E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə49/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   44   45   46   47   48   49   50   51   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________177___________________________ 
 
Mikroprosessorlu  kartın  sabit  yaddaşında  saxlanan 
əməliyyat  sistemi  həm  servis  funksiyaları,  həm  də 
təhlükəsizliyin  təmini  baxımından  fərdi  kompüterin  əməliyyat 
sistemindən prinsipcə fərqlənmir.  
Mikroprosessorlu smart-kart hal-hazırda  ödəmə  sistemi 
üçün daha perspektivli texnoloji variant qurmağa imkan verən 
vasitə hesab olunur. 
  
DƏYƏR/SƏMƏRƏLİLİK QARŞILIQLI MÜNASİBƏTİ 
  
Ödəmənin  səmərəliliyinin  əsas  kəmiyyət  parametrləri, 
etibarlılıqla yanaşı, həm də sürət və dəyər hesab olunur. Sürət 
əsasən  prosessinq  mərkəzi  ilə  əlaqə  yaradan  rabitə  kanalının 
xarakteristikaları ilə təyin edilir.  
Bir  kart  ödəməsinin  dəyəri  ödəyicinin  identifikasiyası, 
autentifikasiyası    və  avtorizasiyası  üçün  çəkilən  xərclə  təyin 
edilir.  Bu  xərclər  birdəfəlik  və  müşayiətlə  bağlı  xərclərin 
məcmusudur.  Birdəfəlik  xərclər  ödəmə  sisteminin  aparat-
proqram  təminatına  çəkilən  xərcləri,  müşayiət  xərcləri  isə 
əməkdaşlara  verilən  əmək  haqqını,  enerji,  material  və  s. 
xərcləri əhatə edir. 
Kart  tranzaksiyalarının xeyli baha başa gəlməsi, xüsusən 
də  İnternetdən  istifadə  edilərkən  bu  xərclərin  daha  da  böyük 
olması  İnternetdə  mikroödəmələr  texnologiyasına  keçidə  xeyli 
maraq yaradır. 
Telekommunikasiya sisteminin zəif inkişaf etdiyi ölkələrdə 
mikroprosessorlu kartlardan istifadə özünü doğruldur. 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________178___________________________ 
 
POS-
TERMİNALLAR 
 
Bunlara ticarət terminalı da deyilir. Bu terminallar maqnit 
zolaqlı  plastik  kartlardan  və  ya  smart-kartlardan  istifadə 
edilərkən  maliyyə  hesablaşmaları  üzrə  tranzaksiyaları  emal 
etmək 
üçündür. 
POS-terminal 
karta 
xidməti 
avtomatlaşdırmaqla  xidmət  müddətini  kəskin  şəkildə  qısaldır. 
POS-terminalların  komplektasiyası  və  imkanları  geniş 
diapzonda dəyişir.  
Müasir  tipik  terminal  aşağıdakı  altsistemlərdən  təşkil 
olunur: 

 
Smart-kartı və maqnit zolaqlı kartı oxuyan qurğu; 

 
Enerjidən asılı olmayan yaddaş; 

 
PIN-kod  yığmaq  üçün  quraşdırılmış  ixtisaslaşdırılmış 
klaviatura və ya klaviatura qoşmaq üçün qovşaq

 
İxtisaslaşdırılmış printer; 

 
Fərdi  kompüterlə  və  ya  elektron  kassa  aparatı  ilə 
əlaqələndirici interfeys. 
Bunlardan  əlavə, 
POS-terminal  adətən  avtozəngetmə 
imkanı olan modemlə təchiz edilir. 
POS-terminalın “intellektual” 
imkanları  da  vardır.  Belə  ki,  onu  proqramlaşdırmaq 
mümkündür.  Proqramlaşdırma  dili  Assemblerdir. Bu terminal 
həm  operativ,  həm  də  yığılmış  tranzaksiya  protokolları  üzrə 
təxirəsalınmış avtorizasiya edə bilir. Rabitə seansı zamanı 
POS-
terminal  tranzaksiya  protokollarını  prosessinq  mərkəzinə 
ötürür.  Seans  gedişində 
POS-terminal  prosessinq  mərkəzi  ilə 
qarşılıqlı  informasiya  mübadiləsi  edə  bilir,  qəbul  etdiyi 
informasiyanı  emal  edə  bilir,  stop-vərəqlərin  modifikasiyası 
əməliyyatını icra edir. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________179___________________________ 
 
Monetel  firmasının  EFT10  POS-terminalı  aşağıdakı 
xarakteristikalara malikdir: 

 
İxtisaslaşdırılmış 32-bitlik mikroprosessor; 

 
128  Kbaytlıq  quraşdırılmış  aparat  mühafizəsi  olan 
birbaşa müraciətli yaddaş; 

 
32 Kbaytlıq 
ROM-yaddaş; 

 
İkisətrli 
LCD-monitor; 

 
57 mm enində çap imkanı olan termoprinter; 

 
Avtozəngetmə imkanı olan modem; 

 
PIN-klaviatura qoşmaq üçün port; 

 
Standart ardıcıl port. 
Bu qurğunun çəkisi 900 qram, ölçüləri 233x160x90 mm-
dir. Komplektə 
ANSI C və C++ dillərinin kros-kompüilyatoru və 
sazlayıcı daxildir. 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________180___________________________ 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________181___________________________ 
 
MİKROPROSESSORLU KARTLARDA 
ÖDƏMƏ SİSTEMLƏRİNİN YARADILMASI 
PRİNSIPLƏRİ 
 
ÖDƏMƏ SİSTEMLƏRİNİN TƏKAMÜLÜ 
 
Hal-hazırda  ödənişlər  etdiyimiz  pul  nişanları  həmişə  bu 
cür olmamışdır. Ödəmələrin təşkili vasitələri və texnologiyaları 
da  dəyişilməz  və  tamamilə  qərarlaşmış  deyildir.  Tarix  boyu 
iqtisadi  fəaliyyət  subyektləri  ödəmə  sistemlərinin  təşkili 
sferasında  həmin  tarixi  dövrün  tələblərinə  daha  yaxşı  cavab 
verən sistem axtarıblar.  
Bizim  adət  etdiyimiz  formaya  uyğun  ilk  pullar  qədim 
Persiyada  kəsilən  metal  pullardır.  Pulun  yarandığı  gündən  ən 
ümumi xassəsi dəyərin ekvivalenti olmaqdır. Bu, pulun əzəli və 
əbədi xassəsidir.  
Dəyərin  ümumi  ekvivalenti  olan  pul  nişanlarının  xarici 
görünüşü  böyük  təkamül  yolu  keçmişdir.  Pulun  xarici 
görünüşü,  ilk  növbədə,  sivilizasiyanın  texnoloji  səviyyəsindən 
asılı  olmuşdur.  Pul  nişanları  təhlükəsizlik  və  istifadəyə 
münasiblik  baxımından  dəyişikliyə  uğramışdır.  Hər  bir  dövlət 
pul  kəsərkən  çalışmışdır  ki,  saxta  pul  kəsmək  mümkün 
olmasın, lakin bu, həmişə mümkün olmamışdır. 
Yeni  texnologiyaların  meydana  çıxması  yeni  pul 
nişanlarının  yaranmasına  səbəb  oldu.  Ödəmə  vasitələrinin 
inkişafı  həm  texnologiyanın,  həm  də  real  mal  mübadiləsinin 
tələbləri ilə müəyyən olunur. 
Lakin alıcı və satıcı arasında qarşılıqlı iqtisadi fəaliyyət heç 
də  həmişə  puldan  istifadə  etməklə  baş  verməmişdir.  İlk 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə