E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə6/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   2   3   4   5   6   7   8   9   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________20___________________________ 
 
informasiya  əldə  etmək  və  s.)  əlavə  rabitə  kanalı  kimi 
istifadə edilməsi; 

 
Göndərilən  məhsula  görə  xidmətlərin  dəstəklənməsi 
üşün operativ (onlayn) kanal kimi istifadə edilməsi. 
Rusiyada  İnternet  istifadəçilərinin  sayının  artım 
dinamikası ümumdünya göstəricisindən xeyli yüksəkdir. 2000-
ci ildə Rusiyada İnternet istifadəçilərinin sayı 9,2 milyon nəfər 
təşkil  edirdi.  Həmin  illərdə  Rusiyada  illik  istifadəçi  artımı  45-
65% təşkil edirdi. Lakin istifadəsilərin 48%-i Moskvada, 12%-i 
Sankt-Peterburqda  yaşayanlar  idi.  Yəni  2000-ci  illərin 
əvvəllərində  İnternet  istifadəçilərinin  60%-i  Rusiya  əhalisinin 
cəmi  20%-ni  təşkil  edən  iki  regionun  payına  düşürdü.  Bu 
göstərici  Azərbaycan  üçün  də  xarakterikdir.  Yəni  İnternet 
istifadəçilərinin yarıdan çoxu Bakı sakinləridir. 
Rusiyanın  informasiya  serverlərinə  müraciət  edənlərin 
58%-i rusiyalılar, 10%-i MDB ölkə vətəndaşları, 2%-i Pribaltika 
əhalisi, 12%-i Şimali Amerika, 12%-i isə Avropa vətəndaşlarıdır 
(
www.spylog.ru).  
İnternetin  informasion  infrastrukturu  eksterritorialdır 
(Eksterritoriallıq,  toxunulmazlıq  hüququ  -  bir  ölkədə  olan 
diplomatik  nümayəndəliklərin  yerli  qanunlara  deyil,  ancaq  öz 
dövlətlərinin qanunlarına tabe olmaq hüququ). Bu, imkan verir 
ki,  istənilən  ölkənin  müəssisələri  beynəlxalq  bazara  mal  və 
xidmət çıxara bilsin. Bu o deməkdir ki, kiberfəzada təşkil edilən 
bazar toxunulmazlıq hüququna malik virtual bazardır. 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________21___________________________ 
 
KİBERFƏZADA ƏLAVƏ İSTEHLAK DƏYƏRİ 
ZƏNCİRİNİN FORMALAŞDIRILMASININ ƏSAS ÜSULLARI 
 
PricewaterhouseCoopers 
firmasının 
hazırladığı 
konsepsiyaya  əsasən, 
əlavə  istehlak  dəyəri  zənciri  dedikdə, 
müəssisə  və  təşkilatlar  tərəfindən  müştərilərə  təklif  edilən 
məhsul və xidmətlərin istehlak dəyərini artıran işlərin məcmusu 
nəzərdə  tutulur.  İstahsal  prosesləri  əsas  və  əlavə  olmaqla  2 
yerə bölünür. Əsas proseslər istehlakçı gözündə son məhsulun 
istehlak dəyərini formalaşdırır. Əlavə proseslər bilavasitə əlavə 
dəyər  yaratmır,  lakin  təşkilatın  iqtisadi  fəaliyyətində 
əlaqələndirici  rol  oynamaqla  əsas  proseslərin  icrasına  kömək 
edir. 
Elektron  biznes  prosesində  əlavə  dəyər  zəncirinin 
formalaşdırılması  aşağıdakı  4  mərhələdəki  məsələlərin  ardıcıl 
həllini özündə birləşdirir: 

 
Qarşılıqlı  fəaliyyət  kanallarının  təkmilləşdirilməsi  – 
tranzaksiyaların 
təhlükəsizliyinin 
təmin 
edilməsi, 
kataloqların operativ qaydada təzələnməsi, veb-saytların 
elan edilməsi; 

 
Əlavə dəyər zəncirlərinin (Bu zəncirlərin müvafiq biznes-
partnyorlar  və  biznes 
autsorsinqi  zəncirləri  ilə 
inteqrasiyası da daxil olmaqla) inteqrasiya edilməsi; 

 
Sənayenin  kökündən  dəyişdirilməsi  –  konsorsiumların 
(Konsorsium  –  müəyyən  maliyyə  tədbirini  həyata 
keçirmək üçün bir-neçə iri bank və ya bankirin inhisarçı 
birləşməsi) 
yaradılması, 
fəaliyyətin 
kiberfəzaya 
keçirilməsi, virtual təşkilatların yaradılması; 

 
Qovuşdurma (
konvergensiya - bənzəmə, uyğunlaşma, 
birləşmə, 
eyniləşmə, 
görüşmə) 
– 
sənayelərin 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________22___________________________ 
 
inteqrasiyası,  şəffaflığın  artırılması,  elektron  portalların 
yaradılması. 
 
QEYD:  Autsorsinq  (ingiliscə outsourcing  -  outer-
source-using  sözbirləşməsindən  əmələ  gəlmişdir, xarici 
mənbənin/resursun istifadə edilməsi anlamını verir) dedikdə 
təşkilatın müqavilə əsasında digər şirkətə xidmət göstərməsi 
(müəyyən  biznes-prosesləri  və  ya  istehsal  funklsiyasını 
yerinə yetirməsi) başa düşülür.
  
 
Gerçək  həyatda  bu  mərhələlər  heç  də  həmişə  bu 
ardıcıllıqla  getməsə  də,  adətən  ilk  iki  mərhələ  biznes-modelin 
dəyişilməsi  ilə  əlaqədardır,  son  iki  mərhələ  isə  bütövlükdə 
sənayedəki meylləri təyin edir. 
Əlavə dəyər zənciri anlayışı göndərmə zənciri anlayışı ilə 
sıx  bağlıdır. 
Göndərmə  zənciri  dedikdə,  məhsul  və  ya 
xidmətlərin  tələb  olunan  həcminə  müəyyən  məkanda  və 
zamanda  əlçatanlığı  təmin  edən  mexanizm  nəzərdə  tutulur. 
Göndərmə  zənciri  təşkilatı,  fiziki  prosesləri  və  istifadəçilərin 
istehlak  etdiyi  məhsul  və  ya  xidmətlərdəki  ilkin  materialın 
dəyişdirilməsi  mexanizminin  informasiya  təmintını  özündə 
birləşdirir. 
Göndərmə 
zəncirinin 
bütün 
həlqələrində 
(İstifadəçilərin 
tələblərinin 
təhlili 
və 
məhsulun 
layihələşdirilməsi,  istehsalı,  marketinqi,  satışı  və  müştərilərin 
dəstəklənməsi)  istehlak  dəyərinin  əlavə  edilməsi  həyata 
keçirilir. Zəncirin bütün həlqələrində xərclərin və hər bir biznes-
prosesdən  ötrü  nail  olunmuş  məqsədlərin  müəyyən  edilməsi 
üçün biznes-proseslər  təhlil  edilir.  Bundan  əlavə,  dəyər  əlavə 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________23___________________________ 
 
edilməsi  prosesinə  təşkilatın  infrastrukturunun,  menecmentin 
və işçi heyətin idarə edilməsinin təsiri də təhlil edilir. 
 
QEYD:  Konvengensiya  (latınca  convergere  sözündən 
əmələ  gəlmədir,  “yaxınlaşmaq”,  “bənzərlik”  kimi  anlamları 
verir).  Konvengensiya  XX  əsrin  ikinci  yarısında  yaranmış 
siyasi  nəzəriyyədir,  keçmiş  sovetlər  məkanında  tədricən 
liberal,  Qərbdə  isə  sosialist  nəzəriyyəyə  çevrilir. 
Konvengensiya  nəzəriyyəsi  əsasında  sosializm  və  kapitalizm 
prinsiplərinin  birləşməsi  baş  verir  və  bununda  nəticəsində 
sosial-iqtisadi  ortaq  yaranır  (məsələn,  planlı  iqtisadiyyat  və 
siyasi 
demokratiyanın 
uyğun 
olaraq 
birləşməsi). 
Konvengensiya  geniş  mənada  eyni  tarixi  dövrdə  yaşayan, 
müxtəlif  cəmiyyətlər  arasında  xarici  iqtisadiyyatı  və 
qeyriiqtisadi bərabərsizliyi, sosial münaqişələri, yenidən təşkil 
edilmiş  liberal-demokratik  münasibətləri  məntiqi  olaraq 
nizamlayan,  aradan  götürən  oxşarlığın  gücləndirilməsidir. 
1960-1970-ci  illərdə  konbvengensiyanın  siyasi  ideoloqu 
(idioloq bir ictimai sinfin, ictimai-siyasi quruluşun, cərəyanın 
ideologiyasını  ifadə  və  müdafiə  edən  şəxs)  keçmiş  sovetlər 
məkanında  akademik  A.D.Saxarov  (1921-1989)  olmuşdur. 
İki sistemin yaxınlaşma ideyasını ilk dəfə P.A.Sorokin (1889-
1968) 1944-cü  ildə  yazdığı  “Rusiya  və  Birləşmiş  Ştatlar” 
əsərində irəli sürmüşdü. 
Xarici ölkələrdə də bu nəzəriyyə ilə dövrünün görkəmli 
alimlərindən Con Helbreyt (1908-2006), Uolt Rostou (1916-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə