E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə3/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   2   3   4   5   6   7   8   9   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________10___________________________ 
 
Elektron biznesin məhək daşı olan məhsul və xidmətlərin 
satıcısı ilə alıcısının bir-birinə yaxınlaşdırılması biznes-partnyora 
yönəlik  iqtisadi  fəaliyyət  modelinin  əsasını  təşkil  edir.  Əlavə 
dəyər zəncirinin idarə edilməsi biznes ölçüsünün eksponensial 
artımını  təmin  etmək  üçün  həmin  zənciri  formalaşdıran 
iştirakçıların  sayının  artırılmasına  yönəldilir.  Əlavə  dəyər 
zəncirinin  birgə  formalaşdırılması  texnologiyası  ilə  bağlı  olan 
biznes-partnyorun  informasiya  resurslarına  gündəlik  və 
kəsilməz əlçatanlıq yalnız İnternet vasitəsilə mümkündür. 
İnformasiya 
fəzasında 
əlavə 
dəyər 
zəncirinin 
formalaşmasında iştirak edən təşkilat və ya firmalarla səmərəli 
və  uzunmüddətli  iqtisadi  münasibətlər  yaradılmasına  yönəlik 
iqtisadi  fəaliyyət  sahəsi  biznes-partnyora  yönəlik  elektron 
biznes (
Business to Business – B2B) adlanır.  
İqtisadi  fəaliyyət  iştirakçılarının  sayının  əhəmiyyətli 
dərəcədə  artırılması  və  onun  əsas  hissəsinin  informasiya 
fəzasına keçirilməsi biznesin təşkilinin təhlükəsizliyi məsələsinin 
yeni məzmun almasına gətirib çıxarır. Yenilik, ilk növbədə, bu-
rasındadır  ki,  təhlükəsiz  informasiya  infrastrukturu  elektron 
biznesin aparılmasının ən kəskin amilinə çevrilir. Təhlükəsizliyin 
təmin  edilməsi  mexanizmlərinin  prinsipial  xüsusiyyəti  odur  ki, 
burada  iqtisadi  fəaliyyətin  çox  iştirakçıları  fiziki  kontakt 
subyekti  deyildir.  Bundan  əlavə,  müəyyən  şərtlər  daxilində 
məhsul  və  ya  xidmət  göndərilişi  prosesi  və  ödəmələrin  təşkili 
satıcı  və  alıcının  bilavasitə  kontaktı  (iştirakı)  olmadan  həyata 
keçirilə  bilir.  İnformasiya  infrastrukturunun  təhlükəsiz  və 
etibarlı  fəaliyyət  göstərməsi  elektron  biznes  üçün  Qədim 
dünyada  və  Orta  əsrlərdə  mövcud  olmuş  ticarət  yollarının 
istismarı şərtlərinə bənzər rol oynayır.  


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________11___________________________ 
 
İqtisadi  fəaliyyətin  həyata  keçirildiyi  elektron  biznes 
informasiya mühitinin yüksək sürətlə dəyişilməsi ilə xarakterizə 
olunur. Biznesin aparıldığı informasiya mühitinin yüksək sürətlə 
dəyişilməsi  müxtəlif  funksional  (iqtisadi,  hüquqi,  təşkilati  və 
texnoloji)  səviyyələrdə  təhlükəsizliyin  idarə  edilməsi  üzrə 
iştirakçıların  bütün  fəaliyyətlərinin  əlaqələndirilməsini  tələb 
edir.  
Cəmiyyətin  təkamülünün  hər  bir  növbəti  həlqəsi  həmişə 
yeni şəraitdə işləmək üçün alətlərin kəşfi ilə nəticələnmişdir. Bu 
baxımdan,  İnternet  -  kiberfəzada  iqtisadi  fəaliyyət  göstərmək 
üçün  istifadə  edilən  yeni  alətdir.  İnternetin  informasiya 
texnologiyaları  bazasında  biznesin  yeni,  daha  səmərəli 
aparılması  modellərini  reallaşdırmaq  imkanları  yaranmışdır  ki, 
bunlar da,  öz  növbəsində,  kiberfəzanın  informasion 
infrastrukturuna təsir göstərir. 
 
İQTİSADİ FƏALİYYƏT SUBYEKTLƏRİNİN 
İNFORMASİON İNFRASTRUKTURUNUN DƏYİŞİLMƏSİ 
 
 
İqtisadi  fəaliyyətin  həyata  keçirilməsinin  təsəvvür  edilən 
formalarına  və  metodlarına  İnternetin  təsiri  mövcud 
informasion 
infrastrukturdan 
istifadə 
edilməsi 
ilə 
məhdudlaşmır. Əksinə, iqtisadi fəaliyyətin mövcud informasiya 
təminatı  vasitələri  biznesin  aparılması  texnologiyasına  köklü 
təsir  göstərir.  Biznes-modellər  dəyişilir,  biznes-proseslərə 
yenidən baxılır, yeni korporativ mədəniyyət formalaşır. Biznes-
partnyorlarla  və  müştərilərlə  münasibətlər  yeni,  daha  yüksək 
səviyyəyə keçir. 
İqtisadi  fəaliyyətin  çox  sərt  şərtlərində  daim  artan 
rəqabət  3-cü  minilliyin  başlanğıcından  etibarən  biznesin 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________12___________________________ 
 
informasiya  təminatı  məsələsini  bir  nömrəli  həyativacib 
məsələyə  çevirmişdir.  İqtisadi  fəaliyyətin  həyata  keçirilməsi 
üçün biznes-proseslərin  əlçatanlıq  xərclərinin  səmərəliliyi  və 
məqsədəuyğunluğu  baxımından,  informasiya  bu prosesin 
bütün  iştirakçıları  üçün  birinci  dərəcəli  əhəmiyyət  kəsb  edir. 
Həm  müəssisənin  bütün  idarəetmə  səviyyələrində  çalışan 
işçilər, həm də xarici strukturların bütün tipləri – müştərilərdən 
qanunçuluq nəzarətini həyata keçirən dövlətədək - informasiya 
mübadiləsi proseslərinin fəal iştirakçılarına çevrilirlər. 
Müəssisənin  inkişaf  dinamikası  zamanın  tələbinə  uyğun 
olmalıdır.  Uğur  qazanan  müəssisələrin  əksəriyyəti  üçün 
müvafiq  səviyyə  menecerlərinin  həftələrlə,  aylarla  hazırlanan 
hesabatlar  əsasında  taktiki  idarəetmə  və  strateji  planlaşdırma 
məsələləri həll etməsi qeyri-mümkündür. Müəssisə fəaliyyətinin 
bu  və  ya  digər  aspektini  xarakterizə  edən  informasiyanın 
operativ  qaydada  alınması  imkanının  mövcudluğu  həyativacib 
zərurətdir. 
Müəssisənin  fəaliyyət  göstərməsi  üçün  lazım  olan 
informasiyanın alınmasının ənənəvi kanalları yaxın vaxtlaradək 
telefondan,  poçtdan,  kütləvi  informasiya  vasitələrindən,  yəni, 
televiziyadan,  dövrü  mətbuatdan,  radiodan  ibarət  olmuşdur. 
Telefon  əsasən  operativ  idarəetmə  vasitəsi  sayılmış,  ən  vacib 
parametrlərin qiymətləri barədə yığcam informasiya və yığcam 
idarəedici  təsirlər  ötürücüsü  kimi  istifadə  edilmişdir.  Poçt 
müəssisənin  fəaliyyət  göstərməsi  üçün  lazım  olan  sənədlərin 
çatdırılması  və  digər  strukturlarla  qarşılıqlı  sənəd  mübadiləsi 
etmək, səhmdarlara və dövlət orqanlarına illik hesabat təqdim 
edilməsi,  filiallardan  transmilli  şirkətin  baş  qərargahına  rüblük 
hesabatların  ötürülməsi,  məhsulların  kataloqlarının  və 
xidmətlərin  prays-vərəqlərinin  yayımlanması  üçün  istifadə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə