E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə8/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________29___________________________ 
 

 
Verilən biznes - həll hansı istifadəçilər üçündür? 

 
Verilən  həllin  məzmunu  nədir  və  əsas  funksiyaları 
hansılardır? 

 
Verilən  həllin  xarakteristikalarının  lazımi  səviyyədə 
dəstəklənməsini  və  sistemin  fəaliyyətini  təmin  edən 
proseslər  və  instrumentlər  (infrastruktur,  proqram-
aparat kompleksi və s.) hansılardır? 
Elektron 
biznes 
üçün 
xarakterik 
olan 
həllin 
strukturlaşdırılması  üçün  həmin  həlldə  4  sərbəst  hissəni: 
sahibkarlıq  həllərini,  məzmunlu  həlləri,  idarəedici  həlləri  və 
texnoloji həlləri seçib ayırmaq lazımdır.  
Sahibkarlıq  həlləri  elektron  biznes  həllinin  iqtisadi 
məqsədini təsvir edir, təqdim edilən həllin yönəldildiyi müştəri 
və  partnyorları  və  verilən  həll  ilə  razı  salınan  müştəri  və 
partnyorların siyahısını, həllərin uğurlu tətbiqinin əsas göstəri-
cilərini,  həmin  göstəricilərin  ölçülmə  üsullarını,  lazımi  iqtisadi 
partnyorları, gözlənilən xərcləri və mənfəəti müəyyənləşdirir.  
Məzmunlu  həllər  həllin  məzmununu  və  əsas 
funksiyalarını, məlumat mənbələri üçün lazım olan məzmun və 
funksiyaların  əlçatanlığını  təmin  edən  iqtisadi, kadr, texnoloji 
mexanizmləri təsvir edir. Təqdim edilən həllin məzmununun və 
funksiyalarının,  bazardakı  oxşar  həlldən  üstünlüyünün 
partnyorlar  və  müştərilər  tərəfindən  lazımi  səviyyədə 
qarşılanmasını  təmin  edən  metod  və  vasitələrinin  müəyyən 
edilməsi də olduqca vacibdir. 
İdarəedici həllər verilmiş elektron biznes həlli üçün lazım 
olan  bütün  prosesləri,  normativ  aktları,  direktivləri,  təqdim 
edilən  həllin  tətbiqi  və  reallaşdırılmasına  cəlb  edilmiş 
menecerlərin rolunu və məsuliyyət səviyyəsini təsvir edir. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________30___________________________ 
 
Texnoloji  həllər  tələb  olunan  sistemlərin,  proqram 
əlavələrinin və təşkilatdaxili instrumentlərin, xarici informasiya 
mənbələri  və  cəlb  edilmiş  partnyorlarla  qarşılıqlı  fəaliyyəti 
həyata  keçirən  interfeys  standartlarının  birmənalılığını  və 
səmərəliliyini təsvir edir. 
 
Sahibkarlıq  həlləri.  Sahibkarlıq  həllində  əsas  diqqət 
elektron biznesin biznes-həllin  mahiyyətinin  qısa  və  aydın 
izahına  yönəldilməlidir.  Aşağıdakılar  dəqiq  təyin  edilməli  və 
aydın ifadə edilməlidir: 

 
Təqdim edilən həlldə çatılması planlaşdırılan məqsəd; 

 
Təqdim  edilən  həll  ilə  razı  salınacaq  (tələbatları 
ödəniləcək)  müştəri  və  biznes  partnyor  kontingentinin 
maksimum konkret siyahısı; 

 
Həllin  hazırlanması  və  reallaşdırılması  prosesinin  əsas 
mərhələləri və üstünlük (vaciblik) sırası; 

 
Maliyyələşmə mənbələri; 

 
Qoyulmuş məqsədlərə nail olma kriteriləri. 
Yaxşı  təyin  edilmiş  və  aydın  ifadə  edilmiş  sahibkarlıq 
həllinin  mövcud  olması  onu  təşkilatdaxili  oxşar  layihələrdən 
dəqiq  ayırmağa,  digər  uğurla  reallaşdırılmış  layihələrin 
nəticələrindən  istifadə  etməyə,  cəlb  edilən  resursları  vaciblik 
dərəcəsinə  görə  düzgün  sıralamağa  və  onlardan  optimal 
istifadə  etməyə  imkan  verir.  Elektron  biznesin  strategiyasının 
formalaşdırılmasına 
həsr 
edilmiş 
sahibkarlıq 
həllinin 
məzmununu  müəyyən  etmək  üçün  xüsusi  yığıncaqlar  və 
seminarlar hazırlayıb həyata keçirmək lazım gəlir.  
Sahibkarlıq həllinin mahiyyətinin təsvirinə hazırlıq zamanı 
aşağıda  sadalanan  bəndlər  üzrə  ətraflı  izahlar  verilməsi 
məqsəduyğundur: 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________31___________________________ 
 
Layihənin məqsədi layihənin faydalılıqı barədə sahibkarlıq 
dəlillərini  və  həmçinin  bu  layihənin  təşkilatın  fəaliyyəti  ilə  və 
digər  layihələrlə  qarşılıqlı  əlaqələrini  təsvir  edir.  Məqsədin 
qoyuluşuna nümunə olaraq: istehsal xərclərinin azaldılması və 
ya  məhsul  və  xidmətlərin  çatdırılma  sistemi,  müştərilərin 
sayının  artırılması  və  ya  müştərilərə  göstərilən  xidmətin 
keyfiyyətinin  yaxşılaşdırılması,  konkret  fəaliyyət  sahəsində 
mövcud  sistemdən  imtina  edilərək  biliklərin  idarə  edilməsi 
sisteminin  qurulması  yolu  ilə  biznesin  səmərəli  aparılması 
təcrübəsinin geniş tətbiqi və s göstərilə bilər. 
Müştəri kontingenti təklif edilən həllin kimin üçün - dəyər 
əlavə  edilməsi  zəncirinin  formalaşdırılmasında  iştirak  edən 
biznes-partnyorlar  üçünmü,  yoxsa  məhsul  və  xidmət 
istehlakçısı  olan  müştərilər  üçünmü  -  nəzərdə  tutulduğunu 
təyin  edir.  Biznes  partnyorlara  yönəlik  qərar  hazırlanarkən 
informasiya,  əmtəə  və  maliyyə  axınlarının  idarə  edilməsi 
texnologiyalarında  proqram-texniki  vasitələrdən  istifadə  edən 
potensial partnyorlar üçün xarakterik olan biznesin 
aparılmasının  ənənələri  və  standartları  maksimum  dəqiq  təyin 
edilməlidir.  Son  istifadəçiyə  yönəlik  qərar  hazırlanarkən  əsas 
alıcı kütləsinin milli, linqvistik və coğrafi xüsusiyyətləri, onların 
mentaliteti (düşüncə tərzi), nisbətən geniş yayılmış reklam və 
məhsulun  çatdırılması  kanalları,  elektron  biznes  həllərinin 
xüsusiyyətlərini  nəzərə  alan  ənənəvi  ödəmə  formaları 
maksimum dəqiq təyin edilməlidir. 
Layihənin  mərhələləri  təşkilatın  resursları  barədə  gerçək 
sərəncam  vermək  hüququna  malik  olan  rəhbərlik  tərəfindən 
müəyyən  edilib  təsdiqlənməlidir.  Yüksək  rəhbərliyə  təqdim 
edilən  sənəddə  layihənin  yalnız  əsas  mərhələlərinin  icra 
müddətləri  göstərilə  bilər.  Hər  bir  mərhələ  üçün  məqsəd  və 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə