E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə4/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   2   3   4   5   6   7   8   9   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________13___________________________ 
 
edilirdi. Televiziya və digər kütləvi informasiya vasitələri əsasən 
reklam kanalı kimi istifadə edilmişdir. 
Ötən  əsrin  90-cı  illərinin  ortalarından  aydın  olmağa 
başladı ki, qlobal kompüter şəbəkəsi olan İnternet nəinki təkcə 
müvafiq  informasiyanın  alınması  üçün  sadəcə  alternativ 
kanaldır,  həm  də  iqtisadi  cəhətdən  özünü  doğruldan 
alternativdir.  Müasir  informasiya  texnologiyalarının  tətbiqinin 
müəssisə  və  təşkilatlar  üçün  rəqabətqabiliyyətini  təyin  edən 
amil  kimi  dərk  edilməsi  faktı  telekommunikasiya  xidmətlərinin 
təklif  edildiyi  bazarda  böyük  gərginlik  yaratmışdır.  Yaxın 
zamanlaradək  çoxları  tərəfindən 
baha oyuncaq  hesab  edilən 
IBM PC  bütövlükdə  sənayenin  görünüşünü  dəyişdirdi.  Yeni 
telekommunikasiya  infrastrukturu  yaratmaq  sahəsində  işləyən 
şirkətlərin  investisiya  cazibədarlığı  günbəgün  güclənərək  bu 
sahəyə  yönələn  irimiqyaslı  vəsaitin  son  ünvanına  çevrildi. 
Bunun  nəticəsində  yeni  nəsil  informasiya  infrastrukturu 
kommersiya təməli üzərində inkişaf etməyə başladı. Rəabət və 
yüksək  investisiya  cazibədarlığı  iqtisadi  fəaliyyət  üçün  lazım 
olan informasiyanın  əldə  edilməsi  kanalı  kimi  İnternet 
infrastrukturu  və  texnologiyalarından  istifadə  edən  müəssisə 
və təşkilatların sayının böyük sürətlə artmasına səbəb oldu. Bu 
proseslə  paralel  olaraq  dövlət  orqanları  və  ictimai  təşkilatlar 
tərəfindən  profil  üzrə  fəaliyyətin  xərclərini  azaltmaq  məqsədi 
ilə  yeni  informasion  infrastrukturdan  istifadə  edilməsi 
prosesləri də inkişaf etməyə başladı. Fəal vətəndaşların, seçici-
lərin  və  ictimai  təşkilat  üzvlərinin  müvafiq  imicinin 
formalaşdırılması da yeni 
texnologiya üzərinə keçirildi. 
 
QEYD: Texnologiya (yunanca  τέχνη –  incəsənət, 
ustalıq,  məharət;  λόγος — mülahizə,  səbəb,  metodika, 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________14___________________________ 
 
istehsal üsulu sözbirləşməsindən əmələ gəlmişdir) fəaliyyətin 
istənilən  bir  sahəsində  istifadə  olunan  proseslər  və 
materiallar, həmçinin texniki istehsalın elmi baxımdan təsvir 
üsulu və metodlar cəmidir.     
 
İnternet şəbəkəi ilə əlçatan informasiyanın həcmi sürətlə 
artır.  Belə  ki,  2001-ci  ilin  yanvarına  (
Internet Software 
Consortium-un  verdiyi  məlumat)  qlobal informasiya 
infrastrukturunda 110 milyon server (Host-maşın)  var  idi  ki, 
bunların da əksəriyyəti kommersiya, təhsil, hökumət və qeyri-
kommersiya təşkilatlarının informasiya serverləri idi. İnternetdə 
təmsil  olunan  müxtəlif  müəssisə  və  təşkilatların  artım 
dinamikası  (
www.isc.org)  1998-2004-cü  illər  ərzində  mövcud 
olan informasiya serverlərinin sayı ilə xarakterizə oluna bilər ki, 
bu da aşağıdakı cədvəldə verilmişdir: 
 
 1998 
yanvar 
29 670 000 
iyul 
36 739 000 
1999 
yanvar 
43 230 000 
iyul 
56 218 000 
2000 
yanvar 
72 398 092 
iyul 
93 047 785 
2001 
yanvar 
109 574 429 
iyul 
125 888 197 
2002 
yanvar 
147 344 723 
iyul 
162 168 493 
2003 
yanvar 
171 638 297 
2004 
yanvar 
233 101 481 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________15___________________________ 
 
Beləliklə,  3-cü  minilliyin  əvvəlinə  İnternetin  informasion 
infrastrukturu müəssisə və təşkilatların informasiyaya tələbatını 
reallaşdıran  iqtisadi  cəhətdən  məqsədəuyğun  kanala 
çevrilmişdir.  Bu  kanal  müəssisənin  fəaliyyət  göstərməsi  üçün 
lazım  olan  informasiyanın  əldə  edilməsinin  ənənəvi  kanallarını 
yaxşı mənada əvəz etmişdir. 
Hal-hazırda  informasiya  sistemlərinə  yönəldilən  vəsait 
qoyuluşu  iqtisadi  fəaliyyətlə  məşğul  olan  müəssisələrin 
xərclərinin  xeyli  böyük  hissəsini  təşkil  etdiyindən,  həm  həmin 
xərclərin  azaldılması,  həm  də  alınmış  informasiyadan 
istifadənin səmərəsinin maksimal dərəcədə yüksəldilməsi tələb 
olunur. 
 
 
Host-maşın 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________16___________________________ 
 
Həm  şəriklərin,  həm  də  rəqiblərin  çoxsaylı  informasiya 
serverlərinə  malik  olması  yüksək  idarəetmə  səviyyəsində 
çalışan  menecerləri  aşağıdakı  3  məsələ  üzrə  qərar  qəbul 
etməyə vadar etmişdir: 
1.Müəssisənin  informasion  infrastrukturunu  yeni  mühitə 
necə  inteqrasiya  etməli  ki,  əlavə  mənfəət  götürmək 
mümkün olsun; 
2.Müəssisədəki  informasiya  axınlarını  yeni  mühitə  necə 
inteqrasiya etməli ki, əlavə dəyərin yaradılması zəncirində 
xərcləri  azaltmaq,  səmərəliliyi  isə  yüksəltmək  mümkün 
olsun; 
3.Yeni  texnologiyalara  keçərkən  mövcud  informasion 
infrastruktur  vasitələrinə  qoyulan  vəsaiti  necə  qorumalı 
və maksimal istifadə edə bilməli. 
Korporasiyaların  (
Кorporasiya  bir  peşəyə,  silkə  və  s. 
mənsub  adamların  ittifaqı,  birləşməsi,  cəmiyyəti)  iriləşməsi  və 
dövlət  tənzimləmələrinin  ixtisar  edilməsi  müasir iqtisadi 
fəaliyyət  subyektlərinin  əhalinin  daha  geniş  və  cürbəcür 
təbəqələrinə  daha  çox  məhsul  və  xidmətlər  təklif  etməsinə 
imkan  yaratmışdır.  Mürəkkəb  və  sürətlə  dəyişən  iqtisadi 
mühitdə  səmərəli  idarəetmə  və  həmçinin,  investisiyaların 
maksimal  gəlirliliyinin  təmin  edilməsi  get-gedə  daha  çətin 
məsələyə  çevrilir.  Bu  məsələni  həll  etmək  üçün  müəssisənin 
fəaliyyət mühitinin və resurslarının vəziyyətini xarakterizə edən 
operativ  qaydada  təzələnən  informasiya    və  həmin  informasi-
yanın  yığılması,  emalı  və  təhlili  üçün  vasitələr  kompleksi 
olmalıdır. 
  
QEYD

İlk 
korporasiya  Qədim  Romada  yaradılmışdır. 
Respublika  dövründə  bir  neçə  korporasiya  yaratmağa  icazə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə