsli  (yaz,  yay,  payız  və  qış)  ilə,  bədəndəki  mayenin 
(qan, soyuqqanlılıq,  qara  və  sarı  öd  ifrazı)  və  başqaları  ilə 
bağlılığını  elmi  surtədə  əsaslandırmışdır.  Bununla  yanaşı 
musiqidə  olan  yeddi  səsin  (notun)  Kainatda  olan  yeddi 
planetə,  ud  alətindəki  oniki  elementi  isə  (dörd  sim,  dörd 
burağac  (aşıq)  və  dörd  pərdə)  12  bürcə  uyğunluğunu 
əsaslandırmışdır.
 
 
əl-Kindi  “Şüalar  haqqında”,  “Yandırıcı  güzgülər 
haqqında”,  “Səmanın  mavi  rəngdə  olmasının  səbəbi”, 
“Qabarmanın  və  çəkilmənin  səbəbləri”,  “Qarın,  ildırımın, 
dolunun,  tufanın,  göy  gurultusunun  səbəbləri  haqqında”, 
“Yağış,  leysan  və  külək  haqqında”,  “Farmakologiya 
(dərmanların  bədənə  təsirindən  bəhs  edən  elm)  haqqında”, 
“Ətirli  və  distilə  edilənlərin  kimyası  haqqında”  əsərlərin 
müəllifidir.  Alim  sonuncu  əsərində  100-dən  çox  ətirli 
yağların,  balzamların,  ətirli  suların  və  qiymətli  dərmanların 
imitasiyasının  reseptini  vermişdir.  Bunlarla  yanaşı  kitabda 
ətirlərin  yaradılmasının  107  üsulu  və  resepti  verilmiş,  bu 
məqsədlə istifadə olunan çoxlu sayda avadanlıqların istifadə 
olunma qaydaları göstərilmişdir.   
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________192___________________________ 
 
 
 
Leon Battista Alberti (italyanca Leone Battista 
Alberti:1404-1472),  italiyalı  alim,  humamnist,  yazıçı,  yeni 
avropa  memarlq  üslubunun  təşəbbüskarlarından  biri,  intibah 
dövrü  ilə  bağlı  mədəniyyətin  aparıcı  nəzəriyyəçilərindən 
biridir.  L.B.Alberti  ilk  olaraq  istiqbal  (gələcək)  ilə  riyaziyyatın 
əsaslarının  əlaqəsi  nəzəriyyəsini    şərh  etmişdir.  Bununla 
yanaşı  kriptoqrafiyanın  inkişafı  ilə  bağlı  1466-cı  ildə  yazdığı 
“Rəqəmlər  haqqında  traktat”  əsərində  məlumatların 
şifrələnməsi üçün çox saylı əlifbadan istifadəni göstərmişdir. 
L.B.Albert  İtaliyadan  Qeniyaya  qovulmuş,  tanınmış 
florensiyalı  bir  ailədə  anadan  olmuşdur.  Universiteti 
bitirdikdən  sonra  kardinal  Alberqatinin  dəftərxanasında 
işləmiş,  sonralar  isə  ömrünün  axırına  kimi  Romada 
yaşamışdır. Leon Albertin çoxsahəli fəaliyyəti onu göstərir ki, 
alim İntibah dövründə hər bir sahə ilə maraqlanan bir insan 
olmuşdur.    Bunun  nəticəsidir  ki,  o,  incəsənət  və  memarlıq, 
ədəbiyyat  və  arxitektura  (memarlıq)  sahələri  ilə  məşğul 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________193___________________________ 
 
olmuş,  bu  sahələri  dərindən  araşdırmaqla  bu  sahələrə  öz 
tövhələrini  vermişdir.  Alim  etika  və  pedaqoqika  problemləri 
ilə  maraqlanmış,  riyaziyyat  və  kriptoqrafiya  ilə  məşğul 
olmuşdur.  L.Albertinin  elmi  araşdırmalarında  mərkəzi 
yerlərdən  birini  təbiətdə  baş  verən  qanunauyğunluqların 
harmoniyası  tutur.  Onun  fikirincə  insan  elmi  işlərlə  məşğul 
olduğu  zaman  öz  fikirlərinə  qapanmamalı,  əldə  etdiyi 
nəticələri  yaymalı  və  digərlərinində  bu  nəticələrdən  müxtəlif 
sahələrdə  istifadə  etməsinə  şərait  yaratmalıdır.  Görkəmli 
mütəfəkkir və istedadlı yazıçı L. Alberti kübar (aristokrat) və 
ortodoks (bir məsləkin sabit və ardıcıl tərəfdarı olan şəxs) bir 
insan  kimi  bütün  bunların  əleyhinə  çıxaraq  insanda  elmi 
baxımdan  baş  verə  biləcək  hümanitar  ardıcıllığı  araşdırır  və 
onun insan həyatına necə təsir etməsi yollarını elmi əsaslarla 
təklif  edir.  Onun  fikirincə  yaratdığın  sənə  aiddir,  amma  sən 
istər  dini  baxımdan,  istərsə  də  insanı  baxımdan  bütün 
yaratdıqlarını  hamının  malı  etməlsən.  Alimin  araşdırdığı  və 
kitab  şəkilində  çap  elətdirdiyi  elmi  işlər  indiki  zamanda  da 
müəyyən sahələrdə istifadə olunur.  
 
 
Klod Elvud Şannon 30 aprel 1916-cı ildə ABŞ-ın Miçiqan 
ştatında  anadan  olmuşdur,  24  fevral  2001-ci  ildə  ABŞ-ın 
Massaçusets  ştatındakı  Medford  şəhərində  dünyasını 
dəyişmişdir. K.E.Şennon amerikalı mühədis və riyaziyyatçıdır. 
Alim informasiya nəzəriyyəsinin yaradıcısıdır, o, ehtimal 
nəzəriyyəsinə,  avtomatlar  nəzəriyyəsinə  və  idarəetmə 
sistemləri nəzəriyyəsinə  böyük  tövhələr  vermişdir.  K.Şennon 
1948-ci  ildə  informasiyanın  ölçülməsi  üçün  “bit”  ölçü 
vahidindən  istifadəni  təklif  etmişdir.  1932-ci  ildə  Miçiqan 
universitetinə  daxil  olduqdan  sonra  C.Bul  ilə  elmi  işlərin 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________194___________________________ 
 
aparılmasında  iştirak  etmişdir.  Universiteti  bitirdikdən  sonra 
görkəmli  alim  Vannevar  Buş  ilə  birgə  elmi  araşdırmalarda 
iştirak etmişdir. 1937-ci ildə maqistraturada oxuduğu zaman 
yazdığı  “Rele  və  kommutatorların  simvol  təhlili”  adlı  elmi 
məqaləsi  1938-ci  ildə  “Amerika  mühəndisləri  institutu” 
jurnalında  çap  edildikdən  sonra  o,  çap  etdirdiyi  elmi 
məqaləyə görə “Alfred Nobel” mükafatına layiq görülür. 
 
 
 
Alimin  apardığı  elmi  araşdırmalar  XX  əsrin  ən  vacib 
elmi  işləri  sayılır.  K.E.Şennon  1940-cı  ildə  “Nəzəri  genetika 
üçün cəbr” adlı doktorluq dissertasiyasını müdafiə edir. 1950-
1956-cı  illərdə  alim  məntiqi  maşının  yaradılması  ilə  məşğul 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________195___________________________ 
 
olur.  Onun  hazırladığı  məntiq  maşını  şaxmat  oynaya  bilirdi. 
1950-ci ildə təqaütə çıxdıqdan sonra daim Bell laboratoriyası 
ilə elmi məsləhətləşmələri həyata keçirir. Klod Elvud Şennon 
dövrünün ən görkəmli alimlərindən biri sayılır.
 
 
Pul  dəyərinin  fiziki  daşıyıcılarının  (sikkə, kupyura, fayl) 
təhlili  göstərir  ki,  bütün  bunlar  bir  ümumi  xassəyə  malikdir. 
Belə ki, əvvəla, dəyərin ifadəçisi və ödəmə (tədiyə) vasitəsidir, 
ikincisi də, müəyyən müdafiə dərəcəsi nümayiş etdirir. 
Müxtəlif pul formalarının mövcudluğu istifadə və saxlama 
münasibliyi  ilə  bağlıdır.  Elektron  nağd  pulun  istifadə  və 
saxlama  münasibliyi  kompüterdə  müvafiq  faylın  idarə 
edilməsinin  sadəliyi  ilə  təmin  edilir.  Bu  faylların  qorunma 
dərəcəsi  iqtisadi  cəhətdən  sərfəli  olan  texniki  vasitələrdən  və 
kriptoqrafik metodlardan istifadə  edilməsi  ilə  təmin  edilir. 
Elektron  pulların  müdafiəsini  artırmaq  üçün  ənənəvi  pulların 
bahalı qorunma vasitələrindən fərqli olaraq məqsəd sistemində 
yeni proqram təminatı qurmaq kifayətdir.  
Elektron  nağd  pulların  diskretlik  dərəcəsi  adi  pul 
nişanlarına  nisbətən  xeyli  yüksəkdir.  Belə  ki,
  PayCash 
texnologiyası  pul  vahidini  mində  bir  qəpiyədək  xırdalayır.  Bu, 
mikro ödəmələr sistemindən istifadə edilməsinə imkan yaradır. 
Buna görə də elektron pulda xırda qaytarmağa ehtiyac qalmır. 
Kredit kartla  alqı-satqı  edilərkən  minimal  ölçüdə 
komission haqq tutulur. Bu adətən bir-neçə 10 sent təşkil edir. 
Buna  görə  də  dəyəri  1  dollardan  az  olan  malı  kart  sistemi 
vasitəsilə almaq sərfəli olmur.  
Elektron  ödəmələrin  maya  dəyəri  son  dərəcə  aşağıdır. 
Tranzaksiya  icrası  üçün  cəmi  1  qəpik  komission  haqq  tutulur. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________196___________________________ 
 
Odur  ki,  1  dollaradək  mikroödənişlərin  icrası  üçün  İnternet 
daha sərfəlidir.  
Beləliklə, elektron nağd pul - emitent-bank və ya elektron 
sertifikat  verə  bilən  digər  təşkilat  tərəfindən  elektron 
hesablaşmalar  aparmaq  məqsədi  ilə  təqdimatçıya  verilən  pul 
iltizamıdır.  
Elektron  nağd  pullar  kompüterin  sərt  yaddaşında 
(vinçesterdə)  saxlanan  kifayət  qədər  çoxsaylı  rəqəmlər 
ardıcıllığıdır.  Bu  ardıcıllıq  şəbəkə  vasitəsilə  alıcıdan  satıcıya 
ötürülür.  Satıcı  elektron  kupyuranın  saxta  olub-olmadığını 
yoxlmaq  üçün  banka  göndərə  bilir.  Bu,  cəmi  bir-neçə  saniyə 
çəkir.  
Mal  və  xidmətə  görə  haqq  ödənməsi  aşağıdakı 
addımlardan  ibarətdir.  Əvvəlcə  bank  tərəfindən  kupyuranın 
avtorizasiyası  yoxlanır.  Bundan  sonra  (yoxlama  uğurlu 
olduqda)  elektron  kupyura  təkrar  istifadə  qadağan  edilmiş 
kupyurlar reestrinə  daxil  edilir.  Sonra  elektron  kupyuradan 
müvafiq məbləğ satıcının hesabına köçürülür.  
eCash  sistemində  Devid  Çaumun  təklif  etdiyi  şəkildə 
istifadə  edilən  rəqəmsal  sikkənin  hansı  malın  haqqının 
ödənməsinə  sərf  edildiyini  yoxlamaq  mümkün  deyildir.  Buna 
görə  də  bank  bu  imkandan  nəzəri  olaraq  öz  xeyrinə  istifadə 
edə bilər.  
Elektron  nağd  pul  ideyasının  inkişafı  sövdələşmə 
sənədlərində  gün,  vaxt,  ödəmənin  təyinatı  və  məbləği  kimi 
rekvizitlərin  düşünülmüş  sisteminə  əsaslanan  elektron  pul 
kisəsi  konsepsiyasına  keçidlə  bağlıdır.  Elektron  nağd  pulla 
işləyən istifadəçi adətən öz kompüterində “pul kisəsi” (
Wallet) 
proqramını qurur ki, bu da kupyur-faylları saxlamaq, bu faylları 
digər “pul kisəsi”ndən almaq, kupyurların saxta olub-olmadığını 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________197___________________________ 
 
yoxlamaq və  kupyur-faylları digər “pul kisəsi”nə ötürmək kimi 
sadə əməliyyatları yerinə-yetirə bilir.  
“Pul kisəsi”nin konkret təşkili sistemdən asılıdır. Məsələn, 
PayCash  sistemində  məcazi  ödəmə  kitabçalarından  istifadə 
edilir.  Hər  bir  ödəmə  kitabçası  gerçək  “pul  kisəsi”nin  bir 
bölməsinə  müvafiq  olaraq  müxtəlif  elektron  valyutalarda  olan 
nağd pulları saxlayır. 
“Pul  kisəsi”  emitent-bankda  ixtiyari  sayda  sərbəst  hesab 
aşmağa  imkan  verir.  Açılan  momentdə  hesablar  boş  olur. 
Bunlara  real  pullar  daxil  edildikdən  sonra  müştəri  “Pul  kisəsi” 
proqram  təminatının  köməyi  ilə  müəyyən  məbləği  ödəmə 
kitabçalarından  birinə  elektron  nağd  pul  şəklində  köçürə  bilir. 
Ödəmə icra edilərkən alıcını “pul kisəsi” satıcının “pul kisəsi” ilə 
əlaqələndirilir və ödəniş məbləği bir kisədən digərinə köçürülür. 
Satıcının  kisəsi  bu  məbləği  banka  ötürür.  Bank  tranzaksiyanın 
düzgünlüyünü yoxlayır və ödəniş məbləğini alıcının hesabından 
çıxıb  satıcının  hesabına  əlavə  edir.  Sonra  bank  satıcının 
kisəsinə ödənişin təsdiqini göndərir. 
Funksional  baxımdan,  elektron  ödəmə  sistemi  alqı-satqı 
prosesinə ənənəvi ictimai zamin duran bank, dövlət strukturları 
və  notariat  kontorları  kimi  təşkilatların  rolunu  xeyli  azaldır. 
Lakin burada da yenə  maliyyə  zəmanəti  emitent-bankın 
öhdəsində qalır.
 
 
 
ÖDƏMƏ SİSTEMLƏRİNİN MİKROPROSESSORLU 
KARTLARDA QURULMASI PRİNSİPLƏRİ 
 
Mikroprosessorlu 
kartlarada 
qurulmuş 
ödəmə 
sistemlərinin  təqribən  20  illik  təcrübəsi  göstərmişdir  ki,  bu 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________198___________________________ 
 
sahədə  ciddi  novator  ideyaları  texnoloji  həllərə  keçərək  yeni 
qaydalar və standartlar yaratmışdır.  
İndi  karta  aparat  və  proqram  təminatlarının,  həmçinin 
texnoloji  prosedurlar  və  onların  tətbiqinin  ayrılmaz  məcmusu 
kimi baxılır.  
Ödəmə  sistemlərinin  yaradılması  üçün  istifadə  edilən 
mikroprosessorlu kartlar aşağıdakı xassələrə malik olmalıdır: 

 
Beynəlxalq standartlara və mövcud ödəmə sistemlərinin 
tələblərinə cavab verməlidir; 

 
Çoxfunksional  olmalıdır,  yəni  bir  fiziki  daşıyıcıda 
mümkün  qədər  çoxsaylı  funksiyalar  (həm  ənəvi  ödəmə 
funksiyaları, 
həm 
də 
qeyri-bank 
funksiyaları) 
dəstəklənməlidir; 

 
Bütün  əməliyyatların  yüksək  səviyyədə  təhlükəsiz  icrası 
təmin  olunmalıdır,  potensial  hücumlar  nəzarətə 
götürülməli və diaqnostikası keçirilməlidir; 

 
Ümumi  təyinatlı  kommunikasiya  şəbəkələrində  işi 
dəstəkləyən vasitələrə malik olmalıdır; 

 
Kartda proqram əlavələrinin çevik və münasib idarəetmə 
vasitələrinin  yaradılması  hesabına  geniş  müştəri 
servisləri yığımının reallaşdırılması; 

 
Elektron  biznes  sistemlərində  və  mobil  ticarət 
şəbəkələrində tətbiq oluna bilən olmalıdır; 

 
Avadanlıq  cəhətdən 
interoperabel  olmalı,  yəni  aparat 
komponentləri  istehsalçılardan  və  malgöndərənlərdən 
asılı olmamalıdır. 
Bu  tələblərin  yerinə-yetirilməsi  ödəmə  sistemlərini 
kommersiya  baxımından  cazibədar,  iqtisadi  cəhətdən  isə 
səmərəli edir.
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________199___________________________ 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Балабанов И.Т. Электронная коммерция. СПб: Питер, 
2001. 
2.
 
Козье  Д.  Электронная  коммерция:  Пер.  с  англ.  М.: 
Русская редакция, 1999.  
3.
 
Минс Г., Шнайдер Д. Метакапитализм и революция в 
электронном  бизнесе:  Какими  будут  компании  и  рынки  в 
ХХI веке. М.: Альпина-Паблишер, 2001. 
4.
 
Просихин В.П. Безопасность электронных платежей в 
сети  Интернет.  СПб.  Гос.  ун-т  телекоммуникаций  им. 
М.А.Бонч-Буревича, 2000.    
5.
 
 Смирнов  С.Н.  Электронный  бизнес.  М.:  ДМК  Пресс: 
Компания АйТи, 2003. 
6.
 
Соколова  А.Н.,  Геращенко  Н.И.  Электронная 
коммерция:  мировой  и  российский  опыт.  М.:  Открытые 
системы, 2000. 
7.
 
Успенский И. Энциклопедия интернет - бизнеса. СПб: 
Питер, 2001. 
8.
 
Триливен  Ф.  Открой  свой  электронный  бизнес:  10 
золотых правил начинающего бизнесмена в сфере высоких 
технологий. М.: ФАИР-ПРЕСС, 2002. 
9.
 
Успенский  И.  Энциклопедия  Интернет  -  бизнеса. 
СПб: Питер, 2001. 
10.
 
Эймор  Д.  Электронный  бизнес.  Эволюция  и/или 
революция. М.: Вильямс, 2001. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________200___________________________ 
 
11.
 
Кони  Гульельмо.
 Марк  Андриссен  и  Бен  Хоровиц  — 
венчурные хулиганы с миллиардами.  
12.
 
Marc Andreessen (American software engineer) (англ.). 
Encyclopedia Britannica.  
13.
 
Chris Anderson.
 The Man Who Makes the Future: Wired 
Icon Marc Andreessen (англ.). Wired.  
14.
 
Mark Andreessen (англ.). Internet Hall of Fame.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________201___________________________ 
 
 
 

Document Outline

  • Dərslik kimi tövsiyyə edilmişdir.

Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə