E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə46/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________164___________________________ 
 
QEYD: 
Plastik kartların dünya tarixində hesab edilir ki, 
ilk plastik kartlar 1950-ci  ildə  Nyu-York  şəhərində  olan 
restoranların  birində  Hamilton  Credit  Corporation  maliyyə 
şirkətinin  rəhbəri  Frenk  Maknamari  və  həmin  şirkətin 
hüquqşünası Ralf Şnayder ilə iri amerika univermaqlarından 
birinin  banisinin  nəvəsi  Alfred  Bulminqdeyl  arasında  olan 
nahar  gorüşdən  sonra  yaranmışdır.  Belə  ki,  stol  arxasında 
olan  söhbətlərin  nəticəsində  Diners  Club  kartı  meydana 
gəlmişdir.  Bəzi  tədqiqatçılar  belə  hesab  edirlər  ki,  həmin 
dostlara  ödəmə  kartlarını  buraxmaq  ideyası  verilmişdir. 
Lakin,  tarix  bu  fikrə  birmənalı  yanaşmır.  Bir  versiyaya  görə 
kart hər hansı bir amerikalının smaqlan idi. O, öz tanışlarına 
onun  bankdakı  hesabından  müəyyən  faizlə  istifadə  etmək 
imkanını  vermək  üçün  bunu  etmişdir.  Digər  versiyaya  görə 
plastik  kart  yapon  müəssisələrinin  ixtirasıdır.  İkinci  dünya 
müharibəsi  bitdikdən  sonra  Yaponiya  iqtisadi  böhran 
vəziyyətində  idi.  Bu  zaman  ilk  əvvəllər  öz  əməkdaşlarına 
"qəbzlər"  verilirdi.  Hansı  ki,  bunun  vasitəsilə  də  insanlar 
gələcək  əmək  haqqı  hesabına  müəyyən  mağazalardan 
məhsul  və  ərzaqları  əldə  edə  bilirdilər.  Sonralar  isə  həmin 
qəbzlər  karton  kartlarla  əvəz  olundu.  Bütün  bunlarla  belə 
əminliklə qed etmək olar ki, məhz Diners Club (DC) kartları 
ilk kütləvi ödəmə kartı olublar. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________165___________________________ 
 
 
Frenk 
Maknamar 
 
Alfred 
Bulminqdeyl 
 
Ralf 
Şnayder 
 
 
İlk Diners Club kartı 
 
İlk  DC  kartları  nahar  yeməklərinin  ödənilməsinə  görə 
təyin  edilirdi.  Bununla  belə  buradakı  hesablaşmalar  kredit 
şəklində  həyata  keçirilirdi.  Tez  bir  zaman  ərzində  kart 
universallıq qazandı, çünki məhsullara görə hesablaşmaların 
aparılması və nəqd pulun əldə olunması üçün təyin olunmuş 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________166___________________________ 
 
kartlar  da  yaradılmışdı.  Beləliklə,  yaradılmış  kartlar  ödəmə, 
kredit  və  qeyri-bank  əməliyyatlarını  yerinə  yetirirdilər. 
Nəzərə  almaq  lazımdır  ki,  ihazırlanan  lk  ödəmə  kartları 
plastikdən deyil, karton materialdan hazırlanırdı. 
Diners  Club  kartından  sonra  kütləvi  amerika  bazarına 
Express American şirkəti uğurla daxil oldu. Bundan sonralar 
isə  bir  çox  amerika  bankları  (eyni  zamanda  ABŞ-nın  iki  iri 
bankları  -  Bank  of  America  və  Chase  Manhattan  Bank) 
özlərinin  lokal  kart  məhsulları  ilə  amerika  bazarlarına  daxil 
oldular. 
Amerika 
banklarının 
kart 
proqramlarının 
təkmilləşdiriməsi  üzrə  apardıqları  işlərin  nəticəsində  keçən 
əsrin  70-ci  illərin  ortalarında  Visa  International  və 
MasterCard kimi iki iri kart üzrə beynəlxalq ödəmə sistemləri 
meydana  gəlmişdir.  Bu  heç  də  dünya  ödəmə  sistemində 
yeganə  ödəmə  sistemləri  deyildir.  Demək  olar  ki,  hər  bir 
inkişaf  etmiş  ölkədə  iri  həcmli  kart  layihələri  mövcuddur, 
lakin  bu  ödəmə  sistemlərindən  heç  biri  hələ  ki,  milli 
çərçivədən kənara çıxa bilməmişdir.
 
  
Kart  üzrə  satışın  və  ya  nağd  pulun  verilməsinin 
təsdiqlənməsi prosesi 
avtorizasiya adlanır. Bu əməliyyatın icra 
edilməsi  üçün  xidmət  məntəqəsi  ödəmə  sisteminə  sorğu 
göndərib  lazımi  məlumatın  gerçəkliyinin  təsdiqini  və  kartın 
ödəməqabiliyyəti  məhdudiyyətlərini  təyin  edir.  Avtorizasiya 
texnologiyası  ödəmə  sistemindən,  kartın  tipindən  və  xidmət 
məntəqəsinin  texniki təchizatından asılıdır.  
Avtorizasiya qeyri-avtomatik  variantda  da  yerinə-yetirilə 
bilir. Belə ki, satıcı sorğunu operatora telefonla göndərə bilər. 
Buna  səsli  avtorizasiya  deyilir.  Avtorizasiya  adətən  avtomatik 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________167___________________________ 
 
icra edilir. Bunun üçün kart 
carderader  adlanan xüsusi kart 
oxuyucu  qurğuya  yerləşdirilir.  Avtomatik  rejimdə  icra  edilən 
avtorizasiya  2  üsulla  yerinə-yetirilə  bilər.  Birinci  üsul 
on-line 
avtorizasiya  adlanır  və  ödəmə  sistemi  ilə  əlaqə  yaradılaraq 
prosessinq mərkəzi tərəfindən idarə edilən lazımi prosedurların 
icrasına nail olunur. İkinci üsul 
off-line avtoriazsiya adlanır və 
bu, 
POS-terminal deyilən qurğu vasitəsilə həyata keçirilir.  
Nağd pul bankomat deyilən xüsusi qurğu vasitəsilə verilir 
ki,  bu  qurğu  eyni  zamanda  yuxarıda  təsvir  edilən  üsullardan 
biri ilə avtorizasiya həyaata keçirir. 
Kart  sahibi  ilə  hesablaşmaların  aparılması  üçün  iki  əsas 
ssenari variantlarından istifadə  edilir.  Debet  kart  sahibi 
əvvəlcədən  emitent-bankdan  müəyyən  məbləği  öz  hesabına 
daxil etməlidir. Məbləğin ölçüsü vəsaitdən istifadə üzrə məhdu-
diyyəti təyin edir. Hesablaşma aparılan kimi kartdakı məbləğin 
qalığı sinxron şəkildə azalır. Qalığa nəzarət avtorizasiya zamanı 
həyata keçirilir.  
Kredit  kart  sahibi  hesablaşma  aparmaq  üçün  emitent-
bankdan kredit götürməlidir.  Götürülən  kredit  birdəfəlik  və 
təzələnən  ola  biləndir.  Təzə  kredit  almaq  üçün  köhnə  borcu 
bağlamaq lazımdır. 
 
PLASTİK KARTLARIN NÖVLƏRİ 
 
Plastik kart standart ölçülü (85,6x53,9x0,76mm) mexaniki 
və  termik  təsirlərə  qarşı  dayanıqlı  xüsusi  plastmas  lövhədir. 
Kartın  sahibi  haqqında  identifikasiya  məlumatları  (adı,  hesab 
nömrəsi  və  s.)  relyefli  şriftlə  kart  üzərinə  həkk  edilir.  Kart  əl 
üsulu  ilə  emal  edilərkən  lazımi  məlumatların  surəti 
imprinter 
adlı xüsusi qurğu vasitəsilə basma şəkil kimi kağıza həkk edilir.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə