E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə2/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   2   3   4   5   6   7   8   9   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________7___________________________ 
 
ELEKTRON BİZNESİN ƏSAS ANLAYIŞLARI 
 
Artıq  qeyd  edildiyi  kimi,  cəmiyyətin  inkişafı  prosesi  yeni 
mühitin  –  informasiya  fəzasının  və  ya  kiberfəzanın 
yaranmasına  gətirib  çıxarmışdır.  İnformasiya  fəzası,  digər 
obyektiv  hadisələr  kimi,  onun  yaradılmasında  iştirak  edən 
insanların  düşüncəsindən,  arzusundan  və  iradəsindən  asılı 
olmayaraq sərbəst surətdə mövcuddur. Kiberfəza öz qanunları 
ilə  inkişaf  edir,  bəşəriyyətin  həyatını  dəyişdirir,  bəşəri 
mövcudluğun yeni amilinə çevrilir, virtual gerçəklik yaradır. 
İnformasiya  fəzasında  çox  şey  adi  şeylərə  çox  bənzəsə 
də, köklü mahiyyət fərqi vardır. İnformasiya fəzasının meydana 
çıxması  -  bəşəri  təkamülün  növbəti  həlqəsi,  inkişafın  yeni 
səviyyəsinə  keçiddir.  Cəmiyyətin  yeni  vəziyyəti  insan 
cəmiyyətinin  özünün  törətdiyi  texnologiyalardakı  qlobal 
dəyişikliklərlə  şərtlənmişdir.  Texnologiyaların  təkmilləşdirilməsi 
cəmiyyətin  özünün  transformasiyasına  gətirib  çıxarmışdır.  Baş 
verən  dəyişikliklər  insanın  iqtisadi  fəaliyyətinin  təməl 
strukturlarına,  iqtisadi  uğurları  müəyyən  edən  proseslərə 
toxunmuş,  konkret  fərdin  cəmiyyət  üzvləri  ilə  qarşılıqlı 
fəaliyyətində rolunu və yerini təyin etmişdir. 
Ənənəvi  olaraq  belə  hesab  edilmişdir  ki,  daxili 
səmərəliliyin  müəyyən  səviyyəsinə  çatmadan  ixtiyari  biznesin 
uğurunu  və  rəqabət  mübarizəsində  liderliyi  təmin  etmək 
mümkün deyildir. Hal-hazırda vəziyyət əhəmiyyətl f-r.e.d., prof., 
Əliyev Ələkbər Əliağa oğlu  i dərəcədə dəyişmişdir. 
Tədqiqatlar  (
Forrester Research (www.forrester.com)) 
göstərmişdir ki, 
Fortune 500 siyahısına daxil olan şirkət rəhbər-
lərinin 68%-i  hesab  edir  ki,  işçi  heyətin  və  menecerlərin 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________8___________________________ 
 
mədəniyyət  ənənələri yeni  texnologiyaların  tətbiqi  yolunda  ən 
böyük maneədir.  
Əlavə  dəyərin  formalaşmasının  elektron  zəncirinin  idarə 
edilməsinin  yeni  texnologiyaya  keçirilməsi  təkcə  texnoloji 
yenilik  deyil,  həm  də  idarəetmədə  və  biznes-proseslərin 
təşkilinin səmərəliliyinin ölçülməsində prinsipial dəyişiklikdir. 
İnternetin  texnoloji  təməli  üzərində  tranzaksiyaların 
reallaşdırılmasının  səmərəli  vasitəsi  kimi  başlayan  elektron 
biznes  tədricən  təkamül  edərək  yeni  mədəniyyətə,  əlavə 
dəyərin  elektron  zənciri  bazasında  istehsal  və  bölgünün  yeni 
prinsipləri  sisteminə  çevrilmişdır.  Elektron  biznesin  idarə 
edilməsinin  düzgün  təşkili  şirkətə  rəqiblər  üzərində  strateji 
üstünlük  qazandırır,  partnyorlarla  əlaqələri  gücləndirir, 
istehsalın  səmərəliliyini  yüksəldir,  istahsal  xərclərini  azaldır, 
insan resurslarından istifadə edilməsini optimallaşdırır. 
Kommersiya  İnternetinin  nümunəsi  (örnəyi)  olan 
Telnet 
texnologiyasının 30 il əvvəl reallaşdırılmasına baxmayaraq orta 
və  yuxarı  səviyyə  menecerlərinin  əksəriyyəti  biznesdə  bu 
texnologiyadan istifadə ilə yalnız indi ciddi məşğul olurlar.  
Elektron  biznesə  standart  ümuməlçatan  şəbəkələrdən 
istifadə  etməklə  xidmətlərin,  məhsulların  və  informasiyanın 
alqı-satqısı  sferasına  informasiya  texnologiyaları  əlavəsi  kimi 
baxmaq olar. 
Şəbəkələrin ümuməlçatanlığı - əvvəlki qapalı və 
ya ayrılmış şəbəkələrin əvəzinə gələn biznesin yeni aparılması 
formasının  vacib  cəhətidir.  Elektron  biznes  elmi  anlayışlar 
siyahısına  bir  qədər  əvvəl  daxil  edilmiş  elektron  kommersiya 
anlayışını genişləndirmişdir.  
Elektron kommersiya İnternetin texnoloji təməli üzərində 
həyata  keçirilən  marketinqdən,  məhsul  və  xidmətlərin  alqı-
satqısından  ibarətdir.  Elektron  biznes  əlavə  dəyər  istehsalı, 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________9___________________________ 
 
məhsuldarlığın  artırılması  və  istehsalçı  ilə  istehlakçı  arasında 
münasibətlərin təkmilləşdirilməsi üçün elektron şəkildə təqdim 
edilən informasiyadan istifadə edir.  
Elektron biznes -  strateji  planlaşdırma  və  biznes-
proseslərdən  ta  partnyor  və  müştərilərlə  münasibətlərin 
formalaşdırılmasınadək - istehsalın təşkilinin bütün aspektlərinə 
təsir  göstərir.  Müəssisənin  daxili  səmərəliliyini  təyin  edən 
müasir  metod  və  texnologiyalar  yaxşı  öyrənilmiş,  geniş  tətbiq 
edilir  və  uğurla  istifadə  olunur.  Buna  görə  də  rəqabət 
üstünlüyünü  qorumaq  üçün  biznesin  aparılmasına  yenidən 
baxmaq lazımdır. 
Bazarın  müəyyən  sektorunda  fəaliyyət  göstərən, 
səmərəliliyi  eyni  olan  iki  müəssisənin  biri  digərindən  nədə 
üstün  ola  bilər?  Aydındır  ki,  bu  halda  o  müəssisə  üstünlük 
qazanır ki, istehsal edilmiş məhsul və xidmətlər üçün mümkün 
qədər  daha  böyük  müştəri  auditoriyasına  yiyələnir.  Yeni 
minillikdə  rəqabət,  hər  şeydən  əvvəl,  müştəri  uğrunda  gərgin 
mübarizə formasında təzahür edir. 
Maksimum  geniş  və  tədiyyəqabiliyyətli  potensial  müştəri 
çoxluğuna  əlçatanlığı  müasir  texnologiyalardan  hansı  təmin 
edir? Əlbəttə, İnternet. Müştəri ilə ünsiyyətin sadə və universal 
vasitələri,  sifarişin  keyfiyyətinə  təsir  edən  hər  cür  informa-
siyaya  bütün  gün  ərzində  əlçatanlıq  -  bütün  bunlar  hər  bir 
müştəri  ilə  uzunmüddətli  qarşılıqlı  münasibətlər  qurmağın 
zəruri şərtləridir.  
İnformasiya  fəzasında  son  istehlakçının  tələbatını 
ödəməyə 
və 
uzunmüddətli 
iqtisadi 
münasibətlərin 
formalaşdırılmasına  yönəlik  iqtisadi  fəaliyyət  sahəsi  son 
istifadəçiyə  yönəlik  elektron  biznes  (
Business to Customers - 
B2C) adlanır.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə